50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə43/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   39   40   41   42   43   44   45   46   ...   85

Növbəti ad günlərinin birində Vaqif dayım bunu “Röyniç”
alman pianinosuna çevirdi. Yeddi il də beləcə 6 nömrəli mu‑
siqi məktəbinin yollarında qaldım. Əlavə təhsil yükü altında
sızıldamağa başladım. Niyə belə deyirəm? Çünki onda bunun
xeyrini qanmırdım. Uşaq idim axı...
Ad günü məlum olurdu ki, bəs atam çox adam çağırıb.
Krovatları söküb qonşu Bayram Bayramovgilə daşıyaraq,
yataq otağını da boşaldırdıq. Qonaq otağındakı divanı baş tə‑
rəfdə çəpəki qoyurduq. Üstünə çoxlu döşək‑yorğan qalaqla‑
yırdıq ki, oturanların boyu stola çatsın. Orda əsasən yaşlı
adamlar və tamada otururdu. İlk illərdə tamada Xalq şairi
Məmməd Rahim idi. O, öləndən sonra bu posta qonşumuz,
şair Qasım Qasımzadə layiq görüldü.
Xülasə, qonşulardan stol‑stulların hamısı müvəqqəti ola‑
raq müsadirə olunurdu. Boşqab, çəngəl‑bıçaq çatmayanda
məni qonşuya qaçırdardılar. Sonra süfrəni salıb başlayardıq
“servirovka”ya. Mənzər dayıqızı bütün süfrə etiketlərini
mənə başa sala‑sala gözəl bir süfrə açardı.
Qonşuların da hamısı  dəvətli idi. Sayım?  Baş üstə. Bay‑
ram Bayramov və Zümrüd xala, İsmayıl Şıxlı və Ümidə xala,
Hüseyn Abbaszadə və Solmaz xala, Orxan Çəmənzəminli və
Fəridə xala, Əkbər Ağayev və Həlimə xala, Məsud Əlioğlu və
Rəna xala, bəzən Samvel Qriqoryan (onda ermənilər bizim
“qardaşımız” idi), Salam Qədirzadə və Roza xala, Əliağa Kür‑
çaylı və Şəhla xala, Məmməd Rahim və Mələk xanım, Qasım
Qasımzadə və Tamara xala, Nəbi Xəzri və Gülarə xala, Xəlil
Rza və Firəngiz xala, Əmir Mustafayev və Ofelya xala, Sabir
Şıxlı və Qənirə, beş dayım, atamın dayısı‑xalası uşaqları və
Qabilin 28 kvadratmetrlik  2 otaqlı mənzili. Necə yerləşirdi
bu qədər qonaq ora? Yəqin ki, ürək geniş olanda kvadratura‑
nın azlığı əsas rol oynamırmış. Bu proses 10 yaşımacan
M A H İ R   Q A B İ L O Ğ L U
172


davam elədi. Ta o vaxtacan ki, dayılarım üsyan qaldırdı:
“Qabil, biz nəvaxtacan böyük otaqda deyilən sağlıqları eşidib,
blokda – pilləkənlərin üstündə bu sağlıqlara badə qaldıraca‑
ğıq? Pilləkənlərin üstündə qəzet salıb, süfrə düzəldəcəyik?”.
Bax, bu iraddan sonra atam ayıldı. Yemək‑içmək  bol olsa da,
dəvətlərə məhdudiyyət qoydu. 
Mən isə çox yorulurdum. Lap “Ad günü” filminin qəhrə‑
manı kimi. Məclis başa çatandan sonra stol‑stulu qonşulara
daşıyıb, qaytarmaq, boşqabları yuyub‑qurulamaq, evləri sə‑
liqəyə salmaqda anama kömək edirdim. Çünki evin həm qız,
həm də oğlan övladı mən idim. Atam isə məclisdən aldığı
ruhi qidanın laylası altında artıq ikinci yuxusunu görürdü.
Bu ad günlərində ən çox sevindiyim o idi ki, 4 dekabrda dərsə
getmirdim. 5 dekabr isə Konstitusiya bayramı olduğundan iş
günü sayılmırdı.
İllər ötdü, mən böyüdüm. Universitetə girəndən sonra
daxıl məsələsi də bitdi. Ad günlərinin çərçivəsi daraldı. Yalnız
dayılarım və biz. Tamadalar, qonaqlar da növbə ilə dünyala‑
rını dəyişdilər. Əsgərliyə gedəndə isə bu ənənə tam dayandı.
Hətta atam icazə alıb məni dekabrın 4‑də evə buraxdırmağa
cəhd etsə də,  razı olmadım. Bu yaxında anamın əsgərliyə yaz‑
dığı məktubu oxuyanda bu məqamı yenidən xatırladım.
Vaxt keçdi. Estafeti uşaqlara verdim. İndi meydanda tək
idim. Bazarlığı özüm edirdim. 172 kvadratmetrlik mənzili‑
mizə lap 40 adam da yerləşərdi. Amma atam Sakit Ocaqlı,
Akif Məcidoğlu və həyat yoldaşı Həqiqət, qaynım Ramiz, ba‑
canağım Rəfael, doktor Nahid, dostu Hidayət Zeynalov, Mən‑
zər dayıqızı, Zaur dayıoğlu çərçivəsindən qırağa çıxmırdı.
Mənim mənzilim böyük, ürəyimsə çox da geniş deyildi. Hər‑
dən cığallıq edib noyabr və dekabrda doğulan qızlarımın ad
günlərini birləşdirmək istəyirdim. Alınmırdı. Əksinə iqtisadi
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
173


sanksiyalara məruz qaldım. Həyatının son illərində, mənim,
həyat yoldaşımın, və iki qızımın ad günlərinin ayrı‑ayrılıqda
keçirmək əmri verdi. Son yaşımız isə elə 40‑da qaldı.
İndi isə lap böyümüşəm. Böyük oğlan olmuşam. Niyə
“Böyük kişi olmuşam” demədim? Çünki mənə heç vaxt de‑
mirdilər ki, “Mahir, yekə kişi olasan”. “Mahir, yekə oğlan ola‑
san!” arzu edirdilər. Mən də böyüyüb yekə oğlan oldum.
“Toyuna gələk” deyirdilər – toyum oldu. “Qabil, Bəyim, o
gün olsun ki, baba‑nənə olasınız” dedilər – iki qızım oldu.
Mənə baba olmağı arzulayırdılar, o da oldu. Son arzunu isə
özüm etməliyəm. “Övlad çiynində o dünyaya “gəzməyə” get‑
mək. Axı hər şey gəldi‑gedərdir. Adama gəzmək qalır”.
SON
Evdə qələbəlikdir.  Adama nə qədər deyərlər ki, “Baba, iyi
ki, doğdun”. Tortun üstündəki şamı özləri yandırırlar, özləri
də üfürürlər. Bilmirəm ad günü mənimdir, yoxsa bunların?
Yox, elə bilməyin ki, tortun üstünə əvvəllər olduğu kimi 49
dənə şam düzüblər. Əsla. Şam şəklində 4 və 9 rəqəmidir yal‑
nız. Bunlar 4‑lə 9‑u asanlıqla söndürürlər. Mən isə 49‑u il‑il
söndürə‑söndürə gəlirəm. O vaxt sağlığıma araq içirdilər. İndi
isə “Azza” tortuyla çay içirlər. Özü də ki, onlardan biri Qabil‑
dir. Əlbəttə ki, nəvəm Qabil.
Axşam isə dəvətliyəm. Eldəniz Elgün çağırıb. Demə, bu
gün həm də qızı Leyluşun ad günüdür. Deyir ki, “Gəl. İkinizə
də ad gününü bir yerdə keçirəcəyəm”. Amma atam sağ ol‑
saydı, ayrı‑ayrı keçirərdi. İndikilər köhnə ənənələrə hörmətlə
yanaşmırlar. Lap 49 yaşlı Mahir kimi.
2015
M A H İ R   Q A B İ L O Ğ L U
174


NAQİF, BİZİM BABAMIZ 
HEYDƏR ƏLİYEVDİR
Mən deputat olmaq istəyirdim. Yaxşı ki, olmamışam. A‑
zad‑lıq. Bax əsas məsələ budur. Yeyib‑içmək məclisində Azər‑
baycanda Sovet Hakimiyyətinin banisi Nəriman Nərimanovu
söysəm, deməyəcəklər “siyasətçi bu cür siyasi səhvə yol ver‑
məz”. Deyəcəklər ki, “araq geydirməymiş”. Bir qızla küçədə
tutsalar, deməyəcəklər “millət vəkili əxlaqsız qadınla oturub‑
durmaz”. Sadəcə deyəcəklər ki, “kişinin oğlu bazlıq edir”.
Dəm vəziyyətdə küçədə ləngər vursam, deməyəcəklər “de‑
putat alkaşlıq edir”. Deyəcəklər ki, “yeyib‑içən oğlandır”.
HAŞİYƏ: Sovet dövründə bir İvanı Kommunist Partiya‑
sının sıralarına qəbul edirlər. Partkomissiyada son suallardan
biri də bu olur ki, bəs “araq içirsənmi?”. Cavab verir ki, “hə”.
Ona deyirlər ki, “bax a... kommunist olandan sonra araq
içmək qadağandır”. O da “Baş üstə” deyib kirimişcə durur.
Növbəti sual belə olur: “Siqaret çəkirsən?”. O da “bəli, çəki‑
rəm” cavabı verir. Partkomissiyanın üzvləri ona xəbərdarlıq
edirlər ki, bəs “siqaret çəkmək də olmaz. Kommunist digər‑
lərinə nümunə olmalıdır”. O da “Baş üstə” deyib, kirimişcə
durur. Axırıncı sual da bu olur ki, bəs “bazlıq edirsən?”. Na‑
mizəd bu sualı da “Bəli, edirəm” cavablandırır. “Kommunist
olandan sonra bu əyləncənə də yox deməlisən” tələbinə İvan
razılıq verir. Son sual da belə olur: “Partiya uğrunda ölümə
gedərsənmi?” İvan da cavabında – əlbəttə gedərəm. Bu qada‑
ğalardan sonra yaşamağa dəyərmi?  (SON)
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
175


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə