50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə34/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   30   31   32   33   34   35   36   37   ...   85

Sovet dövrü olmasına baxmayaraq,  heç bir dövlət orqanı
cürət edib camaatın onu ziyarət etməsinə qadağa qoymurdu.
Sadəcə cürət etmirdilər. İndi də...
VANQA
Sovet dövrünün məşhur baxıcılarından, el dilində desək fal‑
çılarından biri Vanqa idi. O, sovet Bolqarıstanında yaşasa da,
fəaliyyətinə heç bir məhdudiyyət qoyulmurdu. Qapısında hə‑
mişə növbə idi. Hətta məşhur adamlar da ona pənah aparanlar
arasında olurdular. Onlardan biri də Kirsan İlyumjinov olub.
Yəqin tanıyırsınız. 90‑cı illərdə baxıcını ziyarət edərkən Vanqa
ona “sən iki dəfə prezident olacaqsan” deyir. İlyumjinov da
məəttəl qalır ki, axı o, necə prezident ola bilər. Özü də ki, Boris
Yeltsin təzəcə Rusiyanın prezidenti seçilib. Vətənə qayıtdıqdan
sonra onu Kremlə dəvət edirlər. Kalmık Respublikasının yara‑
dıldığını və onun bu respublikaya ilk prezident təyin olundu‑
ğunu nəzərinə çatdırırlar. Verdiyi müsahibədə İlyumjinov
qeyd edir ki, artıq Vanqaya inanmağa başlayır. Amma ikinci
dəfə necə prezident olacağını ağlına belə gətirmir. Üstündən
bir‑iki il keçmiş ona Beynəlxalq Şahmat Federasiyasından mək‑
tub gəlir ki, bəs sən federasiyanın prezidenti seçilmisən.
VOLF MESSİNQ
Dünya bu cür insanların bacarığından istifadə edir. Biz isə
qadağan edirik. Bəlkə də qurunun oduna yaşı da yandırırıq.
Görəsən dünyada olduğu tək Azərbaycanda da mükəmməl
falçılar yoxdurmu? Bunu təyin edib üzə çıxarmalıyıq, yoxsa
ucdantutma “xalq düşməni” elan edib, “tonqalda yandırma‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
135


lıyıq?”.  Deyəcəksiniz ki bəs Tofiq Dadaşov, Zirəddin. Yaxşı
ki, onları falçı çağırmırıq. Özü də ki, vaxtında ağıllı tərpənib‑
lər. Moskvaya qaçıblar. Yoxsa biz azərbaycanlılar parapsixo‑
loq, ekstrasens, zad bilmirik. Bizimçün hamısı falçıdır.
Ata‑babalarımız belə çağırıb, biz də belə çağıracağıq.
Qayıdım mətləbə. Volf Messinq adlı mentalist, ürəkoxuyan
olub. Hitler onun bütün ailəsini qırdığından sovetlərə sığınıb.
Konsertlər verərək, zalda oturanların fikirlərini oxuyurmuş.
Qazandığı pulların hesabına müharibə vaxtı iki qırıcı təyyarə
hazırlatdırıb Sovet ordusuna hədiyyə edib. SSRİ rəhbəri Stali‑
nin ondan çox da xoşu gəlməsə də, himayə edirmiş. 
Stalinin oğlu general‑leytenant Vasili Stalin həm də hərb‑
çilərdən ibarət xokkey klubunun rəhbəri olub. Klubun han‑
sısa səfər oyununa getmək ərəfəsində Volf Messinqə
öncəgörənlik gəlir. Telefonu götürüb Stalinə zəng edir ki, bu
idman səfərini, yəni ki, təyyarə reysini təxirə salsın. Bəs təy‑
yarə partlayacaq. Stalin bu xəbərdarlığı qulaqardına vursa da,
yoxlamağa qərar verir. Beriyaya da deyir ki, oğlunun aero‑
porta gecikməsini təmin etsin. Təyyarə uçur və partlayır.
Bütün komandayla bir yerdə. Komandadan təkcə Vasili Sta‑
lin, məşhur xokkeyçi və sonralar əfsanəvi məşqçi Anatoli Ta‑
rasov sağ qalır. Vasili Stalin Messinqin sayəsində, Tarasov isə
sadəcə xəstələndiyinə görə.
SON
Hacı Şahin Həsənlinin “Falçılıq dini nöqteyi‑nəzərdən qa‑
dağandır. “Quran”da falçılıq qadağan edilir və insanların
bundan çəkinməsi tövsiyə olunur. Falçılıq insanların inancın‑
dan sui‑istifadə etmək deməkdir. Buna görə də falçılığın qa‑
dağan olunması müsbət haldır və komitə rəhbərinin bu
M A H İ R   Q A B İ L O Ğ L U
136


təşəbbüsünü də müsbət dəyərləndirirəm” fikirlərinə hör‑
mətlə yanaşıram. Burdan belə çıxır ki, Dini Qurumlarla  İş
üzrə Dövlət Komitəsi məhz dini baxışlardan çıxış edərək fal‑
çılığa qarşı müharibə elan edib. Özü də qanun səviyyəsinə
qaldırmaq şərtiylə. Amma inanmıram. Elə olsaydı:
Bəs görəsən dinimizdə şərab içmək günah deyilmi? Uyuş‑
duruculardan istifadəyə icazə varmı? Faizlə pul verib, faizə
əmanət qoymaq necə? Bəs dinimizdə bağışlamaq, əfv etmək
yalnız Allaha mənsub deyilmi? Aşurada zəncir vurub baş ya‑
rarlar, yoxsa donorluq edərlər? Bəs onda falçılara qarşı müha‑
ribə elan edən Dövlət Komitəsi bu sadaladığım hallarda niyə
susur? Danışmır. Demir ki, şərab, araq, konyak, pivə və digər
spirtli içkilərin satışı qadağan edilsin. Hələ mən dükan‑mağa‑
zalarda satılan donuz ətini, donuz piyini – “sala”nı demirəm...
Dövlət Komitəsi niyə demir ki, narkotik dövriyyəsinin yol‑
ları bağlansın. Banklar sələmçiliklə məşğul olmasınlar.  Aşura
qan vermək üçün deyil, zəncir, sinə vurub, baş yarmaq üçün‑
dür.
Yaxşı, əgər dini nöqteyi‑nəzər yoxdursa, bəs onda falçılar
niyə komitənin yadına düşüb? Yəqin xalqı aldatdıqlarına
görə. Daha doğrusu, içlərinə girən cin‑şəyatinlərin insanları
başa düşüb yaralarına duz tökmək istəmədiklərinə görə.
Onda UZİ‑lər – hamilə qadınlar üçün ultra səs müayinəsi
ləğv edilsin. Çünki uşağın cinsini əvvəldən deməklə falçılıq
edirlər, pul qazanırlar.  Bununla da neçə‑neçə qız uşağının
qətlinə fərman verirlər. Allahın işinə qarışırlar. Bəzən aferist‑
lik edərək “görmək olmur e... uşaq ayağını bir‑birinə yaman
sıxıb” deyirlər. Yalansa üzlərinə lənət. Görürlər ki, qızdır. Qız
desələr pullarını kəsəcəklər. Ona görə belə deyirlər.
Komitə çıxıb televizora niyə demir ki, ay camaat sizi alda‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
137


dırlar. Din yolunda şəhid olana o dünyada huri‑mələk zad
verməyəcəklər. Çünki bədən və onlarla cinsi əlaqədə olmaq
üçün lazım olan cinsiyyət üzvü fani dünyada – torpaqda qalıb
çürüyür. Haqq dünyasına yalnız ruh gedir. Deməzlər. Ona
görə heç özləri də bilmirlər ki, o dünya var, ya yox.
“Filan nazir işdən çıxarılacaq”, “Neftin qiyməti 20 dollar
olacaq”, “Manatı növbəti devalvasiya gözləyir”, “Seçkidən
sonra iki nazirlik, beş komitə ləğv olunacaq” və sair, ilaxır. Mət‑
buatda gedən bu qəbil xəbərlər falçılıq deyilmi? Deyəcəksiniz
ki, bu falçılıq deyil, proqnozdur? Sabah oynanılacaq futbol
oyunlarına evini satıb pul qoymaq necə? Bu da proqnozdur?
Yox, deyəcəksiniz ki, bu mərcdir. Bəs mərci uduzsa, qoyulan
pulun batması necə? Falçı çox aldadır, yoxsa TOPAZ?
Yaxud da “Sabah yağış gözlənilmir. Hava günəşli olacaq”.
Səhər durursan ki, leysan tökür. Bu nədir? Yalançı falçılıq de‑
yilmi?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ehsan, başdaşı
mafiyasıyla bacarmadı. Yenə köhnə hamam, köhnə tas. Pul
qalib gəldi. İndi də keçib mənəvi məsələlərə. Milli Teleradio
Şurası camaatın üz tutduğu sosial xarakterli verilişləri bağla‑
yır, Dini Qurumlarla İş üzrə Komitə isə falçıların bazarını.
Növbə münəccimlərin, ektrasenslərin, əlləriylə şəfa verən milli
Cunalarındır. Falçıların, cadugərlərin isə layiq olduğu bir cəza
var: “Qədim zamanlarda, inkvizisiyanın buyurduğu kimi ton‑
qalda yandırılmaq”. Başqa cəza görmürəm. Komitə bacarırsa,
Azadlıq meydanında tonqallar qalasın. Bacarmırsa, bu qanu‑
nun heç bir təsiri olmayacaq. Necə ki, narkomaniyanın, fahi‑
şəliyin və oğraşlığın kökünü kəsmək olmur ki, olmur.
2015
M A H İ R   Q A B İ L O Ğ L U
138


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə