323
zirəyə başladı; 3) Biz yenicə məşqə başlamışdıq ki, məşqçimiz
də gəlib çıxdı.
Zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin sino-
nimlik təşkil edən formaları nitqi daha da zənginləşdirir. Belə
mürəkkəb cümlələri sadə cümlələr şəklində işlətmək mümkün
deyildir. Müxtəlif məna çalarlıqlarına görə bir-birindən fərq-
lənən yuxarıdakı cümlələrdə zaman anlayışı vardır və zaman
budaq cümləli tabeli mürəkkəb cümlələrlə üslub cəhətdən çox
yaxşı uyuşur. Bu tip cümlələr nitqdə müəyyən məqsədlə işlə-
dilir və əsasən fikrin daha yığcam ifadəsinə xidmət edir.
ÇalıĢma. Cümlələri oxuyun, onların üslubi imkanlarını
izah edin.
1) Əsgər. Dedim baxım görüm kimdir. Bir də gördüm kim?
Həmin bu Məşədi İbad (Ü.Hacıbəyli); 2) Siz bilən, mədən-
lərdəki bu şuluqluğun əsl səbəbi nədir, əsl şuluqluq salan kim-
dir? (C.Cabbarlı); 3) Sultan bəy. Nə danışırsan, axmaq qızı ax-
maq! Bazarın gedəsinə ərə gedəcəksən? Dəli olubsan, nədir?
(Ü.Hacıbəyli); 4) Bərəkallah, Züleyxa, bərəkallah, afərin; 5) Pa-
pan səni mağazada gözləyir! – deyəndə Nazilənin ağzından ixti-
yarsız bu söz çıxdı.- Buyy! (M.Cəlal). 6) Vay atonnan, inanmır
ha! (M.Cəlal). 7) Aç qapını, rədd olub get. Sən mənim daxili
işlərimə qarışma, çıx burdan! (S.Rəhman). 8) Mənim sənə çox
mühüm bir tapşırığım vardır: hər halda hansı işdə olursan ol,
daxilən, vicdanən pak və təmiz ol! Mənəviyyatını gün kimi saf
və parlaq saxla! Heç zaman balaca nöqtə qədər də olsa belə öz
ürəyini ləkələmə (S.Rəhimov).
ÇalıĢma. Aşağıdakı cümlələrdə vulqar sözlərin altından
xətt çəkin. Vulqarizmlərin hansı üslub üçün xarakterik olduğu-
nu deyin:
Xudayar bəy Əhmədə: -Köpək oğlu köpək! Hara aparırsan
eşşəyi?
Kərbəlayi Cəfər arvadının arxasınca- Gün olmaz ki, o itin
qızı əti yandırmasın.
324
Xudayar bəy Zeynəb haqqında: - Mən bilirəm niyə bikef-
sən. Amma neyləmək. Allah ananın atasına nəhlət eləsin!
(C.Məmmədquluzadə)
Hacı Qara: -Allah kəssin belə bazarı! Belə alış-verişi! İt
oğlu qədək, şilə verənin əli qurğuşun imiş. Evin dağılsın çit
satan! Qapın çırpılsın şilə verən! (M.F.Axundzadə)
ÇalıĢma. Müəllimlərinizdən birinin kitabına (dərsliyinə)
annotasiya yazın. Annotasiya formasını deyin.
ÜSLUBĠ NORMALAR
FUNKSĠONAL ÜSLUBLAR
Üslub nitqlə bağlıdır, fikrin ifadə tərzi deməkdir. Üslub
hərfi mənada tərz, üsul, səliqə deməkdir. Qədim yunanlar və
romalılar üslub (stil) sözünü gözəl danışıq, natiqlik sənəti kimi
başa düşürdülər.
Ünsiyyətin hansı şəraitdə baş verməsi nitqi məqsədə müva-
fiq formalarda qurmaq tələbini qarşıya qoyur və beləliklə, nitq
üslubları yaranır. Nitq üslubları fərdi-subyektiv olub, şəxsin
dünyagörüşündən, savadından, nitq qabiliyyətindən, məqsəd və
şəraitdən asılıdır. Nitqin ayrı-ayrı üslubları fərdi üslub çərçivə-
sində mövcuddur.
Nitq üslubları, adətən, iki növə bölünür: 1) yazı (kitab) üslu-
bu. Bura bədii üslub, elmi üslub, publisistik üslub, rəsmi-kargü-
zarlıq üslubu və epistolyar (yazışma) üslubu daxildir. 2) danıĢıq
üslubu. Bura xalq danışıq üslubu və ailə -məişət üslubunu aid
edirlər. Birinci qrupa daxil edilən üslublar yazılı formada olur,
lakin onlar haqqında auditoriyada, ekran və efir qarşısında aparı-
lan söhbətlər, müsahibələr şifahi formada da baş tutur.
Dil inkişaf etdiyi kimi üslublar da dəyişir, inkişaf edir, tək-
milləşir, bir-biri ilə əlaqədə olub bir-birinə təsir edir.
325
BƏDĠĠ ÜSLUB
Ədəbi dilin ilkin formalaşan üslubu bədii üslubdur. Bədii
üslubu başqa üslublardan fərqləndirən dilin ekspressivlik, emo-
sionallıq və təsir vasitələrinin seçilmiş sistemidir. Bədii üslub
obrazlı dildir. Bədii üslubda yazıçı qələmə aldığı həyat hadisə-
lərini, insanları, öz fikir və düşüncələrini müxtəlif dil və təsvir
vasitələri ilə bədii şəkildə, müəyyən ölçü və forma daxilində
əks etdirir. Bu üslub digər funksional üslublara nisbətən daha
qədimdir. Elmə məlum olan "Orxon-Yenisey abidələri", "Kita-
bi-Dədə Qorqud" dastanı, Dəvdəkin, Qətran Təbrizinin, Xaqani
Şirvaninin, Nizami Gəncəvinin şeirləri, Xacə Nəsirəddin Tusi-
nin "Əxlaqi-Nasiri", Nizamül - Mülkün "Siyasətnamə" əsərləri,
tarix, siyasət və tərbiyə mövzularına həsr olunmuş tədqiqatlar
daha əvvəl yazıya alınmışdır. İzəddin Həsənoğlunun, İ.Nəsimi-
nin, Ş.İ.Xətainin ana dilində yazılmış şeirlərindən, M.Füzulinin
elmi-fəlsəfi əsərlərindən çox-çox əvvəllər yazılmışdır. Ana di-
limizdəki elmi əsərlərin tarixi, ümumiyyətlə, bədii üsluba ba-
xanda yaxın dövrün məhsuludur. Bədii üslubda ifadə vasitələri
– ahəngdarlıq, melodiyalılıq, ritm, obrazlılıq, müəyyən lövhələr
yarada bilmək keyfiyyəti, incə məna çalarlıqları nəzərdə tutu-
lur. Bu üslubda dilin lüğət tərkibindəki sözlərin məna qrupla-
rından, üslubi laylarından, bədii təsvir vasitələrindən, məcazla-
rın müxtəlif formalarından, hətta vulqar leksika və jarqonlar-
dan, köhnəlmiş sözlərdən, yerinə görə terminlərdən istifadə
olunur. Lakin bir məsələ həmişə diqqətdə saxlanılır ki, bədii
əsərin vəzifəsi gözəl mənəviyyatı, əxlaqilik, əzəlilik, insanlıq
kimi keyfiyyətləri bədii sözün qüdrəti ilə emosional, ifadəli,
ekspressiv və obrazlı təsvir və tərənnüm etməkdir. Xalqın tə-
fəkkür tərzi məişət və təsərrüfat həyatı ilə bağlı olaraq bir qisim
söz ilkin mənasını genişləndirir, yeni-yeni məna çaları qazanır,
öz formasını dəyişdirir. Buna görə də dildə sözlərin mənala-
rının şaxələnməsi, köçürülməsi, müxtəlif istiqamətlərdə dəyiş-