50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə42/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   38   39   40   41   42   43   44   45   ...   85

hədiyyəni bədənimə necə yerləşdirəcəyəm? Bilmirəm. İndidən
çox qayğılıyam. Vəzifəli adam olsaydım, hər ad günündə heç
olmasa 20 dənə qızıl qol saatı qabaq düşərdim. Axı, yaşlı kişi
üçün bundan abırlı hədiyyə hələ də icad edən tapılmayıb.
İndi deyəcəksiniz ki, Mahir, axı nə istəyirsən? Nəvələrin,
qızların tort gətirir – bəyənmirsən. “Feysbuk” dostların vir‑
tual hədiyyə atəşinə tutur – bəyənmirsən. 20 dənə qızıl qol
saatı da ola bilsin ki, nəvaxtsa gəlsin. Onu da bəyənmədin.
Axı, nə istəyirsən? De da...
Heç nə. Təkcə varlığınız bəsdir. Sadəcə  istəyirəm ki, 1 ya‑
şından 17 yaşına qədər şair Qabillə Bəyimin yeganə övladları
Mahirçün keçirdikləri ad günündən danışım. İstəyirəm sizi
də xəyalən o illərdə qalan ad günümə dəvət edim. Vəssalam.
Başlayaq?
Daxıl
17 illik bir tarix mənimçün iki yerə bölünür. 4 yaşına qə‑
dərki dövrdə hazırlıq prosesi yadımda qalmayıb. Qalan 13 il
isə ad günü ərəfəsi mənim üçün çox “əzablı” keçib.  Hər de‑
kabrın 4‑ü ərəfəsində ənənəyə uyğun olaraq atam daxıl alırdı.
Köhnəni sındırıb, pulları stolun üstünə tökürdük. Yeni daxılı
isə onun yerinə qoyurduq. İl boyu atam, anam hər dəfə maaş
alanda daxıla pul atardılar. Yaxud da xırda pul atamın cibinə
ağırlıq edəndə, onları daxıla – 1 illik “katorqa”ya göndərərdi.
Dayılarım, xalalarım, yaxın qohumlar evə gələndə köhnə qa‑
raçılar kimi (əvvəllər qaraçılar əl açmırdılar. Əllərində dəmir
nəlbəki tutaraq dilənirdilər) daxılı gətirib qabaqlarında daya‑
nırdım. Gözümü də gözlərinə zilləyirdim. Çəkilib dəf olmur‑
dum. Ta ovaxtacan ki, daxılın dəliyindən içəri nəsə keçsin.
Verməyəndə pərt olub ağlayırdım. Ağlayanda qazancım
M A H İ R   Q A B İ L O Ğ L U
168


dəmir yox, kağız pul olurdu. “Ağlayanın payı ikiqat olar” ata‑
lar sözü bax burdan yaranıb. Bu xasiyyətimlə indi, bəlkə də
maliyyə‑vergi sistemində işləməliydim. Alınırdı məndə cib‑
dəki pulu gözəyarı müəyyən etməklə pul qopartmaq.
Atam həmişə gipsdən düzəldilmiş heyvan fiqurlu daxıl
alardı. Amma günlərin bir günü çəlləyi xatırladan dəmir daxıl
aldı. Vədə çatdı. Daxılın ağzını konservaaçanla açdıq. İçini
stolun üstünə boşaltdıq. Nə görsək yaxşıdır? Gümüşü rəngli
10, 15, 20 qəpiklər qapqara qaralıb. Səhərəcən sürtmüşük bu
pulları, ta ağaranacan. Sizi çox da intizarda qoymayım. Gəlim
mətləbə. Yəni ki, daxıldan çıxan pulun məbləğinə. 180, 200,
bəzən də 250 rubl olurdu. Bundan çox çıxmırdı. Həmin gün‑
lər həm də maaş günü olduğundan, atam əmək haqqısını da
üstünə qoyub səhər tezdən çıxırdıq bazarlığa.
“AD GÜNÜ” filmi
Bu filmə hamınız baxmısınız. Amma atam nəzərdə tut‑
duğu menyunu həyata keçirsəydi, buna pulumuz çatmazdı.
Müasir dildə desək, “Dosta zəng” köməyə çatırdı. Daha doğ‑
rusu, ənənə halına düşdüyündən dostlar, qohumlar özləri
zəng edərdi.
Birinci, Lənkəranda sərhədçilik həyatı yaşayan xalam əri
Abbasəli Novruzov. (indi general‑mayor). Zəng edib sadəcə
vaxtını dəqiqləşdirərdi. Səhər ata‑bala oturardıq “Jiquli”mizə.
Üz tutardıq Duvannıya. Yəni ki, Qaradağ rayonu Qobustan
qəsəbəsinə. Sürəti 40‑60‑dan yuxarı qaldırmayan atamla 1
saata gəlib çıxardıq Qobustanın girişinə. Xalam ərinin  dediyi
adam da sövdələşdiyimiz vaxtda öz maşınıyla gələrdi ora. Ba‑
qajı açar, kisəyə qoyularaq səliqəylə bürmələnmiş asetrin ba‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
169


lığını və iki kiloluq banka qara kürünü çıxararaq qoyardı ma‑
şınımıza. Sonra da ata‑bala yavaş‑yavaş qayıdardıq şəhərə.
Sonra Mərdəkanda yaşayan dostu Xan Mərdəkanlı zəng
edərdi. Rəsmi adı Xanbaba Məmmədov idi. Amma atam onu
Xan Mərdəkanlı çağırardı. Ona “Xan Mərdəkanlı” adlı şeir də
həsr eləmişdi. Zəng edib deyirdi ki, 4‑ü axşam oğlum Zakirlə
sizdəyəm. Bu da o demək idi ki, uşağın hədiyyəsi hazırdır:
üç cür qutab və Mahirin akvariumu üçün qızıl balıqlar. Ata‑
mın üzü gülürdü. Ağ balığın qızartması, qara kürü,  üç cür
sac qutabı. O vaxt bu nemətlər əlçatmaz və baha idi. İndi də.
Yox indi əlçatmaz deyil, əfsanədir.
Qalırdı başqa yeməklər. “Stoliçnı salat”, təzə pomidor‑
xiyar, kənd və holland pendiri, soyutma toyuq, ləvəngi toyuq,
meyvə, göyərti, borjomi, limonad və Bakı vinzavod‑2 arağı.
Plov, yanında da iki cür qara. Bax bu vaxt anamın səsi başla‑
yırdı yavaş‑yavaş çıxmağa. “Qabil, mən iş adamıyam. Gücüm
çatmayacaq”. Bunun cavabında isə atam nə desə yaxşıdır?
“Mən bu qədər qonaq çağırmışam. Hamısı da deyib ki, gələ‑
cəyik”. Çox məsuliyyətli adam idi anam. Bircə onu soruşdu
ki, bəs “neçə nəfər?” Atam da “heç, 10‑12 nəfər olar”.
Beş dayım və digər qohumların bu saya daxil olmadığını
bilən anamın rəngi qaçırdı: “Keçən dəfə də 10 demişdin, 25
nəfər gəldi. Uşaqlar (dayılarımı nəzərdə tuturdu) pilləkənlə‑
rin üstündə yeyib‑içirdilər”. Atam isə bütün bunları qulaqar‑
dına vurub “hazırla süfrəni” əmrini verirdi. Yox, başqa cürə
başa düşməyin. Mebellə dolu 15 kvadratmetrlik otağa sizcə,
neçə qonaq sığışa bilərdi? Bu barədə bir az sonra.
Dekabrın 2‑si olmasına baxmayaraq artıq “ad günü”nün
həyəcanını yaşamağa başlayan anamın deyinməyinin qarşı‑
sını almaq üçün atam telefonu götürüb zəng edərdi: “Nərgiz
M A H İ R   Q A B İ L O Ğ L U
170


xalaqızı, Mənzər dayıqızı, gəlin köməyə”. Onlar da həmən
haya çatardılar. Atam da evin tək uşağı olduğundan uşaqlıq‑
dan ərköyün böyümüşdü. Bir sözünü iki eləməmişdilər.
Birinci düyünü arıtlayıb hazır qoyardılar. İndiki kimi de‑
yildi. Yəni ki, həqiqi düyü satardılar o vaxt sovet adamına,
plastik yox. Sonra qara üçün lazım olan şabalıdın başlarını
kəsib qaynamağa hazır qoyardılar. Kişmişi bir‑bir saplağın‑
dan təmizləyərdilər. Kartof, yumurta, kökü qaynadandan
sonra qabığından çıxarardılar. Xırda‑xırda doğrayıb emal lə‑
yənə tökərdilər. Üstünə xırda doğranmış şor xiyar və toyuğun
qaynadılmış döş ətini əlavə edərdilər. Xama və mayonez isə
qonaqlar gəlməmişdən qabaq əlavə olunardı ki, salat tez tur‑
şumasın və ya su salmasın. Mayonez moskovski olsa da,
xama bakinski idi. Yəni ki, keyfiyyətsiz. Bütün bu proseslərdə
gələcəyin kişi aşpazı cubbulu Mahir İmamverdiyev də yavaş‑
yavaş püxtələşib böyüyərdi.
Başınızı çox ağrıtmayım. Yarımfabrikat məsələləri dekabrın
2‑si və 3‑ü beləcə həll olunardı. Dekabrın 4‑ü el dilində desək,
anamın təzyiqi qalxardı. Hətta həyəcandan ürəyi bulanardı.
“Birdən çatdırmaram və ya yaxşı alınmaz” deyərək. Atam isə
bir gün qabaq mənimlə bazarlığa çıxar, içki, meyvə, tərəvəz tə‑
darükünü görərdi. İşgəncəydi mənimçün. Dörd mərtəbəni
neçə dəfə qalxıb‑düşmək olar axı? Ona görə də həmişə anamın
tərəfində olurdum. İstəmirdim ad günümün keçirilməsini.
Bir gün qabaq dayılarım mənimçün gözəl hədiyyələr gə‑
tirirdi. Məsələn, qarmon sistemiylə çalışan pianino. Dayım
Fikrət üstünə şeirlə təbrik də yazdırmışdı:
İndi sənin 7 yaşın var, Mahir,
İstəyirəm hey çalasan “Şur”, “Mahur”.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
171


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə