1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə9/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   5   6   7   8   9   10   11   12   ...   181

H Ü M A Y İ - Ə R Ş

    25

3.  Əsərin məzmunu

Fəxrəddin Ağabali əsərə yazdığı müqəddimədə onu yazma səbəblərini 

açıqlayır. Müqəddimədən sonrakı hissədə Həmzə Nigarinin həyatı, nəsli, 

doğulduğu və həyatının bir hissəsini keçirdiyi Qarabağın Cicimli və 

Mirlər kəndinin təsviri, kənddən ayrılması, təhsili və Nigari təxəllüsünün 

səbəbi izah edilir. Bundan sonra Osmanlıya gedişi, Şeyx İsmayıl Şirvaniyə 

bağlanması, tələbəlik və müridlik illərinə dair bəzi xatirələr, Hicaz səyahəti, 

Qarabağa qayıdışı və ata ocağında keçən irşad günləri, izdivacı, Xan Xasay 

və Xurşidbanu xanım, Osmanlı dövlətinə yazılan məktub və ardından 

meydana gələn hadisələr, Qarabağdan məcburi ayrılış, Təbrizdə tutulması 

kimi həyat səhnələri nəql edilir.

Amasiyada keçən mürşidlik illərini əhatə edən hissədə Qarabağdan 

Ərzu ruma qayıdışı və burada keçən illəri, İstanbula gedişi, Mustafa Rəşid 

paşa ilə görüşü, Amasiyaya qayıdışı, dərsə hazırlanması və oxutduğu dərs-

lər, Rüşdü paşa ilə olan danışıqları, Siracəddin əfəndinin xəstəliyi və vəfatı; 

Siraci, Sədi, Səbatinin şairlik istiqamətləri, Qazi Məhəmməd paşanın 

təşrifləri, Merzifona səfəri və buradakı həyatı, Azərbaycandan gələn dostları, 

divanının nəşri və nəticəsi, Amasiyadakı fəaliyyəti və nə ti cəsi, İstanbul səfəri, 

saraya getməsi, Xarputa sürgünü, vəsiyyəti, vəfatı, vəfat tarixi, cənazəsinin 

nəqli, dəfni və türbəsinin binası barədə söhbət açıl mış dır.

Bundan sonraki bölmədə Həzrəti-Pirin şəcərəsinin surəti, təriqət 

tə  limi, əxlaqı, təsəvvüfü, zahiri və mənəvi şəmaili, tac, xirqə və əşyaları, 

ver diyi xilafətnamənin (mürşidlik diplomu) surəti, xacəgan silsiləsi, 

Nəqşibəndiliyin qolları, əsərləri, xəlifələri, Həzrəti-Pirə gələn və Həzrəti 

Pirin göndərdiyi məktublar, Cicimlidəki qəbirlərə dair məlumat, onun 

üçün yazılan şeirlər, təxmislər, Əhli-beytin fəzilətinə dair rəvayətlər və 

mü la hizələr, mənsub olduğu ailəyə dair bəzi hekayətlər və başqa əlavə 

məlumatlar yer tutur. 

4.  Əsərin yazılma səbəbi

Qeyd etdiyimiz kimi, müəllif “Hümayi-ərş”in yazma səbəblərini əsərin 

müqəddiməsində oxucusuna çatdırmışdır. Belə ki, onun ifadəsinə görə 

“Mənaqibnamə”nin yazılmasına səbəb təşkil edən üç xüsus vardır. 

Bunlardan birincisi, özünün şəxsən belə bir arzuya sahib olmasıdır. 

Ancaq bu niyyətini dərhal həyata keçirməmiş, gözləmişdir. Həmzə əfən-

dinin yaxınında olanların bir-bir vəfat etməsi, mövcud məlumatların məhv 

olacağı və necə böyük zatlar kimi onun da unudulmaq aqibətinə məruz 

qalacağı əndişəsi ilə təşəbbüsə qərar vermişdir. Eyni zamanda, onun kimi 

düşünən və eyni əndişəni daşıyan yaxın dostlarının təşviq və israrları da 

onun işə başlamasında təsirli olmuşdur. Müəllif bu hadisəni belə nəql edir:  

“Çoxdan bəri Amasiyanın Bəyazid paşa məhəlləsində yerləşən, öz 

məs cidinə bitişik türbədə dəfn olunmuş Nəqşibəndi şeyxlərindən əş-

Şeyx əl-Hac əl-Əmir Həmzə (qaddəsallahu sırrahu) üçün bir mənaqib 

yazmaq arzusunda idim. İllərdir fikrimi məşğul edən bu ümidimin hasil 

olmasına heç cür imkan olmurdu. Odur ki, mən istər-istəməz, bu vəzi-

fənin əhəmiyyət və qüdsiyyətini idrak edən böyük zatlar tərəfindən 




26     

H Ü M A Y İ - Ə R Ş

bunun işlənməsini gözləyir və çıxacaq əsərlərin intizarını çəkərək bu 

işin altına girmək istəmirdim. Fəqət bu vəzifəyə istər qələm və irfan əhli 

tərəfindən, istərsə də digər qardaş və dostlar tərəfindən, təəssüf ki, ma-

raq göstərilmədi. Hər kəsin elə mənim kimi, belə bir əsər meydana 

gətirəcək bir şəxsi gözləməkdə olduqları anlaşıldı. İntizar dövrünün arzu 

dairəsini aşmaması, zatı-şərifi görmüş mübarəklərin bir-bir axirət yoluna 

üz tutmaları səbəbilə bu işin getdikcə daha müşkül bir vəziyyətə girəcəyi 

anlaşıldıqda əlimdən gəldiyi qədər buna aid məlumat toplamağa başladım. 

Bu qeydlərimdən xəbərdar olan Hafiz Yəhya və Hafiz Osman əfəndilərin 

müsahibə əsnasında meydana çıxan təklifləri məndə təlqinedici bir hiss 

əmələ gətirdi. Mehmed Bəyzadə Lütfi bəy və Hacı Vəli Əfəndizadələrin 

təşviqi və həvəsləndirməsi də bu təlqinedici hissi artırdı. Əsasən, bunu 

etmək üçün bir vicdani vəzifə hiss edir və bəzi qapalı qalacaq məsələləri də 

hekayə edərək aydınlaşdırmağa məcbur qalırdım.”

8

 

Ağabali, təvazökarlıq göstərərək bu işə özündən daha qabiliyyətli 



olanların girişməsini gözləyir kimi görünsə də ifadələrindən, əslində, bu 

işə çox istəkli və hazırlıqlı olduğu görünür. Onu düşündürən ən mühüm 

məsələlərdən birinin isə yazacağı əsərin nəşri məsələsi olduğu hiss edilir. 

Bu məsələnin yuxarıda adı çəkilən şəxslərin dəstək olacaqlarına dair 

vədləri ilə həll olunacağı ümidindədir.

Özü barəsində mövzunun əhli olub-olmadığına dair meydana gələ 

bi ləcək şübhələri aradan qaldırmaq istəyən müəllif, kitab yazmağın nə 

qədər çətin bir iş olduğunun bilinməsindən, buna dair üsullara, həqiqətən, 

vaqif olunmasından və yenə bu mövzuda sahib olunması lazım gələn ağır 

məsuliyyəti dərk etdiyindən bəhs edərək, bu işə vicdani bir vəzifə hissilə və 

hər şeyi gözə alaraq başladığını söyləyir.

9

   



İkinci səbəb kimi, bəzi önəmli insanların bu kitabın yazılması ilə bağlı 

ondan xüsusi olaraq xahiş etmələrini göstərir. Bunlar İsmayıl Şirvaninin 

türbəsində imamlıq etmiş Həmzə əfəndinin mühiblərindən Hafiz Os-

man əfəndi ilə Bəyazid paşa məscidi imamı Amasiyalı Kadızadə Yəhya 

Nəcməddin əfəndidir. “Bəzən yanıma gələn bu iki şəxs, bir münasibətlə 

sözü Həzrəti Şeyxə nəql edərək “Buna bir mənaqib yaz, qalsın, vaxt olar 

ki, çap etmək üçün tələb olunan xərcə nail olar, nəşr etdirərik” deyərlərdi. 

Bu iki zata bəylik sözlərdən olaraq “Bu kimi tərcümeyi-hal və mənaqib 

yazanların, tənqidi bir istedada, qüvvətli təxəyyülə, lətif bir üsluba malik 

olması şərtdir. İki-üç ədəd rəvayət toplamaq bu işi icra etməyə kifayət 

etməz, bu xüsusda lazım olan məlumatın cəm edilməsi və tərtibi belə, 

bu işin müvəffəqiyyətinə kifayət etməz. Bununla ancaq vəzifənin kiçik 

bir hissəsi tamamlanmış olar. Bir həqiqəti bəyan edə bilmək üçün ona 

həyat verilməlidir. Necə ki, heykəltəraş bir həqiqəti öz düşüncələrinə görə 

görür və yaratdığı əsərdə onu canlandıra bilmə qabiliyyətini göstərir. Və 

nə qədər qüvvətli və haqq olursa, mənqəbə yazanların da həqiqətləri 

bitərəf surətdə tədqiq və təhqiq eylədikdən sonra o zatın əhvalını olduğu 

kimi göstərmək üçün şəxsi yaradıcılıq qabiliyyətinə qabil olmaları lazım 

8

 Mirzadə Mustafa Fəxrəddin Ağabali, Hümayi-ərş, s.2-3.



9

 Eyni yer.




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə