1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə104/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   100   101   102   103   104   105   106   107   ...   128

 

 

317 



“İzzət  durdu  ayağa  və  köhnə  göy  çarşabını  başına  salıb 

çıxa-çıxa  bu  sözləri  dedi:  Atana  nəhlət,  Xudayar  bəy!  Anana 

nəhlət,  Xudayar  bəy!  Dədən  tünbətün  düşsün,  Xudayar  bəy! 

Babanın həşri Ömərin həşriylə qopsun, Xudayar bəy! (C.Məm-

mədquluzadə) 

 

Düşdü bütün qəzetlər hörmətdən, ay can! Ay can! 



Xəlqin canı qurtardı töhmətdən, ay can! Ay can! (M.Ə.Sabir) 

 

Dedim: Gülşən nədi? – Dedi: Bağımdı. 



Dedim: Səfaladı? - Söylədi: Yox, yox! 

Dedim: İşrət nədi? – Dedi: Səfamdı. 

Dedim: Gəlsən sürək. – Söylədi: Yox, yox  

(“Əzətinli Əmrah” dastanı) 

 

Birinci  misalda  qarğış,  ikincidə  sevinc,  şadyanalıq,  üçün-



cüdə isə etiraz hissi qabarıq ifadə olunmuşdur.  

Danışıq dilində də şəxsin keçirdiyi daxili hiss-həyəcan nida 

cümlələri vasitəsilə ifadə oluna bilir. Nida cümlələri tərif məqa-

mında, eləcə də hadisəyə, şəxsə danışanın razılığının, təşəkkürü-

nün ifadəsi kimi də işlədilir: - Xörək gəldi. Plov, nə plov!; Bıça-

ğı çıxarıb yemişi kəsdi. Yemiş, nə yemiş! Buy!...Başıma xeyir! 

Bərəkallah sənin kişiliyinə! Vay sənin halına! Paho, Qurbanəli! 

Əfsus!  Bu  səhnəni  görmədin.  Mərcan  bəy  kağızı  öpüb  qoyur 

gözlərinin üstünə. Oxqay! 

Nida cümlələri nida sözlərinin və intonasiyanın köməyi ilə 

əmələ  gəlir.  Nida  cümlələri  danışıqda,  şifahi  nitqdə  yüksək 

emosionallıq, ekspressivlik bildirir. Yazılı nitqdə personajın, li-

rik  qəhrəmanın  və  ya  yazıçının  daxili  həyəcanını  ifadə  edir. 

Nida cümlələri fikrin ifadəsində bədii bir priyom olduğu üçün 

bədii ədəbiyyatda daha çox işlənir. Hiss-həyəcanın zənginliyini 

bildirən intonasiya, cümlənin tərkibində işlənən nida sözlərinin 

leksik mənası, nidaların öz xarakteri, sözlərin sırası da əhəmiy-

yətli rola malikdir.  

 



 

 

318 



Nifrət o alçağa! Nifrət o günə! (S.Vurğun) 

Bərəkallah, Züleyxa, bərəkallah, afərin!  

Ay bərəkallah, bu gözəl niyyətə! 

Niyyətimiz bəllidir hər millətə! 

Əfsus, qocaldım, ağacım düşdü əlimdən, 

Səd heyf, cavanlıq! (M.Ə.Sabir) 

 

Köməksiz  qalan  canım  vay!  Evi  yıxılan  canım  vay!  Bala 



qardaşım vay! (N.Vəzirov) 

Sadaladığımız bütün bu hallar nitqə emosionallıq verir, da-

nışanın hiss-həyəcanının daha qüvvətli ifadəsinə yardımçı olur.  

Əmr  cümləsi.  Təkid,  tələb,  məsləhət,  nəsihət  və  s.  ifadə 

edən cümlələrə  əmr  cümləsi  deyilir. Əmr və  xahişi  icra etmək 

məqsədilə işlədilən əmr cümləsi qəti əmrdən xahiş və nəsihətə 

qədər  müxtəlif  çalarlıqları  ifadə  edir.  Əmr  cümləsi  felin  əmr 

şəkli  ilə  düzəlir.  Adi  tonla  deyilən  əmr  cümləsinin  sonunda 

yazıda  nöqtə,  yüksək  tonla  tələffüz  edildikdə  nida  işarəsi 

qoyulur. Misallar: 

 

Gün o gün olsun ki, qurtarsın dava, 



Dağılsın buludlar, açılsın hava. (S.Rüstəm) 

 

Şair, heç aldanma dünya varına, 



İnanma dünyanın etibarına. (S.Vurğun) 

 

Gəl, ört pəncərəni, qalaq üz-üzə. 



Ağlayaq doyunca, gülək doyunca. (R.Rza) 

 

A kişi, mən sənə nə dedim! Əgər bir acı söz dedimsə, allah 



mənim  dilimi  yandırsın.  Çıx-çıx!  Qapıdan  çəkilin!  Adə,  gör-

mürsüznüz stulları, əyləşin də! Ey, sən içəri keçmə! 

Əmr cümlələrində qəti əmrdən əlavə xahiş, nəsihət, yalva-

rış, istək, arzu, öyüd də ifadə oluna bilir:  

Gültəkin: -Dövlət bəy, yalvarıram sizə, bir də mənimlə gö-

rüşməyə can atmayınız. (C.Cabbarlı) 




 

 

319 



Aparın, aparın onu zindana

Göz dağı çəkdirin Azərbaycana! 

Bu fani dünyanı artıq unudun! 

İndi üzünüzü qibləyə tutun! (S.Vurğun) 

 

Verilmiş cümlələrlə danışan şəxs müəyyən işin görülməsi-



nə təhrik edilir, belə cümlələr danışanın nitqinə qətilik vermək-

lə şəxsin daxili həyəcanını, qəzəbini də təsirli ifadə etmiş olur.  

Canlı danışıq dilində yarımçıq cümlələrdən geniş istifadə 

olunur:  

-Oxuyan  kimdir?  –  deyə  o  bizdən  soruşdu  və  gözlərini 

mənə dikdi.  

-Qızımdır, - deyə cavab verdim (C.Cabbarlı) 

-Auditoriyalara ilk dəfə kim daxil olur? – Tələbələr. 

Tələbələr nə vaxt dərsdən gedirlər? – Saat ikidə.  

Burada mübtədasız, xəbərsiz və hər ikisi buraxılmış yarım-

çıq  cümlələr  fikri  daha  emosional  və  təsirli  etmək  məqsədilə, 

eyni zamanda yığcamlıq, lakoniklik yaratmaq istəyi ilə işlədil-

mişdir.  

Danışıq dilində sadə cümlə növləri ilə bərabər mürəkkəb 



cümlə tiplərindən də istifadə olunur. Cümlə nitqin əsas vahidi 

olduğundan  o,  qrammatikanın  sintaksis  bəhsində,  bütövlükdə 

isə  ünsiyyətdə  həlledici  rola  malikdir.  Bitmiş  fikir  bildirən 

cümlə dildə oynadığı rola və tutduğu mövqeyinə görə qramma-

tika ilə üslubiyyatın sintezi kimi özünü göstərir. Cümlə sadə və 

mürəkkəb fikirlərin ifadəçisi kimi sadə və mürkkəb olur. Sadə 

cümlə bir komponentdən ibarətdir, mürəkkəb cümlə isə iki və 

daha  artıq  sadə  cümlənin  birləşməsi  şəklindədir.  Həm  yazılı 

nitqdə, həm də şifahi danışıqda hər iki cümlə tipi danışanın sa-

vadından,  peşəsindən,  dünyagörüşündən,  harada,  kiminlə,  nə 

haqqında  danışmasından  asılı  olaraq  sadə  və  mürəkkəb  konst-

ruksiyalı  olur.  Danışıqda  sadə  cümlələrdən  çox,  mürəkkəb 

cümlələrdən az istifadə olunur. Yazılı nitqdə, xüsusən hekayə, 

povest  və  romanlarda  müəllif  təsvirlərində  və  elmi  üslubda 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə