50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə29/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   25   26   27   28   29   30   31   32   ...   85

Kompüterin arxasında oturub başlayıram yazmağa. Xati‑
rədir də. Havaya uçub getməsin. Hava deyəndə, yəni ki, göyə
– o dünyaya. Heç olmasa yaddaşlarda qalsın. Və bu xatirələr
yalnız müstəqillik dövrünün seçki prosesinə aiddir.
Mən ilk dəfə əsgərlikdə səs vermişəm. Özü də SSRİ Ali So‑
vetinə seçkilərdə. Heç xəbərimiz də yox idi ki, seçkidir. İsti‑
rahət günü olmasına baxmayaraq, bizi səhər tezdən sıraya
düzüb gətirdilər Horadizdəki seçki məntəqəsinə. İçəri girdik.
Hərəmizin əlinə bir dənə bülleten verdilər. Orda da bir dənə
familiya yazılmışdı. Mən bu şəxsi tanımırdım. Ona görə də
üzümü yanımdakı dostuma tutub dedim ki, “mən bunu istə‑
mirəm. Gəl sənin adını yazım bülletenə. Sənə də səs verim.
Sən də mənim adımı yaz”. Bu cür də etdik. Mən ona səs ver‑
dim, o da mənə. Bunu Şaporev adlı bir əsgərlik yoldaşımız
gördü. Başladı ki, “bunlar qanunu pozdu. Bülleteni qaraladı‑
lar”. Amma ona məhəl verən olmadı. 19 yaşlı mənim ilk seç‑
kim beləcə yaddaqalan oldu. Bundan sonra kommunist olan
mən heç vaxt seçkiyə getmədim. Heç atam, anam da getmirdi.
Sovet dövründə seçki formal xarakter daşıyırdı. Namizəd tək
olurdu, amma adına seçki deyirdilər. Hətta SSRİ‑nin rəhbəri
Brejnevə belə bir lətifə qoşmuşdular ki, bu, ovaxtkı bütöv
seçki quruluşuna da aid idi:
Bir nəfər əlində bir qarpız Kremlin yanından keçir. Bu dəm
SSRİ‑nin rəhbəri Brejnev qarşısına çıxır:
– Nə yaxşı qarpızdır? – deyə Brejnev dillənir.
– Qurbandır, Leonid İliç. Buyur seç, götür.
– Məni dolamısan? – deyə Brejnev hirslənir. – Qarpız bir
dənədir. Nəyi seçim ki?
– Ay Leonid İliç, bəs biz sizi necə seçirik?
Amma müstəqillik dövründə vəziyyət tam başqa oldu. Elə
M A H İ R   Q A B İ L O Ğ L U
116


bil ki, azərbaycanlılardan sovet benzinini çəkib, yerinə demokra‑
tiya benzini tökmüşdün. Özü də ki, qıfla. Bir qramı da yerə
tökülməmişdi. İmamverdiyevlər ailəsi də, daha doğrusu ai‑
lənin başçısı Qabil bu cür demokratlardan idi. İlk seçkimiz
müstəqilliyə az qalmış şair Xəlil Rza ilə əlaqədar oldu. Atam
onun vəkili idi. Mən də vəkilin şoferi. Xəlil Rza bu seçkidə iki
dəfə deputat seçilsə də, Mütəllibov hakimiyyəti qanun po‑
zuntusu bəhanəsiylə üçüncü dəfə təkrar seçkiyə getdi. Üçün‑
cüdə isə Xəlil əmi özü zinharə gəlib, namizədliyini geri
götürdü. Bu prosesi başqa bir yazımda sizə çatdıracağam.
İndi isə məqsədim müstəqillik dövrü seçkiləridir.
1992‑ci il prezident seçkisi
Müstəqillik illərində ilk seçkimiz 1992‑ci ildə oldu. Seç‑
kiyə bir gün qalmış atam evə zəng etdi. “Sabah Sevinci də,
uşaqları da götür gəl. Pasportları da yadından çıxartma. Səs
verəcəyik, sonra da gedirik Yardımlıya gəzməyə” dedi. Mən
ailəmlə 9‑cu mikrorayonda yaşasam da, qeydiyyatda Hüsü
Hacıyev küçəsi, ev 19‑da idim. Səhər tezdən gəldim həyətə.
2‑3 yaşlı qızlarım da yanımızda seçki məntəqəsinə doğru ad‑
dımlamağa başladıq. Bircə, əlimizdə transparantımız çatış‑
mırdı: “Səs versək Elçibəyə, ümid var gələcəyə!”. O vaxt
məntəqə Şors küçəsində yerləşirdi. Yolda atam anama, mənə
və yoldaşıma xırda təbliğat kampaniyası keçdi.
– Bilirsiniz də kimə səs verəcəyik?
– Yox, bilmirik. – deyə cavab verdik.
– Necə yəni bilmirik? Əbülfəz Elçibəyə. Prezident o olma‑
lıdır. Ona ana südü kimi halaldır prezidentlik.
Heç nə demədik. Məntəqəyə daxil olduq. Orta məktəbdə
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
117


tanıdığım müəllimələrdən biri girişdə məni kənara çəkib:
– Mahir, bilirsən də kimə səs verməlisən?
– Bilirəm. Elçibəyə.
– Başın xarabdır? Nizami Süleymanova səs ver. O keçəcək.
Dünənki çıxışına televizorda baxmadın? Əgər o, prezident se‑
çilsə, yağın, ətin, ərzaq mallarının qiyməti aşağı düşəcək.
– Axı atam deyir ki, Elçibəyə səs verək...
İçəri girdik. Səs verdik. Əlbəttə ki, Elçibəyə. Çıxanda müəl‑
limə yenə də soruşdu ki, “kimə səs verdin?”. Cavab verdim
ki, Elçibəyə. “Ay‑hay” deyib hər iki əlini yellədə‑yellədə getdi.
Biz isə həyətə gəlib maşına mindik. Yol aldıq Yardımlıya.
Masallının Qəriblər meşəsinə çatanda adətincə atam maşını
sürdü İstisu bulağına. Əl‑üzümüzü yuduq, su içdik. Bu dəm
kənd camaatı atamı dövrəyə aldı ki, bəs “Qabil müəllim, bu gün
seçkidir. Biz də hələ səs verməmişik. Kimə səs verək?”. Cavab
qısa oldu: “Elçibəyə”. Cavabın qısalığı bu kəndliləri açmadı.
Ona görə də ikinci sual da gəldi: “Niyə axı məhz Elçibəyə?”
Atam yenə də konkret cavab verdi: “Mən Elçibəyə səs vermi‑
şəm. Ailəm də...”. Atamı əhatə edənlər “Qabil müəllim, deyir‑
siniz ki, ona səs versək hər şey yaxşı olacaq?” Atam bir an
duruxdu. Amma bu suala verdiyi cavab indiyəcən yadımdan
çıxmır:
“Tutaq ki, qapında usta işləyir. Danışmısan ki, bu işi görsə,
ona 5 manat pul verəcəksən. O da işini canla‑başla görür. Sən
də danışdığınız kimi, 5 manatı çıxarıb verirsən ustaya. Bu pul
ustaya ana südü kimi halaldır. O bunu qazanıb. İndi o usta
bu pulu nə edəcək – aparıb ailəsinəmi xərcləyəcək, araqmı
alıb içəcək, içəndən sonra sərxoş olub kiminsə başınımı yara‑
caq… – bilinmir. Onun sizə dəxli yoxdur. Konkret bu gündən
danışırıqsa, namizədlər içində prezidentliyə ən layiq insan
M A H İ R   Q A B İ L O Ğ L U
118


Əbülfəz Elçibəydir. Ona səs verin. Sabah necə olacaq, onu heç
kim bilmir. Zaman göstərər”.
1992‑ci ildə Əbülfəz Elçibəy prezident seçildi. Prezident ‑
liyi də çox az çəkdi. Sonralar atam “Elçibəy İmadəddin Nə‑
simi kimi yandı, getdi” deyirdi.
1995‑ci il – Parlament seçkiləri
Bu seçkilər nəinki bizim ailənin, əksəriyyətin yaddaşına
“14 şirvan məsələsi” kimi həkk olunub. Modern.az saytında
yayımladığım “Heydər Əliyevlə şair Qabilin zarafatları–1”
adlı videomaterialda bu söhbətin siz də şahidi olmusunuz.
Seçkilərə iki ay qalmış atam dedi ki, bəs mən də deputat
olmaq istəyirəm. O vaxt da deputat olmaq üçün 2000 seçici
imzası, bir də 140 min manat lazım idi. Yəni ki, “14 şirvan”.
Seçkilərdə qalib gəlsəydin “14 şirvan”ı geri qaytaracaqdılar.
Qalib gəlməsəydin və ya namizədliyin qeydə alınmasaydı,
“14 şirvan” batacaqdı. Atam da özünə güvənən, Prezident
Heydər Əliyevin böyük hörmət bəslədiyi bir insan kimi na‑
mizədliyini Nəsimi seçki dairəsindən irəli sürmək qərarına
gəldi. Niyə Nəsimi rayonu? Çünki Nəsimi haqqında poema
yazmışdı, ona görə. 
Gəldik dairəyə. Çox çətinliklə əldə etdiyimiz “14 şirvan”ı
(indiki pulla 25 dollar. Gülməlidir, elə deyilmi?) ödədik. Atam
kağız‑kuğuz işinə qarışmadı. Mən və şair Azər Abdulla “yükü”
öz aramızda böldük. 2000 imza tutumu olan imza vərəqələrin‑
dən əlavə 500 imzalıq da vərəqə verdilər ki, artıq yığaq. Birdən
imzalarda nəsə problem olsa, yerini doldurmaq olsun.
Xülasə, başladım imza toplamağa. Qapı‑qapı gəzirdim.
Xüsusilə də günorta vaxtı. Çünki qadınlar “Şair Qabilin və‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
119


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə