17ctce onsite prog A5 azeri indd



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix04.08.2018
ölçüsü4,98 Mb.
#60786
1   2   3   4   5   6   7

22

23

ÇIXIŞÇILAR HAQDA



 

Abzətdin Adamov

 

 Data Elmləri Tədqiqat və Təlim



 

Mərkəzinin direktoru

  ADA Universiteti

Doktor Abzətdin Adamov Data Elmləri Tədqiqat 

və Təlim Mərkəzinin direktoru, ADA

Universiteti İnformasiya Texnologiyaları və

Mühəndislik Məktəbinin müəllimidir. University. 

O IEEE-nin beynəlxalq informasiya və 

kommunikasiya texnologiyalarının tətbiqi

konfransının təsisçisi və sədri və Big Data Günü

beynəlxalq forumunun Bakı üzrə rəhbəridir.

O, kompüter elmləri və mühəndisliyi sahəsində 

bakalavr və magistr proqramlarında bir neçə 

moduldan dərs deyir. Bunların arasında Big 

Data təhlili, şəbəkədə datanın toplanması, 

irimiqyaslı məlumatların idarə olunması, 

internet texnologiyaları, şəbəkə

proqramlaşdırması və dizayn kimi modullar var.

Doktor Adamovun sahələrarası İKT

tədqiqatlarında, tətbiq hazırlamaq və sistem

dizaynı sahələrində 20 ildən artıq iş təcrübəsi 

var. O, ali təhsilin idarə olunmasında İKT-dən

effektiv istifadə sahəsində bir neçə iri layihənin

təşəbbüskarı və rəhbəri olub və bu layihələri

uğurla həyata keçirib.

Abzətdin Adamov Rusiyanın Fedral C

Ənub

Universitetindən kompüter elmləri doktoru



dərəcəsi alıb.

 

Ali Rashid Al-Jarwan

 

Baş icraçı deirektor və



 

Kəşfiyyat və hasilat üzrə

  araşdırma və təlim direktoru,

 

Dragon Oil



Dragon Oil-a 2017-ci ildə qatılan Al-Jarwan-ın

kəfiyyat və hasilat sahəsində 30 ildən artıq

liderlik və texniki təcrübəsi var. O Oklahomadakı 

Tulsa Universitetindən neft mühəndisliyi 

sahəsində bakalavr dərəcəsi, İsveçrədəki 

Beynılxalq Menecementin İnkişafı İnstitutundan 

MBA dərəcəsi və Böyük Britaniyadakı Cranfield 

Menecment Məktəbindən Ümumi Menecment 

dərəcəsi alıb.

Al-Jarwan 2006-cı ilin iyulundan bəri Abu Dabi 

Dəniz 

Əməliyyat Şirkətinin (ADMA-OPCO) 



baş icraçı direktorudur. ADMA-OPCO Abu 

Dabinin ofşor ərazilərində xam neft və qaz 

hasilatı ilə məşğul olan əsas şirkətlərdən biridir. 

Şirkət iki əsas yataqda – dünyanın ən böyük 

yataqlarından sayılan Umm Şaif və Zakum 

yataqlarında fəaliyyət göstərir.

Al-Jarwan bir neçə mükafata, o cümlədən 

1992- ci ildə Neft Mühəndisləri Cəmiyyətinin 

(NMC) Regional Xidmət Mükafatına, 1999-

cu ildə NMCnin fəxri üzvlüyünə, 2013-cü 

ildə isə NMC və AIME-nin (Amerika Mədən, 

Metallurgiya və Neft Mühəndisləri) fəxri 

üzvlüyünə layiq görülüb. Bundan başqa o bir 

neçə beynəlxalq konfransa sədrlik edib. 2002-ci 

ildə o GEO, 2006- cı ildə 8-ci Beynəlxalq HSE 

Konfransına, 2006, 2008 və 2012-ci illərdə isə 

ADIPEC-ə sədrıik edib.

 

Mustafa Babanlı



 

Rector


 

Azərbaycan Dövlət Neft və

  Sənaye Universitetinin rektoru

 

Professor Mustafa B. Babanlı 1989-cu ildə



Ukraynada Kiyev Texniki Universitetini 

fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə o, 

Ukrayna Elmlər Akademiyasının Metalların 

Fizikası İnstitutundan elmlər namizədi, 2008-ci 

ildə isə elmlər doktoru elmi dərəcəsini alıb. 

O Ukrayna Elmlər Akademiyasında elmiş işçi, 

Azərbaycan Texniki Universitetində laborant və 

professor olub. Sonradan həmin universitetin 

prorektoru vəzifəsini tutub. 2015-ci ildən 

bəri Azərbaycan Dövlət Neft və Sənaye 

Universitetinin rektorudur.

Professor Babanlının əsas tədqiqat sahəsi

eksperimental və kompüter yanaşmalarının

köməyilə yeni ağıllı materialların təhlili və

sintezi, xüsusilə də forma yaddaşına malik

xəlitələrin hazırlanmasıdır. Onun tədqiqatı yeni

materialların sintezi və seleksiyası sahəsinə

ənənəvi yanaşmalardan kəskin fərqlənir. O, ağır

eksperimental işi əvəzləmək məqsədilə yeni

materialların sintezinə qeyri-səlis və big data

konsepsiyalarına əsaslanan yanaşmalar təklif 

23

22



edib. O, optimal xəlitə seçimi problemini 

qeyri-səlis nəzəriyyə və Z rəqəmi nəzəriyyəsi 

əsasında öyrənib və qeyri-səlis nəzəriyyənin 

maddi xarakteristikalara əsaslanan big 

data-dan məlumat toplama işinə tətbiqini 

araşdırıb. O, yeni materialların kompüterin 

köməyilə sintezi üçün kimi qeyri-səlis və Z 

informasiyasına əsaslanan modellər təklif edib.

Professor Babanlının tədqiqatlarının nəticələri

180-dən çox nəşrdə, o cümlədən altı kitab və 

174 jurnal və patentdə dərc edilib.

Professor Babanlı 10-dan artıq beynəlxalq

tədqiqat layihəsinin rəhbəri və üzvü olub.

2002-2005-ci illərdə o, ECONET-1, 2013-2015-

ci illərdə isə STCU-5980 layihələrinin komanda

üzvü olub.

 

  

 



Ewan Drummond

 

BP-nin Azərbaycan, Gürcüstan



 

və Türkiyə (AGT) layihələri üzrə

 vitse-prezidenti

Ewan Drummond AGT layihələri üzrə 

vitseprezident vəzifəsinə 2016-cı ilin 

oktyabrında təyin edilib. O Bakıda çalışır. Bu 

vəzifədə Ewan BP-nin Azərbaycan, Gürcüstan 

və Türkiyə regionunda icra etdiyi bütün OBO 

layihələrinə cavabdehdir. O həm GPO, həm də 

AGT liderlik komandalarının üzvüdür. 

2013-cü ildə Şahdəniz 2 layihəəri üzrə 

vitseprezident təyin edilən Ewan Şahdəniz 2 

layihələrinin təhlükəsiz, qiymət baxımından 

səmərəli və rəqabətli icrasının təmin edilməsinə 

cavabdehdir. Şahdəniz 2 layihələri hazırda 

BP-nin ən iri kapital sərmayəsini təmsil edir.

BP-yə 1984-cü ildə gələn Ewan tanınmış mülki 

mühəndisdir. O, karyerasının ilk vaxtlarını sahə 

və dizayn mühəndisi, layihə mühəndisi kimi 

keçirib, daha sonra isə Şimal dənizində bir neçə 

Britaniya və Norvç layihəsinin rəhbəri olub. 

1998-ci ildə BP-nin Qərbi Şetland yataqlarından 

hasil olunan qazı Şetland və Maqnus depoları 

vasitəsilə Şotlandiyanın şərq sahilindəki enerji 

şəbəkəsinə birləşdirən Magnus geniş neft 

bərpası layihəsinin direktoru vəzifəsinə təyin 

edilib. Bu layihə 2001- ci ildə fəxri Helios Human 

Energy Mükafatına layiq görülüb.

2000-ci ildə BP-nin İndoneziyanın Cakarta 

şəhərindəki Upstream layihəsində işə başlayan 

Ewan ilk vaxtlarda Yava adasındakı layihə 

portfoliosunun nəticələrinə cavabdeh olub. 

2004-cü ildə isə onun vəzifələri genişləndirilib 

və o Yavadakı əməliyyat infrastrukturuna da 

cavabdeh olub.

2005-ci ildə Ewan PGM qismində Norveçin

Stavanger şəhərindəki Valhall layihəsində işə 

başlayıb. 2009-cu ildə isə Valhall and Ula şirkətinin 

Norveç layihələri üzrə direktoru təyin edilib.

2011-ci ildə Projects – Qlobal Layihə 

Təşkilatının (GPO) vitse-prezidenti vəzifəsinə 

təyin edilib. Bu müddətdə Hyustonda çalışan 

Ewan layihələrin idarə olunması, layihə 

xidmətləri, kimi sahələrdə intizam və funksional 

gündəm məsələlərinə cavabdeh olub.

Bu vəzifədə onun əsas işi, xüsusən də tikinti və 

iş bölgüsü sahələrində bacarıqların inkişafı olub. 

Bu vəzifədə o, eyni zamanda kəşfiyyat və 

hasilat layihələri portfoliosunda idarəetmə 

prosesinin GPO tərəfindən nəzərdən 

keçirilməsinə cavabdeh olub, BP layihələrinin 

MPcpV3 standartlarına uyğunluğunu və növbəti 

mərhələyə keçməyə

 

 



Ramin A. Isayev

 

Baş Direktor



  SOCAR AQS

Ramin İsayev Bakı Dövlət Universitetində 

fizika üzrə bakalavr dərəcəsi alıb. Sonradan 

təhsilini Harvard Universitetində və Massaçutis 

Texnologiya İnstitunda (MİT) davam etdirib. 

BP, Statoil, KCA DEUTAG və SOCAR kimi 

şirkətlərdə çalışan Ramin İsayev beynəlxalq 

neft sənayesi sahəsində 20 ildən artıq iş 

təcrübəsinə malikdir. 

İsayev Azərbaycanın müxtəlif 

universitetlərində mühazirələr oxuyub. O, 

iqtisadiyyat,  habelə neft və qaz sənayesinə 

dair bir sıra məqalə və kitabların müəllifidir. 

Hazirda o, dənizdə neft və qaz quyularının 

qazılması üzrə kompleks xidmət həyata 

keçirən SOCAR AQS şirkətində baş direktor 

vəzifəsində çalışır.

ÇIXIŞÇILAR HAQDA




Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə