1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə107/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   103   104   105   106   107   108   109   110   ...   128

 

 

326 



məsi baş verir. Sözlərin bir əşyadan başqasına köçürülməsi, bir 

əşyanın əlamətinin onun bir hissəsinin adı ilə verilməsi çoxmə-

nalığa  gətirib  çıxarır.  Sözlərin  məcazi  məna  daşıması  bədii-

üslubi mahiyyət daşıyır ki, bunlar obrazlı ifadələrdir. Obrazlıq 

yaratmağa xidmət  edən məcazlar dilin  bədii təsvir vasitələrin-

dən hesab olunur.  

Bədii  üslub  özü  də  iki  yerə  bölünür:  nəzm  üslubu  və  nəsr 

üslubu. Nəzm üslubu dedikdə şeirlə yazılmış əsərlər nəzərdə tutu-

lur.  Burada  fikirlər,  təsvirlər  sözlərin  özünəməxsus  nizamla  mis-

ralar  daxilində  düzülməsi  əsasında  verilir.  Bu  üslubda  müəyyən 

ölçülər  gözlənilir:  eyni  ölçülü  səslər  bir-birini  izləyir,  növbə  ilə 

təkrarlanaraq  ahəng  və  ya  ritm  yaradır.  Misralar  eyni  ölçüdə  ol-

maqla şeirin vəznini müəyyənləşdirir. Əruz vəznində ölçü uzun və 

qısa saitlərin növbələşərək onların təkrarı əsasında yaranır. Heca 

vəznində  isə  misraların  ölçüsü  hecaların  sayı  ilə  müəyyənləşir. 

Şeirdə misralar qafiyələnir. Qafiyə misraların sonunda gələn söz-

lərin səs tərkibinə görə bir-birinə uyğun, eyni (və ya oxşar) səslə-

nən hecaları əhatə edir. Şeirdə qafiyə ilə yanaşı rədif, bölgü (mis-

radaxili  fasilə),  bir  cümləni  tam  və  ya  onun  bir  hissəsini  özündə 

ehtiva  edən  misralar  daxilində  olur.  Şeir  beytlər,  yaxud  bəndlər 

şəklində  yazılır.  Beyt  bir-biri  ilə  fikrən  bağlı  olan  qafiyəli  iki 

misradan ibarət olur. Bayatı, ağı, qoşma, gəraylı, təcnis (cığalı və 

ayağlı  təcnis  istisnadır),  rübai,  tuyuğ  dörd  misradan  ibarət  dörd-

lüklər  şəklində,  müxəmməs,  müstəzadlar  və  s.  isə  beşlik,  altılıq, 

yeddilik  şəkillərində  qurulur.  Bədii  əsərlər  dramatik  növdə  də 

yazılır. Dramatik növün üç janrı vardır: komediya, faciə, dram. 

Bu növün əsas xüsusiyyəti əsərdə baş verən hadisələri sürətlərin 

(personajların) hərəkəti və danışığı ilə canlandırmaqdır. Dramatik 

əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Sürətlərin danı-

şığı dialoq və monoloq şəklində qurulur. Pyeslər daha çox nəsrlə 

yazılır.  Lakin  H.Cavidin,  S.Vurğunun,  S.Rüstəmin  və  başqaları-

nın şeirlə yazılmış pyesləri də vardır. Ədəbiyyatımızda dramatur-

giyanın əsasını M.F.Axundzadə öz altı komediyası ilə qoymuşdur. 

Faciə  janrında  N.Nərimanovun,  N.Vəzirovun,  Ə.Haqverdiyevin 



 

 

327 



gözəl  əsərləri  vardır.  Sonrakı  dövrlərdə  C.Cabbarlı,  S.Rəhman, 

İ.Əfəndiyev, B.Vahabzadə, N.Xəzri, Anar və başqa görkəmli şair 

və yazıçılarımız nəzm və nəsrlə bədii cəhətdən bitkin pyeslər yaz-

mışlar. Nəsr üslubunun əsas əlaməti müəyyən bir həyati hadisə və 

ya  əhvalatın  danışıq,  nəqletmə  yolu  ilə  təsvir  olunmasıdır.  Bu 

üslubun əsas ifadə üsulu təhkiyədir. Epik növün janrları nağıl, əf-

sanə,  lətifə,  təmsil,  dastan,  hekayə,  novella,oçerk,  povest  və  ro-

mandır. Bədii üslubda nitq zamanı şəxs öz fikrini daha emosional 

çatdırmaq üçün müxtəlif üsullardan istifadə edir. Bu hal, əsasən, 

yazılı  nitq  üçün  xarakterikdir.  Danışan  və  yazan  dediyi  fikrin 

emosionallığını,  təsir  gücünü  artırarkən  bədii  təsvir  vasitələrinə, 

sintaktik  fiqurlara,  ən  çox  da  bədii  sual,  təzad,  mübaliğə,  kinayə 

və  təkrirlərə  geniş  yer  verir.  Ahəngdarlığın  artırılmasında,  fikrin 

qüvvətləndirilməsində nitqdəki cümlənin başlanğıcında və ya so-

nunda təkrar olunan sözlər (anafora və epifora) diqqəti cəlb edir: 

 

Can deməklə candan can əskik olmaz, 

Dostları bir-birinə mehriban eylər. (A.Qurbani) 

 

Ta inki eşitdi vəfati-canan



Canan, canan deyib o da verdi can. (Q.Zakir) 

 

Ümumiyyətlə, bədii üslub digər üslublardan bir çox cəhətdən, 



əsasən də, obrazlılıq cəhətdən fərqlənir. Yazıçılar  da bu üslubda 

yazdığı  əsərlərində  dilin  axıcı  və  cəlbedici  olmasına,  estetik 

cəhətən  yüksək  keyfiyyətlərə  cavab  verməsinə  çalışırlar.  Onlar 

rəngarəng  söz  və  ifadələrdən,  dilin  bədii  təsvir  və  ifadə  vasitə-

lərindən  istifadə  etməklə  əsərlərinin  oxucular  tərəfindən  maraqla 

oxunmasına, zövq və həzz mənbəyinə çevrilməsinə çalışırlar. 



 

Sual və tapĢırıqlar: 

1. Nitq üslubları necə yaranır? 

2. Yazı üslubu nədir və onun hansı növləri vardır? 

3. Bədii üslub nədir? 

4. Bədii əsərin xarakterik xüsusiyyətləri və vəzifələri han-

sılardır? 




 

 

328 



5. Bədii təsvir vasitələri dedikdə  nə başa düşülür və  onlar 

ədəbi bədii əsərlərin ifadəliyinə xidmət edirmi? 

6. Metafora nə deməkdir və o, dildə necə yaranır? 

7. Metonimiya nədir? Metonimiyaya  aid  bir neçə nümunə 

göstərin. 

8. Epitet sözünün mənasını deyin, ona aid misallar gətirin. 

9. Bədii üslubun növləri hansılardır? 

10. Nəzm və nəsr üslubları nə deməkdir? 



ÇalıĢma.  Bədii  ədəbiyyatın  müxtəlif  növ  və  janrlarında 

işlənmiş epitetləri və təşbehləri tapıb göstərin. 

 

"Şərili", "Bəhməni", "Cəlili", "Cəngi"… 



Türkülər dəməti, səslər çələngi… 

Sevincin zirvəsi, qəmin zirvəsi (X.R.Ulutürk) 



 

Hər  tərəfdən  onu  fəlakət  buludları  çulğaladı,  axırda  onu 

qara torpaq altına girməyə məcbur etdi. (C.Cabbarlı) 

ÇalıĢma.  Yazıçı  əşya və hadisələr arasındakı oxşarlığı  və 

ya fərqi qabarıq şəkildə  göstərmək üçün metaforalardan istifa-

də  etmişdir.  Həmin  metaforaları  tapın  və  nəyə  işarə  edildiyini 

göstərin. 

 

Keçdi pəncəmizə gözəl Qarabağ 



Öpsün qılıncımı hər qaya, hər dağ (S.Vurğun) 

 

Həsən də qəlyan çəkər, 

Hüseyn də qəlyan çəkər. 

Tənbəki bol olanda 

Siçan da qəlyan çəkər. 

 

Hamam, hamam içində, 



Xəlbir saman içində 

Dəvə dəlləklik eylər, 

Köhnə hamam içində (Atalar sözləri) 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə