17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

41

Əməliyyatlarla bağlı ətraf mühitin 



monitorinqi

2010-cu ildə BP-nin Azərbaycandakı 

obyektlərində ətraf mühitin əməliyyatlarla bağlı 

hərtərəfli monitorinqi həyata keçirildi. Aşağıdakılar 

istisna olmaqla, bütün nəticələr hasilatın pay 

bölgüsü sazişləri, həmçinin ətraf mühit və sosial 

sahəyə təsirin qiymətləndirilməsi (ƏMSTQ) kimi 

sənədlərdə layihəyə dair öhdəliklərin tələblərinə 

uyğun idi:

 Quruda və dənizdə təmizlənmiş və atılmış  



  çirkab sularından götürülmüş bir neçə    

  nümunənin analiz nəticələri (yuxarıdakı çirkab  

  suları bölməsinə baxın).

• 

BTC-nin PSA2 nasos stansiyasındakı dörd əsas  



  neft xətti nasoslarının tüstü borularından   

  atmosferə buraxılmış NOx emissiyaları. Bu  

  boruların üçü ƏMSTQ tələblərinə uyğun, lakin  

  hamısı ESFP standartlarını aşmışdı.

• 

PSA2 ətrafında SO



2

 səviyyələri ESFP    

  standartlarından yüksək, lakin Ümumdünya  

  Səhiyyə Təşkilatının təlimat qiymətlərindən  

  aşağı idi.

• 

BTC boru kəməri boyunca yerləşən BV-7 və  



  BV-10 pazlı siyirtmə stansiyalarında ətraf   

  mühitdəki səs-küyün səviyyəsi ESFP-də   

  müəyyən edilmiş gecə vaxtı həddindən   

  2 desibel yuxarı olmuşdur.

• 

Səngəçal terminalında sınaq zamanı neft   



  qızdırıcılarının iş yükünün çox olmasına görə  

  mühərrik və turbinlər 500 at gücündən artıq  

  güclə işlədikdə atmosferə buraxılmış NOx  

 emissiyaları.



Yaxın ətraf mühitin tədqiqat nəticələrinin xülasəsi

Səngəçal terminalında aparılan əməliyyatların quş populyasiyalarına əhəmiyyətli təsiri qeydə alınmadı. 

Quş növlərinin bolluğu və müxtəlifliyinə terminaldan daha çox ərazidə əlverişli təbii yaşayış mühitinin 

paylanması təsir edir.

Səngəçal terminalında keçirilmiş yeraltı və səth sularının monitorinqi bir neçə quyuda çirklənmə aşkar 

etdi. Tezliklə çirkləndirmə mənbəyi müəyyən edildi və bütün tələb olunan profilaktik tədbirlər görüldü. 

Riskin qiymətləndirilməsi üzrə tədqiqat əhali və ya ətraf mühit üçün heç bir riskin olmadığını təsdiq etdi.

Sərəncə TTİEQ-də havanın keyfiyyəti üzrə iki dəfə keçirilən monitorinqin nəticələri, havada bərk 

hissəciklərin səviyyəsi istisna olmaqla, bütün göstəricilərin beynəlxalq hava keyfiyyəti standartlarına 

uyğun olduğunu göstərdi. Yaxınlıqdakı qəsəbələrdə bərk hissəciklərin aşkar edilmiş nisbətən yüksək 

səviyyəsinin səbəbi, yəqin ki, hal-hazırda bu ərazidə aparılan genişmiqyaslı tikinti işləri idi.

Bütün monitorinq müddətində əldə edilmiş nəticələrin təhlili göstərir ki, Sərəncə TTİEQ ərazisinin 

yaxınlığında yeraltı suların heç bir ardıcıl və ya davamlı çirklənməsi yoxdur.

2009-cu ildə Səngəçal terminalının ətrafındakı üç yaşayış ərazisində – Əzimkənd, Ümid kəndi və 

Səngəçal qəsəbəsində gecə və gündüz səs-küy səviyyələrinin monitorinqi həyata keçirildi. Gündüz vaxtı 

keçirilən monitorinqin nəticələri Dünya Bankı standartlarına uyğun gəldi. Gecə vaxtı keçirilən monitorinq 

Səngəçal qəsəbəsində səs-küy səviyyəsinin bir qədər artıq olduğunu göstərdi ki, bu da çox güman ki, 

qəsəbə, qonşuluqdakı elektrik stansiyası və yaxınlıqdakı daş karxanasından daş daşıyan ağır yük 

maşınlarının yaratdığı səs-küyə görə idi.

Azərbaycan ixrac boru kəmərlərinin yerüstü qurğuları və pazlı siyirtmələri ətrafında monitorinq 

proqramına uyğun olaraq yaranan səs-küyün layihənin texniki tələbləri çərçivəsində olmasını təmin 

etmək məqsədi ilə yaxın ətraf mühitin səs-küy monitorinqi keçirildi. 2009-cu il ərzində heç bir göstərici 

qoyulmuş hədləri keçmədi.

2009-cu ildə BTC-nin Azərbaycandakı PSA2 nasos stansiyası və İPA1 ərsinləmə stansiyasında ətraf 

havanın keyfiyyətinin monitorinqi keçirildi. Monitorinqin nəticələri bütün parametrlərə görə BTC üzrə 

ekoloji və sosial tədbirlər planına (ESTP) riayət olunduğunu nümayiş etdirdi. 

BTC/CQBK (Bakı-Tbilisi-Ceyhan/Cənubi Qafqaz qaz boru kəməri) marşrutu boyunca müxtəlif yerlərdə 

aparılmış səth və yeraltı suların monitorinqindən əldə olunan nəticələr ətraf mühitin ilkin vəziyyətinin 

tədqiqindən əldə edilmiş nəticələrlə uyğun idi.

BTC/CQBK dəhlizi boyunca bitki örtüyünün bərpası və bitki müxtəlifliyi də tədqiq edildi. Tədqiqat göstərdi 

ki, dəhlizin qərb hissəsində (Gəncə-Gürcüstan sərhədi) bitki örtüyünün vəziyyəti ona bitişik 

toxunulmamış ərazilərdə olduğuna bərabər və ya daha yaxşıdır. Boru kəməri dəhlizinin şərq hissəsində 

(Səngəçal-Hacıqabul) bitki örtüyü toxunulmamış ərazilərlə müqayisədə 50% azdır. Dəhlizinin mərkəzi 

hissəsində (Hacıqabul-Gəncə) bitki örtüyü toxunulmamış ərazilərlə müqayisədə 10% azdır. Orta hesabla, 

bütün arealdakı bitki örtüyünün əvvəlki illərlə müqayisədə artmağa meyilli olduğu müşahidə olundu. Boru 

kəməri dəhlizi və yaxınlıqdakı toxunulmamış ərazilər arasında növlərin ümumilik səviyyəsi hələ də 

aşağıdır (bəzi ərazilərdə bu səviyyə daha aşağı olsa da, əsasən 30%-ə yaxın) və əksər areallarda bu 

ümumilik 2007 və 2009-cu illər arasında qeydə alınmış səviyyələrdən bir qədər artıq olub. Buna görə də, 

təbii bitki toxumlarının toplanması, döyülməsi və əkilməsi işi davam etdirildi. 

Boru kəməri dəhlizində “İris acutiloba” növünün (Qırmızı Kitaba salınmış süsən növü) cəmi 1 018 ədədi 

(dəhlizdə ilkin olaraq əkilənlərin 4%-i) müşahidə olundu.

Quruda


Səngəçal terminalı 

– quşlar üzrə 

tədqiqatlar

 

Səngəçal 



terminalı – yeraltı və 

səth sularının 

monitorinqi

Sərəncə 


TTİEQ – havanın 

keyfiyyətinin 

monitorinqi 

Sərəncə 


TTİEQ – yeraltı suların 

monitorinqi 

Səngəçal – səs-küyün 

monitorinqi

  

Azərbaycan ixrac boru 



kəmərləri 

– səs-küyün 

monitorinqi 

Azərbaycan ixrac boru 

kəmərləri – yaxın 

ətrafda havanın 

keyfiyyətinin 

monitorinqi  

Azərbaycan ixrac boru 

kəmərləri – yeraltı və 

səth sularının 

keyfiyyətinin 

monitorinqi  

Azərbaycan ixrac boru 

kəmərləri – bitki 

örtüyünün monitorinqi

Nadir bitki növlərinin 

monitorinqi 

Quruda tədqiqatlar

2010-cu il ərzində quruda yaxın ətraf mühitin bir 

sıra monitorinqlərini həyata keçirdik. Səngəçal 

terminalında əsas diqqət bitki örtüyü və torpağın 

stabilliyinə, quş populyasiyaları, havanın keyfiyyəti, 

səs-küy, yeraltı və səth sularına yetirildi. Sərəncə 

TTİEQ-də əsas diqqət havanın keyfiyyəti və yeraltı 

suların monitorinqi üzərində cəmləndi. BTC boru 

kəməri boyunca havanın keyfiyyəti, yeraltı sular, 

səs-küy və bitki örtüyünün monitorinqinə xüsusi 

diqqət yetirildi. Qərb ixrac boru kəmərinin 

marşrutu boyunca havanın keyfiyyətinin və bitki 

örtüyünün monitorinqi keçirildi.

BTC boru kəməri dəhlizində eroziyanın qarşısını 

almaq məqsədi ilə eroziyaya həssas olan əraziləri 

müəyyən etmək, eroziyanın tempini öyrənmək və 

profilaktik müdaxilələrin planlaşdırılmasına kömək 

etmək üçün coğrafi informasiya sistemi istifadə 

olundu. Eroziya potensialının təhlilini aparmaq 

məqsədi ilə hər il ancaq qeyri-əkin sahələri üçün 

bitki örtüyünün təhlilindən alınan məlumatlardan 

istifadə olundu ki, boru kəməri dəhlizində bitki 

örtüyünün bərpasındakı meyillər və bütövlükdə 

dəhlizin bitki örtüyünün vəziyyəti izlənilsin.

Dənizdə ekoloji tədqiqat zamanı AÇG 

kontrakt ərazisindən dəniz suyu 

nümunələrinin götürülməsi

Ətraf mühit




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə