1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə103/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   99   100   101   102   103   104   105   106   ...   128

 

 

314 



Şair cavab almaq üçün verilməmiş suallarla oxucunun fik-

rini  bu  məsələlərə,  hadisələrə  qüvvətli  şəkildə  yönəldir.  Doğ-

rudur, burada ritorika güclüdür. Saatın kim tərəfindən, nə üçün, 

nə vaxt yarandığını öyrənmək mümkündür, bunu şair də, oxucu 

da  öyrənə  bilər.  Lakin  şair  bu  sualları  cavabını  almaq  üçün 

verməmiş, insanları vaxtın, ömrün qədrini bilməyə çağırır.  

Sual  cümlələri  ilə  danışan  şəxs  öz-özünü  də  ittiham  edə 

bilir.  Adam  bəzi  hallarda  fikirlər  aləminə  qərq  olaraq  suallar 

verir  və  ya  qəlbindən  keçirir,  amma  cavab  almaq  üçün  soruş-

mur:  -  Asudə  oturmaq?  Belə  vaxtda  asudə  oturmaq  xülyasına 

düşmək? Bu kişilikdirmi? (Ə.Əbülhəsən) 

Başqasının adından edilən suallar da vardır. Belə sual cüm-

ləsini işlədən həm öz təbiətini, həm də təmsil etdiyi  adamların 

fikrini bildirmiş olur: 

 

Fələ, özünü sən də bir insanmı sanırsan? 



Pulsuz kişi, insanlığı asanmı sanırsan? (M.Ə.Sabir) 

 

Müəyyən  əşya,  hadisə  qiymətləndirilərkən  danışan  fikrini 



dolayı yolla, çox vaxt da sual formasında ifadə etməli olur: 

 

İmam üçün gələn bu dövlət, bu var, 



Nə verdi imama yalvaranlara? (B.Vahabzadə) 

 

Şair ikinci misranı inkar formada nəqli cümlə şəklində də 



(“Heç  bir  şey  vermədi  yalvaranlara”)  qura  bilərdi.  Müəllif 

cümləni  elə  bu  mənada  işlətmişdir.  Məzmun  dəyişməsə  də, 

sualla  ifadə  edilən cümlə  məna incəliyinə, təsirlilik çalarlığına 

görə  üslubi  məqam  kimi  daha  düşündürücüdür.  Nəqli  cümlə 

forması onu bu keyfiyyətindən məhrum edərdi.  

Dialoqlarda  hal-əhval  bilmək  məqsədilə  də  sual  cümlələri 

işlədilir: 

 

Sultan bəy. Baho, Süleyman, sən hara, bura hara? 



Asya. Ay qız, bəlkə bir adama bənd olubsan, hə?  

Sultan bəy. Yaxşı, indi sən deyirsən ki, dulsan, hə? (Ü.Hacıbəyli) 




 

 

315 



Ritorik sual cümlələri cavab almaq məqsədi daşımır, bun-

lar formaca sual, məzmunca təsdiq və  ya inkar hökmləri bildi-

rir. Ritorik sual cümlələrində cavab sual verənə də, cavab ver-

məli olana da aydın olduğundan cavab tələb olunmur: 

 

Ölərmi yurdunu sevən sənətkar? 



Vaqif, ey şeirimin könül dastanı 

De, söhbətin hanı, de sazın hanı? 

Susdumu nəğmələr oxuyan dilin? 

Yasını tutdumu barı sevgilin? (S.Vurğun)  

 

Ağa Zaman həkim – Ağa, bundan başqa çarə yoxdurmu? 



Molla İbrahim Xəlil – Nədən başqa? 

Ağa Zaman Həkim – Meymundan başqa 

Molla İbrahim Xəlil – Kişi, nə danışırsan, nə söyləyirsən? 

Ağa  Zaman  həkim  –  Axır  necə  eyləyim,  ağa?  Uf,  lənətə 

gələsiniz! 

Molla İbrahim Xəlil – Kim lənətə gəlsin? Kimdir əl çəkmə-

yənlər? Nədən çarə yoxdur? Nə var? Nə olub? (M.F.Axundzadə. 

“Hekayəti-Molla İbrahim Xəlil kimyagər” komediyasından) 

Ağa  Zaman  həkimin  “Bundan  başqa  çarə  yoxdurmu?” 

(meymunu yada salmaqdan başqa) sualına Molla İbrahim Xəli-

lin cavabı da sual formasındadır və “yada salmayın” anlamın-

dadır. Lakin dramaturqun bədii bir priyom kimi dəfələrlə işlət-

diyi suallar Molla İbrahim Xəlilin narazılıq, qəzəb və gizli kini-

nin  ifadəsində  yalandan  keçirdiyi  hissi  vəziyyəti  göstərməyə, 

tamaşaçı  və  ya  oxucuları  hadisəyə  daha  diqqətli  olmağa  sövq 

edir.  


Bəzən sual cümləsi cavab almaq məqsədilə işlədilməsə də, 

müəyyən  şəxsi  ittiham  etmək  məqsədi  daşıya  bilir.  Məsələn, 

körpə övladını atmış bir ana sual cümlələri ilə belə kəskin itti-

ham olunur: - Siz necə anasınız ki, övladınızı bir qoca qarının 

evinə  atıb  qaçmısınız?  Necə  anasınız  ki,  bir  neçə  ilin  ərzində 

uşaq ilə bir dəfə də maraqlanmamısınız? Kim sizə uşaq böyüt-

məyə borcludur? (M.Cəlal) 



 

 

316 



Zəncir şəkilli silsilə suallar emosional çalarlığa xidmət edir 

və üslubi səciyyə daşıyır. Şeirlərdə misraların əvvəlində təkrar 

edilən  suallar  leksik  səviyyədə  obrazlılıq  və  emosionallığın 

yaradılmasında mühüm rol oynayır: 

 

Nədir o mənalı dərin baxışlar? 



Nədir gözlərindən yağan yağışlar? 

Nədir qəlbindəki payızlar, qışlar? (S.Rüstəm) 

 

Daş qəlbli insanları neylərdin, ilahi? 



Bizdə bu soyuq qanları neylərdin, ilahi? (M.Ə.Sabir) 

 

Nida cümləsi. Nida cümlələri nəqli, sual və əmr cümlələri-

nin  yüksək  hiss,  həyəcanla  ifadə  olunduğu  vaxt  yaranır,  da-

nışanın emosional, ekspressiv vəziyyətini bildirir. Danışan nida 

cümləsi  vasitəsilə  özünün  həyəcanını  (qorxu,  təəccüb,  nifrət, 

qəzəb, alqış, qarğış, çağırış, heyrət, şübhə, istehza, vahimə, kin, 

hirs,  sevinc,  mərhəmət,  mehribanlıq,  kədər,  qəm,  qüssə  və  s. 

kimi  halları)  ifadə  edir.  Nida  cümlələri  intonasiyanın  yüksək 

tonla ifadə  edilməsini, cümlədə həyəcan bildirən sözün kəskin 

şəkildə söylənilməsini tələb edir. Misallar: Eşit, inanma! Arifə 

bir  işarə!  Dəlidir,  başını  vursun  divara!  Dəliyə  yel  ver,  əlinə 

bel! Dostlar! Uğur olsun sizə! Alqış sizin uğurunuza! 

 

İncilər səp gəl yoluna! 



Sırmalar düz sağ-soluna! 

Fırtınalar dursun bir yana

Salam türkün bayrağına (Ə.Cavad) 

 

Yaşasın ulduzlu sönməz gecələr! 



Yaşasın daima sevdalı səhər! (S.Vurğun) 

 

Nida  cümlələri  fikrin  ifadəsində  bədii  bir  priyom  olduğu 



üçün  hiss-həyəcanın  zəngin  çalarlıqlarının  ifadəsində  intona-

siya,  söz  sırası,  təkrarlar  əhəmiyyətli  rol  oynayır,  danışanın 

hadisəyə, şəxsə münasibəti çox təsirli ifadə olunur. Misallar: 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə