•
maliyyə orqanları
√
vergi orqanları
•
gömrük orqanları
•
servis texniki xidmət mərkəzi
•
ədliyyə orqanları
85.
Vergitutma məqsədləri üçün xalis mənfəət dedikdə nə başa düşülür?
•
balans mənfəəti
√
mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət
•
dolayı vergilər çıxıldıqdan sonra qalan mənfəət
•
royalti çıxıldıqdan sonra qalan mənfəət
•
mühasibat mənfəəti
86.
Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların [işlərin, xidmətlərin] qiyməti kimi hansı
qiymət qəbul edilir?
•
maya dəyəri və rentabellik norması nəzərə alınmaqla müəyyən edilən qiymət
√
tərəflərin əməliyyatda [əqddə] təsbit etdikləri qiymət
•
bazar qiyməti
•
maya dəyəri və nəqliyyat xərcləri nəzərə alınmaqla müəyyən edilən qiymət
•
statistik qiymət
87.
Maddi aktivlərin istifadə müddəti neçə ildən çox olduqda, onlar əsas vəsait sayılır?
•
2 ildən
√
1 ildən
•
5 ildən
•
4 ildən
•
3 ildən
88.
Vergi məbləğinin hesablanması üçün vergi dərəcəsi aşağıdakılardan hansına tətbiq olunur?
•
vergitutma obyektinə
√
vergitutma bazasına
•
vergi güzəştləri məbləğinə
•
bazar qiymətinə
•
vergi dövrünün davametmə müddətinə
89.
Hansı vergi yerli vergilərə [bələdiyyə vergilərinə] aid deyildir?
•
fiziki şəxslərin əmlak vergisi
√
hüquqi şəxslərin torpaq vergisi
•
yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
•
bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
•
fiziki şəxslərin torpaq vergisi
90.
Vergi Məcəlləsi ilə bütün dövlət vergilərinin dərəcələrinin hansı həddi müəyyən edilir?
•
aşağı hədləri müəyyən edilir
√
ən yüksək hədləri müəyyən edilir
•
yüksək olmayan hədləri müəyyən edilir
•
orta hədləri müəyyən edilir
•
optimal hədləri müəyyən edilir
91.
Hansı vergi dövlət vergilərinə aid deyildir?
•
əlavə dəyər vergisi
•
fiziki şəxslərin gəlir vergisi
√
fiziki şəxslərin əmlak vergisi
•
aksizlər
•
yol vergisi
92.
Vergi məbləğlərinin bilavasitə mənbədən tutulması dedikdə nə başa düşülür?
•
Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
√
Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
•
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
•
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
•
Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
93.
Vergi məbləğlərinin bəyannamə forması üzrə tutulması dedikdə nə başa düşülür?
•
Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
√
Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
•
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
•
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
•
Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
94.
Aşağıda göstərilənlərdən hansılar vergitutmanın formaları sayılır?
•
mənbədən, könüllü və bildiriş üzrə
√
bəyannamə üzrə, bildiriş üzrə və bilavasitə mənbədən
•
bəyanetmə üzrə, bildiriş üzrə və könüllü
•
məcburi, könüllü və bilavasitə mənbədən
•
məcburi, könüllü və bəyanetmə üzrə
95.
Xüsusi vergi rejimi dedikdə, nə nəzərdə tutulur ?
•
müəyyən dövr ərzində vergilərin ödənilməsinin xüsusi qaydası
√
müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası
•
müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin təxirə salınması
•
müəyyən dövr ərzində vergi bəyannamələrinin təqdim edilməsinin xüsusi qaydası
•
müəyyən dövr ərzində vergilərin hesablanmasının xüsusi qaydası
96.
Azərbaycan Respublikasında vergi sistemi hansı vergilərdən ibarətdir?
•
dövlət vergiləri, yerli vergilər [bələdiyyə vergiləri]
√
dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər [bələdiyyə vergiləri]
•
dövlət vergiləri və muxtar respublika vergiləri
•
yalnız dövlət vergiləri
•
muxtar respublika və yerli vergilər [bələdiyyə vergiləri]
97.
Azərbaycan Respublikasında vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?
•
Nazirlər Kabinetinin qərarına əsasən
√
Vergi Məcəlləsinə dəyişiklik edilməsi yolu ilə
•
Heç bir halda dəyişdirilə bilməz
•
Referendum yolu ilə
•
Beynəlxalq valyuta fondunun tövsiyələrinə əsasən
98.
Mülkiyyət formasına, fiziki şəxslərin vətəndaşlığına və kapitalın yerinə görə vergi dərəcələri necə müəyyən edilir?
•
kapitalın yerinə görə müxtəlif dərəcələrlə
√
eyni dərəcə ilə
•
mülkiyyət formasına görə müxtəlif dərəcələrlə
•
müxtəlif dərəcə ilə
•
fiziki şəxslərin vətəndaşlığına görə müxtəlif dərəcələrlə