70.
Vergitutma məqsədləri üçün hüquqi şəxs dedikdə kim nəzərdə tutulur?
•
Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini
həyata keçirən müəssisə və təşkilatlar
√
Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və
təşkilatlar
•
yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
•
yalnız xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
•
Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış istənilən şəxs
71.
Vergitutma məqsədləri üçün şəxs dedikdə, kim nəzərdə tutulur?
•
yalnız fiziki şəxs
√
istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi
•
yalnız qeyri-rezidentin daimi nümayəndəliyi
•
yalnız Azərbaycan Respublikasının rezidentləri
•
yalnız Azərbaycan Respublikasının hüquqi şəxsi
72.
Vergitutma bazası nədir?
•
vergi ödəyicisinin əmlakı
√
vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi
•
vergi ödəyicisinin əmlakı və pul vəsaiti
•
Vergi ödəycisinin mülkiyyətində olan torpaq sahəsi
•
vergi ödəyicisinin pul vəsaiti
73.
Aşağıdakılardan hansı vergitutma obyektlərinə aid deyil?
•
gəlir
√
xeyriyyəçilik fəaliyyəti
•
torpaq, faydalı qazıntılar
•
əmlak
•
təqdim edilmiş malların [işin, xidmətin] dəyəri
74.
Bələdiyyələr öz ərazilərində vergitutmanın hansı məsələləri barədə qərar qəbul edə bilərlər?
•
yalnız vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən azad etmək barədə
√
vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə
•
vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını bütün vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə
•
Belə bir səlahiyyət nəzərdə tutulmamışdır
•
yalnız vergi dərəcələrini azaltmaq barədə
75.
Yerli vergilər dedikdə hansı vergilər başa düşülür?
•
Bələdiyyələr haqqında müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində
ödənilən vergilər nəzərdə tutulur
•
Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və Azərbaycan Respublikasının
bütün ərazisində ödənilən vergilər nəzərdə tutulur
•
Hüquqi şəxslərin torpaq vergisi
√
Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində
ödənilən vergilər nəzərdə tutulur
•
Hüquqi şəxslərin əmlak vergisi
76.
Muxtar respublika vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?
•
Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan tutulan vergilər
√
Vergi Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar
Respublikasında ödənilən vergilər
•
ƏDV və yol vergisi
•
Vergi Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Azərbaycan Respublikasının
bütün ərazisində ödənilməli olan vergilər
•
Yalnız yol vergisi
77.
Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?
•
Bələdiyyə vergiləri
√
Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
•
fiziki şəxslərin torpaq və əmlak vergiləri
•
Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan
vergilər
•
Naxçıvan MR-da tətbiq olunan vergilər
78.
Vergi sistemi
•
Sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə həvəsləndirməlidir
•
Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməməlidir
•
Sahibkarlıq və investisiya fəaliyyətini məhdudlaşdırmalıdır
√
Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir
•
Yalnız kiçik və orta sahibkarlığın fəaliyyətini təşviq etməlidir
79.
Vergilər haqqında qanunvericilik hansı tərzdə formalaşdırılmalıdır?
•
hər kəs vergiləri yalnız nə vaxt ödəməli olduğunu dəqiq bilsin
√
hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
•
hər kəs vergiləri yalnız hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
•
hər kəs vergiləri harada ödəməli olduğunu dəqiq bilsin
•
hər kəs vergiləri yalnız hansı qaydada ödəməli olduğunu dəqiq bilsin
80.
Müəyyənləşdirilmiş bazar qiymətlərindən hansı məqsədlər üçün istifadə edilir?
•
satış məqsədləri üçün
√
vergitutma məqsədləri üçün
•
qalıq dəyərinin müəyyən edilməsi məqsədləri üçün
•
alış məqsədləri üçün
•
uçota alınma məqsədləri üçün
81.
Malların [işlərin, xidmətlərin] bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir etməyən amil hansıdır?
•
malların mənşə ölkəsi, alındığı və ya təqdim olunduğu yer
√
malların sahibinin vətəndaşlığı
•
mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməsi
•
öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri
•
göndərilmiş malların həcmi
82.
Neçə gün ərzində vergi ödəyicisinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işlərə, xidmətlərə] tətbiq etdikləri qiymətlərin səviyyəsi
30 %-dən çox dəyişdikdə, bazar qiyməti tətbiq edilir?
•
10 gün
√
30 gün
•
45 gün
•
15 gün
•
25 gün
83.
Xeyriyyə təşkilatı nədir?
•
xeyriyyəçilik fəaliyyətini həyata keçirən kommersiya təşkilatı
√
xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı
•
məqsədi gəlir əldə etmək olmayan qeyri-dövlət təşkilatı
•
istənilən qeyri-kommersiya təşkilatı
•
əsas məqsədi gəlir əldə etmək olan hüquqi şəxs
84.
Vergitutma məqsədi ilə nəzarət-kassa aparatının müəyyən olunmuş qaydada qeydiyyatı hansı orqan tərəfindən həyata keçirilir?