17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

45

Sahibkarlığın inkişafı 



BP-nin hədəfi yerli biznesin bizim 

təchizat zəncirində iştirakını təmin etməkdir

BP və tərəfdaşlarımız 2010-cu ildə 60 yerli 

şirkətlə dəyəri 915 milyon dollardan artıq olan 

yeni uzunmüddətli müqavilələr imzaladı.

Bundan başqa, bütün il ərzində ümumilikdə 

165 yerli şirkət sahibkarlıq sahəsində inkişaf 

və təlim proqramlarında iştirak etdi. Bu 

şirkətlərdən 15-i BP və onun tərəfdaşları, 

14-ü digər beynəlxalq şirkətlər, 20-si isə yerli 

şirkətlərlə müqavilə bağlamaq üçün tenderdə 

qalib gəldi.

Bizim əsas beynəlxalq təchizatçılarımıza 

standart icra göstəricilərinin tədricən tətbiq 

olunması davam etdirildi. Bu göstəricilər 

təchizatçıların idarə edilməsi prosesinin bir 

hissəsi kimi yerli xərcləri və işçi qüvvəsinin 

milliləşdirilməsini əhatə edir. Onlar həm də 

təchizatçıların fəaliyyətinə müvafiq hasilatın 

pay bölgüsü sazişləri əsasında razılaşdırılmış 

özlərinə aid milliləşdirmə hədəfləri ilə 

müqayisədə nəzarət etməyə kömək edir. 

Bütün il boyu biz yerli kiçik və orta 

müəssisələri (KOM) beynəlxalq neft-qaz 

sənayesi standartlarına aid bacarıqlarla bağlı 

boşluqları aradan qaldırmaq məqsədi daşıyan 

layihələrə cəlb etdik. Yerli müəssisələrin 

inkişaf proqramlarını bizim tədarük və 

yerliləşdirmə strategiyamıza uyğunlaşdırmaq 

təşəbbüsləri davam etdirildi. 

Kiçik, o cümlədən iri həcmli istehsal 

xidmətlərini təmin etməyə qabil potensial yerli 

şirkətləri müəyyən etmək üçün yerli istehsal 

və dəzgahqayırma sektorunda tədqiqat 

aparıldı. 

BP və tərəfdaşlarımızın Azərbaycanda 

dəstək verdikləri inkişaf layihələri haqqında ən 

son məlumatları çatdırmaq üçün biz biznes 

e-mərkəzinin açılışını etdik. www.ecbaku.com 

ünvanında yerləşən veb-sayt BP və digər 

beynəlxalq və yerli şirkətlərlə işləməyin yolları 

barədə faydalı məlumatlar verir.

Cəmiyyət

Bilirdinizmi?

 2010-cu ildə BP 

Azərbaycanda 60-dan çox yerli 

şirkətlə yeni müqavilələr bağladı və 

40-dan artıq şirkətlə mövcud 

müqavilələrin müddəti uzadıldı.

Azərbaycan üzrə birbaşa ölkədaxili xərclər, 2006-2010

(milyon dollar)

Azərbaycan kapitalı ilə birgə müəssisələr

Kiçik və orta müəssisələr

Dövlətə məxsus şirkətlər

2006


520

77

60

2007


450

111

43

2008


408

128

37

2009


320

132

29

2010


365,5

147

27,7

100


200

300


400

500


600

Biznes inkişaf 

e-mərkəzinin veb-saytı

2010-cu ildə bizim Azərbaycandakı 

xərclərimiz

BP və tərəfdaşlarının 2010-cu ildə 

Azərbaycanda əməliyyatlar və layihələr üzrə 

xərcləri cəmi 1,03 milyard dollar təşkil etdi ki

bu, 2009-cu ildəki qədərdir. Buraya 11% 

artımla KOM-lar vasitəsilə birbaşa çəkilmiş 147 

milyon dollar, 14% artımla birgə müəssisələr 

vasitəsilə çəkilmiş 365,5 milyon dollar, 4% 

azalma ilə dövlət şirkətləri vasitəsilə çəkilmiş 

27,7 milyon dollar və 11% azalma ilə 

Azərbaycanda işləyən xarici təchizatçılar 

vasitəsilə dolayı yolla çəkilmiş 486 milyon dollar 

məbləğində yerli xərclər daxil idi.

Yerli təchizatçılar vasitəsi ilə ölkə daxilindəki 

davamlı əməliyyat xərclərimiz 9% azalaraq 812 

milyon dollar təşkil etdi ki, bu da çoxsaylı kiçik 

kontraktların bir neçə böyük kontraktda 

birləşdirilməsi üçün göstərilən uğurlu səyləri 

əks etdirir. Xərclərin cəminə kiçik və orta 

müəssisələr vasitəsilə birbaşa xərclənmiş 

144,2 milyon dollar (13% artım), dövlət 

şirkətləri vasitəsilə xərclənmiş 27 milyon dollar 

(4% azalma), birgə müəssisələr vasitəsilə 

xərclənmiş 263,4 milyon dollar (14% azalma) 

və dolayı şəkildə xərclənmiş 377,3 milyon 

dollar (13% azalma) daxil idi.

Ümumilikdə, 2010-cu ildə BP və tərəfdaşları 

Azərbaycanda 281 şirkətlə iş görmüşdür. Bu 

şirkətlərin 221-i (79%) kiçik və orta müəssisələr 

olmuşdur



46

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010



Sahibkarlığın inkişafı və təlim 

proqramı

Biz neft və qaz sektorunda fəaliyyət göstərən 

yerli şirkətlərin beynəlxalq standartlara nail 

olmasına və beləliklə də Azərbaycanda 

bağladığımız müqavilələrlə yerli ehtiyatlardan 

istifadə edilməsini artırmağa kömək etmək 

məqsədi ilə 2007-ci ildə startı verilmiş 

Sahibkarlığın inkişafı və təlim proqramına (SİTP) 

dəstək veririk. 

SİTP-yə potensial yerli podratçıların müəyyən 

edilməsi, çatışmazlıqların müfəssəl analizi və 

müvafiq hallarda məxsusi inkişaf planının 

yaradılması və həyata keçirilməsi kimi müxtəlif 

fəaliyyətlər daxildir. 2010-cu ilin sonuna qədər 

tərəfdaşlarımızla birlikdə bu proqrama 2,83 

milyon dollar, o cümlədən ancaq 2010-cu ildə 

590 000 dollar xərcləmişik. 

Bizim kadrların milliləşdirilməsi istiqamətində 

səyimizin bir hissəsi kimi, SİTP-ni həyata keçirən 

beynəlxalq “ACDI/VOCA” təşkilatı il ərzində 

tədricən yerli “AZERMS” şirkəti ilə əvəz edildi. 

2010-cu ildə 165 yerli şirkət SİTP-də iştirak 

etdi. İştirakçı şirkətlərin təlimləndirilməsinə 

dəstək vermək məqsədi ilə çatışmazlıqların 40 

müfəssəl analizi və 40 biznesin inkişafı planı 

hazırlandı. 2010-cu ildə 20 şirkət bu proqramı 

başa vurdu.

Bütövlükdə, 2007-ci ildən bəri SİTP proqramını 

65 şirkət tamamlayıb, 534 şirkət bu proqramda 

iştirak edib və SİTP-də iştirak edən şirkətlərə 

kömək etmək üçün 149 biznes-plan və 

çatışmazlıqların 157 müfəssəl analizi hazırlanıb.

2010-cu ilin sonunda BP bir neçə SİTP 

iştirakçısını tenderdə iştirak etməyə dəvət etdi. 

Onlardan bir neçəsi, o cümlədən “Telcoplus”, 

“Barama”, “MCG”, “MQS”, “Real Gas” və 

“Azecolab” BP və onun tərəfdaşları ilə müqavilə 

bağladı. 

2010-cu ildə SİTP iştirakçılarının bağladıqları 

kontraktların ümumi dəyəri cəmi 14,6 milyon 

dollar oldu ki, bunun da 2 milyon dollarına yaxın 

məbləği BP ilə bağlanan kontraktlar idi. 

Proqramın başlanğıcından bəri SİTP 

iştirakçılarının bağladıqları kontraktların məcmu 

dəyəri 60 milyon dollardan çox olub və bunun da 

27 milyon dollardan artıq bir hissəsi 

Azərbaycanda BP ilə bağlanmış kontraktların 

payına düşür. 

2007-ci ildən bəri SİTP müştəriləri yeni əsaslı 

avadanlıqlara və gücləndirilmiş keyfiyyətin idarə 

edilməsi sistemlərinə təxminən 7 milyon dollar 

sərmayə qoyub və bunun da 1,1 milyon dolları 

2010-cu ildə yatırılıb. Proqramın başlanğıcından 

2010-cu ilin sonunadək SİTP iştirakçıları işə 250 

nəfər, o cümlədən 2010-cu ildə 70 nəfər yeni 

əməkdaş götürüb.



Biznesə imkan yaradan mühit 

layihəsi

BP və onun tərəfdaşları Beynəlxalq Maliyyə 

Korporasiyası (BMK) tərəfindən həyata 

keçirilən Biznesə imkan yaradan mühit (BİYM) 

layihəsini birgə maliyyələşdirir. Bu proqram 

icazə/lisenziyaların alınması və biznesin 

qeydiyyatdan keçirilməsi sahələrində 

qanunvericiliyi yaxşılaşdırmaq üçün Azərbaycan 

hökumətinə kömək etmək məqsədi ilə təsis 

edilib. BİYM layihəsinə 500 000 dollardan bir 

qədər az vəsait ayrılıb ki, bunun da 260 000 

dolları 2010-cu ildə proqramın yerli potensialın 

yaradılması komponentinə xərclənilib. 

2010-cu ilin fevral ayında BMK 142 kiçik və 

orta müəssisənin (KOM) 510 fərdi sahibkar və 

meneceri ilə keçirdiyi biznesin qeydiyyatı üzrə 

sorğunun nəticələrini təqdim etdi. Sorğu 

2008-ci ilin yanvar ayında İqtisadi İnkişaf 

Nazirliyi və Vergilər Nazirliyi ilə birlikdə 

qeydiyyatdan keçmənin sadələşdirilməsi üçün 

tətbiq edilmiş “vahid pəncərə” sisteminin 

uğurlu olduğunu təsdiq etdi, həmçinin

Azərbaycanda biznesin qeydiyyata alınmasını 

ən yaxşı beynəlxalq təcrübəyə 

yaxınlaşdırmağın yollarını (onlayn qeydiyyatının 

tətbiq edilməsi kimi) ümumi şəkildə göstərdi. 

2010-cu ilin ikinci yarısında BMK, Dövlət 

Statistika Komitəsi və Dövlət İqtisadi İslahatlar 

İnstitutunun təmsilçiləri vergi ödəyicilərinin 

ikinci məmnunluq sorğusunu keçirdi. Sorğunun 

məqsədi vergi ödəyicilərinin müxtəlif vergi 

idarələrindən nə dərəcədə razı qaldığını 

qiymətləndirmək idi. Sorğunun nəticələri 

2011-ci ildə təqdim ediləcək. 



Mikro və kiçik kreditlərin verilməsi 

və məsləhət proqramı

2006-cı ildə imzalanmış çərçivə sazişinə 

uyğun olaraq, BP və onun tərəfdaşları Avropa 

Yenidənqurma və İnkişaf Bankı (AYİB) 

vasitəsilə Azərbaycanda və Gürcüstanda özəl 

sektorun inkişafına kreditlər və texniki yardım 

verilməsi üçün 6 milyon dolları ayırdı. Məqsəd 

hər iki ölkədə maliyyə mənbələrinə çıxış 

imkanlarını artırmaq və güclü mikro-maliyyə 

sektorunun inkişafına kömək etmək idi.

2010-cu ildə AYİB kredit proqramı 

tərəfindən dəstək verilən maliyyə institutları 

Azərbaycanda yerli sahibkarlara məcmu 

dəyəri 48,5 milyon dollar olan 15 000-dən 

artıq biznes krediti verdi. Nəticədə 3 700 yeni 

iş yeri açıldı. 2007-ci ildən bəri ümumi dəyəri 

200 milyon dollar olan bu proqram 

çərçivəsində 54 000-dən çox kredit verilib və 

13 600-dən artıq yeni iş yeri açılıb.

Aparıcı podratçı işçi qüvvəsinin 

milliləşdirilməsi üzrə tələblərini 

yerinə yetirir 

 

2010-cu ildə BP-nin neft və qaz mühəndisliyi 



və modifikasiyalar üzrə Azərbaycanda əsas 

beynəlxalq podratçısı “AMEC” çox iddialı bir 

milliləşdirmə proqramı işləyib hazırlayaraq, 

onu həyata keçirdi. 

Beş il davam edəcəyi nəzərdə tutulan bu 

proqramın məqsədi mövcud milli kadrların 

səriştəliliyini inkişaf etdirmək və həm 

təcrübəli, həm də məzun səviyyəsində olan 

milli kadrları işə götürməklə “AMEC”in 

azərbaycanlı işçi qüvvəsini artırmaq və əcnəbi 

işçi heyətini onlarla əvəz etməkdir. Bu cür 

yanaşma həm də “AMEC”in ölkənin 

mühəndislik sahəsində uzunmüddətli 

mövcudluğunu qorumaq və 

möhkəmləndirmək üçün işlənmişdir. 

Layihənin əsas xüsusiyyəti formal və işdən 

ayrılmadan təlimlənmə vasitəsilə səriştəliliyin 

inkişaf etdirilməsinə diqqət yetirilməsidir. 

Əcnəbi əməkdaşlar təlimatlandırma və hamilik 

yolu ilə yerli kadrların inkişafına cavabdehdirlər. 

“AMEC”in mühəndis-tikinti və modifikasiya 

xidmətləri üzrə layihə meneceri Kevin 

Stivensonun sözlərinə görə, bu proqram on 

nəfər yerli işçinin tələb olunan icra və 

səriştəlilik meyarlarına əsasən 

qiymətləndirilməsindən sonra gözlənildiyindən 

də tez daha yüksək səviyyə və ya vəzifəyə irəli 

çəkilməsi ilə planı qabaqladı.

“AMEC” həm də öz yerli təchizat sisteminin 

inkişaf etdirilməsi və gücləndirilməsinin 

vacibliyini nəzərə alır. Stivenson deyir: “Biz 

buna potensial təchizat mənbələrini müəyyən 

etmək üçün yerli təchizatçılarla fəal qarşılıqlı 

əlaqədə olmaqla, “AMEC”in yerli tələb və 

planlarını yığcam şəkildə potensial 

təchizatçılara çatdırmaqla, həmçinin yerli 

təchizatçıları təsbit edilmiş məlumat 

bazamızda qiymətləndirmək və təsdiq 

etməklə nail olmuşuq.”

Cəmiyyət



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə