22
icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının
artırılması” hədəfi qoyulub. Vergi Məcəlləsində torpaq vergisi ilə bağlı
dəyişiklik edilməsinə, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsiz
saxlanmasına görə bu ildən əlavə verginin tətbiq edilməsinə, habelə son illər
dövlət mülkiyyətində olan torpaqlarda çoxsaylı iri kənd təsərrüfatı istehsalı
müəssisələrinin yaradılmasına baxmayaraq, hüquqi şəxslərin torpaq vergisi
və torpaqların icarəyə verilməsi hesabına büdcəyə daxilolmaların artmaması
başa düşülən deyil.
viii)
Nəhayət, dövlət müəssisələrinin büdcə öhdəlikləri barədə detallı məlumatlar
yoxdur. 2017-ci ilin dövlət büdcəsi layihəsinə əlavə edilən sənədlərdə və hökumətin
izahatında dövlət müəssisələrinin büdcə öhdəlikləri və bu öhdəliklərinin yerinə
yetirilməsi vəziyyəti haqqında məlumatlar əksini tapmayıb. Halbuki məhz zaman-
zaman dövlət büdcəsindən müxtəlif formalarda maliyyə dəstəyi alan bu şirkətlərin
ölkənin iqtisadi və sosial həyatında rolu, bu müəssisələrin fəaliyyətinin səmərəliliyi
və büdcə qarşısında öhdəliklərini yerinə yetirmə dərəcəsi daima hökumətin və
parlamentin diqqət mərkəzində olmalıdır.
23
4. Büdcə xərcləmələrində
gözlənilən əsas meyillər
2017-ci ilin ilin dövlət büdcəsi xərclərinin 16.85%-i və ya 2846.9 mln. manatı ümumi
dövlət xidməti xərclərinə, 15.63%-i və ya 2642.1 mln. manatı müdafiəyə, 7.17%-i və ya
1211.6 mln. manatı məhkəmə hakimiyyəti və hüquq-mühafizə qurumlarına, 10.27%-i
və ya 1736.1 mln. manatı təhsilə, 4.41%-i və ya 745.3 mln. manatı səhiyyəyə, 13.33%-i
və ya 2253 mln. manatı sosial müdafiəyə, 14.92%-i və ya 2521.1 mln. manatı dövlət
investisiyalarına (tikintiyə), qalanı isə başqa sahələrə ayrılıb.
2017-ci ilin dövlət büdcəsində büdcə xərclərinin strukturunda ən yüksək xüsusi çəkiyə
malik 3 istiqamətə ümumdövlət xidməti (16.85%), müdafiə (15.63%) və investisiya
(14.92) xərclərinin maliyyələşdirilməsi daxildir.
Ümumilikdə götürdükdə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 39.65%-i dövlət
idarəetməsi və müdafiəsinə, 29.68%-i sosial sahələrə, 30.66%-i isə iqtisadi təyinatlı
istiqamətlərə xərclənməsi planlaşdırılır.
ix)
Neftin qiymətində müşahidə olunan kəskin azalmalara proporsional olaraq, 2015-ci il
dövlət büdcəsi xərclərinin artımla proqnozlaşdırılan son ili old. Sonrakı iki ildə büdcənin
məxaric hissəsi xeyli ixtisar edildi. Göründüyü kimi, 2017-ci ilin proqnozlaşdırılan
xərcləri də 2016-cı ilin büdcə xərcləri ilə müqayisədə 842.4 mln. manat azdır. Son 10
il ərzində büdcə xərclərinin ən yüksək məbləği 2013-cü ildə qeydə alınıb, 2014-2015-
ci illərdə xərclərin artırılması proqnozlaşdırılsa da icra prosesində bu baş verməyib.
ABŞ dolları ekvivalentində isə 2017-ci ilin büdcə xərclərinin neft gəlirlərinin kəskin
artdığı 2008-ci ildən bəri ən aşağı göstərici olacaq. Eyni zamanda son 10 ildə xərclərin
ən yüksək olduğu 2013-cü illə müqayisədə 2017-ci ildə xərclər 2.5 dəfə azalmış olacaq.
x)
Dövlət idarəetmə aparatının saxlanması xərclərinin tərkibindəki ali hakimiyyət orqa-
nlarının saxlanması xərcləri artıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mali-
yyələşdirilməsi ixtisar edilib. Əvvəlki ilə nisbətən 2017-ci ildə büdcə təsnifatına əsasən
“ali hakimiyyət” orqanları hesab edilən 3 təsisatın – Prezident Administrasiyası, Parla-
ment və Nazirlər Kabinetinin saxlanması üçün nəzərdə tutulann xərclər 6.7 mln. manat
və ya 6.5% artırılaraq 110.2 mln. manata çatdırılıb. Büdcə təsnifatına əsasən “mərkəzi
hakimiyyət” orqanları hesab edilən bütün nazirlik, komitə, agentlik və digər mərkəzi
hakimiyyət səlahiyyətlərini icra edən təsisatların xərcləri 1.1% və ya 4.1 mln. manat ixtisar
edilib və 345 mln. manat səviyyəsində müəyyənləşdirilib. Rayon və şəhər icra hakimi-
yyət orqanlarının saxlanması xərcləri 15.7% və ya 18.4 mln. manat azaldılaraq 98.2 mln.
manata endirilib. Ümumilikdə hakimiyyət aparatının saxlanması xərcləri ümumi büdcə
xərclərinin 3.2%-ni təşkil edir.
24
xi)
Elm xərcləri ixtisar edilib. 2016-
cı illə müqayisədə elm xərclərinin
məbləği 16.7 mln. manat yaxud
12.3% azaldılıb və xərclərin ümumi
həcmi 118.6 mln. manat təşkil edəcək.
2017-ci ilin büdcə məxaricində
elm xərclərinin xüsusi çəkisi 0.7%
səviyyəsindədir.
xii)
Ən yüksək artım müdafiə
xərclərində baş verib. 2017-ci ildə
müdafiə xərcləri 2642.1 mln. manat
təşkil edəcək. Bu, əvvəlki ilə nisbətən
413.8 mln. manat və ya 18.6% çoxdur.
Müdafiə xərcləri həm də 2017-ci il
dövlət büdcəsinin xüsusi çəki etibarı
ilə ikinci böyük xərc maddəsidir. Belə
ki, bu funksional bölmənin ümumi
büdcə məxaricində payı 15.6%
təşkil edəcək, əvvəlki ildə isə həmin
göstərici 12% olmuşdu.
xiii)
Hüquq-mühafizə orqanlarının
saxlanması xərclərində də yüksək artım
baş verib. Büdcə məlumatlarının analizi
göstərir ki, əvvəlki ilə nisbətən 2017-
ci ildə hüquq-mühafizə orqanlarının
saxlanmasınan 927.4 mln. manat
xərclənəcək ki, bu əvvəlki ilə nisbətən
7.5% və ya 64.6 mln. manat çoxdur.
Cari ildə ölkənin hüquq-mühafizə
sisteminin maliyyələşdirilməsi üçün
vəsaitlər ümumi büdcə məxaricinin 5.5%-i səviyyəsində olacaq.
xiv)
Sosial xərclər əhəmiyyətli dərəcədə azalma ilə proqnozlaşdırılıb. 2016-cı ilin
büdcə qanununda dövlət büdcəsinin 3 əsas sosial funksiyasının maliyyələşdirilməsi
üçün ümumilikdə 5358.7 mln. manat və ya ümumi büdcə məxaricinin 32.9%-
i səviyyəsində vəsait müəyyən edilmişdi. Bura təhsil, səhiyyə və sosial müdafiə
istqimətləri daxildir. Öz növbəsində sosial müdafiə üzrə 2698.7 mln. manat, təhsil üzrə
1830.2 mln manat, səhiyyə üzrə 830.8 mln. manat proqnozlaşdırılırdı. 2017-ci ildə
isə həmin 3 istiqamət üzrə dövlət büdcəsindən proqnozlaşdırılan məbləğ 4734.3 mln.
manat müəyyən edilib ki, bu əvvəlki ilə nisbətən 624.4 mln. manat və ya 11.6% azdır.
16
Diaqram 5. 2017-ci il dövlət büdcəsi xərclərinin
funksional bölmələr üzrə tərkibi
17
x) Dövlət idarəetmə aparatnn saxlanmas xərclərinin tərkibindəki ali hakimiyyət orqanlarnn
saxlanmas xərcləri artb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarnn maliyyələşdirilməsi
ixtisar edilib. Əvvəlki ilə nisbətən 2017-ci ildə büdcə təsnifatna əsasən “ali hakimiyyət”
orqanlar hesab edilən 3 təsisatn – Prezident Administrasiyas, Parlament və Nazirlər
Kabinetinin saxlanmas üçün nəzərdə tutulann xərclər 6.7 mln. manat və ya 6.5% artrlaraq
Diaqram 6. 2017-ci il dövlət büdcəsinin əsas
istiqamətlər üzrə bölgüsü
25
Öz növbədsində, 2017-ci ilin
sosial müdafiə xərcləri 2252.9
mln.manatdır və bu əvvələ-
ki ilə nisbətən 445.8 mln.
manat (16.5%) azdır. Cari il
üzrə təhsil xərcləri 1736 mln.
manatdır və bu 2016-cı illə
müqayisədə nisbətən 94 mln.
manat (5.1%) azdır. 2017-ci
ildə səhiyyə xərcləri 745.4
mln. manatdır və bu əvvəlki
ilə nisbətən 85.4 mln. manat
(10.2%) azdır.
xv)
İnvestisiya xərcləri
əhəmiyyətli dərəcədə ixtisar olunub. 2017-ci ilin dövlət büdcəsində investisiya
xərləri üçün 2521.2 mln. manat müəyyən edilib ki, bu əvvəlki ilə nisbətən 503.4
mln. manat və ya 16.6% azdır. Cari ildə büdcə investisiyaları üçün prqozlaşdırılan
vəsaitin həcmi 2007-ci ildən sonra ən aşağı məbləğdir. 2007-ci ildə büdcədən bu
məqsəd üçün təsdiqlənən vəsait 1930.9 mln.manat, 2008-ci ildə isə 4292 mln. manat
olmuşdu. 2017-ci ildə büdcə investisiyalarının ümumi büdcə məxaricində payı 14.9%
səviyyəsisndədir. 2016-cı ildə həmin göstərici 16.4%, 2007-2015-ci illər ərzində isə
28-40% intervalında olmuşdur.
xvi)
Kənd təsərrüfatı funksional bölməsi üzrə xərclər kəskin ixtisar edilib. Belə ki,
2017-ci ilin təsdiqlənən büdcəsində bu sektor üzrə 517.4 mln. manat proqnozlaşdırılır
ki, bu əvvəlki ilə nisbətən 167.1 mln. manat və ya 24.4% azdır.
xvii)
Yerli xərclərin həcmi kəskin azalıb, bu xərclərin əhatə dairəsi məhdudlaşdırılıb.
Belə ki, 2017-ci ilin büdcəsində yerli xərclərin məbləği 2 dəfə azaldılaraq 2016-
cı ildəki 1541 mln. manatdan 718 milyon manata endirilib. Bu azalmanın əsas
səbəbi cari ildən etibarən ölkənin rayon və şəhərləri üzrə orta təhsil, mədəniyyət və
idman xərclərinin yerli xərclərin tərkibindən çıxarılaraq mərkəzləşdirilmiş xərclərə
aid edilməsidir. Bu addımı ölkədə təhsil və mədəniyyət orqanlarının rayonlar üzrə
təşkilinin ləğvi və həmin orqanların regionlar üzrə formalaşdırıması zəruri edib.
Diaqram 7. 2007-2017-ci illərdə dövlət büdcəsinin
xərclərinin manatla və ABŞ dolları ilə dəyişməsi
26
5. Büdcə kəsiri və onun
maliyyələşdirilməsi
mənbələri
2017-ci ilin dövlət büdcəsinin kəsiri 645 mln. manat səviyyəsində müəyyən edilib ki,
bu il üzrə proqnozlaşdırılan ÜDM-nin təxminən 1%-nə bərabərdir. Cari ilin dövlət
büdcəsinin kəsiri 2016-cı ilin proqnoz göstəricisinə nisbətən 61.5% və ya 1028 mln.
manat azdır.
Hesablama Palatasının məlumatına
17
görə, bücə kəsrinin maliyələşdirilməsi üçün
5 mənbədən istifadə ediləcək. Həmin məbləğin 200 mln. manatı dövlət əmlakının
özəlləşdirilməsindən, 20 mln. manatı xarici qrantlar, 425 mln. manatı isə daxili
borclar, xarici borclar və dövlət büdcəsinin xəzinə qalığı hesabına formalaşacaq.
xviii)
Hazırkı reallıqda 2017-ci ilin dövlət büdcəsinin kəsirinin qarşılanması
hökumət üçün ciddi problem yaratmayacaq. Əvvəla ona görə ki, cari il üzrə kəsrin
proqnozlaşdırılan məbləği böyük deyil və son 5 ilin ən aşağı proqnoz göstəricisidir.
Digər tərəfdən, hazırda Maliyyə Nazirliyinin 1.4 mlrd. manata yaxın xəzinə qalığı
(ehtiyatı) var
18
və qanunvericiliyə uyğun olaraq həmin ehtiyat 2017-ci ilin büdcə
kəsirinin qarşılanmasına istifadə edilə bilər. Göründüyü kimi, xəzinə ehtiyatının
həcmi 2017-ci il üçün proqnozlaşdırılan büdcə kəsrinin məbləğindən təxminən 2
dəfə çoxdur və hətta digər maliyyə mənbələrində istifadə edilmədən kəsrin örtülməsi
ilə bağlı sıxıntı gözlənilmir.
17
Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinə rəyi. Bax: səh. 303-307 http://sai.gov.az/
upload/files/r_LAYIH%C6%8F-2017-R%C6%8FY-FINAL.pdf
18
Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinə rəyi
. Bax: səh.139 http://sai.gov.az/upload/
files/r_LAYIH%C6%8F-2017-R%C6%8FY-FINAL.pdf
27
6. Büdcə vasitəsilə bövlət
borclarına xidmət
xix)
2017-ci ilin dövlət büdcəsindən borca xidmət xərcləri kimi 1641.8 mln. manat
müəyyən edilib. Ümumilikdə borca xidmət xərclərinin büdcə məxaricində payı 9.7%
səviyyəsində proqnozlaşdırılır ki, bu son 15 ilin ən yüksək göstəricidir. Təqdim edilən
məlumatlardan
19
aydın olur ki, cari ildə borca xidmət xərclərinin 96.3%-i və ya 1580.6
mln. manatı xarici, 3.7%-i və ya 61.2 mln. manatı isə daxili borclaırn qarşılanmasına
yönəldiləcək. Hesablama Palatasının məlumatından
20
aydın olur ki, xarici borcda
xidmət xərcinin yüksək olmasının əsas səbəblərindən biri dövlət mülkiyyətində
olan səhmdar cəmiyyətlərin (məsələn, “Azəralüminium” ASC, “Azərenerji” ASC,
“Azərbaycan Hava Yolları” QSC) üzrə verilmiş hökumət zəmanətli kreditlərn
qaytarılması ilə bağlıdır. Palata açıq formada vurğulayır ki, dövlət zəmanətləri ilə
kredit alan bu təşkilatlardan bəziləri öz öhdəliklərini yerinə yetirə bilmədikləri üçün
bu öhdəlikərin icrası dövlət büdcəsinə yönəldilib.
Daxili borclarına xidmət xərcləri isə əsasən Mərkəzi Bankdan alınmış kreditlərin və
dövlət istiqrazları üzrə ödənişlərin maliyyələşdirilməsinə sərf ediləcək.
Həm xarici, həm də daxili dövlət borclarının sürətlə artması yaxın perspektivdə
dövlət büdcəsinin borca xidmət xərclərinin sürətlə artması riskini yaradır, 2017-ci
ildə ümumi büdcə məxaricində bu xərclərin xüsusi çəkisinin həddən artıq yüksəlməsi
də bu yanaşmanı təsdiq edir. 2016-cı il ərzində xarici dövlət borcu 15%-dək artaraq 8
mlrd. dolları, daxili dövlət borcları isə 60%-dək artmaqla 7.3 mlrd. manata çatmışdı.
Xüsusilə də Beynəxalq Bankın problemli aktivlərininin sağlamlaşdırılması ilə bağlı
daxili borclanma bilavasitə dövlət büdcəsinin öhdəliyi kimi müəyyən edilib.
Göründüyü kimi, dövlət büdcəsinin imkanlarının məhdudlaşdığı bir şəraitdə büdcənin
borc yükünün sürətlə artması ciddi problem kimi qarşıda durur. Borcalan dövlət
qurumlarının fəaliyyətində şəffaflığın və ictimai nəzarət imkanlarının yoxluğu borc
yükünün artmasını ciddi risk kimi dəyərləndirməyi zəruri edir. Hesablama Palatası da
bu problemə diqqət ayırır və vurğulayır ki, hazırkı şəraitdə borclanma risklərinin idarə
edilməsi sisteminin və dövlət borclanma strategiyasının hazırlanması çox mühümdir.
21
19
Azərbaycan hökumətinin Parlamentə təqdim etdiyi “Büdcə zərfi” Toplusu, V bölmə
20
Hesablama Palatasının 2017-ci il üzrə dövlət büdcəsinə dair Rəyi. Bax: səh.297 http://sai.gov.az/
upload/files/r_LAYIH%C6%8F-2017-R%C6%8FY-FINAL.pdf
21
Hesablama Palatasının 2017-ci il üzrə dövlət büdcəsinə dair Rəyi. Bax: səh.302 http://sai.gov.az/
upload/files/r_LAYIH%C6%8F-2017-R%C6%8FY-FINAL.pdf
28
7. 2017-ci ilin dövlət
büdcəsinin tərtibi və
parlament müzakirələri
2017-ci ilin dövlət büdcəsi layihəsinin hazırlanması, parlament müzakirələri və
təsdiqi prosesində bir sıra prosedur pozuntuları ilə müşayiət olunub.
xx)
2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və ona əlavə edilən sənədlər
toplusu Milli Məclisə qanunvericilikdə müəyyən edilmiş müddətdən bir ay gec
təqdim edildi. Büdcə sistemi haqqında qanununa əsasən 2017-ci il dövlət büdcəsi
haqqında qanun layihəsi ona əlavə edilən digər sənədlərlə birlikdə 2016-cı il oktyabr
ayının 15-dən gec olmayaraq Milli Məclisə təqdim edilməli olduğu halda, bu bir ay
gecikmə ilə, yəni noyabrın 15-də baş verdi.
xxi)
2017-ci il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edildikdən sonra
parlamaentlə razılaşdırılmadan hökumət tərəfindən dəyişikliklərə məruz qalıb. 2016-
cı ilin noyabrında Milli Məclisə təqdim edilən və mətbuatda dərc edilən dövlət büdcəsi
haqqında qanun layihəsində hökumət tərəfindən dəyişiklik edilib: büdcənin həm
gəlirləri, həm də xərcləri 300.0 mln manat artırılıb. Dəyişiklik edilmiş qanun layihəsi
Milli Məclisin saytında yerləşdirilib, amma mətbuatda dərc edilməyib. Bundan başqa,
dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisdə təsdiq edildikdən sonra
prezident tərəfindən imzalanmazdan əvvəl büdcənin gəlirlər hissəsi daxilində yenə
də dəyişikliklər edilib (bəzi vergi növləri (hüquqi şəxslərin əmlak və torpaq vergiləri)
üzrə daxilolmalar azaldılıb, ƏDV və mənfəət vergisi üzrə daxilolmalar proqnozu isə
artırılıb).
xxii)
Dövlət büdcəsi layihəsinin parlament müzakirələri, yenə də əvvəlki illərdə
olduğu kimi, formal xarakter daşıyıb. 2017-ci il dövlət büdcə haqqında qanun layihəsi
Milli Məclisdə çox qısa müddətdə - yalnız 3 gün plenar iclaslarda müzakirə edilib.
Qanun layihəsi yalnız bir oxunuşdan keçib və 2-ci oxunuşa çıxarılan kimi Milli
Məclis tərəfindən müzakirəsiz təsdiq edilib;
xxiii)
Vergi Məcəlləsində dəyişikliklər dövlət büdcəsi haqqında qanun layihəsi təsdiq
edildikdən sonra Milli Məclisdə müzakirə edilib və təsdiq olunub. Yaxşı təcrübələrə
29
və dövlət idarəetməsinin məntiqinə əsaslansaq, Vergi Məcəlləsində dəyişikliklər
büdcə layihəsindən əvvəl müzakirə edilməli və qəbul edilməlidir ki, sonra buna
istinadən büdcə layihəsi hazırlansın. 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin proqnozu
müəyyən qədər Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlıdır. Lakin
Vergi Məcəlləsində dəyişikliklər layihəsi 2017-ci ilin dövlət büdcəsi Milli Məclisdə
təsdiq edildikdən sonra parlament müzakirələrinə çıxarılıb, lakin hətta bu zaman da
həyata keçirilən dəyişikliklər və 2017-ci ilin dövlət büdcəsinin formalaşmasında bu
dəyişikliklərin nə qədər rol oynayacağı barədə heç bir izahat verilməyib. Buna rəğmən
Vergi Məcəlləsinə təklif edilən 201 adda dəyişiklik layihəsi Milli Məclisdə geniş
müzakirələr aparılmadan təsdiq olunub və 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minib.
30
Nəticə və tövsiyələr
Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsinin təhlili göstərir
ki, ölkənin neft gəlirlərinin azalması davam etdikcə dövlət büdcəsinin də
kiçilməsi davam edir.
•
Neft gəlirlərinin kəskin azalması və fiskal dayanıqlılığa qarşı yaranan
təhlükələr üzündən hökumət, nəhayət ki, ARDNF-dən dövlət büdcəsinə
edilən transferin məbləğini məhdudlaşdırmaq xəttini götürüb, hətta Fond-
büdcə münasibətlərini sistemli tənzimləmək məqsədilə fiskal qaydalar
hazırlayıb tətbiq etmək niyyətini bəyan edib;
•
Dövlət büdcəsinin gəlirlərindəki neft sektorundan daxilolmaların əhəmiyyətli
dərəcədə azalmasına baxmayaraq, 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin
yarıdan çoxu (51.9%-i) yenə də neft sektorunun payına düşür;
•
Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında qeyri-neft sektorundan
daxilolmaların xüsusi çəkisi son illər tədricən artmaqdadır, lakin bu artımlar
hələlik, bir tərəfdən, neft gəlirlərinin azalmasından, digər tərəfdən isə
manatın kəskin devalvasiyası ilə bağlı ölkədə qiymətlərin qalxmasından
qaynaqlanır, başqa sözlə bu artımlar hələlik real məzmuna malik deyil;
•
2017-ci il dövlət büdcəsinin qeyri-neft sektorundan daxilolmalar üzrə
proqnozları hökumət tərəfindən kifayət qədər əsaslandırılmayıb;
•
2017-ci ilin dövlət büdcəsinin xərcləri də, əvvəlki illərdə olduğu kimi,
hədəflənmiş nəticələrə yönəlik deyil;
•
Dövlət büdcəsinin imkanlarının məhdudlaşması üzündən hökumət bir
sıra xərcləri ixtisar etməyə məcbur olsa da, ümumən hökumətin büdcə
fəaliyyətində səmərəliliyin və nəticəliliyin yüksəldilməsinə yönəlik ciddi
dəyişikliklər hiss olunmur;
•
2016-cı ildə olduğu kimi 2017-ci ilin büdcəsində də dövlət borcuna xidmət
xərclərinin yüksək səviyyəsi dövlət borclarının səviyyəsi ilə bağlı narahatlığı
artırır;
•
2017-ci ilin dövlət büdcəsinin parlamentə təqdim edilməsi, müzakirələri
31
və təsdiq edilməsi prosesində büdcə qanunvericiliyində təsbit olunmuş
prosedurların ciddi pozuntuları ilə müşayiət olunub.
Növbəti illərdə dövlət büdcəsinin proqnozlaşdırılması və dövlət maliyyəsinin idarə
edilməsinin təkmilləşdirilməsi istiqamətində aşağıdakılar tövsiyə olunur:
1.
Dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft və qeyri-neft sektorlarının
töhfəsinin daha dəqiq, detallı və əsaslandırılmış şəkildə qiymətləndirilməsi
təmin edilsin.
2.
Büdcə daxilolamalarının proqnozunun dövlət və özəl sektorlar üzrə (xüsusilə
iri dövlət şirkətləri haqqında məlumatlar daha detallı göstərilməklə) bütün
tədiyyə növləri üzrə ayrılmaqla açıqlansın.
3.
Strateji və büdcə planlaşdırmasının əlaqələndirilməsini təmin edən hüquqi-
normativ baza yaradılsın, habelə bütün büdcə sifarişlərinin hökumətin
sosial-iqtisadi inkişaf proqramları ilə uzlaşdırılması təmin edilsin.
4.
Son nəticələrə yönəlik büdcə planlaşdırılması mexanizminə keçid təmin
edilsin.
5.
Büdcə layihəsinin peşəkar vətəndaş cəmiyyəti təsisatları və ayrı-ayrı sosial
qrupların mənafeyini təmsil edən ictimai qurumlarla müzakirə əsasında
qəbuluna təminat verən hüquqi mexanizmlər formalaşdırılsın.
6.
Büdcə informasiyalarının əlçatanlığını təmin etmək üçün büdcə zərfi ilə
ictimaiyyətin onlayn tanış olmasına imkan yaradılmalıdır.
32
www.opengovernment.az
opengovaz@gmail.com
Copyright © Open Government
Dostları ilə paylaş: |