50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə19/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   15   16   17   18   19   20   21   22   ...   85

da unuduruq. Amma onu da unuduram. Çünki artıq məndə
də 49‑dur.
Tale elə gətirdi ki, AzTV, Space, “Xalq qəzeti”ndən sonra
Modern.az saytıyla əməkdaşlığa başladım. Tərifləməyəcə‑
yəm. Şəninə alqışlar deməyəcəyəm. Azərbaycan mətbuatında
oynadığı roldan danışmayacağam. Yaradıcıları olan Elşad Ey‑
vazlı və Əfqan Qafarlını, onların başçılıq etdikləri kollektivi
öyməyəcəyəm. Niyə vaxtınızı almalıyam ki? Pis olsaydı, layiq
bilməsəydim ora yazılarımı, hekayələrimi, Leyla xanım Əli‑
yevadan etdiyim tərcümələrimi verərdimmi? Əsla. Ona görə
də tərifə ehtiyac yoxdur. İnkişaf, imic, reytinq göz qabağın‑
dadır. Bir də ki, 1 sentyabr tarixi yenidən mənim üçün qiy‑
mətə minib. Çünki Modern.az saytı elə bu tarixdə dünyaya
gəlib. Bu gün isə 6 yaşıdır.
6 YAŞIN MÜBARƏK!
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
73


MƏNƏVİ ZƏNCİRİN HƏLQƏSİ
İxtisasca filoloq olsam da, ədəbi tənqidlə məşğul olmaq‑
dan xoşum gəlmir. Ola bilsin özüm də yaradıcılıqla məşğul
olduğum üçün, bir növ fikir söyləyəndən fikir umana çevril‑
mişəm. Bəlkə də “beyin məhsulu olan hər bir şey yüksək qiy‑
mətə malikdir” fikirini üstün tutduğum üçündür.
Həyatım boyu hər gün gördüyüm, görüşdüyüm görkəmli,
tanınmış, istedadlı adamlarda – qələm əhlində şəxsiyyət və
istedadın paralel inkişaf etdiyini görmüşəm. Düzü,
öncələr  “istedadlı” sözünü heç işlətmirdilər də... Əgər adının
önündə şair, yazıçı, dramaturq sözü vardısa, bu, həmin ada‑
mın istedadlı olmasının təsdiqi idi. Yazıçı, şair həm də cəsa‑
rətli zümrə sayılırdı. Bəzən ictimai xadim olmaları, onların
yaradıcılığından bir addım irəlidə gedirdi. Bəzən isə ictimai
xadim olaraq etdikləri hansısa yanlışlıq(lar) onları sənət zir‑
vəsindən üzüaşağı dərəyə yuvarladırdı. Düzdür, əsərləri ya‑
şayırdı, amma özləri toplumdan (demək olar, birdəfəlik)
təcrid olunurdular, gözdən düşürdülər, xəstəlik tapırdılar və
s. Hətta tabutları yollanan son mənzillərinin ünvanı 1‑ci Fəxri
Xiyabandan 2‑ciyə, 2‑ci Fəxri Xiyabandan adi şəhər‑kənd qə‑
biristanlığına belə dəyişə bilirdi...
Azərbaycan xalqı şair xalqdır, deyirlər. Hər yüz il statistik
hesablama aparsaq, yüzlərlə yazıçı‑şair gəlib‑gedir... ancaq
nəinki bir yüzillikdə, bəzən 300 ildən bir onlardan ikisi‑üçü
üzə çıxır... ya yox... XX yüzildən XXI yüzilə hələ ki, Mirzə
Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Mi‑
M A H İ R   Q A B İ L O Ğ L U
74


kayıl Müşfiq adlaya bilib, məncə... ancaq ictimailikdə bəlkə
də Sabir o birilərdən bir baş yuxarıdır. Çünki hər şeirdən bir‑
iki misrası yaddaşlar dəlir.
Kim nə deyər bizdə olan qeyrətə?
Qeyrətimiz bəllidir hər millətə...
yaxud
Millət necə tarac olur‑olsun, nə işim var,
Düşmənlərə möhtac olur‑olsun, nə işim var..?
yaxud da
Fəhlə, özünü sən də bir insanmı sanırsan? –
Axmaq kişi, insanlığı asanmı sanırsan?..
***
Bu yazının ilk cümlələrini oxuyub, elə bilməyin, mövzum
vətəndaş ədəbiyyatıdır və bu sətirləri yazan mən Mahir Qa‑
biloğlu isə ədəbiyyatşünasam. Bu bizim tarixdir. Keçmiş
özünü müdrik sayan hər bir kəs üçün sadəcə tarix kimi qiy‑
mətli olmalıdır.
Bu yazımı mən şair‑publisist, araşdırmaçı, ictimai xadim,
Türk Dünyası sözü dilinin əzbəri olan Əkbər Qoşalıya həsr
edirəm. Qəliz giriş də elə‑belə deyildi. Bilirsinizmi, hardan
qaynaqlanıb? Əkbər məni tanıdığı ilk gündən mənə nə Mahir,
Mahir bəy, şairoğlu deyir, nə də çeynənmiş saqqız kimi Mahir
müəllim. Mən “USTADOĞLU”yam onun dilində. Atamın
sağlığında da belə deyirdi, yoxluğunda da. Əkbər Qoşalı QA‑
BİLi və digər böyük şairlərimizi, yazıçılarımızı  özünə ustad
sayır. Atam QABİL də Səməd Vurğunu, Sabiri, Nəsimini, Fü‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
75


zulini, Nizamini özünə ustad sayırdı. Deməli, mənəvi zəncir
qırılmayıb. “Ustadına kəm baxan”ların çox olduğu bir zəma‑
nədə, yaxşı ki, Əkbər Qoşalı kimilər var...
İsa Hüseynovun ssenari müəllifi olduğu “26‑lar” bədii fil‑
minin sonunda belə bir epizod var, – buna rejissor tapıntısı da
demək olar: Ağcaqum səhrasında güllələn məyə aparılan ko‑
missarlardan birinə bir türkmən balası üzüm verir. O da sal‑
xımı alır, ondan bir giləsini qoparıb ağzına qoyur. Sonra salxımı
o biri komissar dostuna ötürür, yoluna davam edir. O da bir
üzüm giləsini qoparıb o biri komissar dostuna ötürür. Bu rəmzi
məna daşıyan epizod həyatımızın bütün sahələrinə aiddir. Əl‑
bəttə, “26‑lar” ideoloji‑siyasi yükündən arındırılmış şəkli ilə..!
O cümlədən ədəbiy yatımıza da aiddir. Beləliklə, arınmış “sal‑
xım ötürmə” olayı bugünümüzə gəlib çıxıb. Əkbər Qoşalı kimi
şair‑yazıçılarımızın əlindədir o salxımı ötürmək. Ötürməlidir‑
lər özlərindən sonrakılara. Bəs kimə? Bunun üçün şərait yeti‑
şibmi? Axı gərək bir addım, iki addım, üç addım irəli gedəsən
ki, başqaları da sənin arxanca gəlsin. Salxımdan bir gilə qoparıb
yemək isə çox böyük sorumluluqdur. Onu kimə ötürmək də...
Yəqin ki, “giriş”dən də aydın oldu ki, mən Əkbər Qoşalı‑
nın yaradıcılığından bəhs etməyəcəyəm. Onun yazdıqların‑
dan iki misra illər sonra dillər əzbəri olsa, mən də sevinərəm.
Bu misralar ustad saydığı QABİLin “Səhv düşəndə yerimiz”
misrası kimi 20‑30 il keçəndən sonra el misalına çevrilsə,
özümü xoşbəxt sayaram. Yəqin ki, o günü görəcəyəm.
Əkbər Qoşalı mənim üçün təkcə şair deyil. Əkbər Qoşalını
mən AzTV‑nin “Xəbərlər” proqramında işləyəndə tanımışam.
Heydər Əliyevin prezidentliyi dövrü idi. İctimai proseslər çox
sürətlə inkişaf edirdi. “Xəbərlər”in işçisi kimi bu proseslərin
içində olan bizlər, nala‑mıxa vuranları, ingilis bayrağı kimi hər
M A H İ R   Q A B İ L O Ğ L U
76


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə