17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

40

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

Ətraf mühitin monitorinqi 

Bizim ətraf mühitin monitorinqi 

sahəsində səylərimiz iki müxtəlif hissədən – BP obyektlərinin 

yaxınlığında ətraf mühitin vəziyyətinə diqqət yetirən yaxın ətraf mühitin 

monitorinqindən və əməliyyatlarımız nəticəsində baş verən atılma və 

emissiyaların mənbədə ölçüldüyü əməliyyat monitorinqindən ibarət olub

 



2010-cu ildə dənizdə, sahilyanı ərazilərdə və quruda həyata keçirilmiş yaxın ətraf mühitin monitorinqinin nəticələri 2011-ci ildə nəşr 



ediləcəkdir. 

Yaxın ətraf mühitin tədqiqat nəticələrinin xülasəsi

a

Dənizdə


Şahdəniz kontrakt 

sahəsi – regional 

tədqiqat

Şahdəniz platforması 

– ekoloji tədqiqat

Qərbi Azəri 

platforması – ekoloji 

tədqiqat


DərSG platforması 

- ətraf mühitin 

monitorinqi 

Çıraq neft layihəsi 

– ətraf mühitin ilkin 

vəziyyətinin tədqiqi

Şahdəniz 2 tərs 

qırılma 1 ərazisi 

– ətraf mühitin ilkin 

vəziyyətinin tədqiqi

Sahilyanı ərazidə 

Səngəçal 

- balıqların monitorinqi

 

Quruda



Səngəçal 

terminalı – torpaq və 

bitki örtüyünün 

tədqiqatı 

Səngəçal 

terminalı – havanın 

keyfiyyətinin 

monitorinqi

Bu tədqiqatda nümunə götürülən məntəqələrin ayrı-ayrı qruplarında çöküntülərin növü, dərinliyi və 

sahildən olan məsafəsi ilə əlaqədar fiziki-kimyəvi və bioloji xüsusiyyətləri öyrənildi. Məlum oldu ki, 

karbohidrogen və metal konsentrasiyasının səviyyəsi ümumiyyətlə aşağıdır, sahilə ən yaxın məntəqələr 

(Məntəqə 20, 21 və 22) və kontrakt sahəsinin şərq cinahının mərkəzindəki məntəqə (Məntəqə 28) 

istisna olmaqla, əvvəlki illərdəki tədqiqatların nəticələri ilə müqayisədə nisbətən dəyişməz qalıb. 

Həmçinin, daha aşağı səviyyəli bioloji müxtəlifliyə doğru təmayül var və bu, həmin regionda təbii 

dəyişmələrlə bağlıdır. 

Bu tədqiqatın nəticələri göstərdi ki, Şahdəniz Mərhələ 1 platformasında həyata keçirilən əməliyyatlar 

ətraf məntəqələrdə fiziki-kimyəvi xarakteristikalara və makrobentik icmalara təsir etməyib.

Monitorinqin keçirildiyi bütün müddət ərzində (2002-2009) nümunə götürülən məntəqələrin 

əksəriyyətində çöküntülərin fiziki xarakteristikalarında nisbətən böyük müvəqqəti dəyişikliklər və qalıq 

metalın konsentrasiyasında heç bir güclü qradiyent və ya meyillərin olmadığı qeydə alındı (platformanın 

yaxınlığında barium çöküntüsünün yüksək konsentrasiyası istisna olmaqla). Lakin bununla belə, 

antropogen fəaliyyətə aid edilə bilən heç bir aşkar təmayül və ya əlamətlər müşahidə olunmadı. Faunaya 

aid rəqəmlərdəki və paylanma modellərindəki müvəqqəti təmayüllər dəniz əməliyyatlarının 

başlamasından sonra faunada cüzi dəyişikliyin olduğunu göstərir. 

Əvvəl aparılmış tədqiqat məlumatları ilə müqayisə ətraf bentik mühitdə əhəmiyyətli çirklənmə baş 

verdiyini sübut edən heç bir dəlilin olmadığını göstərir və bentik icmanın sağlamlığına ölçüyə gələ bilən 

heç bir təsir olmayıb. 500 m şimala, şimal-şərqə, cənuba və 750 m qərbə uzanan bir ərazinin fiziki 

pozulmaya məruz qalması ehtimal olunur. Bunu annelid və amfipod bolluğunda müşahidə edilmiş azalma 

ilə əlaqələndirmək olar. Əgər bu ərazidə dəniz dibində pozulma olubsa belə, indi bu prosesin daha baş 

verməməsi və ya azalması həmin icmaların özünə gəlməsinə imkan verir.

Qərbi Çıraqda 2003-cü ildə keçirilən tədqiqatın nəticələri ilə müqayisə göstərir ki, 2009-cu ildə Çıraq neft 

layihəsi icmasında daha çox bio-müxtəliflik və bolluq olub. Ümumilikdə, fiziki-kimyəvi göstəricilər hər iki 

tədqiqatda bir-birinə çox oxşar olub. 2009-cu ildə daha yüksək müxtəliflik və bolluqla əlaqələndirilə bilən 

heç bir nəzərəçarpan fərq müəyyən olunmayıb.

Əvvəlki məlumatlarla müqayisə göstərdi ki, çöküntü növləri, qalıq metal və karbohidrogen 

konsentrasiyaları bu ümumi ərazidə aparılmış əvvəlki tədqiqatlarda qeydə alınmış göstəricilərə oxşardır 

və onları bu ərazi üçün xarakterik olan fon kəmiyyətləri hesab etmək olar. 

Amfipodlar və xərçəngəbənzərlərin bolluğu və növ zənginliyi çöküntülərdə lil-gil tərkibi ilə tərs-

mütənasiblik təşkil etsə də, azqıllıların bolluğu və lil-gil tərkibi arasında müsbət bir əlaqə var idi. Nümunə 

götürülmüş məntəqələrdə azqıllıların bolluğunun ən aşağı səviyyələri karbohidrogen konsentrasiyalarının 

ən yüksək olduğu məntəqələrdə müşahidə olundu.

2008-ci ilin payızında və 2009-cu ilin yazında keçirilmiş iki tədqiqatın nəticələri göstərdi ki, Səngəçalda 

sahilə yaxın tutulmuş balıqların sağlamlığı yaxşıdır. Əhəmiyyətli zərər və ya xarici təsirin olmasını 

göstərən heç bir simptom aşkar edilmədi. Çoxnüvəli aromatik karbohidrogen metabolitlərinin ölçülməsi 

göstərdi ki, körfəz daxilində və Neftçalada balıqlar arabir neft təsirinə məruz qala bilər, lakin digər 

ölçmələrdən belə görünür ki, belə təsir nə davamlı, nə də ölçüyə gələn bir mənbədir. 

Səngəçal terminalı yaxınlığında ekosistemin vəziyyətinin ümumi qiymətləndirilməsi onun 

proqnozlaşdırılmış hədlərdə olduğunu göstərdi. Bu ərazidə terminala aid olmayan fəaliyyətlərin artması 

gələcəkdə narahatçılığa səbəb ola bilər.

NOx, SO


2

 və dəyişkən üzvi birləşmələrin orta illik səviyyələri üzrə nəticələr onların hamısının Dünya 

Bankı/Ümumdünya Səhiyyə Təşkilatı təlimatlarında göstərilən hədlərdən aşağı olduğunu göstərdi. Bir 

neçə istehsalat sahəsində benzolun səviyyəsi standartdan artıq oldu, çox güman ki, üçüncü tərəf 

fəaliyyətlərinə görə baş verdiyindən, bu nəticələr ehtiyatla izah edilməlidir. NO, NO

2

, NOx və SO



2

 üzrə 


real vaxtda monitorinq aparma məntəqəsindən alınmış orta nəticələrin hamısı normativ səviyyələrindən 

aşağı idi.



Yaxın ətraf mühitin monitorinqi 

proqramı

BP-nin Azərbaycanda yaxın ətraf mühitin 

monitorinqi proqramı 2004-cü ildən bəri həyata 

keçirilir və o, ətraf mühitin monitorinqinə və 

nəticələrin emalına sistemli yanaşmanı təmin 

etmək üçün işlənib hazırlanmışdır. 2010-cu ilin 

sonuna, ötən yeddi il ərzində ümumilikdə 90 

monitorinq tədqiqatı yerinə yetirilmişdi. Şirkətdə 

aparılan təşkilati yenidənqurmadan sonra, bu 

proqramın adı 2010-cu ilin iyun ayında 

dəyişdirilərək Azərbaycan-Gürcüstan-Türkiyə 

regionunun ekoloji monitorinq proqramı oldu.

2010-cu ildə aparılan 20 tədqiqatın altısı dəniz 

tədqiqatı, biri Səngəçal körfəzində sahilyanı 

tədqiqat və 13-ü Səngəçalı (yeddi tədqiqat), 

Azərbaycan İxrac Boru Kəmərlərini (iki tədqiqat) və 

Sərəncə təhlükəli tullantıların idarə edilməsi 

qurğusunu (TTİEQ) (dörd tədqiqat) əhatə edən 

quruda həyata keçirilmiş yaxın ətraf mühit 

tədqiqatları idi.

Dəniz tədqiqatları

2010-cu ildə aparılan dəniz tədqiqatları 

mövcud yataqların mütəmadi olaraq keçirilən 

adi monitorinqi, qazmadan sonra quyuların 

yerləşdiyi ərazilərin monitorinqi və regional 

ekoloji monitorinqdən ibarət idi. 

Regional dəniz tədqiqatları arxa fonda 

cərəyan edən ekoloji meyilləri başa 

düşməyimizə kömək etmək üçün aparılır. 

Dəniz mühitində baş verən təbii dəyişikliklər 

barədə məlumatların təmin edilməsi üçün 

bizim fəaliyyətlərimizdən (və üçüncü tərəf 

əməliyyatlarından) uzaqda yerləşən ərazilərdə 

nümunələrin götürülməsi işi həyata keçirilir.

2010-cu ildə hasilat əməliyyatlarının təsirini 

qiymətləndirmək üçün Çıraq, Mərkəzi Azəri 

və Şərqi Azəri platformalarının yaxınlığında 

dəniz dibinin cari monitorinqi aparıldı. Qazma 

əməliyyatlarından və platformanın 

quraşdırılmasından sonra ətraf mühitin 

vəziyyətini öyrənmək üçün SDX-5 quyusunun 

yerləşdiyi ərazinin yaxınlığında qazma sonrası 

tədqiqat həyata keçirildi. Bundan başqa, 

Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) kontrakt 

sahəsinin yaxınlığında regional tədqiqat 

aparıldı. Bu tədqiqata dəniz dibindən və su 

sütunundan fiziki və kimyəvi analizlər üçün 

nümunələrin, bentik və planktonik 

populyasiyaların fauna nümunələrinin 

götürülməsi daxil idi.

Ətraf mühit

Sahilyanı tədqiqatlar

2010-cu ildə Səngəçal yaxınlığında dənizdibi 

çöküntülərin tədqiqatı zamanı Səngəçal körfəzində 

ətraf mühitin vəziyyəti və ona BP Azərbaycan və ya 

üçüncü tərəflərin təsirləri müəyyən edildi və 

qiymətləndirildi. Əldə edilmiş məlumatlar 

1996 (ilkin vəziyyətinin tədqiqi), 2000, 2003, 

2006 və 2008-ci illərdə aparılmış tədqiqatların 

nəticələri ilə müqayisə ediləcək.




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə