BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010
45
Sahibkarlığın inkişafı
BP-nin hədəfi yerli biznesin bizim
təchizat zəncirində iştirakını təmin etməkdir
BP və tərəfdaşlarımız 2010-cu ildə 60 yerli
şirkətlə dəyəri 915 milyon dollardan artıq olan
yeni uzunmüddətli müqavilələr imzaladı.
Bundan başqa, bütün il ərzində ümumilikdə
165 yerli şirkət sahibkarlıq sahəsində inkişaf
və təlim proqramlarında iştirak etdi. Bu
şirkətlərdən 15-i BP və onun tərəfdaşları,
14-ü digər beynəlxalq şirkətlər, 20-si isə yerli
şirkətlərlə müqavilə bağlamaq üçün tenderdə
qalib gəldi.
Bizim əsas beynəlxalq təchizatçılarımıza
standart icra göstəricilərinin tədricən tətbiq
olunması davam etdirildi. Bu göstəricilər
təchizatçıların idarə edilməsi prosesinin bir
hissəsi kimi yerli xərcləri və işçi qüvvəsinin
milliləşdirilməsini əhatə edir. Onlar həm də
təchizatçıların fəaliyyətinə müvafiq hasilatın
pay bölgüsü sazişləri əsasında razılaşdırılmış
özlərinə aid milliləşdirmə hədəfləri ilə
müqayisədə nəzarət etməyə kömək edir.
Bütün il boyu biz yerli kiçik və orta
müəssisələri (KOM) beynəlxalq neft-qaz
sənayesi standartlarına aid bacarıqlarla bağlı
boşluqları aradan qaldırmaq məqsədi daşıyan
layihələrə cəlb etdik. Yerli müəssisələrin
inkişaf proqramlarını bizim tədarük və
yerliləşdirmə strategiyamıza uyğunlaşdırmaq
təşəbbüsləri davam etdirildi.
Kiçik, o cümlədən iri həcmli istehsal
xidmətlərini təmin etməyə qabil potensial yerli
şirkətləri müəyyən etmək üçün yerli istehsal
və dəzgahqayırma sektorunda tədqiqat
aparıldı.
BP və tərəfdaşlarımızın Azərbaycanda
dəstək verdikləri inkişaf layihələri haqqında ən
son məlumatları çatdırmaq üçün biz biznes
e-mərkəzinin açılışını etdik. www.ecbaku.com
ünvanında yerləşən veb-sayt BP və digər
beynəlxalq və yerli şirkətlərlə işləməyin yolları
barədə faydalı məlumatlar verir.
Cəmiyyət
Bilirdinizmi?
2010-cu ildə BP
Azərbaycanda 60-dan çox yerli
şirkətlə yeni müqavilələr bağladı və
40-dan artıq şirkətlə mövcud
müqavilələrin müddəti uzadıldı.
Azərbaycan üzrə birbaşa ölkədaxili xərclər, 2006-2010
(milyon dollar)
Azərbaycan kapitalı ilə birgə müəssisələr
Kiçik və orta müəssisələr
Dövlətə məxsus şirkətlər
2006
520
77
60
2007
450
111
43
2008
408
128
37
2009
320
132
29
2010
365,5
147
27,7
100
200
300
400
500
600
Biznes inkişaf
e-mərkəzinin veb-saytı
2010-cu ildə bizim Azərbaycandakı
xərclərimiz
BP və tərəfdaşlarının 2010-cu ildə
Azərbaycanda əməliyyatlar və layihələr üzrə
xərcləri cəmi 1,03 milyard dollar təşkil etdi ki,
bu, 2009-cu ildəki qədərdir. Buraya 11%
artımla KOM-lar vasitəsilə birbaşa çəkilmiş 147
milyon dollar, 14% artımla birgə müəssisələr
vasitəsilə çəkilmiş 365,5 milyon dollar, 4%
azalma ilə dövlət şirkətləri vasitəsilə çəkilmiş
27,7 milyon dollar və 11% azalma ilə
Azərbaycanda işləyən xarici təchizatçılar
vasitəsilə dolayı yolla çəkilmiş 486 milyon dollar
məbləğində yerli xərclər daxil idi.
Yerli təchizatçılar vasitəsi ilə ölkə daxilindəki
davamlı əməliyyat xərclərimiz 9% azalaraq 812
milyon dollar təşkil etdi ki, bu da çoxsaylı kiçik
kontraktların bir neçə böyük kontraktda
birləşdirilməsi üçün göstərilən uğurlu səyləri
əks etdirir. Xərclərin cəminə kiçik və orta
müəssisələr vasitəsilə birbaşa xərclənmiş
144,2 milyon dollar (13% artım), dövlət
şirkətləri vasitəsilə xərclənmiş 27 milyon dollar
(4% azalma), birgə müəssisələr vasitəsilə
xərclənmiş 263,4 milyon dollar (14% azalma)
və dolayı şəkildə xərclənmiş 377,3 milyon
dollar (13% azalma) daxil idi.
Ümumilikdə, 2010-cu ildə BP və tərəfdaşları
Azərbaycanda 281 şirkətlə iş görmüşdür. Bu
şirkətlərin 221-i (79%) kiçik və orta müəssisələr
olmuşdur
46
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010
Sahibkarlığın inkişafı və təlim
proqramı
Biz neft və qaz sektorunda fəaliyyət göstərən
yerli şirkətlərin beynəlxalq standartlara nail
olmasına və beləliklə də Azərbaycanda
bağladığımız müqavilələrlə yerli ehtiyatlardan
istifadə edilməsini artırmağa kömək etmək
məqsədi ilə 2007-ci ildə startı verilmiş
Sahibkarlığın inkişafı və təlim proqramına (SİTP)
dəstək veririk.
SİTP-yə potensial yerli podratçıların müəyyən
edilməsi, çatışmazlıqların müfəssəl analizi və
müvafiq hallarda məxsusi inkişaf planının
yaradılması və həyata keçirilməsi kimi müxtəlif
fəaliyyətlər daxildir. 2010-cu ilin sonuna qədər
tərəfdaşlarımızla birlikdə bu proqrama 2,83
milyon dollar, o cümlədən ancaq 2010-cu ildə
590 000 dollar xərcləmişik.
Bizim kadrların milliləşdirilməsi istiqamətində
səyimizin bir hissəsi kimi, SİTP-ni həyata keçirən
beynəlxalq “ACDI/VOCA” təşkilatı il ərzində
tədricən yerli “AZERMS” şirkəti ilə əvəz edildi.
2010-cu ildə 165 yerli şirkət SİTP-də iştirak
etdi. İştirakçı şirkətlərin təlimləndirilməsinə
dəstək vermək məqsədi ilə çatışmazlıqların 40
müfəssəl analizi və 40 biznesin inkişafı planı
hazırlandı. 2010-cu ildə 20 şirkət bu proqramı
başa vurdu.
Bütövlükdə, 2007-ci ildən bəri SİTP proqramını
65 şirkət tamamlayıb, 534 şirkət bu proqramda
iştirak edib və SİTP-də iştirak edən şirkətlərə
kömək etmək üçün 149 biznes-plan və
çatışmazlıqların 157 müfəssəl analizi hazırlanıb.
2010-cu ilin sonunda BP bir neçə SİTP
iştirakçısını tenderdə iştirak etməyə dəvət etdi.
Onlardan bir neçəsi, o cümlədən “Telcoplus”,
“Barama”, “MCG”, “MQS”, “Real Gas” və
“Azecolab” BP və onun tərəfdaşları ilə müqavilə
bağladı.
2010-cu ildə SİTP iştirakçılarının bağladıqları
kontraktların ümumi dəyəri cəmi 14,6 milyon
dollar oldu ki, bunun da 2 milyon dollarına yaxın
məbləği BP ilə bağlanan kontraktlar idi.
Proqramın başlanğıcından bəri SİTP
iştirakçılarının bağladıqları kontraktların məcmu
dəyəri 60 milyon dollardan çox olub və bunun da
27 milyon dollardan artıq bir hissəsi
Azərbaycanda BP ilə bağlanmış kontraktların
payına düşür.
2007-ci ildən bəri SİTP müştəriləri yeni əsaslı
avadanlıqlara və gücləndirilmiş keyfiyyətin idarə
edilməsi sistemlərinə təxminən 7 milyon dollar
sərmayə qoyub və bunun da 1,1 milyon dolları
2010-cu ildə yatırılıb. Proqramın başlanğıcından
2010-cu ilin sonunadək SİTP iştirakçıları işə 250
nəfər, o cümlədən 2010-cu ildə 70 nəfər yeni
əməkdaş götürüb.
Biznesə imkan yaradan mühit
layihəsi
BP və onun tərəfdaşları Beynəlxalq Maliyyə
Korporasiyası (BMK) tərəfindən həyata
keçirilən Biznesə imkan yaradan mühit (BİYM)
layihəsini birgə maliyyələşdirir. Bu proqram
icazə/lisenziyaların alınması və biznesin
qeydiyyatdan keçirilməsi sahələrində
qanunvericiliyi yaxşılaşdırmaq üçün Azərbaycan
hökumətinə kömək etmək məqsədi ilə təsis
edilib. BİYM layihəsinə 500 000 dollardan bir
qədər az vəsait ayrılıb ki, bunun da 260 000
dolları 2010-cu ildə proqramın yerli potensialın
yaradılması komponentinə xərclənilib.
2010-cu ilin fevral ayında BMK 142 kiçik və
orta müəssisənin (KOM) 510 fərdi sahibkar və
meneceri ilə keçirdiyi biznesin qeydiyyatı üzrə
sorğunun nəticələrini təqdim etdi. Sorğu
2008-ci ilin yanvar ayında İqtisadi İnkişaf
Nazirliyi və Vergilər Nazirliyi ilə birlikdə
qeydiyyatdan keçmənin sadələşdirilməsi üçün
tətbiq edilmiş “vahid pəncərə” sisteminin
uğurlu olduğunu təsdiq etdi, həmçinin,
Azərbaycanda biznesin qeydiyyata alınmasını
ən yaxşı beynəlxalq təcrübəyə
yaxınlaşdırmağın yollarını (onlayn qeydiyyatının
tətbiq edilməsi kimi) ümumi şəkildə göstərdi.
2010-cu ilin ikinci yarısında BMK, Dövlət
Statistika Komitəsi və Dövlət İqtisadi İslahatlar
İnstitutunun təmsilçiləri vergi ödəyicilərinin
ikinci məmnunluq sorğusunu keçirdi. Sorğunun
məqsədi vergi ödəyicilərinin müxtəlif vergi
idarələrindən nə dərəcədə razı qaldığını
qiymətləndirmək idi. Sorğunun nəticələri
2011-ci ildə təqdim ediləcək.
Mikro və kiçik kreditlərin verilməsi
və məsləhət proqramı
2006-cı ildə imzalanmış çərçivə sazişinə
uyğun olaraq, BP və onun tərəfdaşları Avropa
Yenidənqurma və İnkişaf Bankı (AYİB)
vasitəsilə Azərbaycanda və Gürcüstanda özəl
sektorun inkişafına kreditlər və texniki yardım
verilməsi üçün 6 milyon dolları ayırdı. Məqsəd
hər iki ölkədə maliyyə mənbələrinə çıxış
imkanlarını artırmaq və güclü mikro-maliyyə
sektorunun inkişafına kömək etmək idi.
2010-cu ildə AYİB kredit proqramı
tərəfindən dəstək verilən maliyyə institutları
Azərbaycanda yerli sahibkarlara məcmu
dəyəri 48,5 milyon dollar olan 15 000-dən
artıq biznes krediti verdi. Nəticədə 3 700 yeni
iş yeri açıldı. 2007-ci ildən bəri ümumi dəyəri
200 milyon dollar olan bu proqram
çərçivəsində 54 000-dən çox kredit verilib və
13 600-dən artıq yeni iş yeri açılıb.
Aparıcı podratçı işçi qüvvəsinin
milliləşdirilməsi üzrə tələblərini
yerinə yetirir
2010-cu ildə BP-nin neft və qaz mühəndisliyi
və modifikasiyalar üzrə Azərbaycanda əsas
beynəlxalq podratçısı “AMEC” çox iddialı bir
milliləşdirmə proqramı işləyib hazırlayaraq,
onu həyata keçirdi.
Beş il davam edəcəyi nəzərdə tutulan bu
proqramın məqsədi mövcud milli kadrların
səriştəliliyini inkişaf etdirmək və həm
təcrübəli, həm də məzun səviyyəsində olan
milli kadrları işə götürməklə “AMEC”in
azərbaycanlı işçi qüvvəsini artırmaq və əcnəbi
işçi heyətini onlarla əvəz etməkdir. Bu cür
yanaşma həm də “AMEC”in ölkənin
mühəndislik sahəsində uzunmüddətli
mövcudluğunu qorumaq və
möhkəmləndirmək üçün işlənmişdir.
Layihənin əsas xüsusiyyəti formal və işdən
ayrılmadan təlimlənmə vasitəsilə səriştəliliyin
inkişaf etdirilməsinə diqqət yetirilməsidir.
Əcnəbi əməkdaşlar təlimatlandırma və hamilik
yolu ilə yerli kadrların inkişafına cavabdehdirlər.
“AMEC”in mühəndis-tikinti və modifikasiya
xidmətləri üzrə layihə meneceri Kevin
Stivensonun sözlərinə görə, bu proqram on
nəfər yerli işçinin tələb olunan icra və
səriştəlilik meyarlarına əsasən
qiymətləndirilməsindən sonra gözlənildiyindən
də tez daha yüksək səviyyə və ya vəzifəyə irəli
çəkilməsi ilə planı qabaqladı.
“AMEC” həm də öz yerli təchizat sisteminin
inkişaf etdirilməsi və gücləndirilməsinin
vacibliyini nəzərə alır. Stivenson deyir: “Biz
buna potensial təchizat mənbələrini müəyyən
etmək üçün yerli təchizatçılarla fəal qarşılıqlı
əlaqədə olmaqla, “AMEC”in yerli tələb və
planlarını yığcam şəkildə potensial
təchizatçılara çatdırmaqla, həmçinin yerli
təchizatçıları təsbit edilmiş məlumat
bazamızda qiymətləndirmək və təsdiq
etməklə nail olmuşuq.”
Cəmiyyət