1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə12/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   8   9   10   11   12   13   14   15   ...   181

H Ü M A Y İ - Ə R Ş

    31

Əsərin hazırlıqları davam edərkən eyni zamanda müəllif Ağabali və 

əsərdə adı keçən yerlərlə əlaqəli bəzi tədqiqatlar aparmaq lüzumu hasil 

oldu. Türkiyəyə hər səfərimizdə bu işlə məşğul olsaq da, nəticə ala bilmirdik. 

2011-ci ildə əziz dostum, dəyərli alim Prof.İbrahim Yıldırım ilə bir müddət 

Ağabalinin izini axtardıq, amma əlimiz boşa çıxdı. Bu arada Süleymaniyyə 

və Millət kitabxanalarının keçmiş müdirləri M.Ülkər və M.S. Tayşi ilə 

görüşmələrimiz də istənilən nəticəni vermədi. Nəhayət, Kadıköydə Bəha 

Doğramacı ilə görüşümüz baş tutdu. Doxsan yaşını ötən Bəha bəy kitabın 

nəşr edilməsinin çox yaxşı olacağını vurğulayaraq bizi bu işə təşviq etdi. 

Yaşlılıq səbəbilə çox şeyi unutduğundan Ağabali ilə əlaqəli suallarımıza 

geniş cavablar verə bilmədi. Lakin Ağabalinin “Ənqayi-Qafi-lahut, kəlimi-

Sinayı-cəbərut, Əli göründü gözümə” adlı əsərini yenicə nəşr etmişdi və 

buradakı məlumatlardan istifadə etməyimizi məsləhət bildi. Beləcə, naşir 

Salahi Çiloğlu bəydən təmin etdiyimiz kitabda Ağabali haqqında kifayət 

qədər məlumat əldə edə bildik. 

Əsərdəki fotoların bir hissəsi 2009 və 2011-ci illərdə Amasiya 

ziyarətlərimiz sırasında əldə edilmişdi. Digər bir qismi isə 2012-ci ildə 

təşkil etdiyimiz “Qarabağdan Amasiyaya könül körpüsü Mir Həmzə 

Nigari” simpoziumundan son 

ra görüşdüyümüz dəyərli insanlar - Mir 

Həsən əfəndinin nəslinin nüma yən də si Aybars Özbay və Hacı Mahmud 

əfəndinin kötücəsi Orhan Kayıhan bəylərin etimad və lütfləri sayəsində 

eldə edildi. Qarabağ şəkilləri isə Siracəddin bəy tərəfindən təmin edildi. 

Digərləri zaman içərisində müxtəlif şəxslərdən və araşdırmalardan əldə 

olunan və xüsusi arxivimizdə olan materiallardır. 

8. Bir mənbə kimi əhəmiyyəti

“Hümayi-ərş”dən ilk dəfə xəbərdar olan tanınmış Türk ədəbiyyatşü-

nası Bəhaəddin (Bəha) Doğramacı olmuşdur. O 1948-ci ildə Amasiyada 

əsgərlik çəkərkən Ağabali ilə tanış olmuş və müəllifin icazəsi ilə “Hüma”nı 

alıb oxumuş, hətta, qısa bir xülasəsini də çıxarmışdır. Bəzi müəlliflər 

yazılarında bu xülasədən istifadə etmişdilər. Bunun ardından uzun müddət 

səssizliyə bürünülmüş, bu qiymətli əsər işıq üzü görə bilmədiyi kimi, 

Həmzə Nigaridən də uzun müddət bəhs edilməmişdir. 2003-cü il tarixində 

Türkcə divanının nəşrində Azmi Bilgin “Mir Həmzə Nigari” başlıqlı "Giriş" 

hissəsində “Hümayi-ərş”dən istifadə etdiyini qeyd etmişdir. Nəzakət 

Məmmədli də Divanın Azərbaycan nəşrinin önsözündə ondan istifadə 

etdiyini qeyd edir. Ahmet Özkılınc “Mürşidi eşq olan arif Seyid Nigari” 

kitabında haradan istifadə etdiyini qeyd etməsə də, mənbələr sırasında 

adını verir. Təsəvvüf tarixçisi Mustafa Kara da “Xarputda Qarabağlı bir 

dərviş Həmzə Nigari” adlı məqaləsində Bəha Doğramacının qeydlərindən 

istifadə etmiş, “Hümayi-ərş”i görə bilmədiyinə heyfsilənmişdir.

Azərbaycanda Nigari barəsində çoxlu bilgi sahibi şəxslər olmaqla 

birlikdə, haqqında yazanlar Firidun bəy Köçərli, Mirvari Dilbazi, Məmməd 

Aslan, Şamil Cəmşidov, Tariyel Cahangir, İsmayıl İlməzli və başqaları 

olmuşdur. Bəha Doğramacının “Hümayi-ərş”dən çıxardığı xülasəni isə 




32     

H Ü M A Y İ - Ə R Ş

ilk dəfə şairə Mirvarid Dilbazi 1990-cı ildə Türkiyə ziyarəti dönüşündə 

gətirərək məqalə halında "Elm" qəzetində nəşr etdirmişdir.

13

 Daha sonra 



bu yazını C.Tariyelə vermiş, o da Mir Sədi Ağa haqqındakı kitabında dərc 

etmişdir. M.Rıhtım və F.Xəlillinin birgə nəşr etdirdikləri “Mövlanə İsmayıl 

Siracəddin Şirvani” adlı monoqrafiyanın ikinci nəşrindəki Həmzə Nigari 

ilə əlaqəli hissə “Hümayi-ərş”dən istifadə ilə yazılmışdır.

Yazılmasından təqribən 90 il keçəndən sonra oxucuların və tədqi-

qat çıların istifadəsinə verilən “Hümayi-ərş” Həmzə Nigari və çevrəsi 

haqqında qiymətli məlumatları ehtiva etməklə yanaşı, Qarabağ və Amasiya 

tarixi üçün də olduqca əhəmiyyətli bir qaynaq mahiyyətindədir. Qarabağ 

mühitində Cicimli və Pirlər kəndi haqqında verdiyi məlumatlar və sxem-

lər lə yanaşı, bu kəndlərdə yaşanan adət-ənənələr, inanclar, gündəlik həyat, 

evlərin memarlığı kimi bir çox maraqlı mövzu yer almışdır. Bundan əlavə, 

Qarabağ xanı ilə əlaqəli və buranın insanlarının xarakterik özəllikləri 

haqqında təsbitlər vardır. Bu məlumatlar indiki şəraitdə işğal altında olan 

Qarabağın Azərbaycanla tarixi əlaqəsini milli və mənəvi cəhətdən vəziy-

yətini göstərməsi baxımından əhəmiyyətlidir.  

Qarabağdan başqa əsərdə yer alan məlumatların əksəriyyətinin XIX 

əsrin ikinci yarısında Amasiyada Mir Həmzə əfəndi və onun ətrafında cə-

rəyan edən hadisələrlə əlaqədar olduğu görülür. Bu məlumatlar ara sın da 

Amasiyanın önəmli şəxsiyyətləri, xüsusilə də, Azərbaycandan köç edərək 

bura gələn şəxslər, Şeyx İsmayıl Siracəddin Şirvani və oğlu sədrəzəm 

Mehmed Rüşdü paşa, Həmzə Əfəndi ilə müridləri, üləma (alimlər) və 

üməra (dövlət adamları) arasında cərəyan edən hadisələr və s. kimi bir 

mürşidin ətrafında bir dövrün tarixi nəql edilməkdədir. Dar dairədə iç-içə 

keçən bir şəhər və təriqətin tarixi izah edilərkən, daha geniş müstəvidə isə 

Azərbaycan ilə Osmanlı arasındakı əlaqələrin tarixinə də işıq tutulmaqdadır.  

9.  


Məlumatların doğruluğu və obyektivliyi ilə əlaqədar 

bəzi dəyərləndirmələr 

“Hümayi-ərş” istər tərtibat sistemi, istərsə də öz metodu baxımından 

müasir elmi əsaslara görə hazırlanmışdır. Mövzuların ara başlıqları, ha şi-

yə lərdən istifadə şəkli, məsələlərin ələ alınışı və işlənmə tərzi günü müz  

tədqiqat üsulları ilə böyük bənzərlik nümayiş etdirir.   

M.F.Ağabali “Hüma”ya daxil etdiyi məlumatları kortəbii şəkildə top-

la mamış, seçici davranmışdır. Azərbaycandakı məlumatları əldə etmək 

üçün bu torpaqlara səfər etmiş, Hz. Pirin buradakı həyatı və mühitinə 

dair bilgiləri yerindən toplamışdır. Aldığı bilgilərin doğruluğunu elmi 

kriteriyalar təsdiqlətməklə yanaşı əqli və məntiqi olaraq dəyərləndirmişdir. 

Buna görə də aydın olur ki, bir çox məlumatı qaynağı məlum olmadığı və 

doğruluğu da şübhəli olduğu üçün dərc etməmişdir. Beləcə, Mir Həmzə 

əfəndinin ətrafında əmələ gətirilən ağıl və məntiq xarici rəvayətlərlə mey-

dana gələn xürafatın qarşısını almağa çalışmışdır. 

13

 Elm qəzeti, №7-8 (266-267), Bakı, 16.II.1991 və №9-10 (268-269) Bakı, 2.III, 1991. 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə