17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

32

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

Əməyin təhlükəsizliyi və sağlamlıq

Nəqliyyat vasitələrinin təhlükəsiz 

idarə edilməsi

Nəqliyyat vasitələrindən təhlükəsiz istifadə 

Azərbaycanda BP-nin həmişə diqqət 

mərkəzində olmağına baxmayaraq, 2010-cu 

ilin birinci yarısında iki ağır nəqliyyat qəzası

a

  



qeydə alınıb.

Bu iki yol-nəqliyyat qəzası ilə əlaqədar 

cavab tədbirləri görmək üçün nəqliyyat 

vasitələrinin təhlükəsiz idarə edilməsinin 

mütəmadi təkmilləşdirilməsi proqramımızı işə 

saldıq. Biz bir çox konkret tədbirlərdən, o 

cümlədən monitorinq, stimullaşdırma və 

inzibati vasitələrdən istifadə etdik. Nəqliyyat 

vasitələrindən təhlükəsiz istifadə, yorğunluğun 

idarə edilməsi, Ramazan ayında oruc tutulan 

zaman və qış mövsümündə nəqliyyat 

vasitələrinin idarə edilməsi mövzularında 

təhlükəsizlik kampaniyaları keçirildi. 

Azərbaycan boru kəməri əməliyyatları üçün və 

Səngəçal terminalında nəqliyyat vasitələrinin 

təhlükəsiz idarə edilməsi standartlarının 

auditləri aparıldı və nəqliyyat vasitələrini özləri 

idarə edən əməkdaşlar üçün yeni qaydalar 

hazırlandı.

2010-cu ilin ikinci yarısında Azərbaycanda 

heç bir ağır yol-nəqliyyat qəzası qeydə 

alınmadı və yol-nəqliyyat qəzalarının ümumi 

səviyyəsi həmin il üçün aşağı düşərək 0,88 

oldu (müqayisə üçün ötən beş il ərzində bu 

rəqəm 0,92 ilə 2,03 arasında dəyişmişdir).

İl ərzində biz həm də nəqliyyat vasitələrinin 

təhlükəsiz idarə edilməsi standartlarımızı 

əməliyyatların idarə edilməsi sisteminin (ƏİES) 

tələblərinə uyğunlaşdırdıq

Əməyin təhlükəsizliyi üzrə təlim və 

məlumatlılıq

2010-cu ildə BP və BP-nin Azərbaycan və 

Gürcüstandakı podratçı işçi heyəti üçün 

apardığımız sağlamlıq, əməyin təhlükəsizliyi, 

təhlükəsizlik , ətraf mühit və əməliyyatlarımızla 

bağlı təlimlərin saatla hesabı 57 429 saat olub. 

Bizim təlim tələbatlarımızın 

səmərələşdirilməsi nəticəsində bu, 2009-cu 

ilə nisbətən 19% azdır.

a

 



Ağır yol nəqliyyat qəzası ölüm, xəsarət, nəqliyyat vasitəsinin 

dağılması, aşması , daha ciddi xəsarət və ya nəqliyyat vasitəsinin 

yararsız hala düşməsi deməkdir.

Radioaktiv mənbələrin idarə 

edilməsi         

Quyu karotajı qazma quyusunun dəlib keçdiyi 

geoloji formasiya haqqında müfəssəl 

məlumatların alınması metodudur. Radioaktiv 

quyu karotajı zamanı formasiyanın 

xüsusiyyətlərini müəyyən etmək üçün 

radioaktiv mənbədən istifadə olunur. 2009-cu 

ildə “quyuda ilişib qalmış radioaktiv mənbə” 

halları ilə əlaqədar Azərbaycan Ekologiya və 

Təbii Sərvətlər Nazirliyi (ETSN) öz 

narahatçılığını bildirdi.

Buna cavab olaraq, biz BP Azərbaycanın 

platforma və qazma qurğularında həyata 

keçirilən radioaktiv quyu karotajlarının sayını 

azaltmaqla belə halların başvermə faizini aşağı 

salmaq üçün beşillik plan hazırladıq. Bu işdə 

xeyli irəliləyiş əldə olundu və biz radioaktiv 

quyu karotajının aparılması sayının xeyli 

azalmasına nail olduq. 2009-cu ildə bu say 21 

olduğu halda, 2010-cu ildə səkkiz oldu



Azərbaycanda və Gürcüstanda sağlamlıq, 

əməyin təhlükəsizliyi və ətraf mühit üzrə 

təlim kursları

(adam saat)

2010-cu ildə biz Azərbaycan və Gürcüstanda 

sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə 

təlimlərə 2,3 milyon dollardan çox vəsait xərcləmişik. 

Bu məbləğ 2009-cu ildə 3,3 milyon dollar olub. 

Məlumatlar BP Azərbaycan və Gürcüstandan bir 

əməliyyat sahəsi kimi toplandığına görə müvafiq 

məlumatları yalnız Azərbaycan üçün təqdim edə 

bilmirik.

Əməliyyatlar və texniki işlər

Sağlamlıq, əməyin təhlükəsizliyi, və ətraf mühit

Səngəçal terminalında 

fövqəladə vəziyyət təlimi

2009

10 000


20 000

30 000


40 000

50 000


60 000

70 000


80 000

2010


15 079

42 350

19 921

50 949


BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

33

İcra göstəricilərinin aylıq qiymətləndirmə 



cədvəlindən istifadə edilməklə SƏTƏM üzrə 

strateji və əsas podratçı göstəriciləri izlənildi. 

Bundan sonra “təcrübədən alınmış dərslər” 

gələcək fəaliyyətlərini yaxşılaşdırmaq üçün əsas 

podratçılara çatdırıldı. Əhatə olunmuş 

məsələlərə ilkin mühafizə qatının itirilməsi, 

yükqaldırma və düşən əşyalar, işə nəzarət və 

nəqliyyat vasitələrindən təhlükəsiz idarə 

edilməsi kimi məsələlər daxil idi. 

İl ərzində Səngəçal terminalının rəhbər qrupu 

öz podratçıları ilə əlaqələri daha da genişləndirdi. 

Terminalda uzun müddət yaxşı SƏTƏM 

göstəricilərinə malik xeyli sayda podratçı var. 

Bunla belə, hiss olunurdu ki, podratçıların yüksək 

vəzifəli menecerləri ilə onların SƏTƏM 

strategiyası, gündəlik işlərə rəhbərliyindən bizim 

nələri gözlədiyimiz, davamlı və mənalı 

təhlükəsizlik mədəniyyətini inkişaf etdirmək 

üçün bizim onlara necə dəstək verə biləcəyimiz 

barədə söhbətlərlə onların fəaliyyətlərini daha da 

yaxşılaşdırmaq imkanı var.

Bu təşəbbüsün bir hissəsi kimi, podratçılar və 

Səngəçal terminalının rəhbər qrupu ilə iki dəfə 

təhlükəsizlik üzrə liderlik forumu keçirildi. 

Podratçılar üçün təhlükəsizlik fasiləsi elan edildi 

– bu zaman iş dayandırıldı, proseslər və fərdi 

təhlükəsizlik, istilik stressi və ilanlar haqqında 

məlumatlılıq kimi konkret təhlükəsizlik məsələləri 

xüsusilə vurğulandı. Podratçılar tərəfindən 

əməyin təhlükəsizliyinin necə idarə edildiyini 

müşahidə etmək üçün onların obyektlərinə 

səfərlər də təşkil edildi.



Təhlükəsiz qaydada birgə işimiz

“Təhlükəsiz qaydada birgə işimiz” adı altında 

birinci Bakı qazma podratçısı forumu 2010-cu 

ilin may ayında keçirildi. Bu forumda BP-nin və 

qazma podratçılarının bütün yüksək vəzifəli 

menecerləri, o cümlədən SƏTƏM menecerləri 

iştirak edirdi. Məqsəd BP-ni və podratçıları hər 

iki tərəfə təsir edən cari SƏTƏM məsələləri 

barədə müzakirəyə cəlb etməklə əməyin 

təhlükəsizliyi üzrə göstəricilərimizi  

yüksəltmək idi.

Forum iştirakçıları 2009-cu ilin icra 

göstəricilərini müzakirə etdi, növbəti illər üçün 

planlarla tanış oldu və ƏİES-in tətbiq 

edilməsindən sonra BP-nin əməliyyatlarını 

aparmasında mühüm dəyişikliklər barədə 

məlumat aldılar. Nümayəndələrin hamısının 

iştirakı ilə canlı müzakirə keçirildi. Problemlər 

ortaya qoyuldu və onların həlli üçün 

strategiyalar işlənib hazırlandı. Forum zamanı 

BP AGT-nin prezidenti nümayəndələri fəaliyyət 

və əməyin təhlükəsizliyi standartlarını daimi 

nəzarət altında saxlaya bilmələri üçün davamlı 

olaraq bütün diqqətlərini öz işləri üzərində 

cəmləməyə çağırdı.

Gələcək forumlarda əsas diqqətin quyular, 

hasilat və midstrim əməliyyatlarına yönəlməsi 

gözlənilir. Belə görüşlər əhəmiyyət kəsb edən 

məsələlər üzrə lazım olduğu qədər tez-tez, 

istənilən halda isə ildə bir dəfədən az 

olmayaraq keçiriləcəkdir. Forumlarda ortaya 

çıxan konkret məsələlər mütəmadi olaraq 

keçirilən podratçıların idarə edilməsi iclasları 

vasitəsilə həll olunacaqdır.

Əməyin təhlükəsizliyi və sağlamlıq

Tərəfdaş və podratçılarla işimiz 

Məsuliyyətin nə olduğu 

barədə ortaq bir anlayışla təchizatçılarımız, podratçılarımız və 

tərəfdaşlarımızla möhkəm əlaqələr qurmaq üçün işləyirik

2010-cu ildə biz təchizatçılarımız üçün əməyin 

təhlükəsizliyi tələblərini standartlaşdırmaq 

məqsədi ilə BP AGT-nin maddi-texniki tədarük 

və təchizat sisteminin idarə edilməsi qrupu və 

SƏTƏM qrupunu əməkdaşlığa cəlb etməklə 

təchizatçı təhlükəsizliyi proqramını həyata 

keçirməyə başladıq. Əməliyyatların idarə 

edilməsi sisteminə uyğun olaraq bütün 

müqavilələrdə vahid SƏTƏM tələbat və 

standartlarının yerinə yetirilməsi məqsədi ilə 

Standart Müqavilə Nümunəsinin bir hissəsi kimi 

standartlaşdırılmış SƏTƏM Bölməsi işlənib 

hazırlandı.

Bu təşəbbüsün bir hissəsi kimi, 15 podratçı 

üçün şirkətimizdə mühəndis-texniki, hasilat və 

qazma, sənayedə təmizlənmə/tullantıların idarə 

edilməsi, texniki xidmət, təhlükəsizlik 

obyektlərini və məktəbləri əhatə edən birgə 

SƏTƏM və maliyyə auditləri keçirildi. Auditlərin 

nəticəsində üzə çıxan ümumi məsələlərə 

sənədlərə nəzarət, işlərin vaxtında başa 

çatdırılması, işçi heyətin səriştəliliyi və işçi 

qüvvəsi ilə əlaqələrin saxlanılmasının əhəmiyyəti 

daxil idi. Fərdi audit hesabatlarının hazırlanması 

başa çatdıqdan sonra görüləcək tədbirlər 

podratçılarla razılaşdırıldı. Azərbaycan-

Gürcüstan-Türkiyə regionundakı əsas podratçıları 

əhatə etmək üçün 2011-ci ildə ikinci silsilə 

auditlərin keçirilməsi planlaşdırılır.

İlin sonuna yaxın bizim anbar 

əməliyyatlarımızda ağır və yüngül nəqliyyat 

vasitələrinin işini qiymətləndirmək məqsədi ilə 

obyektlərə iki həftədən bir səfərlər edildi. 

Səfərlərdən sonra obyektlərin əməliyyatçıları ilə 

çatışmazlıqlar və onların aradan qaldırılması 

tədbirləri müzakirə olundu

Fövqəladə hallarda cavab tədbirləri: 

BP Azərbaycan və FHN birgə işləyir

BP və Fövqəladə Hallar Nazirliyinin (FHN) 

fövqəladə hallar zamanı birgə cavab tədbirləri 

görülməsi üzrə birinci məşqi 2010-cu ilin 

sentyabr ayında uğurla Azərbaycanın Ağstafa 

rayonunda, Bakı-Tbilisi-Ceyhanın pazlı siyirtmə 

stansiyalarından birinin yaxınlığında keçirildi. 

FHN-nin təklif etdiyi ssenariyə əsasən 

hazırlanmış, çoxsaylı tələfatla, neft dağılması 

və yanğınla nəticələnən “terror aktı”nı 

nümayiş etdirən məşqin məqsədi 

təşkilatlararası fəaliyyətlərin necə 

əlaqələndirilməsini yoxlamaq idi. 

Real zaman miqyasında Azərbaycan ixrac 

boru kəmərlərinin sahə qəza-xilasetmə qrupu, 

BP Azərbaycanın qəza-xilasetmə işlərinin idarə 

edilməsi qrupu və BP-nin neft dağılmaları 

zamanı cavab tədbirləri görülməsi üzrə 

podratçısı səfərbər edildi. Resurslar, o 

cümlədən yanğınsöndürmə və tibbi yardım 

qrupları, yanğınsöndürən maşınlar, təcili tibbi 

yardım maşınları, yanğınsöndürmə və desant 

helikopterləri isə FHN tərəfindən təmin olundu.

BP-nin Azərbaycanda böhran vəziyyətlərinin 

idarə olunması və fövqəladə hallarda cavab 

tədbirləri üzrə meneceri Anar Həsənov deyir: 

“Bu məşqin məqsədi gələcəkdə 

təkmilləşdirilməsi tələb olunan əsas 

əməkdaşlıq sahələrini müəyyən etmək idi. BP 

və FHN tərəfindən hazırlanacaq qarşılıqlı 

əməliyyat planında nəzərə alınmasına ehtiyac 

duyulan sahələrin aşkar edilməsi baxımından 

bu məşq çox faydalı oldu. Bu plan hazırda 

işlənib hazırlanır.”

Gələcəkdə təkmilləşdirilməsinə ehtiyac 

duyulan məsələlərə vaxtın razılaşdırılması, 

birgə BP və FHN fəaliyyətlərinin 

əlaqələndirilməsi və məlumat mübadiləsi 

kimi məsələlər daxil idi.

Məşqə rəhbərlik edən və cavab 

tədbirlərini yerindəcə müşahidə etmiş 

Fövqəladə Hallar nazirinin müavini Etibar 

Mirzəyevə görə: “Əsas məqsəd bizim öz 

fəaliyyətlərimizi BP ilə nə dərəcədə yaxşı 

əlaqələndirdiyimizi sınaqdan keçirmək və 

belə bir qəzanın nəticələrini səmərəli 

surətdə necə aradan qaldıra bildiyimizi 

müəyyən etmək idi. 200 nəfərdən çox 

işçinin, 30-dan çox nəqliyyat vasitəsinin və 

2 helikopterin cəlb olunduğu bu təlim 

həqiqətən də çox böyük bir məşq idi. 

Ümumiyyətlə, düşünürəm ki, o, uğurla 

həyata keçirildi.”

 



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə