1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

  
65 
 
                                     
  
 
                               Güllü xanım Kərimağa qızının sinə daşı üzərindəki  
                               yazı: “Yad edin hər zaman burda yatanı. Unutmaq 
                                olarmı əziz ananı?” 
 
     -Daha qaranlıq düşür. Qayıdaq. Bayaq evdə heç kəsin olmamağına baxma. Biz evə 
çatan kimi eşidib bilənlərin bizə yığışacaqlarını görəcəksən. Neyləməli, bizim işlərimiz 
hələ də qaranlıqda gedir.  
 
********** 
***** 
 
Elm Leyla kimidir, Məcnunu olan bilər 
VII 
 
 Məcid Rəsulov Şəkidən qayıdanda artıq 1945-ci ilin dekabr ayı girmişdi.  
Onu dərhal aspiranturaya bərpa etdilər. O həm də ADU-da “Riyazi analiz” kafedrasında 
baş müəllim vəzifəsində çalışmağa başladı. O, “Fizika-riyaziyyat” fakultəsinin birinci 
və ikinci kurslarında həm mühazirə oxuyur, həm də məşğələlər aparırdı.  Bundan əlavə 
o,  “Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi” üzrə tələbə seminarına rəhbərlik edirdi.  
        BDU-nun rektoru, əməkdar elm xadimi, A.İ.Qarayev tərəfindən Məcid Rəsulova 
verilmiş xasiyyətnamədə yazılırdı: “O, tapşırılan işin öhdəsindən məharətlə gəlir.”   
      Məcid Rəsulovun nəzərində tələbə qeyri-adi varlıq idi. O, işığıa can atan pərvanə 
təsiri  bağışlayırdı.  Elm  adlı  işığın  başına  elə  hey  dolanmaqdan  azacıq  da  olsa 
yorulmurdu  ki,  yorulmurdu.  Bəzən  o,  tələbələrin  ona  necə  heyranlıqla  baxdığını 
görəndə, az qalırdı ki, özünü itirsin.  


  
66 
 
     İlahi, insanın baxışı necə də nurlu olurmuş! Ən təmiz ürəyin sevgi şəfəqləri ilə necə 
şölə  verdiyini  insanın  sifəti  necə  də  əks  edərmiş!  Bir  dəfə  tələbələrindən  biri  ona 
hamının  qarşısında  bol-bol  təşəkkür  etdi.  Hamının  adından    çox  şeylər  oyrətdiyi, 
bildiyini əsirgəmədiyi üçün ona sonsuzadək minnətdar olduqlarını bildirdi.  Bu təşəkkür 
və minnətdarlıq Məcid Rəsulovun ürəyini yerindən oynatdı: 
     -Uşaqlar,  siz  elə  bilirsiniz  ki,  təkcə  mən  öyrədirəm?  Axı,  öyrətdikcə  öyrənirəm. 
Çünki sizlərə baxanda “Təmiz və günahsız  insanlar, ilahi və müqəddəs baxışlar necə 
olur?”    sualının  cavabını  tapıram.    Bəbəklərdə  döyünən  ürəkləri,  üzlərdə  sayrışan  
istəyin və arzunun, xəyalın və romantikanın, hisslərin və duyğuların rənglərini görürəm.  
Allahın nəyə qadir olduğunu təsəvvür edirəm. Axırda o qənaətə gəlirəm ki, elm işıqdır. 
Tələbələr  də,  alimlər  də  o  işığa  doğru  gedənlərdir.  Onlar  sonu  olmayan  yolların 
yolçularıdır.  Ona  görə  ki, hər  bir  yolun  sonu,  yeni  bir  yolun başlanğıcıdır.  İndi  dərs 
qurtarır. İndicə zəng vurulacaqdır. Mən isə deyirəm: 
       - İşığa doğru! 
 
********** 
***** 
 
    Məcid Rəsulovun BDU-dakı dərsləri 1946-cı il mayın sonuna qədər davam etdi. Belə 
ki, Y.B. Lopatinski 1946-cı ilin yayında Ukraynanın Lvov şəhərinə köçməli oldu. Məcid 
Rəsulovun elmi işinin yarımçıq qalacağından ehtiyat edən Y.B. Lopatinski  onu Lvova 
çağırmağı özünə borc bildi. Çünki Y.B. Lopatinski –M. L. Rəsulov dostluğu ağlın və 
düşüncənin  dostluğu  şəraitində  riyazi  təfəkkürün  inkişafına  təkan  verirdi.  Digər  bir 
tərəfdən də elmin olduğu yerə dəvətdən alim necə boyun qaçıra bilərdi? Beləkilə, Məcid 
Rəsulov  elmi  rəhbəri  Y.B.  Lopatinskinin  təklifi  və  təkidi  ilə  1946-cı  ilin  payızından 
aspirantura təhsilini  
                
   
                                         
Lvov Universiteti. 
                                 Məcid Rəsulovnamizədlik işini burada işləmiş və dərs demişdir. 
Ukrayna Elmlər  Akademiyasının  Lvov filialında davam etdirməli və İ.Franko adına  
Universitetində dərs deməli oldu.  O dövrdə Ukrayna SSRİ-yə aid edilən
 


  
67 
 
Lvov qədim polyak şəhərlərinin klassik nümunəsi idi. Lvov mühiti Məcid Rəsulovun 
alim, müəllim və şəxsiyyət kimi formalaşmasında əsaslı rol oynadı. 1661-ci Ildə əsası 
qoyulan və ilk vaxtlar Yan Kazimirin adını daşıyan LvovUniversiteti beynəlxalq nüfuzu 
ilə  seçilən  universitetlərdən  biri  olub  Sovet  dönəmindən  etibarən    İvan  Franko  adına 
Universitet  kimi  məşhurlaşmışdı.    Deyilənlərə  görə,  onun  əsas  binasında  vaxtı  ilə 
Qaliçiya Seymi yerləşibmiş. 
Məhz  bu  oturuşmuş  Universitetdə  Y.B.  Lopatinski    doktorluq  dissertasiyasını  çox 
böyük müvəffəqiyyətlə müdafiə edib,  1947- ci ildən fizika –riyaziyyat elmləri doktoru  
olmuşdu. 
      Elmi rəhbərin doktorluq, aspirantın  namizədlik işi üzərində   çalışdığı elm ocağında 
bişməmək,  kamilləşməmək  mümkündürmü?  Elmi  rəhbəri  Səlyan  balığı,  Lənkəran 
kürüsü, Şəki ipəyi, Qarabağ quzusu haqqında düşünməyən aspirant necə də xoşbəxtdir! 
Hər  gün  fikir  mübadiləsi,  hər  gün  müqayisə  və  mühakimə  hər  iki  nəhəngin  daha  da 
puxtələşməsinə gətirib çıxarırdı. Belə bir münbit şəraitdə Məcid Rəsulov elmi işini iki 
il ərzində başa çatdıra bildi. Y.B. Lopatinski ilə dərin –dərin  məsləhətləşmələrdən sonra 
“Differensial  tənliklər  üçün  bəzi  qarışıq  məsələlərin  həllinin  çıxıqlar  üsulu  ilə 
araşdırılması” mözusunda yazdığı işin tamamlanmasına qəti əmin olan Məcid Rəsulov 
1948-ci ilin payızında yenidən   Bakıya-ADU-ya qayıdır.     
 
********** 
***** 
       
    
Müdafiə 
VIII 
 
       8  fevral  1949-cu  il.  Azərbaycan  Dövlət  Universiteti  həyəcanlı  bir  gün 
yaşamaqdadır.  Məcid Rəsulov 
“Fizika-riyaziyat” fakultəsinin Elmi Şurasında 
 elmi  işini  müdafiə  edir.  Elmi  Şuraya  ADU-nun  elmi  işlər  üzrə  prorektoru,    dosent 
M.A.Cavadov  sədrlik  edir.  O,  sonralardan    AEA-nın  müxbir  üzvlüyünə  qədər 
yüksəlmişdir.  Opponentləri  isə  sonralardan  AEA-nın  həqiqi  üzvləri  kimi  riyaziyyat 
tariximizə düşən Z.İ.Xəlilov və Ə.İ.Hüseynovdur. Müdafiə zalında tükürpədici və nəfəs 
kəsici bir sükut hökm sürməkdədir. Adamlar sanki bir-biri ilə danışmağa da çəkinirlər. 
Baxışmaq,  gülümsəmək,  qımışmaq  sanki  nəyəsə  işarədir  və  nəyəsə  işarə  yasaqdır.  
Bakının görkəmli riyaziyyatçıları, SSRİ-nin nüfuzlu elmi dairələrindən dəvət edilənlər 
baş  verəcək  möcüzəyə  baxmaq  üçün  gələn  tamaşaçı  təsiri  bağışlayırlar.  Bu 
tamaşaçıların sırasında daha bir nəfər də var idi ki, ürəyində müdafiənin uğurla keçməsi 
üçün dualar edir, arabir də sevincindən gözləri dolurdu. Bu, sadə geyimi və görkəmi ilə 
başqalarından seçilən Əbdüləli müəllim idi. O, kimliyini bildirmədən Məcid müəllimin 
yaxın adamı kimi salona daxil olmuşdu. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə