BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010
37
Ətraf mühit
“Iris acutiloba”nın köçürülməsi
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin tikintisi
marşrut dəhlizi boyunca bitki örtüyünün geniş
şəkildə pozulmasını zəruri etdi. Bərpa prosesinin
bir hissəsi kimi, BP şirkəti Azərbaycanın Qırmızı
Kitabına daxil edilmiş “Iris acutiloba” süsən
növünün çıxarıldığı yerlərə, məsələn,
Qobustanın səhra ərazisində yenidən əkilməsinə
başladı.
Bu bərpa işləri 2010-cu ildə Qaradağ Sement
Zavoduna (QSZ) məxsus daş karxanasını açmaq
üçün qazılacaq ərazidə külli miqdarda “Iris
acutiloba” populyasiyasının olduğunu
öyrəndikdən sonra davam etdirildi. Nəticədə, BP
şirkəti QSZ ilə daş karxanasının ərazisindən
16 000 süsən bitkisinin çıxarılması və BTC
dəhlizi ərazilərinə əkilməsi üçün qarşılıqlı razılığa
gəldi. Bu barədə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə (ETSN) məlumat verildi və köçürmə
prosesi üçün əhatəli iş planı işlənib hazırlandı.
2010-cu ilin noyabr ayına qədər 11 000-dən
çox “Iris acutiloba” bitkisi daş karxanası üçün
təklif edilən ərazidən çıxarılıb. Qazılma, daşınma,
yenidən əkilmə sürətlə yerinə yetirildiyinə və
bitkilər yad mühitə köçürülmədiyinə görə bu işin
uğurla başa çatacağı gözlənilir. BTC boyunca
bitkinin yeni əkildiyi ərazilər kənar müdaxilələri
azaltmaq üçün çəpərlənib.
Daha geniş məlumat:
bp.com/sustainabilitymappingtool
Ətraf mühitlə bağlı göstəricilər
Səhifə 42-də daha geniş məlumat
İSO 14001 sertifikatı
BP qrupunun əməliyyatların idarə edilməsi
sisteminin tələblərindən biri “əsas
əməliyyat sahələrində kənardan İSO 14001
attestasiyasını keçirmək”dir. 2010-cu ildə
BP-nin Azərbaycandakı obyektlərində
“Moody International” Attestasiya Qrupu
tərəfindən iki dəfə uğurla İSO 14001 üzrə
təftiş auditi aparıldı. May ayında Şərqi Azəri
və Şahdəniz platformaları və Səngəçal
terminalı yoxlamadan keçdi. Villa Petrolea
ofisimizin, Səngəçal terminalındakı çirkab
sularının təmizlənməsi qurğusunun və
Səngəçal terminalındakı tullantıların
mərkəzləşdirilmiş toplanması ərazisinin,
eləcə də Şelflayihətikintinin tullantıların
toplanması mərkəzi ərazisi və təchizat
bazasının auditləri sentyabr ayında keçirildi.
Bu auditin nəticəsi kimi, 11 düzəliş tədbirinin
görülməsi tələbi irəli sürüldü ki, bunların da
altısı bizim ilk dəfə yoxlamadan keçən Villa
Petrolea ofisimizə aid idi.
Karbohidrogen dağılmaları
a
BP-nin hədəfi karbohidrogen dağılmaları baş
verdikdə mənfi effektləri minimallaşdırmaq
və sürətlə aradan qaldırılmasına kömək
etmək üçün cavab tədbirlərinə hazırlığı
lazımi səviyyədə saxlamaqdır. 2010-cu ildə
Azərbaycandakı obyektlərimizdə cəmi 11
karbohidrogen dağılması qeydə alınıb (bu
rəqəm 2009-cu ildə 10 olub). Bütün
dağılmalar dənizdə baş verib. 2010-cu ildə
dağılmış 32 181 litr karbohidrogenin
(2009-cu ildə 9 831 litr olub) təxminən
99%-i (31 789 litri) yığılaraq təmizlənib.
Dağılmaların həcmindəki bu artım Şərqi
Azəridə səhv klapanın istifadəsi nəticəsində
böyük bir dağılmanın meydana gəlməsi ilə
bağlıdır. Bu dağılmanın həcmi cəmi 23 848
litr olub. 2010-cu ildə baş verən
karbohidrogen dağılmalarının ümumi
həcminin 74%-ini təşkil edən bu dağılma
tam yığılaraq təmizlənib. Ətraf mühitə bütün
dağılmalar barədə ETSN və ARDNŞ-yə
məlumat verilib. BTC -də neft dağılmaları
haqqında BTC-nin şirkətdənxaric kredit
qrupuna məlumat verir.
Biomüxtəliflik
Flora, fauna və yerli növlərə qarşı həssaslıqla
işləmək ətraf mühitə təsirləri idarə etmək
istiqamətində səylərimizin ayrılmaz hissəsidir.
Tısbağaların yetişdirilməsi/təbiətə buraxılması
b
Səngəçal terminalının yaxınlığındakı
müvəqqəti qoruqda yetişdirilmiş daha 60
tısbağanın may ayında əvvəlki illərdəki
metodologiya istifadə edilməklə Qobustan
ərazisinə buraxılması ilə bütün qalan
tısbağaların təbiətə buraxılması layihəsi
2010-cu ildə başa çatdı. Azərbaycan Bioloji
Müxtəliflik Mərkəzinin 2010-cu ilin sentyabr
ayında keçirdiyi monitorinq bu tısbağaların
təbii mühitə uyğunlaşmasının qənaətbəxş
olduğunu aşkar etdi.
a
Karbohidrogen dağılmaları həcmi bir barel (42 ABŞ
qallonuna bərabər 159 litr) və ya daha çox olan maye
hidrokarbonun atılması kimi təyin olunur.
b
Azərbaycanda BP-nin Aralıq dənizi tısbağalarının
(
Testudo graeca) yetişdirilməsi və təbiətə buraxılması
proqramı barədə ətraflı məlumat ötən illərin davamlı
inkişaf haqqında hesabatlarında verilib.
Sənqəçal terminalında
tısbağaların təbiətə buraxılması
proqramının son mərhələsi
38
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010
Tullantıların idarə edilməsi
Biz tullantıların idarə
edilməsində ən yaxşı sənaye göstəricilərinə nail olmaq məqsədi ilə
“beşikdən qəbrədək”
a
yanaşmasına riayət edirik
BP tərəfindən Azərbaycanda suya atılmış qazma şlamları, 2010
(ton)
Yataqlar/Obyektlər
Çıraq
Mərkəzi Azəri (MA)
Şərqi Azəri (ŞA)
Qərbi Azəri (QA)
Dərinsulu Günəşli (DərSG)
Şahdəniz (ŞD)
Dədə Qorqud (DDQ) qazma qurğusu
İstiqlal qazma qurğusu
Cəmi
SuQM ilə qazılıb suya
atılmış şlamlar
0
0
1 519
608
0
0
906
1 716
4 749
SiQM ilə qazılıb suya
atılmış şlamlar
3 308
0
0
0
0
0
0
0
3 308
Suya atılmış qazma
şlamlarının cəmi
3 308
0
1 519
608
0
0
906
1 716
8 057
Qazma şlamları
Suya atılmalar və yenidən laya vurulma
BP Azərbaycanda həyata keçirdiyi qazma
əməliyyatlarında həm su əsaslı qazma
məhlulundan (SuQM), həm də sintetik əsaslı
qazma məhlulundan (SiQM) istifadə edir. 2010-cu
ildə bizim atılmış qazma şlamlarının 59%-ində aşağı
toksiklik dərəcəsinə malik və dünyada geniş şəkildə
istifadə olunan SuQM var idi. Yerdə qalan şlamların
tərkibinə Çıraq platformasından atılan SiQM
olmuşdur. Hər iki atılma Azəri-Çıraq-Dərinsulu
Günəşli (AÇG) hasilatın pay bölgüsü sazişinin və
ilkin neft layihəsinin ətraf mühitə təsirin
qiymətləndirilməsi tələblərinə uyğundur.
2010-cu ildə Xəzər dənizinə cəmi 8 057 ton qazma
şlamı və onunla əlaqədar mayelər (qazma məhlullu)
atılmışdır ki, bu, 2009-cu illə müqayisədə 10%
azalma deməkdir. Keçən il olduğu kimi, bu azalma
2008-ci ildə qəza ilə əlaqədar dayandırılmadan
sonra MA platformasında qazma fəaliyyətlərinin
azalması və İstiqlal qazma qurğusunun yalnız bir
ildən az müddətdə BP AGT-nin sərəncamında
olması ilə əlaqədar idi.
Bu amillər Çıraq platformasında qazma işlərinin
artması ilə kompensasiya olundu. Orada SiQM
istifadə olunmaqla yeni A-22 quyusunun üst
hissələri
c
və ŞA platformasında SuQM istifadə
olunmaqla iki quyunun üst hissələri qazıldı.
Bundan başqa, 2009-cu ildə yenidən laya
vurulan 96 715 ton tullantı ilə müqayisədə Azəri və
DərSG platformalarında yenidən laya vurulan
tullantıların həcmi 49 591 ton oldu ki, bu da 49%
azalma deməkdir. Bu tullantılara qazma şlamları,
qazma məhlulu, dəniz suyu, neftli sular və
durulducu çənin təmizlənməsindən qalan
materiallar daxil idi.
Quruda tullantıların idarə edilməsi
Sərəncə TTİEQ 2010-cu ildə dənizdəki qazma
əməliyyatlarında hasil edilmiş cəmi 27 809 ton
(2009-cu illə müqayisədə təxminən 63% çox)
emal edilməmiş qazma şlamı, eləcə də 8 348 ton
qazma məhlulu və durulducu çənin
təmizlənməsindən qalan materiallar qəbul etdi.
Sahilə göndərilən qazma şlamları həcmlərinin
artması il ərzində Çıraq neft layihəsində dəniz
qazma fəaliyyətlərinin artmasının ardınca baş verdi.
Təxminən 25 582 ton şlam DTD qurğularından
istifadə edilməklə emal olundu.
d
Bunun
nəticəsində 2 050 tona yaxın xam neft əldə olundu
və təkrar istifadə üçün qazma podratçısına
göndərildi. Emal edilmiş qazma şlamları (təhlükəsiz
kimi təsnif olunmuş) sahədə yenidən istifadə/
atılma üçün toplandı.
Hasil edilmiş qazma şlamlarının ümumi
həcminin yüksək olmasına və nəticədə sahilə
emal üçün göndərilmiş yüksək həcmlərə görə, biz
Sərəncə TTİEQ-də 7 000 ton şlamın bioloji
təmizlənməsinə başladıq. Bu iş 2011-ci ildə başa
çatdırılacaqdır.
Təxminən 4 229 ton emal edilmiş qazma şlamı
Təhlükəli Tullantılar MMC-nin təhlükəsiz tullantıların
basdırılması poliqonunda tullantıların küləklə,
2010-cu ildə biz Sərəncə təhlükəli tullantıların idarə
edilməsi qurğusunda (TTİEQ) saxlanılan təhlükəli
tullantıların ləğv edilməsi üçün texniki cəhətdən
münasib podratçıların seçilməsi məqsədi ilə
müfəssəl təchizat zənciri strategiyası işləyib
hazırladıq. Bu iş 2011-ci ildə davam etdiriləcək.
Seçilmiş tullantıların ləğvini əhatə edən müvafiq
qaydalara riayət edilməsini yoxlamaq üçün BP
mütəxəssisləri tərəfindən əminlik auditləri keçirildi.
Bizim tullantıların minimuma endirilməsi
proqramımız xeyli irəliləyişə nail oldu. Qazmada
daha yaxşı nəticələr qazma üçün istifadə olunan
kimyəvi maddələrin idarə edilməsi prosesinin
yoxlanılması və daha sonra optimallaşdırılmasından
sonra əldə olundu. Bu, yenidən istifadəni
maksimuma çatdırmaq və inventardan istifadəni
yaxşılaşdırmaqla tullantı kimyəvi maddələrin
yaranmasını aradan qaldırmağa və minimuma
endirməyə kömək etdi. Sərəncə TTİEQ-də
toplanmış bir sıra tullantı kimyəvi maddələr
b
əməliyyatlar üçün yararlı hesab olundu və yenidən
istifadə üçün qazma əməliyyatlarına göndərildi.
2010-cu ildə bizim Azərbaycandakı əməliyyatlar
nəticəsində cəmi 71 659 ton tullantı hasil edildi ki,
bunun 61 420 tonu təhlükəli, 10 239 tonu isə
təhlükəsiz tullantı idi. 2009-cu illə müqayisədə bu
22%-lik artım əsasən qazma şlamlarının həcminin
artmasına görə baş verdi. Bundan əlavə, 425 936
ton təmizlənməmiş və emal edilmiş çirkab suları
hasil etdik (2009-cu ildəkindən 5% çox) və
Səngəçal terminalında əhəmiyyətli həcmlərdə
hasil edilmiş lay suları qəbul etdik.
Təhlükəsiz tullantıların təxminən 61%-i və
təhlükəli tullantıların 4%-i yerli şirkətlər tərəfindən
ya təkrar emal olundu, ya da yenidən istifadə edildi.
Tullantıların qalanı ya təmizlənərək təsdiq edilmiş
metod və marşrutlardan istifadə edilməklə ləğv
edildi, ya müvəqqəti olaraq Sərəncə TTİEQ-də
saxlandı və yaxud da BP-nin Sumqayıtdakı yeni
xüsusi təyinatlı poliqonunda torpağa (yalnız
təhlükəsiz tullantılar) basdırıldı.
a
Hər hansı məhsulun və ya proqramın hər bir aspektinə onun bütün
istismar dövrü müddətində – layihələşdirilməsi və ya alınmasından
ləğv edilməsinə və ya təklifdən xitam verilməsinədək nəzarət etmək
məsuliyyəti.
b
Novatin, Novamul, Novamul L, Ksanvis, tullantı neft, tullantı dizel.
Şlamların emalı – Sərəncə TTİEQ, 2010
(%)
2009-cu ilin sonunda Sərəncə TTİEQ-də 3 939 ton
qazma şlamı anbarda saxlanılırdı. 2010-cu ildə qurğu
36 156 ton qazma şlamı və qazma məhlulu qəbul etdi
və bunun 25 582 tonu DTD vasitəsilə emal olundu.
Regenerasiya edilmiş 2 050 ton xam neft və 5 509 ton
su yenidən DTD qurğusunun soyuducu sistemində
istifadə olundu. 2010-cu ilin dekabr ayında 5 470 ton
bioloji bərpa sahəsinə göndərildi.
Dolayı termal desorbsiya (DTD) qurğusunda emal edilmiş
Emal edilməmiş şlamlar üçün anbar
%
24%
c
A-22 quyusunun üst hissələri SiQM ilə qazıldığından SiQM göstəricisi artmışdır. Çırağın bu tullantıların atılmasına icazəsi var.
d
Qazma şlamlarının emalı metodlarından biri. DTD metodu qazma şlamlarını təmizləyərək bərk süxur hissələrini hidrokarbon və sudan
ayırmaq üçün şlamların dolayı isidilməsindən istifadə edir.
Ətraf mühit
76