•
vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicilərinin fəaliyyətində maliyyə marağı olmadıqda
•
Belə bir məhdudiyyət nəzərdə tutulmamışdır
•
həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər şəxsi tanışlıq xarakteri daşımadıqda
123.
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən
edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək vergi orqanlarının vəzifələrinə aiddirmi?
•
aid deyil
√
aiddir
•
Məhkəmə orqanlarının müvafiq qərarı olduqda aiddir
•
yalnız ASAN xidmət mərkəzlərinin vəzifələrinə aiddir
•
Ədliyyə orqanlarının vəzifələrinə aiddir
124.
Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə
bilərlərmi?
•
ləğv edə bilməzlər
√
ləğv edə bilərlər
•
yalnız qismən ləğv edə bilər
•
yuxarı vergi orqanı məhkəməyə müraciət edir və yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra ləğv edə bilər
•
qeyri-qanuni aktı və qərarı qəbul etmiş vəzifəli şəxsi cəzalandıra bilər, lakin akt və qərarı ləğv edə bilməz
125.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların
vergi məsələləri ilə bağlı sorğusunun həyata keçirilməsi vergi orqanlarının hüquqlarına aiddirmi?
•
aid deyil
•
yalnız yuxarı orqanların tələbi olduğu halda
•
ancaq məhkəmənin qərarı olduğu halda
√
aiddir
•
yalnız vətəndaşın razılığı olduqda
126.
Xidməti fəaliyyətlə əlaqədar vergi orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər hansı vəsait hesabına ödənilir?
•
vergi orqanlarının büdcədənkənar fondunun vəsaiti hesabına
√
sonradan təqsirkar şəxsdən tutulmaqla tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına
•
yerli [bələdiyyə] büdcəsinin vəsaiti hesabına
•
həm dövlət büdcəsinin, həm də vergi orqanlarının büdcədənkənar fondunun vəsaiti hesabına
•
həmkarlar təşkilatının vəsaitləri hesabına
127.
Azərbaycan Respublikasında dövlət vergi orqanlarını hansı orqanlar təşkil edir?
•
müvafiq icra hakimiyyəti orqanı və maliyyə orqanları
√
müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları
•
yalnız müvafiq icra hakimiyyəti orqanları
•
vergi və gömrük orqanları
•
yalnız vergi orqanları
128.
Vergitutma məqsədləri üçün qeyri-rezident müəssisəsinin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az
müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmadıqda, bu halda Azərbaycan
mənbəyindən əldə olunan gəlirdən hansı qaydada vergi tutulur?
•
bu gəlirlərdən vergi tutulmur
√
Vergi Məcəlləsinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir
•
Vergi Məcəlləsinə uyğun olaraq müstəsna hallarda bu gəlirlər vergiyə cəlb olunur
•
Vergi Məcəlləsinə uyğun olaraq bildiriş üzrə vergiyə cəlb olunur
•
Vergi Məcəlləsinə uyğun olaraq bəyannamə üzrə vergiyə cəlb olunur
129.
Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi istənilən 12 ay ərzində
Azərbaycan Respublikasındakı fəaliyyəti üst-üstə neçə gündən az olmadıqda daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət
sayılır?
•
183 gündən
√
90 gündən
•
30 gündən
•
45 gün
•
60 gündən
130.
Kimlər vergi agenti hesab olunur?
•
vergi ödəyicisinin kommersiya sirrini bilən şəxslər
√
vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxslər
•
vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər
•
özəl vergi xidməti fəaliyyəti ilə məşğul olan şəxslər
•
vergi ödəyicisinin ailə üzvləri
131.
Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, vergi hesabatının əvəzinə vergi
orqanına təqdim etdiyi arayış nə vaxt qüvvəsini itirir?
•
vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 3 gün sonra
√
vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən
•
vergi hesabatlarının verilməsi üzrə öhdəlik başa çatdığı gündən
•
arayışın təqdim edildiyi gündən 1 il keçdikdən sonra
•
arayışın təqdim edildiyi gündən
132.
Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyildir?
•
Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək
√
vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş
vermək
•
müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən
edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək
•
qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına
faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati
cərimələr tətbiq etmək
•
vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən
yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək
133.
Aşağıdakılardan hansı vergi ödəyicilərinin hüquqlarına aiddir?
•
qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
√
vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş
vermək
•
vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini [VÖEN] almaq
•
qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər
sənədlərin, habelə
•
Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və
sənədləri təqdim etmək
134.
Bəyannamə verməli olan rezident fiziki şəxslər harada uçota alınırlar?
•
gəlirin əldə edildiyi yer üzrə uçota alınırlar
√
yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar
•
istənilən vergi orqanında uçota alınırlar
•
faktiki fəaliyyət göstərdikləri yer üzrə
•
uçota alınmırlar
135.
Yerli vergilərin hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət hansı orqan tərəfindən həyata keçirilir?
•
bələdiyyə ərazisindəki vergi orqanı
√
bələdiyyələrin vergi xidməti orqanı
•
bələdiyyənin yerləşdiyi ərazinin maliyyə və vergi orqanı
•
icra hakimiyyəti orqanları
•
bələdiyyənin yerləşdiyi ərazinin maliyyə orqanı
136.
Vergi nəzarəti hansı məqsədlə həyata keçirilir?