H Ü M A Y İ - Ə R Ş
23
istəməyən mütəəssiblər tərəfindən ona edilən haqsız hücumlar və yersiz
ittihamlar ömrünün son illərində həyatının ən çətin anlarını yaşamasına
səbəb olmuşdur. Əslində, bu iftiraların əsl səbəbi o cür məsələlər deyil,
Həmzə əfəndinin cəmiyyət tərəfindən sevilməsi və geniş bir mürid kütləsinə
sahib olmasının bəzilərini həsədə sövq etməsi idi. Bunda bir qüsur axtarıb
tapmağa çalışan müxalifləri onun bu həssasiyyətindən istifadə etmək istəmiş,
siyasəti də öz məkr və hiylələrinə alət etməklə əleyhində dedi-qodularla dolu
intensiv bir kampaniya başlatmışlar. Si yasi dairələr təhrik edilmiş, şikayətlər və
oyunlar nəticəsində 1885-ci ildə İstanbula cəlb edilərək istintaqa çəkilmişdir.
Tarixçi Hüseyin Hüsaməddin bəyin nəqlinə görə, şeyxül-islam Üryanizadə
Əhməd Əsəd əfəndinin hüzuruna çıxarılaraq ondan Müaviyə və onun
kimilərin tənqid və təhqir edilməsinin səbəblərini izah etməsi soruşulmuş,
o da: “Cəddimin əleyhinə qiyam edən adamlara büğz və lənət etmək mənə
aid bir vəzifeyi-nübüvvətdir. Bu xüsusda xalqın mənə ayaq uydurması, tabe
olması doğru deyildir” cavabını vermişdir. Bu məntiqli cavab üzərinə bəraət
alaraq sərbəst buraxılmışdır.
6
Ağabalinin verdiyi məlumata görə, bundan bir nəticə əldə edə bil-
mə yən məlum dairələr taktika dəyişdirərək işi daha da irəli aparmağa
çalışmışlar. Həmzə əfəndinin mütləq cəzalandırılması üçün Amasiyanın
irəli gələnlərindən razı sala bildikləri şəxsləri bir araya gətirərək saxta yolla
hazırladıqları “dövlətin təhlükəsizliyini təhdid etdiyi, sahib olduğu çoxlu
tərəfdar kütləsi ilə üsyana hazırlandığı” şəklində yalan və böhtan dolu
bir məktubu imzalatdıraraq hökumətə göndərmişlər. Bunun nəticəsində
səksən yaşını keçmiş, heç bir dünyəvi təmənnası olmayan bu mübarək
münzəvi Allah adamının Xarputa sürgün edilməsinə səbəb olmuşlar. Allah
dostlarının çoxunun başına gələn bu hala böyük bir razılıq və təslimiyyət
ilə dözən Mir Həmzə əfəndinin 87 illik ömrü, 12 məhərrəm 1304/11
oktyabr 1886-cı ildə başa çatmış, Xarputda sürgündə ikən məzlumanə
Haqqa qovuşmuşdur.
Həmzə əfəndinin Çar Rusiyası zamanı Azərbaycanda, xüsusilə, şimal-
şərq bölgələrindəki təsi rinin qarşısını almaq üçün tətbiq edilən təzyiqlər
bolşevik idarəsi zamanında getdikcə artmışdır. Sovet üsul-idarəsi İs ma-
yıl Şirvani və davamçıları tərəfindən Azərbaycanda yayılan Nəqşibəndi
təriqətinin təsirlərini aradan qaldırmaq üçün uzun müddət mübarizə
aparmışdır. Yüzlərlə şeyx və din xadimi edam və sürgün edilmişdir. Ateizm
siyasətinin dini dəyərlərə qarşı apardığı mübarizənin hədəfində ən çox
milli, dini və irfani ədəbiyyat olmuşdur. O cümlədən, Həmzə əfəndinin
divanlarının da oxunması yasaqlanmış və hətta, evində saxlayanlar barə-
sin də ağır cəza tədbirləri görülmüşdür. Bununla da kifayətlənilməmiş,
əleyhində ciddi bir təbliğat fəaliyyəti başladılmışdır. Bu dövrdə İslami
dəyərlərin və dini şəxsiyyətlərin gözdən salınmasına dair kitabların yazılıb
nəşr edilməsinə, səhnə əsərlərinin tamaşaya qoyulmasına və filmlərin
çəkilişinə xüsusi əhəmiyyət verilirdi. Bunların mövzu və məzmun baxı-
mın dan sovet ideologiyasına nə qədər xidmət etdiyini müəyyən etmək
mümkün olmasa da, Azərbaycan xalqının dini-mənəvi dəyərlərinə qarşı
6
Hüseyin Hüsameddin Amasi. Amasya tarihi, c.9.
24
H Ü M A Y İ - Ə R Ş
yönəldilmiş iftira və təxribatlardan olaraq tarixə keçmişdir. Həmzə Nigari-
nin təsirini yox etmək üçün aparılan bu kimi yalan və iftiralarla dolu
təbliğat, təhdid və sair fəaliyyətlərə baxmayaraq, xalqın böyük hissəsinin
qəlbində onun məhəbbəti yaşamağa davam etmişdir. Hər cür möhnəti
gözə alan mühibləri gizli-gizli onun şeirlərini oxumaqdan, zikr məclisləri
düzəldərək qəzəllərinin müşaiyətində zikrlər və səma ayinləri təşkil
etməkdən əl çəkməmişlər.
Həmzə Nigari, “Vətən sevgisi imandandır” hökmü ilə hərəkət edərək
ayrı düşdüyü cənnət vətəni Azərbaycana və xüsusilə də, Qarabağa olan
həsrətini və bağlılığını şeirlərində tez-tez dilə gətirmişdir:
Əzm eylə diyarı-Şirvanı,
Qət eylə rəhi-Azərbaycanı.
Bir yer deyəm ismidir Qarabağ,
Cənnət yeri abu şirü qaymağ.
“Mənim о diyаrın uşаq-böyük, qаdın-kişi, cаvаn-qоcа – bütün əhаlisinə
və оnlаrın mənə оlаn məhəbbətinin dərəcəsini yаlnız Mövlа bilir” deyən
Seyid Nigаrinin vətəni Qаrаbаğа və əhalisinə оlаn məhəbbətini ifadə edən
misralarını охuduqdа insаnın gözləri istər-istəməz dоlur. Nigari yalnız
həyatında deyil, həttа ölümündən sоnrа dа Qаrаbаğ cаmааtını fikirləşir,
оnlаrın аrzulаrını yerinə yetirməyi, Аllаh dərgаhındа оnlаrа şəfаətçi оl mа-
ğı düşünürdü. Qаrаbаğ cаmааtı dа heç zаmаn Nigаrini unutmаmış, həttа
ən çətin zаmаnlаrdа belə Nigаrinin şeirləri Qаrаbаğ хаnəndələrinin və
хаlqının dilində əzbər olmuş, daima oxunmuşdur”.
7
Nigari doğma vətəni Qarabağın ruslar tərəfindən işğal edilişini görmüş,
yaşamış, hürriyət eşqi ilə azadlıq yollarını axtarmış, ancaq vətənindən
tələm-tələsik ayrılaraq didərgin düşmək məcburiyyətində qalması, onun
cəhdlərini boşa çıxarmışdır. Vətənindən ayrı qalmanın verdiyi həsrət və
iztirab ilə belə xitab edir:
Can qurban eylərəm peyki-Səbayə,
Xəbər versə bir gün ol Qarabağdan.
Eyni zamanda həmin illərdə və çox sonralar Qarabağın başına başqa
bir işğal faciəsinin gələcəyini bilirmiş və o fəlakətləri də görürmüş kimi:
Sinəmə çəkilən qara dağımdır,
Qara bağrım qanlı Qarabağımdır-
deyərək bir tərəfdən Qarabağın qanlı əsarətindən xəbər verərkən, ardın-
dan:
Mövla verə ömrü bir zamanı,
İslam ilə bir də görək anı-
sözləri ilə bu əsarətin daimi olmayacağı müjdəsini vermiş, vətənlərindən
ayrı düşmüş insanları ümidə, cəhdə və mücadiləyə ürəkləndirmişdir.
7
Mir Həmzə Seyid Nigari, Divan, hz: Nəzakət Məmmədli, Elm və təhsil, Bakı, 2010, s.12.