a) söhbətə maraqlı,
cəlbedici, yığcam giriş verə bilmək; b) məzmun ilə bağlı faktlar, misallar,
nümunələr toplamaq, onları nitqdə məqamına görə işlətmək; c)
nitqin məzmununu yazmaq; ç) nitqi
yaddaşına köçürmək,
dəfələrlə məşq edib, söyləmək; d) mövzunu dinləyicilərin qarşısında şərh etmək.
Nitqin ikinci forması
spontan
, yəni xüsusi hazırlıq olmadan, təşkil olunmamış,
bədahətən, sərbəst
söylənilən nitqdir. Bu, danışıqda bir növ improvizasiyadır.
Bəzən belə iti, qabaqcadan düşünülməmiş
nitqə ekspromt da deyilir.
7. Xarici və daxili, aktiv və passiv nitq
Xarici və daxili nitq
.Eksteriorizasiya və interiorizasiya əlamətinə görə nitqin
iki əsas növü
mövcuddur: xarici və daxili nitq.
Xarici nitq
başqaları ilə ünsiyyətə, informasiya mübadiləsinə
yönəlmiş olub, eşidilən, görülən və tələffüz edilən nitqdir.
Daxili
nitq insanın öz-özünə fikirləşməsi,
öz-özü ilə danışması prosesidir.
O, psixoloji baxımdan olduqca mürəkkəb
hadisə olub nitqlə
təfəkkürün qarşılıqlı əlaqəsini təmin edir. Daxili nitq tələffüz edilməyən, səssiz nitqdir .
Aktiv və
passiv
nitq. Aktiv nitq forması ünsiyyət zamanı danışan adamın nitqi hesab olunur. Dinləyicinin nitqi
bu zaman bir növ passiv formada cərəyan edir.
5. Quruluş sxeminə görə kommunikasiya növləri:mühazirə, məruzə, çıxış, məlumat
Monoloji nitqin bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış və s. Mühazirə.
Mühazirə
ən
çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan,
geniş nəzəri mühakimə
və ümumiləşdirmələrdən ibarət şərhidir.
Dostları ilə paylaş: