17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   27   28   29   30   31   32   33   34   35

48

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

İcmalarla işimiz 

BP Azərbaycandakı fəaliyyət obyektlərimizin 

yaxınlığında yerləşən icmaların davamlı inkişafına dəstək verir

məhdud məsuliyyətli şirkət təsis edildi. 

Təxminən 2 400 adam 2009-cu ilin iyun ayında 

başlanmış və 2010-cu ilin dekabr ayında sona 

çatmış bu layihədən faydalandı. Layihənin 

255 703 dollarlıq ümumi büdcəsinin təxminən 

100 789 dolları keçən il xərcləndi. 

Goranboy icmalarında istixana 

əkinçiliyinin inkişaf etdirilməsi 

Bu layihə GABA tərəfindən həyata keçirildi. 

Layihəyə 2010-cu ilin iyun ayında Goranboy 

rayonunun Əzizbəyov, Yolpaq, Nadirkənd və Cinli 

Borsunlu kəndlərində “istixana əkinçiliyi” 

yaradılmaqla başlandı. On iki istixana tikildi və 

332 nəfər icma üzvü ilə 24 təlim məşğələsi 

keçirildi. 2010-cu ildə 452 sakin bu layihədən 

faydalandı. İl ərzində layihənin 171 255 

dollarından ibarət ümumi büdcəsinin 127 693 

dolları xərcləndi.

Ağstafa Aqroxidmət Mərkəzinin 

işinin yaxşılaşdırılması

2009-cu ilin avqust ayında başlayan və 2011-ci 

ilin fevral ayında başa çatdırılan bu layihə Yerli 

İdarəetməyə Yardım İctimai İttifaqı tərəfindən 

həyata keçirildi. Layihənin hədəfi Ağstafa 

ərazisində Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz 

qaz boru kəmərləri marşrutu boyunca yerləşən 

on altı icma idi. Məqsəd Ağstafa Aqroxidmət 

Mərkəzinin məhsuldarlığını və səriştəliliyini 

artırmaq idi. Biznes inkişafı üzrə 14 seminar 

keçirildi və fermerlərə müxtəlif xidmətlər 

göstərildi. Təxminən 300 nəfər təlim 

məşğələlərində iştirak etdi və bu layihədən 

2 000 nəfər icma üzvü bilavasitə faydalandı. 

Layihənin büdcəsi 129 273 dollar təşkil edirdi ki, 

bu məbləğin 71 222 dolları 2010-cu ildə 

xərcləndi.

  

İcma mikro-layihələrinin idarə 



edilməsi

Büdcəsi 1 389 295 dollar olan bu layihənin 

həyata keçirilməsinə 2009-cu ilin yanvar ayında 

başlandı və “Ümid” sosial inkişafa dəstək 

təşkilatı (SİD) tərəfindən həyata keçirildi. 

Layihənin məqsədi Ağsudan Ağstafayadək 39 

icmanı davamlı sosial-iqtisadi inkişaf üçün tələb 

olunan bacarıq və resurslarla təchiz etmək idi. 

2010-cu ildə layihə xərcləri 459 427 dollara 

bərabər oldu və təxminən 59 215 nəfər bu 

layihədən faydalandı. Təşəbbüs çərçivəsində 39 

mikro-layihə uğurla başa çatdırıldı. İcma üzvləri 

rəhbərlik və qrup tərkibində iş, layihənin idarə 

edilməsi və müqavilələrin hazırlanması kimi 

sahələri əhatə edən ixtisaslaşdırılmış 148 təlim 

kursunda iştirak etdi. Layihə 2010-cu ilin noyabr 

ayında başa çatdı.

İqtisadi imkanların genişləndirilməsi 

və icma bacarıqlarının inkişaf 

etdirilməsi proqramı

“Ümid” SİD tərəfindən həyata keçirilən bu 

18-aylıq layihə 2009-cu ilin oktyabr ayında 

başlandı və Kürdəmir, Ucar və Ağdaş 

rayonlarının icmalarını əhatə etdi. Məqsəd 

sahibkarlar üçün yerli vəziyyəti yaxşılaşdırmaq 

və gənclərin işlə təmin edilməsinə dəstək 

verməkdir. 

2010-cu ildə 44 nəfər usta yanında şagirdlik 

təlimindən keçdi və 33 usta köməkçisi iş 

tapmağa nail oldu. İcma üzvləri üçün bacarıqların 

yaradılması məqsədi ilə 160-dan çox seminar 

məşğələsi keçirildi və icmalarda irəli sürülən 11 

biznes ideyasına 60 000 dollar məbləğində 

qrantla dəstək verildi. Hesablamalara görə, 

2010-cu ilin sonuna qədər 50 286 nəfər icma 

üzvü bu proqramdan faydalanıb. Layihənin 

ümumi büdcəsi 326 155 dollar idi ki, bunun 

81 529 dolları 2010-cu ildə xərcləndi.

Süd məhsulları istehsalçılarına icma 

əsaslı dəstəyin təmin edilməsi 

Ümid” SİD tərəfindən həyata keçirilən bu birillik 

layihə 2010-cu ilin iyul ayında başlandı. Onun 

məqsədi süd məhsulları istehsal edən kiçik və 

orta fermer təsərrüfatlarını genişləndirmək və 

regional toplama mərkəzi ilə kommersiya 

emalçıları arasında əlaqələri yaxşılaşdırmaqla 

süd istehsal edən özəl fermer təsərrüfatları və 

kiçik fermerlərin davamlı inkişafını 

gücləndirməkdir. 

Layihənin əsas maliyyələşdiricisi ABŞ-ın 

Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə birgə BP 

və onun Azərbaycandakı tərəfdaşlarıdır. Bu 

layihə üçün BP bütövlükdə 86 000 dolları 

ayırmışdır ki, bunun 60 002 dolları 2010-cu ildə 

xərcləndi. 

Bu il ərzində layihə ilə əlaqədar planlar 

hazırlandı və təsdiq üçün USAID-ə təqdim edildi. 

Yeddi rayonun 50 icmasında ictimaiyyət üçün 

məlumatlandırma məşğələləri keçirildi. Beş 

rayonun (Yevlax, Goranboy, Samux, Şəmkir və 

Göygöl) kəndləri hədəf icmalar kimi seçildi. 

Layihənin bir hissəsi kimi təlim materialları və 

məlumat kitabçaları hazırlandı. Layihə 

çərçivəsində yeddi süd toplayan məntəqədə və 

24 süd emal edən məntəqədə yoxlama keçirildi. 

İki süd emal edən məntəqə seçildi və onlardan 

biri ilə anlaşma memorandumu imzalandı.

2010-cu ildə bizim icma proqramımız 

Azərbaycanın 90 icmasında həyata keçirildi. 

Burada əsas diqqət icmalar üçün gəlir yaratma 

və daha geniş iqtisadi imkanlar yaratmağa 

yönəlib. Biz tərəfdaşlarımızla birlikdə bu 

proqrama 1,1 milyon dollardan artıq vəsait 

ayırdıq və bir çox layihələrə dəstək verdik. Bu 

layihələrə aşağıdakılar daxil idi:



Qaradağlı icmasında kənd 

təsərrüfatı sektorunun inkişafı

Bu birillik layihəyə Ucar rayonunun Qaradağlı 

kəndində 2009-cu ilin noyabr ayında start verildi. 

Layihə Gəncə Aqrobiznes Assosiasiyası (GABA) 

tərəfindən həyata keçirilir. Məqsəd kənd 

təsərrüfatı sektorunda çalışan icma üzvləri üçün 

davamlı gəlirlər yaradan mexanizmlərin təmin 

edilməsi idi. 

Layihənin bir hissəsi kimi, 140 fermer torpağın 

əkin üçün yararlılığı, mal-qaranın yetişdirilməsi, 

dənli bitkilərin əkilməsi və biznesin idarə 

edilməsi kimi mövzularda təlimlərdən keçdi. 150 

fermer 4 800 kiloqramdan artıq yem və tərəvəz 

toxumları ilə təmin olundu və yeni bir yem emalı 

qurğusu tikildi. Təxminən 1 785 nəfər 2010-cu 

ilin dekabr ayında sona çatan bu təşəbbüsdən 

bilavasitə faydalandı. Bu layihənin büdcəsi 

119 570 dolları idi ki, bunun 67 562 dolları 

2010-cu ildə xərcləndi.

Xatınlı icmasının inkişaf etdirilməsi 

BP-nin və onun tərəfdaşlarının Azərbaycanda 

dəstək verdikləri və GABA tərəfindən həyata 

keçirilən bu layihə Xatınlı icmasını əhatə edir. 

Yem emal edən obyekt və soyuduculu anbar 

layihələşdirildi və inşa edildi. Yüksək keyfiyyətli 

yem hasilatı üçün yeni dənli bitkilər və üzvi gübrə 

komposterlənməsi üçün bioloji qaz texnologiyası 

gətirildi. Yeni obyektləri idarə etmək üçün 

Goranboyda “istixana 

əkinçiliyi”təşəbbüsü

Cəmiyyət



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə