17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

39

a



 

Elektro-kimyəvi elementlər çirkab sularını oksidləşdirir. Solenoid bir elektrik cihazının qaz və ya maye axımını idarə etməsinə imkan verən elektro-mexaniki qurğudur.  

 

Zibildoğrayanlar isə çirkab sularını üyüdərək kiçik hissələrə parçalayır.



b

 

Fekal bağırsaq çöpləri əsasən nəcisdə olan bakteriya növləridir.



c

 

BOT mikroorqanizmlərin tullantıları parçalaması üçün istifadə etdiyi oksigenin ölçüsüdür. Çirkab sularında üzvi tullantıların səviyyəsi yüksək olduqda BOT da yüksək olur.



quşlarla və ziyanvericilərlə yayılma potensialını 

minimuma endirmək məqsədi ilə basdırılma 

örtüyü kimi istifadə olundu. Emal edilmiş 

tullantılardan daş karxanalarının bərpasında 

doldurucu kimi istifadə edilməsi sahəsində əlavə 

tədqiqat işləri aparıldı. Bir sıra kimyəvi analiz 

sınaqları həyata keçirildi və onlar DTD vasitəsilə 

emal edilmiş qazma şlamlarının təhlükəsiz 

xarakterli olduğunu təsdiq etdi.

Azəri və DərSG platformalarından qazma 

şlamının və neftli/kimyəvi tullantıların yenidən laya 

vurulması 2010-cu ildə 49 591 ton təşkil etdi. Bu 

rəqəm 2009-cu ildə 96 715 ton olmuşdu.

Çirkab suları

2010-cu il ərzində çirkab suları ilə əlaqədar bir sıra 

problemlərlə, əsasən də DərSG platformamızda, 

eləcə də bir neçə halda üç Azəri platformasında 

çirkab sularının emalı qurğusunun (ÇSEQ) işindəki 

nasazlıqla üzləşdik. 

Ümumiyyətlə, DərSG platformasındakı ÇSEQ 

nasazlıqlarının sayı kəskin şəkildə artdı və Azəri 

platformalarında belə hallar bir qədər azaldı. 

2009-cu ildəki 18 atılma ilə müqayisədə 2010-cu 

ildə platformadan cəmi 30 atılma baş verdi (61% 

artım). Atılmaların həcmi isə 2010-cu ildə cəmi 

444 234 litr oldu ki, bu da 2009-cu ildəki 617 480 

litrlə müqayisədə 28%-lik azalmadır.

Nəticədə təmizlənmiş çirkab suları bəzən 

bizimlə razılaşdırılmış texniki şərtlərə uyğun 

gəlmədi. Bundan başqa, elektro-kimyəvi 

elementlərin, solenoid klapanların və zibildoğrayan 

aqreqatın  düzgün işləməməsi səbəbindən 

təmizlənməmiş çirkab sularının Xəzərə axıdıldığı bir 

neçə hal baş verdi.

a

 



Azəri platformalarında təmizlənmiş çirkab 

sularının keyfiyyəti, xüsusilə də ŞA və QA 

platformalarında fekal bağırsaq çöpü 

bakteriyalarının

b

 arabir baş verən 



“xarakteristikalardan kənar” səviyyələri, 2010-cu 

ildə razılaşdırılmış texniki xarakteristikalardan bir 

qədər artıq oldu. ŞA və QA platformalarında 

aparılan texniki xidmət və əməliyyat rejimlərinin 

yaxşılaşdırılması il ərzində dayanmaların sayını 

azaltdı. Çirkab sularını təmizləyən sistemlərin işinin 

təkmilləşdirilməsi və təlim keçirilməsi məqsədi ilə 

beynəlxalq konsultant “NTL Alaska” şirkətinin 

xidmətlərindən istifadə olundu. 2011-ci ildə DərSG 

platformasında çirkab sularının keyfiyyətinin 

yaxşılaşdırılması üçün sınaq modifikasiyaların 

aparılması planlaşdırılır. 

Çıraq platformasında “Redfox” ÇSEQ-in işini 

yaxşılaşdırmaq məqsədi ilə cari təmir işləri aparıldı. 

Təmir işləri qurtardıqdan sonra 2010-cu ilin üç ayı 

ərzində asılı hissəciklərin ümumi miqdarının 

səviyyəsi məqbul texniki xarakteristikalar həddinə 

gətirildi. Bu iş haqqında müfəssəl məlumat rəsmi 

olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 

(ETSN) çatdırıldı.

Ən qızğın iş saatlarında çirkab sularının bufer 

çəndən aero-koaqulyatora maneəsiz hərəkətini 

təmin etmək üçün 2010-cu ildə ŞD 

platformasındakı ÇSEQ-in elektrik açarlarında və 

bufer çəninin nasoslarında dəyişikliklər edildi. Bu, 

aero-koaqulyatorun həddən artıq yüklənməsinin 

qarşısını almağa kömək etdi və sistemin işinin 

yaxşılaşdırılmasına gətirib çıxardı. Fekal bağırsaq 

çöpü bakteriyalarının  sayı üzrə nəticələri 

yaxşılaşdırmaq üçün 2011-ci ildə ŞD 

platformasındakı ÇSEQ-in xlor nasosunun 

dəyişdirilməsi planlaşdırılır. 

Digər bir təkmilləşdirmə İstiqlal qazma 

qurğusundakı çirkab suların emalı aqreqatının 

(ÇSEA) membranlı bio-reaktor aqreqatı ilə 

dəyişdirilməsi oldu. Bu aqreqat qazma qurğusunun 

2010-cu ildə tərsanədən birinci quyunun 

qazılmasına göndərilməsindən əvvəl dəyişdirildi.

Səngəçal terminalında köhnə su-kanalizasiya 

boruları təzələndi və il ərzində yeni xətlər çəkildi. 

Təmizlənmiş çirkab sularının monitorinqi göstərdi 

ki, götürülən nümunələrin əksəriyyətinin analizinin 

nəticələri ətraf mühit və sosial sahəyə təsirin 

qiymətləndirilməsi tələblərinə uyğundur. İl ərzində 

yalnız iki ölçmə bioloji oksigen tələbatı (BOT)

c

 üçün 



aşağı səviyyə limitindən artıq oldu – aşağı hədd 

20mq/l (milliqram/litr) olduğu halda, mart ayı üçün 

23 mq/l və sentyabr ayında isə 24 mq/l. Terminalın 

ÇSEQ-inin emal gücündən artıq olan emal 

edilməmiş sular ləğv edilmək üçün Sahil şəhər 

çirkab suların emalı zavoduna göndərildi.

Azərbaycan İxrac Boru Kəmərlərində bir yeni 

ÇSEA uğurla İPA1 ərsinləmə stansiyasında 

quraşdırıldı və 2010-cu ilin yanvar ayında işə salındı. 

Bütün il boyu ətraf mühitə atılmalar Ekoloji və sosial 

fəaliyyət planı (ESFP) standartlarına tam uyğun 

oldu. 


Yeni ÇSEA-nın işlədiyi birinci ay – 2010-cu ilin 

yanvar ayı ərzində əlverişsiz hava şəraitinə görə 

atılmış sular bağırsaq çöpü bakteriyaları 

(400/100ml (millilitr) standartla müqayisədə 

700/100ml və 16 000/100ml arası), ammonyaklı 

azot (10mq/l standartla müqayisədə 11,45 mq/l) və 

məcmu azot (15mq/l standartla müqayisədə 25,7 

mg/l) səviyyələri üzrə razılaşdırılmış standartlara 

uyğun gəlmədi. Aprel və noyabr aylarında yağan 

güclü yağışlar da bağırsaq çöpü bakteriyası 

səviyyələrinin standartdan artıq olmasına gətirib 

çıxardı.


Aprel ayında PSA2 düşərgəsindəki fırlanan 

bioloji sıxıcıda (FBS) çat əmələ gəldi. Çirkab 

sularının emalı dərhal dayandırıldı. Bundan sonra 

bütün emal edilməmiş çirkab suları təmizlənmək 

üçün BP-nin uyğun hesab etdiyi Sahil şəhər çirkab 

suların emalı zavoduna göndərildi. FBS qurğusu 

iyul ayında uğurla yenidən istismara verilərək işə 

salındı. 

2010-cu ildə PSA2 düşərgəsində təmizlənmiş 

çirkab suların yoxlama nəticələri, bağırsaq 

bakteriyalarının ümumi səviyyəsi istisna olmaqla, 

ESFP standartlarına uyğun oldu. Bağırsaq 

bakteriyalarının ümumi səviyyəsi 400/100ml 

standartı ilə müqayisədə fevral ayında 920/100ml, 

iyul ayında 9 000/100ml və oktyabr ayında 

910/100ml-ə çatdı. Sonradan aparılmış araşdırma 

göstərdi ki, nəticələr FBS emal sistemindəki hər 

hansı nasazlığa görə deyil, yağışlara görə belə olub.



Hasil edilmiş lay suyu

2010-cu ildə Səngəçal terminalında BP-nin 

istismar etdiyi dəniz platformalardan cəmi 

1 213 000 ton hasil edilmiş lay suyu qəbul edildi 

– Çıraqdan 420 739 ton, Azəridən 712 320 ton, 

DərSG-dən 58 542 ton və ŞD-dən 22 350 ton. 

2009-cu ildə isə terminal tərəfindən 666 986 ton 

qəbul edilmişdi. 82% artım terminala gələn hasil 

edilmiş lay suyunda AÇG payının artırılmasına 

əsaslanan proqnozlarımıza uyğundur. 

Hasil edilmiş lay suyunun təxminən 1 208 585 

kub metr (2009-cu ildəki 76,6% qarşı 99,6%) laya 

vurulmaq və atılmaq üçün dənizə qaytarıldı. 

2010-cu ildə qurudakı üçüncü tərəf podratçılar 

tərəfindən heç bir lay suyu atılması olmadı.

Təhlükəli maye tullantılar

Sənaye tullantılarının utilizasiya edilməsi 

xidmətlərini yerinə yetirmək üçün ETSN tərəfindən 

lisenziya verilmiş “RT Services” adlı yerli şirkət 

2010-cu il ərzində 6 606 ton çirklənmiş dəniz suyu 

(2009-cu ildə bu rəqəm 7 504 ton idi) emal etdi ki, 

bu da keçən illə müqayisədə 12% azdır. “Ekol-

AAS BM” 2010-cu ildə 13 794 ton çirklənmiş 

dəniz suyu emal etdi. Bu, 2009-cu ildə emal 

edilmiş 13 162 tondan bir qədər artıqdır.

Ətraf mühit



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə