50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə21/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   17   18   19   20   21   22   23   24   ...   85

Ziyalı
Azərbaycanda 100 zavod var. O 100 zavodun da 100 di‑
rektoru. Birini çıxarırlar, o birini təyin edirlər. Bəzən zavodun
fəaliyyətini dayandırırlar da, təməldən söküb yerində yaşayış
binası da tikirlər. Hüseynbala Mirələmov da o yüz zavod di‑
rektorundan biriydi. Səxavətli olmasıyla o birilərindən bəlkə
də fərqlənirdi. Bu xüsusiyyətinə görə əgər mənim fikrimi cəlb
etmişdisə, onda Hüseynbala müəllim haqqında yazmağa heç
dəyməzdi də... Çünki bu gün o, zavod direktoru deyil. Sa‑
dəcə, deputatdır. AzTV‑dən çıxdığım müddətdən bu yana heç
işim də düşməyib ona. Yoxsa, “Hüseynbala Mirələmov kim‑
dir?” sualıma “Zavod direktoru, millət vəkili, YAP Xətai
rayon təşkilatının sədri” – deyə cavab verib, yazımı elə bur‑
daca bitirərdim. Amma bu suala “Hüseynbala Mirələmov əsl
ziyalıdır” cavabı verib yoluma davam deyirəm. Amma hələ
1998‑ci ildir. Hüseynbala müəllim də mənim gözümdə sadəcə
zavod direktoru.
Azad Sucayev
Qaradağ Rayon İcra Hakimiyyətində Azad Sucayev adlı
bir şöbə müdiri vardı. 2002‑ci il idi. Günlərin bir günü zəng
etdi mənə. AzTV‑nin qapısında görüşdük. Elə bildim ki, nəsə
tədbir kaseti var, onu efirə vermək lazımdır. Amma mənə
başqa bir məsələylə bağlı sual verdi:
– Mahir, sizdə ədəbi‑dram verilişləri redaksiyası var?
– Var, Azad müəllim, ‑ deyə cavab verdim.
– Onun rəhbərini tanıyırsanmı?
– Tanıyıram.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
81


–  Məni onunla görüşdürə bilərsənmi?
Elə Azad müəllimin yanından daxili telefonla zəng etdim.
Sadıq müəllim otağındaydı. Azad müəllimi onun otağınacan
müşayiət edib, öz redaksiyama qayıtdım.
Üstündən bir‑iki ay keçmişdi. Azad müəllim yenidən zəng
vurdu. Məni Hökumət evinin binasında yerləşən Kinematoq‑
rafçılar İttifaqının zalına çəkilişə dəvət etdi. Onu da əlavə etdi
ki, bəs tədbir Hüseynbala müəllimin tədbiridir. Özüm də
məəttəl qaldım ki, niyə tədbiri zavodda yox, məhz hansısa ya‑
radıcı ittifaqda keçirirlər. Getdim. Zal tanınmış ziyalılarla
dolu idi. İşıq söndü. Kinoproyektor işə düşdü. Ekranda “Gül‑
lələnmiş heykəllər”, “müəllif Hüseynbala Mirələmov” sözlə‑
rini oxuyandan sonra artıq Hüseynbala Mirələmovu ilk dəfə
bir yazıçı kimi də tanımağa başladım. Film bitdi. Çıxışlar, mü‑
zakirələr oldu. Təqdimat mərasimi beləcə başa çatdı.
Bilmirəm fiziklərin “bir fakt təsadüfdür, ikincisi – tenden‑
siya, üçüncü qanunauyğunluq” deyimini bədii ədəbiyyata
şamil etmək olar, ya yox? Bundan çıxış edərək, mən də bu
əsərə, yaxud da onun AzTV‑də ekranlaşdırılmasına, Qarabağ
yanğılı Hüseynbala Mirələmovun içindən gələn əsərinə bir
təsadüf kimi yanaşdım. Burdan da başqa müsəlmansayağı bir
məntiq ortaya çıxartdım ki, “yəqin kiməsə pul verib yazdırıb.
Nə çox pula ehtiyacı olan, Əbdürrəhim bəy Haqverdiyevin
təbiriycə desək  “ac həriflər”, yəqin kişinin başını bişirib, beş‑
on manatını alıb, onu şirnikləndiriblər”. Qınamayın məni bu
fikrimə görə. Əsl müsəlman deyilik məgər?
57 yaşlı Hüseynbala müəllimlə ikinci dəfə belə tanış olduq.
Və bu tanışlıqda deyəsən mənim də rolum olmuşdu. Sonradan
bildim ki, Azad Sucayev Hüseynbala müəllimin qohumudur,
AzTV‑yə də məhz bu əsərin televiziya tamaşası kimi meydana
M A H İ R   Q A B İ L O Ğ L U
82


çıxması üçün danışığa gəlibmiş. Yəqin özü ürək eləməyib. Ağır
və məsuliyyətli addır yazıçı, şair, publisist titulları. Bunun mə‑
suliyyətini isə indiki dövrdə hər adam başa düşmür.
Təsadüfün qanunauyğunluğa çevrilməsi
2003‑cü il. “Durnalar qayıtdı”, “Son arzu”, “Tənha durna
uçuşu” əsərləri, 2004‑cü il “Simuzər”, “Babadil əfsanəsi”,
“Gəlinlik paltarı”, “Qırxıncı otaq” romanları, “Xəcalət”,
“Cəza” povestləri və daha sonra üç pyes və daha iki roman.
Artıq Hüseynbala Mirələmov zavod direktoru kimi yadda‑
şımdan silinmişdi. Nasir, ssenarist. Onu belə təqdim edirdilər.
Bu onun zavod direktoru kimi kollektivə təqdim olunması
deyildi. Bu titulların ömrü uzun, adı isə daha yüksək idi.
Kifayətlənmək, deməli həyatın sonu
İnsan dayanırsa, arzuları ölürsə, bu, bir növ cismani
məhvə bərabər bir şeydir. Yaradıcı adam daim axtarışda ol‑
malıdır. Nasir, ssenarist. Bu mərhələ keçildi. Bəs sonra? Bu
sualı onda Hüseynbala Mirələmova xitabən qiyabi mən də
vermişdim. Cavab isə özünü çox gözlətmədi. Növbəti hədəf
publisistika idi. Özü də yüksək səviyyədə. Geniş arenada.
Beynəlxalq miqyasda. Sovet dövründən əsası qoyulan “JZL”
– “Jizn Znamenitıx Lyudey” adlı bir layihə var. Rusca nəşr
olunur. Hüseynbala Mirələmov Heydər Əliyev, Zərifə Əli‑
yeva və İlham Əliyev kimi görkəmli şəxsiyyətlərə həsr olunan
kitabları ərsəyə gətirdi. Daha sonra azərbaycanca da çap et‑
dirdi. Hüseynbala Mirələmov bununla kifayətlənmədi. Kitab‑
ları digər xarici dillərə tərcümə elətdirərək dünyaya yaydı.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
83


Hər halda yaradıcılıqla məşğul olan bir adam və şair oğlu
kimi Hüseynbala müəllimin zəhməti, xalqımız qarşısında xid‑
məti öz yerində, təkcə bu nəşrlə bağlı ideyasını yüksək qiy‑
mətləndirirəm.
Qabil və “Gəlinlik paltarı”
Bir dəfə atamla söhbət zamanı Hüseynbala müəllimin
adını çəkdim. “Adını çəkdim” yox, sadəcə təriflədim. Əlini
yellədi. Bu o demək idi ki, xoşum gəlmir ondan. Mən də baş‑
ladım sualları yağdırmağa:
– Tanışsan?
– Yox, – deyə cavab verdi, – əsərləri də bir şey deyil. Yəqin
kimsə yazır əvəzinə.
– Oxumusan hansınısa? – bu dəfə də dilimi dinc qoyma‑
dım.
– Yox. Amma hiss edirəm.
Onları yaxınlaşdırıb tanış etmək istəyirdim. Atamın da xa‑
siyyətini bilirdim, Hüseynbala müəllimin də. Bilirdim ki, söh‑
bətləri tutacaq. 19 yaş fərqləri olsa da, 55‑dən sonra bu fərq
çox da gözə çarpmır. Nəsə mənim bu təşəbbüsüm alınmadı.
Amma...
Günlərin bir günü atam özü:
– Bu Hüseynbala nə yaxşı kişidir. Mən elə bilirdim ki, ca‑
vandır. Demə, yaşlı, nurani bir adammış. Fəxri Xiyabanda
idim. Özü yaxınlaşıb görüşdü. Kepka qoymuşdu. Hələ bir za‑
rafat da elədim ki, “kepka qoyma, buxara papaq qoy, mənim
kimi. Yerin bilirəm harda tikirlər. Göstərərəm sənə”.
İlk tanışlıqdan söhbətləri tutmuşdu. Hüseynbala müəllim
atama “Gəlinlik paltarı” adlı romanını avtoqrafla bağışla‑
M A H İ R   Q A B İ L O Ğ L U
84


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə