26
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010
Bizim davranış kodeksimiz
BP-nin davranış kodeksi harada fəaliyyət
göstərməsindən, vəzifəsindən və
mənşəyindən asılı olmayaraq şirkətin biznes
və əməkdaşlarından nələr gözlədiyini əks
etdirir. Bu kodeks əsas sahələrdə davranışları
istiqamətləndirir və daha müfəssəl standartlar,
təlimatlar və proseslərə dair mənbələri
göstərir. O, bir sıra məsələləri, o cümlədən
hədiyyələrin verilməsi və alınması,
əyləncələrin təşkili, maraqların toqquşması,
rüşvətxorluq, çirkli pulların yuyulması və
təchizatçılarla əlaqələri əhatə edir. Kodeks,
eyni zamanda, əməkdaşları narahat edən
məsələləri necə qaldırmağı və etika, qaydalara
uyğunluq və davranış kodeksinin özü barədə
sualların verilməsi yollarını izah edir.
Kodeks aydın şəkildə göstərir ki, onunla
yerli adət, norma, qanun və ya qaydalar
arasında fərqlər olduğu təqdirdə, davranışın
ən yüksək standartlarına üstünlük
verməsindən asılı olaraq ya Kodeks, ya da yerli
tələblər tətbiq olunmalıdır. Bu göstərişə əməl
etməmək çox ciddi pozuntu hesab edilir və
inzibati tədbirlərin görülməsindən tutmuş
işdən azad edilmə ilə nəticələnə bilər.
Öz fikrini bildirmək
İşçilərin məlumatlılığını daha da artırmaq,
bütün səviyyələrdə əməkdaşları qaydalara və
etik normalara uyğunluq barədə öz sözünü
deməyə sövq etmək məqsədi ilə qaydalara və
etik normalara uyğunluq haqqında yeni
şirkətdaxili veb-sayt açılıb. Veb-sayta davranış
kodeksinin əsasını təşkil edən prinsip və
tələbləri BP əməkdaşlarının və podratçı işçi
heyətin başa düşməsinə kömək etmək üçün
nəzərdə tutulan təlim materialları, təlimatlar və
etik davranışla bağlı digər məlumatlar daxildir.
Əməkdaşlar “OpenTalk” (“Açıq söhbət”)
adlanan xətdən həm informasiya mənbəyi,
həm də etik dilemmaların həll edilməsi
vasitəsi kimi istifadə etməklə, etik məsələlər
barədə öz fikirlərini bildirməyə təşviq edilirlər.
“OpenTalk” müstəqil qlobal kömək xəttidir və
həm BP işçilərinə, həm də podratçılara
qaydalara və etik normalara uyğunluq və
davranış kodeksi haqqında suallar verməyə və
məxfiliyə riayət olunmaqla narahatçılıqlarını
bildirməyə imkan verir. “OpenTalk”la qaldırılan
bütün məsələlər qeydə alınır və müstəqil
üçüncü tərəf olan şirkət tərəfindən baxılaraq
cavablandırılır.
Biznes etikası
2010-cu ildə, Azərbaycanda BP üçün
korrupsiyaya/çirkli pulların yuyulmasına qarşı
yeni bir prosedura işlənib hazırlandı və bunun
ardınca mənafelərin toqquşması və çirkli
pulların yuyulması mövzularını əhatə edən
elektron-təhsil modulundan istifadə edilməyə
başladı. Bundan başqa, BP-nin və agentliklərin
bütün yeni əməkdaşları elektron təhsil kursları
ilə təmin edildi. İl ərzində biz, həmçinin, BP
qrupunun dələduzluq və nizam-intizamın
pozulması barədə hesabat vermə standartını
qəbul edərək tətbiqinə başladıq.
Podratçılar və etik normalar
Davranış kodeksi BP üçün və ya BP ilə işləyən
hər bir podratçı üçün davranışın minimum
standartlarını müəyyən edir. Bütün
podratçılarımızın bizim qayda və etik normalara
uyğunluq tələblərimizi başa düşməsinə əmin
olmaq məqsədi ilə biz 2010-cu ildə
təchizatçılarla etik məlumatlılıq seminarları
keçirdik. İl ərzində biz təchizatçılarımızdan
rüşvətxorluq və korrupsiyaya qarşı qaydalara
riayət etdiklərini təsdiq edən bəyannamələr
doldurmağı tələb etdik.
2010-cu ilin göstəriciləri
2010-cu ildə Azərbaycanda BP-nin qaydalara
və etik normalara uyğunluq attestasiyası
keçirildi. Bu proses BP-nin işçilərindən tələb
edir ki, fəaliyyətlərinin davranış kodeksinə
uyğun olduğunu təsdiq etsinlər. Hər hansı
pozuntu onlayn formada qeydə alınır. 2010-cu
ildə BP Azərbaycanda davranış kodeksinin
pozulması ilə əlaqədar cəmi 57 hal haqqında
məlumat verilib. Bütün bu pozuntular hamısı
dərindən araşdırılaraq islahedici tədbirlər
görülmüş və ya planlaşdırılmışdı.
2010-cu ildə Azərbaycanda işləyən bir neçə
BP əməkdaşı, podratçı və agentlik işçiləri
tətbiq olunan qanun və qaydalara riayət
etmədiklərinə və davranış kodeksini
pozduqlarına görə işdən azad edilib. Pozuntu
hallarına narkotik maddələrdən sui-istifadə,
təhlükəsizlik proseduralarının pozulması,
dələduzluq və şirkət resurslarından düzgün
istifadə edilməməsi halları daxil idi.
1
Əməkdaş və davranış
kodeksi kitabçası
Etik normalar və qaydalara uyğunluq
Harada
işləməyindən asılı olmayaraq, biz əməkdaşlarımızdan bütün tətbiq
oluna bilən hüquqi tələblərə, eləcə də BP-nin davranış kodeksində
göstərilən yüksək etik standartlara riayət etməyi tələb edirik
Biz necə işləyirik
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010
27
Maraqlı tərəflərlə əlaqələr
BP qrupunun fəaliyyət
göstərdiyi hər yerdə biz işlərimizi yerli icmaların faydalana biləcəyi bir
tərzdə aparırıq. Azərbaycanda biz davamlı inkişafa dəstək verir,
gəlirlərin şəffaflığını təşviq edir və təhsil təşəbbüslərinə sponsorluq
edirik.
İl ərzində Biz Azərbaycanda əsas maraqlı
tərəfləri bir çox fərqli fəaliyyət sahələrində
əməkdaşlığa cəlb etdik:
Hökumətlə
Bizə öz iri həcmli neft və qaz layihələrinin
işlənməsini etibar edən Azərbaycan hökuməti
ilə uğurlu və qarışıqlı faydalı tərəfdaşlığımızı
davam etdirdik. Bu əməkdaşlıqdan maraqlı
tərəflərin hamısı, xüsusi ilə də Azərbaycan
xalqı bəhrələnir və gələcəkdə də
bəhrələnəcəkdir. 2010-cu ildə bizim
hökumətlə əlaqələrimiz kütləvi informasiya
vasitələrinin xüsusi diqqətini cəlb edib. İl
boyunca bəzi məsələlərlə əlaqədar hökumət
bir neçə dəfə BP-nin Xəzər dənizində
əməliyyatları təhlükəsiz və məsuliyyətlə
yerinə yetirəcəyinə inamını bəyan etmişdir.
•
Həyata keçirdiyimiz əməliyyatları müzakirə
etmək üçün biz Prezident İlham Əliyev və
digər yüksək vəzifəli rəsmilərlə bir neçə
görüş keçirdik.
•
Mart ayında Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq
Abdullayev və BP AGT-nin prezidenti Rəşid
Cavanşir yeni Çıraq neft layihəsinə sərmayə
qoyuluşuna sanksiya verdilər.
•
Oktyabr ayında ARDNŞ-nin prezidenti
Rövnəq Abdullayev və BP AGT-nin
prezidenti Rəşid Cavanşir BP qrupunun
səfərdə olan baş icraçı direktoru Robert
Dadlinin iştirakı ilə Xəzər dənizinin
Azərbaycan sektorundakı Şəfəq-Asiman
strukturunun birgə kəşfiyyatı və işlənməsi
haqqında hasilatın pay bölgüsü sazişini
imzaladılar.
•
ARDNŞ ilə hasilatın pay bölgüsü sazişləri,
tranzit əraziyə malik ölkə hökumətləri ilə
sazişlər və digər sazişlər çərçivəsində
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
üzrə birlikdə işlədik.
•
Biz İqtisadi İnkişaf Nazirliyində iqtisadi
siyasətin analizi və proqnozlaşdırma
bacarıqlarının inkişaf etdirilməsinə dəstək
verməklə, Azərbaycanda iqtisadi
planlaşdırma bacarıqlarının gücləndirilməsi
öhdəliyimizə sadiq qaldıq.
•
Biz Beynəlxalq Maliyyə Korporasiyası (BMK)
tərəfindən həyata keçirilən biznesə imkan
yaradan mühit layihəsinin bacarıqların
yaradılması komponentini tərəfdaşlarımızla
birlikdə maliyyələşdirdik.
Vətəndaş cəmiyyəti ilə
•
Biz müstəqil şirkətdənkənar məsləhət qrupu
olan Azərbaycan Sosial Təhlil Komissiyası
(ASTK) ilə əlaqələrimizi davam etdirdik.
ASTK Azərbaycandakı sosial fəaliyyətimizlə
bağlı əminliyin təmin edilməsi, məsləhətlərin
verilməsi və problemlərin müəyyən edilməsi
məqsədilə 2007-ci ildə BP tərəfindən təsis
edilib. 2010-cu ilin may ayında icra
göstəricilərimizlə əlaqədar məsələlərin
müzakirə edildiyi ASTK tədqiqatı üçün şərait
yaratdıq. ASTK-nın Azərbaycanda BP-yə
təqdim etdiyi, bir sıra tövsiyələr verən
dördüncü hesabatı bizim cavablarımızla
birlikdə BP-nin Azərbaycan veb-saytında
yerləşdirildi.
•
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan
Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün
çərçivəsində vətəndaş cəmiyyəti ilə
əməkdaşlıq etdik.
•
Davamlı inkişaf təşəbbüsümüz vasitəsilə
qeyri-hökumət təşkilatları ilə qarşılıqlı
fəaliyyətləri davam etdirdik.
Əməkdaşlarla
•
Biz aktual məsələləri müzakirə etmək üçün
bir neçə ümumi yığıncaqlar keçirdik.
•
Biz daxili intranet səhifəsini müntəzəm olaraq
yeniləşdirdik.
•
BP AGT prezidenti işçilərlə birbaşa əlaqəni
gücləndirmək məqsədi ilə aylıq informasiya
bülletenləri göndərdi.
•
Biz işçi heyəti üçün 2010-cu ildə
fəaliyyətlərimizi əhatə edən “Compass”
jurnalının səkkiz nömrəsini Azərbaycan (çap
şəklində) və ingilis (onlayn versiyasında)
dillərində nəşr etdik.
•
Müxtəlif vasitələrdən, o cümlədən veb/
elektron poçtu, videolar və interaktiv
“Dəyişiklik küləkləri” tədbirindən istifadə
etməklə BP-nin yeni əməliyyatların idarə
edilməsi sistemi əməkdaşlara izah edildi.
•
Bizim yerli texniki işçi qüvvəmizlə əlaqələri
gücləndirmək üçün il ərzində texniklər üçün
üç forum keçirildi. Şirkətin icra
göstəricilərindən tutmuş işçi heyətin
təlimləndirilməsi və inkişaf etdirilməsinə
kimi müxtəlif mövzular əhatə edirdi.
•
Biz 99 nəfər əməkdaşımızı uzunmüddətli
xidmət mükafatı ilə təltif etdik. Bu proqram
2008-ci ildə həyata keçirilməyə başlayandan
bəri 600 nəfərdən çox əməkdaşı
uzunmüddətli xidmətə görə
mükafatlandırmışıq.
•
Qaydalara riayət və etika normaları
məsələlərinə xidmət edən “OpenTalk” (“Açıq
söhbət”) etimad telefon xətti bütün il boyu öz
işini davam etdirdi.
•
Xəzər Enerji Mərkəzində 185 nəfər BP
əməkdaşı və podratçısı, həmçinin onların ailə
üzvləri üçün beş “ailə günü” keçirdik.
Bakıda “Dəyişiklik küləkləri” interaktiv
məşğələsi
İcmalarla
•
Biz Azərbaycandakı obyektlərimizin
yaxınlığında yaşayan icmalarda davamlı
inkişaf təşəbbüslərinə dəstəyi davam etdirdik.
•
Səngəçal terminalı yaxınlığında Səngəçal,
Əzimkənd və Ümid qəsəbələrindəki icmalarla
üç ictimai görüş keçirmişik. Görüşün məqsədi
icmaların obyektlərimizlə əlaqələrini daha da
gücləndirmək, sağlamlığa təsirlərinin
retrospektiv qiymətləndirilməsinin nəticələri və
biznesin son yenilikləri haqqında məlumatları
onlarla bölüşdürmək, sual və ya narahatlıq
doğuran məsələləri dinləmək idi.
•
2010-cu ildə şikayət və narazılıqların yoluna
qoyulması mexanizmi BTC/CQBK (Bakı-Tbilisi-
Ceyhan/Cənubi Qafqaz qaz boru kəməri)
marşrutu boyunca işlək olub.
•
Azərbaycanda BP, icma üzvləri və hökumətin
təhlükəsizliyi təmin edən orqanları arasında
dialoqa kömək edən Təşkilatlararası Təhlükəsizlik
Komitəsinin forumuna göstərdiyimiz dəstəyi
davam etdiridik.
•
Əməkdaşların cəlb edilməsi proqramı vasitəsilə
əməkdaşlarımız icma inkişafına və təhsilə öz
töhfələrini verdi.
Kütləvi informasiya vasitələri ilə
•
Azərbaycanda həyata keçirdiyimiz biznes
fəaliyyətinin bütün aspektləri üzrə nəticələr
barədə kütləvi informasiya vasitələrinə məlumat
vermək üçün işlərin
gedişi barədə rüblük
hesabatlar buraxdıq.
•
Bizim Azərbaycan, Gürcüstan və Türkiyə regionu
üzrə prezidentimiz biznes sahəsində yazan
bir qrup yerli və xarici jurnalistlərlə mütəmadi
görüşərək onlara regionda BP tərəfindən həyata
keçirilən layihələrdə əldə olunmuş irəliləyişlər
haqqında məlumatlar verib.
•
Biz cari fəaliyyətlərimiz, nailiyyətlərimiz və
planlarımız barədə televiziya müsahibələri verdik.
•
Biz yerli və xarici ölkələrin jurnalistləri üçün
Biz necə işləyirik