74
PASHA Bank. Annual Report.2014
75
PASHA Bank. Annual Report.2014
DAYANIQLI İNKİŞAFA DAİR
HESABATIN XÜLASƏSİ
76
DAYANIQLI İNKİŞAFA DAİR
HESABATIN XÜLASƏSİ
PAŞA Bank ən əlverişli dayanıqlı fəaliyyətə
dair səriştələri əməliyyatlarının hər bir aspektinə
inteqrasiya etməyə sadiqdir. Bu günədək PAŞA
Bank tərəfindən bankın 2011-2015-ci illər ərzində
dayanıqlı fəaliyyətini əhatə edən və növbəti
strateji dövrdə dayanıqlı inkişafa dair məqsədləri
müəyyən edən dayanıqlı inkişafa dair iki hesabat
hazırlanmışdır.
Çağırışlarla dolu makro-iqtisadi mühitin
olmasına baxmayaraq PAŞA Bank strateji
qərarlarını və işgüzar fəaliyyətlərini əsas dəyərləri
üzərində əsaslandırmağa davam edir: dürüstlük,
gəlirlilik, əməkdaşlıq, sahibkarlıq və keyfiyyət.
Dayanıqlı fəaliyyətə və rəhbər tutduğumuz
dəyərlərə sadiqliyimizi nümayiş etdirmək üçün
2016-cı ildə dayanıqlı fəaliyyət və nailiyyətlər
ilə bağlı əsas aspektlərin qısa xülasəsi aşağıda
təqdim olunur.
Bizim müştərilərimiz
Təsis edildiyi gündən PAŞA Bank müxtəlif
sektorları təmsil edən kiçik və orta sahibkarlıq
müəssisələrini dəstəkləməyə sadiq qalmışdır.
İxtisaslı KOS filialı ölkədə fəaliyyət göstərən
kiçik və orta sahibkarlıq müəssisələrinə bank
xidmətlərini təmin edir.
İldən ildə PAŞA Bank daha geniş çeşidli
müştəriləri banka cəlb etməklə müştəri
bazasını artırmağa müvəffəq olmuşdur. 2016-
cı ildə PAŞA Bank qeyri-stabil iqtisadi iqlimdə
istiqamətləndirmək üçün korporativ və
kommersiya seqmentindən olan müştərilərinə
daha çox məşvərətçi xidmətləri təmin etmək
məqsədilə maliyyə məsləhətləri fəaliyyətlərini
genişləndirmişdir. Bu biznes xətti genişləndiyindən
biz KOS müştərilərinin korporativ müştərilərlə
əməkdaşlığını dəstəkləmək üçün onlar üçün
təchizat zənciri bankçılığını yaratdıq. Bu növ
münasibətlər KOS müştərilərinə öz dövriyyələrini
artırmaq və işgüzar fəaliyyətlərini genişləndirmək
imkanı verir. Bazar çağırışlarına məruz qalmış zəif
fəaliyyət nümayiş etdirən bizneslər üçün PAŞA
Bankın məşvərətçi və maliyyə xidmətləri onlara
digər fəaliyyət sahələri üzrə şaxələnməyə yardım
etmişdir və daha sonrakı dövrdə bu təşəbbüslər
özünü doğrultdu. Bundan başqa, PAŞA Bankın
nağdsız əməliyyatlara keçidi – POS terminallar,
e-ticarət, platformalar, hesablardan transferlər –
əhəmiyyətli dərəcədə artmışdır. Bütün bu səylər
PAŞA Bankın Azərbaycanın KOS sektorunu necə
dəstəklədiyini nümayiş etdirir.
Bugünkü gündə müəssisənin uğurlu
fəaliyyəti üçün müştəri xidmətləri strateji
əhəmiyyət kəsb edən prioritet sahədir. Ən
yüksək səviyyəli müştəri məmnunluğunu
təmin etmək üçün PAŞA Bank davamlı olaraq
xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa çalışır.
Çağırış mərkəzi maksimal effektivliklə çalışır
ki, müştərilər hər hansı müraciətləri ilə bağlı
yardım ala bilsinlər. Eyni zamanda Təşkilati
inkişaf və keyfiyyətin təminatı funksiyası Bankda
xidmət səviyyəsini artırmaq üçün müştəri
məmnunluğunu monitorinq etmək məqsədilə
daha mütərəqqi sistemin yaradılması kimi bir sıra
yeni təşəbbüslər üzərində çalışmışdır. Müştərilərin
tam məmnunluğunu təmin etmək və ehtiyac
yarandıqda müvafiq uyğunlaşmaları həyata
keçirmək üçün PAŞA Bank müntəzəm qaydada
müştəri məmnunluğuna dair sorğular həyata
keçirir.
PAŞA Bank faktorinq, kəmiyyət
aspektinin qiymətləndirilməsi yanaşması və
ticarətin maliyyələşdirilməsi kimi sahələrdə
KOS-ların xidmətlər ilə təminatını daha da
yaxşılaşdırmaq üçün ixtisaslı xidmət və məhsulları
yaratmışdır. Misal üçün, kəmiyyət aspektinin
qiymətləndirilməsi modelinin məqsədi kredit
müraciətlərinin müvafiq təhlilini və daha sonra
təsdiqini/rədd edilməsini və ya standartlaşdırılmış
təhlilini aparmaqla qərar qəbul etmə prosesini
yaxşı- laşdırmaq və sürətləndirməkdən ibarətdir.
77
Beləliklə, KOS-lar ehtiyacı olduqları kredit
vəsaitlərini daha sürətlə almış olur.
2016-cı ildə PAŞA Bank öz tarixində ticarətin
maliyyələşdirilməsi sahəsində əsas məhsul
olan zəmanət məktubunu ən yüksək sayda
təmin etmişdir. 2016-cı ildə Bank 123 zəmanət
məktubu təmin etmişdir ki, bu da öncəki illə
müqayisədə 19 ədəd çoxdur. Bundan başqa,
bankın marketinq səyləri daha fəal müştərilərin
olması ilə nəticələnmişdir. 2016-cı ildə 1,663 KOS
müştərilərindən 1,643 fəal müştəri olmuşdur.
Hesabat ilində PAŞA Bank faktorinq
əməliyyatları üzrə 1000-dən çox hesab fakturanı
icra etmişdir.
Bu müsbət nəticələr PAŞA Bankın dəyişkən
vaxt və şəraitdə müştərilərinə daha yaxşı xidmət
göstərmək və ehtiyaclarını təmin etmək üçün
xidmətlər miqyasını nə qədər genişləndirdiyini
nümayiş etdirir.
Bizim insanlarımız
PAŞA Bankın insan resurslarının idarə
edilməsi siyasəti 2010-cu ildə milli əmək
tələblərinə müvafiq olaraq hazırlanmış və qəbul
edilmişdir. İR idarə edilməsi siyasətinin məqsədi
işçi heyətin peşəkar inkişafına yardım edəcək əsas
bacarıqlar vasitəsilə onları səlahiyyətləndirməkdir.
İşçi heyətin inkişaf etdirilməsi bankın əsas
təməllərindən biridir. İş fəaliyyətlərinin davamlı
olaraq təkmilləşdirilməsi və işçi heyət üçün
müntəzəm təlim sessiyaları Bank xidmətlərinin
keyfiyyətinin lazımi səviyyədə saxlanılması
və Bankın əmək bazarı tələblərinə sürətlə
uyğunlaşması üçün böyük əhəmiyyət kəsb edir.
İnsan Resursları departamenti Bankın İR
idarə edilməsi siyasətini ən əlverişli beynəlx-
alq təcrübələrə istinad edərək qiymətləndirir
və Bankın işçi heyəti ilə bağlı fəaliyyətlərini
əlaqələndirir.
2016-cı ildə PAŞA Bank təlim və inkişafa
dair daxili qaydaları, sağlamlıq, təhlükəsizlik
və ətraf mühitə dair daxili təlimatları və daxili
peşəkar sertifikatlaşdırma təlimatlarını qəbul
etməklə insan resurslarının idarə edilməsi ilə
bağlı prosedura və proseslərini daha da inkişaf
etdirmişdir.
2016-cı ilin sonuna PAŞA Bankın işçi qüv-
vəsinin sayı il ərzində 100 nəfəri yeni işə cəlb
etməklə 475 nəfər təşkil etmişdir.
İnsanlarımızı inkişaf etdiririk
İşçi heyətimiz və onların fəaliyyəti
xidmətlərimizin keyfiyyətinə birbaşa təsir edir.
İnsan kapitalına investisiyalar Bankın dayanıqlı
gələcəyinin təmin edilməsinə olan sadiqliyimizin
əsas təkanverici aspektidir. Növbəti nəsil
liderlərə investisiyaların edilməsi rəqabətli
üstünlüyümüzü saxlamaq və uzun müddətli
perspektivdə artıma nail olmaq üçün həyati
əhəmiyyət kəsb edir. İşçilərimiz həm daxili,
həm də xarici səviyyədə müxtəlif mövzular,
o cümlədən maliyyə və mühasibatlıq, müştəri
xidmətləri və layihənin idarə edilməsi üzrə
intensiv təlim proqramlarında iştirak edir.
2016-cı ildə PAŞA Bank tərəfindən
ümumilikdə 134 təlim sessiyası keçirilmişdir,
bunlardan 32-si 131 iştirakçının bir araya
gətirildiyi daxili təlimlər olmuşdur. Bundan
başqa il ərzində 927 iştirakçı üçün 58 daxili təlim
sessiyası keçiril- mişdir. On altı işçi xarici xidmət
təminatçıları tərəfindən təmin edilmiş 11 fərdi
təlim sessiyalarından bəhrələnmişdir. Həmçinin
PAŞA Bankın 33 əməkdaşı orta səviyyəli
menecerlərin potensialının gücləndirilməsi
səylərinin bir hissəsi olaraq fərdi kouçinq
sessiyalarında iştirak etmişdir. PAŞA Bank
xüsusi olaraq layihələndirilmiş “Elit bankir”
təlim proqramı çərçivəsində satış heyətinin
potensialını genişləndirməyi davam etmişdir.
PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat
78
DAYANIQLI İNKİŞAFA DAİR HESABATIN XÜLASƏ
79
İşçilərimizin fəal cəlb edilməsi
PAŞA Bank hər bir üzvün eyni dəyər və
baxışı paylaşdığı yüksək effektivliyə malik
komandanı qurmaq üçün yorulmadan çalışır.
2016-cı ildə Bank İşçilərin cəlb edilməsi sorğusunu
həyata keçirmişdir və sorğu nəticələri PAŞA Bank
əməkdaşlarının bank brendinə yüksək sadiqliyini
və bankın gələcəyə baxışına və dəyələrinə şərik
çıxdıqlarını açıqlamışdır. Həm üfüqi, həm də
şaquli səviyyələrdə daxili kommunikasiyaların
daha da gücləndirilməsi və orta səviyyəli
menecerlərin səlahiyyətləndirilməsi kimi bir sıra
təkmilləşdirilməli sahələr də müəyyən edilmişdir.
Sorğu nəticələrinə əsasən Bank işçilərin fəallığını
gücləndirmək üçün üç mərhələli proqramı
hazırlamışdır.
Bu proqramın birinci mərhələsində orta
səviyyəli menecerlər onların tabeçiliyində olan
işçilər və rəhbərlər ilə dialoq və qarşılıqlı əlaqəni
gücləndirmək üçün liderlik və kommunikasiya
qurmaq bacarıqlarının gücləndirlməsinə dair
təlimlərdən bəhrələnmişdirlər. Paris-Sorbonne
Universiteti Abu Dabi tərəfindən xüsusi olaraq
PAŞA Bank menecerləri üçün hazırlanmış
Bankçılıqda liderlik adlı təlim proqramı Kouçing
və əks əlaqə, Mentorluq, İş fəaliyyətinin idarə
edilməsi və Motivasiya kimi geniş çeşidli
mövzuları əhatə etmişdir.
PAŞA Bank ənənəvi Sədr ilə səhər yeməkləri
layihəsini davam etdirir, bu səhər yeməklərində
Sədr kiçik işçi heyətlə görüşərək ideya və fikir
mübadiləsi aparır. 2016-cı ildə Bakıda və Bankın
regional ofislərində otuz dörd səhər yeməyi
keçirilmişdir. Bu tədbirlər zamanı kiçik işçi heyət
tərəfindən biznes proseslərin optimallaşdırılması
və təkmilləşdirilməsinə dair 32 təklif Bankın
müxtəlif funksiyaları tərəfindən nəzərə
alınmışdır və uğurla icra edilmişdir.
Həm üfüqi, həm də şaquli kommunikasiyanı
təkmilləşdirmək üçün təşkilat daxilində
məlumatları yüksək rəhbərlikdən, C səviyyəli
işçilərə və menecerlərə və front ofis işçilərinə
çatdırmaqla menecerlər və onların birbaşa
rəhbərləri arasında münasibətləri yaxşılaşdırmaq
məqsədilə kaskad əsaslı kommunikasiya prosesi
hazırlanmışdır.
Proses həmçinin təşkilati struktur
çərçivəsində məlumatların aşağıdan yuxarıya
doğru göndərilməsinə yardım edərək önəmli
məlumatların açıqlanmasını təmin edən və
işçilərə iş yerlərində dinlənilmək imkanı verən
dinamik iki tərəfli məlumat axınını yaradır.
Kaskad prinsip əsaslı kommunikasiya
təşəbbüslərinin bir hissəsi olaraq biz PAŞA
Bankın idarə heyətinin hər bir üzvü üçün
plan hazırladıq. Bu plan özündə Village Halls,
komanda ruhunun gücləndirilməsi tədbirləri,
təkbətək rəsmi sessiyalar və tabeçilikdə olan
əsas şəxslər və funksiya rəhbərləri ilə qeyri-rəsmi
toplantıları ehtiva edir.
Bu təşəbbüs ilə bağlı İdarə heyəti
üzvlərini və C səviyyəli işçiləri daha da yaxşı
səlahiyyətləndirmək üçün Tərtibatçı platformasına
dair beynəlxalq təlim şəbəkəsi hazırlanmışdır.
Bundan başqa yüksək rəhbərliyin dayanıqlı
davranışlar ilə bağlı dəyişikliklər üzərində daha
da fokuslanmasına yardım etmək üçün təlim
proqramı həyata keçirilmişdir.
PAŞA Bankın Rotary Club
İcmanın inkişaf etdirilməsinə investisiya-
ların yatırılması PAŞA Bankın fəaliyyətlərinin
əhəmiyyətli hissəsini təşkil edir. Bu gün yerli
səviyyədə edilmiş investisiyalar ümumilikdə
cəmiyyət üçün böyük fayda verəcək və uzun
müddətli inkişaf imkanlarını təşviq edəcək.
2013-cü ildə PAŞA Bank EMEA Finance
tərəfindən yerli icmaları fəal dəstəklədiyinə görə
“Avropada ən yaxşı korporativ sosial məsuliyyət
proqramı” mükafatı ilə təltif edilmişdir.
PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat
80
PAŞA Bankın ümumi korporativ sosial
cavabdehlik məqsədlərinə Azərbaycan
iqtisadiyyatını inkişaf etmək üçün sahibkarlığın
səlahiyyətləndirilməsi də daxildir. Həmçinin
bank inanır ki, təhsil Azərbaycanın daha da
inkişaf etdirilməsinə töhfə vermək üçün xüsusi
əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən PAŞA
Bank gənclərin təhsilinin dəstəklənməsinə,
Azərbaycan gəncləri arasında maliyyə
savadlılığının yaxşılaşdırılmasına və biznes
icmasının təhsilləndirilməsinə böyük resurslar
ayırır.
PAŞA Bank Azərbaycan gənclərini
hədəfləyən bir sıra layihələri həyata keçirir
və Azərbaycanda kiçik və orta sahibkarlığın
potensialının gücləndirilməsinə və maliyyə
təhsilinə töhfə verir. Bu təşəbbüslər sırasına
Thomson Foundation ilə əməkdaşlıqda
hazırlanmış biznes jurnalistikası layihəsi
və Junior Achievement Azerbaijan ilə
tərəfdaşlıqda Gənc sahibkarların biznes
forumunun dəstəklənməsi təşəbbüsü daxildir.
İstedadlı gənclərin PAŞA Bankda çalışmasını
həvəsləndirmək üçün layihələndirilmiş “Mən
Paşa Bank təqaüdçüsüyəm” adlı proqram
PAŞA Bank tərəfindən Azərbaycan gənclərini
dəstəkləmək üçün müəyyən edilmiş digər
uğurlu bir layihədir.
Ölkənin biznes liderlərinin maliyyə
savadlılığının və korporativ idarəçilik biliklərinin
daha da yaxşılaşdırılmasına yardım etmək
üçün PAŞA Bank tərəfdaşları ilə əməkdaşlıqda
bir sıra tədbir və seminarları, o cümlədən
Böhran zamanında satış, Moody’s İllik kredit
riski konfransı, Enerji, bərpa olunan enerji və
dayanıqlıq üzrə konfrans, Sürətlə dəyişən biznes
daha çox qazanır, Azərbaycan mikro maliyyə
assosiasıyasının və ABŞ-Azərbaycan biznes
forumunun illik konfransı kimi tədbirləri birgə
təşkil etmişdir. Dövlət və özəl sektor şirkətlərini,
eləcə də beynəlxalq maliyyə təşkilatlarını təmsil
edən təxminən 1000 nümayəndə bu tədbirlərdə
iştirak etmişdir. Bank hesab edir ki, bu
seminarlar, konfranslar, forumlar və gələcəkdə
də təşkil edəcəyi oxşar tədbirlər biznes icmasının
bacarıqlarının və “nou-xau”-larının inkişaf
etdirilməsinə və Azərbaycanın korporativ
idarəçilik standartlarının artırılmasına müsbət
təsir edəcək.
İnanırıq ki, davamlı inkişaf yalnız
müştərilərimiz ilə keyfiyyətli, uzun müddətli
münasibətləri qurmaq, məhsul və xidmətlərimizi
davamlı olaraq təkmilləşdirmək, biznes
proseslərimizin effektivliyini artırmaq və daha
geniş icmaya investisiya yatırmaq yolu ilə
mümkündür. Dayanıqlı inkişafa dair növbəti
iki ildən bir hazırlanan hesabat dərc olunacağı
dövrədək biz dayanıqlı fəaliyyətimizi və idarə
etmə sistemlərimizi inkişaf etdirməyi davam
etdirərək dayanıqlığa dair məqsədlərimizin
hədəfli qalmasını təmin etmək üçün onları daha
da təkmilləşdirməyi planlaşdırırıq.
Bu Hesabatda PAŞA Bank tərəfindən
rəqabət qabiliyyətli üstünlükləri qoruyub
saxlamaq üçün həyata keçirilən dayanıqlılıq ilə
bağlı fəaliyyətlərin təfərrüatları açıqlanır. Qlobal
hesabatlılıq təşəbbüsünün G4 əsas qeydinin
təlimatlarına müvafiq olaraq bu hesabat
PAŞA Bankın Azərbaycanda 2016-ci il üzrə
fəaliyyətlərini əhatə edir.
PAŞA Bankın Dayanıqlı fəaliyyətinə dair
hesabatın miqyasını müəyyən edərkən PAŞA
Bankın yüksək rəhbərliyinin təlimatları və Bankın
səhmdarlarının tövsiyələri nəzərə alınmışdır.
Hesabatın məzmununu müəyyən etmək üçün
mahiyyətinin təhlili həyata keçirilmişdir (aşağıda
təqdim olunur).
DAYANIQLI İNKİŞAFA DAİR HESABATIN XÜLASƏ
81
PAŞA Bankın Dayanıqlı inkişafa dair hesabatının mahiyyətinin təhlili
• Enerji
• Emissiyalar
• Məşğulluq
• Müxtəliflik və Bərabər imkanlar
• Nəqliyyat
• Qeyri-ayrı-seçkilik
• Məhsul cavabdehliyi
• Qadın və kişi üçün bərabər
mükafatlandırma
• Yerli icmalar
• İqtisadi fəaliyyət
• Dolayısı iqtisadi fəaliyyət
• Məhsul və xidmətlər
• Təlim və təhsil
• Anti-korrupsiya
• Komplayans
• Məhsul portfeli
• Audit
• Fəal mülkiyyətçilik
• İnvestisiya
Aşağı
Maraqlı tərəflərin prioritetləri
PAŞA Bankın fəaliyyətinə təsiri
Aşağı
Orta
Y
uxarı
Orta
Yuxarı
PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat
82
PAŞA Bankın dayanıqlı fəaliyyətə dair strategiyası
PAŞA Bank ənənəvi korporativ sosial cavabdehlik (KSS)
yanaşmasından korporativ maraqlı tərəflərin cəlb edilməsi
(KMC) modelinə keçidi təmin etməklə dayanıqlı inkişafa nail
olmaq hədəfinə sadiq olaraq qalır.
Korporativ maraqlı tərəflərin cəlb
edilməsi (KMC) aspekti
Biz sahıbkarlıq fəaliyyətini
səlahiyyətləndiririk
Biz insan kapitalını
səlahiyyətləndiririk
Biz potensialı və təkmil idarəçilik
prinsiplərini səlahiyyətləndiririk
Dayanıqlılıq yanaşması
Bizim üçün
Müştərilərdir
Bizim üçün
insanlardır
Bizim üçün
nüfuzdur
DAYANIQLI İNKİŞAFA DAİR HESABATIN XÜLASƏSİ
83
PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat
PAŞA Bank
Yusif Məmmədəliyev küç., 13
Bakı, AZ1005, Azərbaycan
T: *9123
T: (+994 12) 496 50 00
T: (+994 12) 496 51 00
F: (+994 12) 496 50 10
E: office@pashabank.az
Dostları ilə paylaş: |