17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

Təhsil 

təşəbbüsləri

Təhsil sahəsində 

təşəbbüslərə dəstək 

vermək Azərbaycanda 

davamlı BP biznesi 

qurmaq istiqamətində 

səylərimizin ayrılmaz 

hissəsidir

Səhifə 51

Əməliyyatlarımızı məsuliyyətlə 

aparmaqla bərabər icmalara 

yatırımlarımızı həm yerli əhali, həm 

də BP-yə faydalı olacaq şəkildə 

etməklə sosial-iqtisadi təsirimizin 

müsbət nəticə verməsinə çalışırıq



BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

Cəmiyyət


Gəlirlərin 

şəffaflığı

Gəlirlərin şəffaflığı üzrə 

təşəbbüsləri necə təbliğ 

edir, səmərəli idarəçilik 

layihələrinə necə dəstək 

veririk

Səhifə 44



Sahibkarlığın 

inkişafı


Yerli sahibkarlığa 

göstərdiyimiz dəstəyi 

davam etdirir və davamlı 

iqtisadi inkişafa kömək 

edirik

Səhifə 45




44

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

2003-cü ildə BP qrupu Londonda Mineral 

Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye 

Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) 

başlanmasına dəstək verdi. Bizim məqsədimiz 

mədən sənayesində fəaliyyət göstərən 

şirkətlərin ödənişləri və hökumətin əldə etdiyi 

gəlirlər barədə şəffaf hesabatın olması üçün 

könüllü, bütün dünyada qəbul edilən 

standartlaşdırılmış proseslərin yaradılması idi. 

məzənnələri, əmtəə bazarı və digər 

mövzuların aylıq analizinin aparılmasında 

kömək etdilər.  

Bundan başqa, SİTM ekspertləri İİN üçün il 

ərzində 2008-09-cu illər dünya iqtisadi 

böhranının Azərbaycan iqtisadiyyatına təsirinin 

analizini apardı, iqtisadi diversifikasiya 

konsepsiyasını hazırladı, ölkədə real ailə 

gəlirlərinin və istehlakın bölüşdürülməsini 

tədqiq etdi və Azərbaycanda sosial yardım 

siyasətlərinin analizi üçün metodoloji baza 

təklif etdi. İyul ayında SİTM ekspertləri və İİN 

əməkdaşları yeni yaranan bazar 

iqtisadiyyatlarına dünya iqtisadi böhranının 

təsirinə həsr edilmiş seminar təşkil etdilər. 

Seminarda İİN-nin, Mərkəzi Bankın və 

Azərbaycan Respublikası Dövlət Neft 

Fondunun nümayəndələri iştirak etdilər.

Belə layihələrə dəstək verməklə, inanırıq ki, 

BP neft və qaz sənayesinin yaratdığı gəlirlərin 

səmərəli idarə edilməsinə öz tövhəsini verir, 

bu da Azərbaycana uzunmüddətli sosial-

iqtisadi faydalar gətirəcəkdi. 

Cəmiyyət

Gəlirlərin şəffaflığı 

Biz Azərbaycanda səmərəli idarəçilik 

layihələrinə dəstək verir, ölkəyə geniş sosial-iqtisadi faydalar gətirə 

biləcəyinə inanaraq, gəlirlərin şəffaflığı təşəbbüslərini təbliğ edirik

Bu təşəbbüs çərçivəsində biz Azərbaycan 

hökuməti, vətəndaş cəmiyyəti və mədən 

sənayesi sahələrində fəaliyyət göstərən digər 

şirkətlərlə işləməyi 2010-cu ildə də davam 

etdirdik. Mart ayında BP Azərbaycanda 

özünün 2009-cu ilin yanvar-dekabr aylarını 

əhatə edən 12-ci MHŞT hesabatını təqdim 

etdi. 2010-cu ilin yanvar-iyin aylarını əhatə 

edən 13-cü MHŞT hesabatımızı 2010-cu ilin 

avqust ayında və 2010-cu hesabat ilini əhatə 

edən 14-cü MHŞT hesabatını 2011-ci ilin mart 

ayında təqdim etdik. Axırıncı hesabatda əksini 

tapmış məlumatlarla bu nəşrin 53-cü 

səhifəsində tanış olmaq olar. 

MHŞT çərçivəsində biz həm də Varşavadakı 

Sosial və İqtisadi Tədqiqat Mərkəzi (SİTM) 

tərəfindən Bakıda həyata keçirilən Makro-

iqtisadi İdarəetmə və İnstitusional İslahatlar 

üzrə Məsləhət Xidmətləri (MİİİMX) layihəsinə 

dəstək verməyə davam etdik. 

MİİİMX layihəsinin bir hissəsi kimi, biz 

İqtisadi İnkişaf Nazirliyində (İİN) 

proqnozlaşdırma bacarıqları və iqtisadi 

siyasətin analizini yaxşılaşdırmaqla 

Azərbaycanda iqtisadi planlaşdırma imkanlarını 

gücləndirmək səylərinə maliyyələşdirmə 

cəhətdən zəmanət verdik. Həyata 

keçirilməsinə 2008-ci ilin sentyabr ayında 

başlanmış bu layihənin müddəti 24 ay kimi 

planlaşdırılsa da, bu müddət daha 17 ay 

müddətinə uzadıldı və indi o, 2012-ci ilin 

yanvar ayında sona çatacaq. SİTM ilə 

bağlanmış müqavilənin dəyəri 1,25 milyon 

dollardır. Bu məbləğin təxminən 450 000 

dolları 2010-cu ildə xərcləndi. 

Yenə də MİİİMX layihəsinin bir hissəsi kimi, 

2010-cu ildə rüblük iqtisadi icmallar üçün 

metodoloji baza diqqətlə işlənib hazırlandı. 

SİTM ekspertləri İİN əməkdaşlarına bu 

icmalların hazırlanmasında, həmçinin 

inflyasiya, ümumi daxili məhsul, mübadilə 



Ədalət Muradov 

İqtisadi siyasət, təhlil 

və proqnozlaşdırma 

şöbəsinin müdiri, İİN

BP və onun tərəfdaşları bizim nazirlikdə həyata 

keçirilən makro-iqtisadi məsləhət layihəsinə iki 

ildən də artıq bir müddətdə sponsorluq edib. 

Bu layihə həm bizim nazirlik tərəfindən istifadə 

edilən makro-iqtisadi proqnozlaşdırma 

modelinin əsaslı şəkildə işlənib hazırlanmasına 

gətirib çıxarıb, həm də makro-iqtisadi təhlil 

sahəsində güclü mütəxəssis komandasının 

yaranmasında mühüm rol oynayıb.

Şahmar 

Mövsümov

İcraçı direktor, 

Azərbaycan 

Respublikası Dövlət 

Neft Fondu 

BP Azərbaycanda MHŞT-nin həyata 

keçirilməsinə ən çox dəstək olan şirkətlərdən 

biri olmuşdur. Bu şirkət prosesin lap 

başlanğıcından təşəbbüsün hazırlanması və 

tətbiqində fəal iştirak etmişdir. MHŞT-nin 

şəffaflıq sahəsində bir sənaye standartı kimi 

inkişaf etməsinə BP-nin verdiyi mühüm 

töhfələr müqayisəni çətin edəcək dərəcədə 

böyükdür.



MHŞT üzrə hesabat verilənləri

 

Səhifə 53-də daha geniş məlumat




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə