1. Rəsmi sənədlər


Təşkil olunmuş və spontan nitq



Yüklə 318,82 Kb.
Pdf görüntüsü
səhifə12/26
tarix04.03.2023
ölçüsü318,82 Kb.
#101918
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   26
az dili imtahan sualları (1)

6. Təşkil olunmuş və spontan nitq 
Təşkil olunmuş nitq
deyəndə monoloji nitq nəzərdə tutulur. Adından məlum olduğu kimi, əvvəlcədən 
planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir. Bu cür təşkil olunmuş nitqdə aşağıdakılar nəzərə alınmalıdır: 


a) söhbətə maraqlı, cəlbedici, yığcam giriş verə bilmək; b) məzmun ilə bağlı faktlar, misallar, 
nümunələr toplamaq, onları nitqdə məqamına görə işlətmək; c) nitqin məzmununu yazmaq; ç) nitqi 
yaddaşına köçürmək, dəfələrlə məşq edib, söyləmək; d) mövzunu dinləyicilərin qarşısında şərh etmək. 
Nitqin ikinci forması 
spontan
, yəni xüsusi hazırlıq olmadan, təşkil olunmamış, bədahətən, sərbəst 
söylənilən nitqdir. Bu, danışıqda bir növ improvizasiyadır. Bəzən belə iti, qabaqcadan düşünülməmiş 
nitqə ekspromt da deyilir.
7. Xarici və daxili, aktiv və passiv nitq
Xarici və daxili nitq
.Eksteriorizasiya və interiorizasiya əlamətinə görə nitqin iki əsas növü 
mövcuddur: xarici və daxili nitq. 
Xarici nitq 
başqaları ilə ünsiyyətə, informasiya mübadiləsinə 
yönəlmiş olub, eşidilən, görülən və tələffüz edilən nitqdir. 
Daxili
nitq insanın öz-özünə fikirləşməsi, 
öz-özü ilə danışması prosesidir.
O, psixoloji baxımdan olduqca mürəkkəb hadisə olub nitqlə 
təfəkkürün qarşılıqlı əlaqəsini təmin edir. Daxili nitq tələffüz edilməyən, səssiz nitqdir .
Aktiv və 
passiv
nitq. Aktiv nitq forması ünsiyyət zamanı danışan adamın nitqi hesab olunur. Dinləyicinin nitqi 
bu zaman bir növ passiv formada cərəyan edir.
5. Quruluş sxeminə görə kommunikasiya növləri:mühazirə, məruzə, çıxış, məlumat 
Monoloji nitqin bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış və s. Mühazirə. 
Mühazirə
ən 
çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə 
və ümumiləşdirmələrdən ibarət şərhidir. 

Yüklə 318,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə