99.
Vergilər haqqında qanunvericilik vergitutmanın hansı prinsiplərinə əsaslanır?
•
yalnız ədalətli olmasına
√
ümumi, bərabər və ədalətli olmasına
•
xüsusi, neytral və ədalətli olmasına
•
yalnız ümumi olmasına
•
yalnız bərabər olmasına
100.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında Vergi Məcəlləsi ilə və ona müvafiq olaraq
qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, hansı müddəalar tətbiq
edilir?
•
Mülki Məcəllənin müddəaları
√
Beynəlxalq müqavilələrin müddəaları
•
Azərbaycan Respublikasının Mülki və Vergi Məcəllələrinin müddəaları
•
Azərbaycan Respublikasının Vergi və Mülki Prosessual Məcəlləsinin müddəaları
•
Vergi Məcəlləsinin müddəaları
101.
Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər Azərbaycan Respublikasının hansı
qanunvericilik aktı ilə müəyyən edilir?
•
Bələdiyyələr haqqında qanunla
√
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
•
Azərbaycan Respublikasının Konstitusiyası ilə
•
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
•
Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsi ilə
102.
Vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə
müəyyən edilir?
•
Azərbaycan Respublikasının Konstitusiyası ilə
√
Vergi Məcəlləsi ilə
•
İnzibati Xətalar Məcəlləsi ilə
•
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
•
Mülki Məcəllə ilə
103.
Vergi ödəyicisinin əsas [vergini ödəmək] vəzifəsi hansı qanunvericilik sənədi ilə müəyyən edilmişdir?
•
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
√
Azərbaycan Respublikasının Konstitusiyası
•
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
•
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
•
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
104.
Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası
olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; 2. Vergi Məcəlləsi ilə
müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək; 3. vergi ödəyicisinin audit
yoxlamasından keçməsini tələb etmək; 4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada
təhqiqat aparmaq; 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq.
•
1, 2, 5
√
1, 2, 4
•
3, 4, 5
•
1, 3, 5
•
2, 3, 4
105.
Aşağıdakılardan hansı vergi ödəyicisinin vəzifələrinə aid deyildir?
•
qanunla müəyyən edilmiş vergiləri ödəmək
√
vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
•
qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] uçotunu aparmaq
•
vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək,
habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək
•
vergi orqanlarından VÖEN almaq
106.
Aşağıdakı hansı məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən
məlumat kommersiya [vergi] sirri və şəxsi həyata dair məlumat hesab olunur? 1. vergi ödəyicisinin razılığı olmadan aşkar edilən; 2.
vergi orqanının məqbul hesab etdiyi istənilən məlumat; 3. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 4. vergi ödənişləri üzrə borclar; 5.
vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında.
•
2, 4, 5
√
3, 4, 5
•
1, 2, 3
•
1, 4, 5
•
2, 3, 4
107.
Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. Vergi Məcəlləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada
vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət etmək və onu təmin
etmək; 2. İctimai və siyasi təşkilatların kənar audit yoxlamasından keçməsini tələb etmək; 3. Vergi Məcəlləsinin müddəalarına uyğun
olaraq vergi ödəyicilərinin sosial – inkişaf fondlarına yönəldilmiş vəsaitlərin xərclənməsinə nəzarət etmək; 4. kommersiya hüquqi
şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və
müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 5. vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın,
habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini vermək.
•
1, 2, 3
√
1, 4, 5
•
1, 3, 4
•
1, 3, 5
•
2, 4, 5
108.
Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında
ödənilməsinə nəzarət etmək vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək; 2. vergi qanunvericiliyi və vergi qanunvericiliyində
edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək,
müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar
vermək, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etmək; 3. iri vergi ödəyicilərinin nizamnamə fondunun artmasına və
azalmasına nəzarət etmək; 4. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı
məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 5. dövlət
maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək.
•
1, 2, 3
√
1, 2, 4
•
1, 3, 5
•
3, 4, 5
•
2, 4, 5
109.
Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə
nəzarət etmək vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək; 2. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək;
3. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin [obyektlərinin], habelə nəzarət-
kassa aparatlarının uçotunu aparmaq; 4. fiziki şəxslərin yaşayış sahələrinə daxil olmaq və əmlakın inventarizasiyasını aparmaq; 5. vergi
ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək.
•
1, 2, 4
√
1, 3, 5
•
3, 4, 5
•
2, 4, 5
•
1, 2, 5
110.
Aşağıdakılardan hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin,
maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; 2.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların
vergi məsələləri ilə bağlı sorğusunu həyata keçirtmək; 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsini tələb etmək; 4. Vergi
Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 5. hüquqi
şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq.
•
1, 2, 5
√
1, 2, 4
•
3, 4, 5
•
1, 3, 5