50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə26/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   22   23   24   25   26   27   28   29   ...   85

Yoxsa, bu suala görə iki yüz faiz “vəzifəmi” itirəcəkdim.
İndi ay oxucu, neyləyim?  Deyəcəksiniz ki, get yuxunu
suya danış. Mən də elə etdim. Demə inanclara görə, pis yu‑
xunu da, yaxşı yuxunu da suya danışmaq lazımdır. Pis yu‑
xunu suya danışarlar ki, yuyub aparsın. Yaxşı yuxunu da
suya danışarlar ki, aydınlıq olsun. Mən də o saat keçdim ha‑
mama. Suyun kranını açdım. Nə görmüşdümsə, hamısını da‑
nışdım – sizə nəql elədiyim kimi. Üstündən 3‑4 saat keçmişdi
ki, bir də gördüm saytlar başladı, nə başladı. Gözümə inan‑
madım. MTRŞ ANS‑in bir neçə verilişini dayandırıb. Ürəyi
soyumayıb, hələ 54 min manat cərimə də edib. Peşman oldum
yuxumu suya danışmağa. Bir dostuma dedim bu hərəkətimi.
Dedi ki, “ay başıxarab, ata‑babalarımız, nənələrimiz yuxunu
axar suya, çaya‑bulağa danışırlarmış. Krandan axan, kanali‑
zasiyaya gedən suya da yuxu danışarlar? Ara yerdə də ANS‑
i cərimələtdirdin. Sən belə elə. Başqa inanclardan istifadə et.
Bizim Zəngəzur bölgəsində belə bir inanc var: “Yuxunu qa‑
rışdıranda itə çörək, toyuğa bir qab dən atarsan. Son ‑
ra suya nağıl eləsən, xətər sovuşar”.
Əlacsız qalıb əlimə iki dilim kolbasa, bir də quru çörək gö‑
türüb çıxdım həyətə. Ölüm‑zülm bir dənə qotur it tapdım.
Kolbasanı ona atdım. Onun da heyi olmadı ki, durub kolba‑
sanı yesin. Bu dəfə quş axtardım. Sərçələr qəhətə çıxmışdı.
Səpdim yerə çörəyi. Oturdum gözlədim. Quş gəlmədi ki, gəl‑
mədi. Dostuma zəng etdim ki, bu nə bəladır saldın məni. Nə
fərli‑başlı it tapa bilirəm, nə də quş. O da gülə‑gülə cavab
verdi ki, “Zəngəzurda quş həyətimizdəki toyuq‑cücə idi, it
də bütün həyətlərdə vardı, vəfalı dostumuz idi. Çay da həyə‑
timizdən axırdı. Sən Bakıda it, quş axtarma, rayona get”.
İşim‑gücüm qurtarıb? Mən kolbasamı atdım, dənimi də tök‑
M A H İ R   Q A B İ L O Ğ L U
102


düm, kranı açıb suya da danışdım. Mən vətəndaşlıq borcumu
yerinə yetirdim. Vicdanım təmizdir.
Üstündən üç gün keçmişdi ki, MTRŞ ANS‑i 160 min də
qoydu boynuna. Qaldım belə. Axı mən nə qələt elədim, bu yu‑
xunu gördüm. Yuxu görmüsən? Əcəb eləmisən. Day bunu
suya niyə danışırsan? Üstəlik, İTV‑ni də 100 min manat ziyana
saldın. Nədi, nədi yuxumda “Tbilisi” yerinə, “Tiflis” deyib.
Özümə yer tapmırdım. Daha heç kimə danışmadım yuxumu.
İnternetə girdim. Gördüm ki, Mədəniyyət və Turizm Nazirli‑
yinin saytında “El‑məişət inanc və yozumları” bölməsində “Pis
yuxu görəndə pəncərənin qırağına pul qoyarlar” yazılıb.
Amma məbləğ yazılmayıb. Yəqin ki, simvolik bir məbləğ olar.
Cibimdən 1 manat çıxarıb qoydum pəncərənin qırağına. Elə
bunu görmüşdüm. MTRŞ ANS‑i 24 min manat da cərimə etdi.
Pah atonnan, “TOPAZ”a nə qədər bir manat qoysam da, bir
qəpik də qazanmırdım. MTRŞ mənim 1 manatımla 24 000
manat birdən qazandı. Burda deyiblər e... “Bəxtəvər başlarına”.
Ay oxucu, indi özümü ANS‑in qabağında günahkar hesab
edirəm. Birinci, o pis yuxunu gördüyümə, ikincisi də inanc‑
lara inanıb, yuxumu suya danışdığıma görə. Görəsən güna‑
hım varmı. Yox. Günahım yoxdur. Düzünü desəm, günah elə
Mir Şahinin özündədir. Bu yazımı serial həvəskarları oxusa,
“Fatmagülün suçu nə” serialı təbirincə mənə belə bir sual ün‑
vanlayacaqlar: “Mir Şahinin suçu nə?..”  Necə yəni nə? O
boyda jurnalist bilmir ki, Makao boyda dövlətin paytaxtı ha‑
radır? Özü də ki, Nuşirəvan Məhərrəmlinin sualının cavabı
sualda ola‑ola.
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
103


GENERAL ŞƏRƏFİ
Generalı həbs edərlərmi? General əsir düşərmi? Sovet
dövrünün yetirməsi olan mən üçün bu, ağlasığmaz bir şeydir.
Lap tarix kitablarında da bu barədə çox oxumuşuq. General
müharibə şəraitində heç vaxt təslim olmaz. Düşmənin qalib
gələcəyini zənn etdikdə belə, ya öz ordusuyla sonacan vuru‑
şub həlak olar, ya da ustalıqla geri çəkilib yenidən hücuma
keçər. Böyük Vətən müharibəsində  hər hansı sovet generalı‑
nın əsir düşdüyünü eşitmisinizmi? Xeyr. Amma faşist  Feld‑
marşal Fridrix Paulyus və daha 17 generalın əsir düşməsi
tarixi faktdır. Paulyus əsir düşməmək üçün özünü güllələ‑
mədi, zabit şərəfini qorumadı. Müharibədən 12 il sonra da
Sovet Almaniyasında – ADR‑də yaşadı və əcəliylə öldü.
Amma  müharibə əlili olan oğlu onun ölümündən üç il sonra
atasının kommunistlərə satılmasına etiraz əlaməti olaraq
özünü güllələyib intihar etdi.
Generallar əsir alınacaqlarını və ya həbs olunacaqlarını
hiss etdikdə həyat yoldaşlarını da yaddan çıxartmırlar. Birinci
onları, sonra isə özlərini güllələyirlər. (SSRİ‑nin daxili işlər
naziri Boris Puqo) Generallar özlərini zəhərləmirlər, yaxud
da asmırlar, 10‑cu mərtəbədən yerə atmırlar. Generallar özlə‑
rinin tabel silahlarını gicgahlarına dirəyib, sadəcə bircə atəş
açırlar. Vəssalam. General rütbəsinə qədər, uzun illər boyu
qazandıqları şərəfi, ailələrinin şərəfini buraxdıqları bir səhvə
qurban verməmək üçün, günahlarını gülləylə yuyurlar. Öz
cəzalarını özləri verirlər. Sonda elə general kimi  dünyadan
köçürlər. Sonradan heç bir prokuror təqdimatı, məhkəmə qə‑
M A H İ R   Q A B İ L O Ğ L U
104


rarı onları bu general rütbəsindən məhrum edə bilmir. Yalnız
SSRİ daxili işlər naziri general‑polkovnik Şelokov iki il bu qə‑
rarında gecikmişdi. Çünki günahının olmadığına inanırdı.
Amma general‑polkovnik rütbəsindən mərhum edildikdən
sonra, özünü ov tüfəngiylə qətlə yetirmişdi. Arvadı isə ondan
bir il yarım əvvəl özünü qətlə yetirmişdi. İndi deyəcəksiniz
ki, nə fərqi var? Bir il yarım əvvəl, ya sonra.  Qadın general
arvadı kimi dəfn olundu, Şelokov isə zabit şərəfini itirən adi
sovet vətəndaşı kimi.
General olmaq çox çətin, şərəfli bir işdir. Məsələn, Stalinin
oğlu general Vasili Stalin hərbi təyyarəçi kimi almanlara qarşı
döyüşə gedəndə heç vaxt paraşüt götürmürmüş ki, birdən
əsir düşər. Ölməyi üstün tuturmuş. Rusların belə bir məsəli
var. Onun bütün xalqların əsgərlərinə aid etmək olar: “Плох
тот солдат, который
не мечтает быть генералом”Mən
bu ifadəni azərbaycanca “General olmağı arzulamayan əsgər,
əsgər deyil” kimi eşitmişəm. General olmaq isə çox çətindir.
Uzun, məşəqqətli bir yol keçməlisən.
Hər bir hərbçi – ya əsgər olsun, ya da general, marşal –
papaq qoyur. Əsgərin papağı süni dəridən olur. Zabit polkov‑
nik rütbəsinəcən dovşan dərisindən tikilmiş papaq qoyur.
Polkovnikin papağı formaca dəyişməsə də qaragül dərisin‑
dən tikilir. Generalı  isə papağından uzaqdan tanıyırsan.
Papaq qaragül dərisindən, özü də hündür olur. Papaq namus‑
dur. Papaqdakı bu fərq isə o deməkdir ki, general daha çox
insanın, ordunun şərəfinə, namusuna, qeyrətinə cavabdehdir.
Zabitlər bir‑birinin yanından keçəndə lap marşal olsun, əs‑
gərin ona hərbi təzim etməsinə, yəni ki, barmaqlarını cütləş‑
dirib  gicgaha aparıb salamlamasına eyni qaydada cavab
verməlidir. Bu nizamnamədir. Sovet ordusunda xidmət elə‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
105


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə