50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə51/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   47   48   49   50   51   52   53   54   ...   85

Çox da bənd olan yox mənə on ildir;
Təzə yazdığım nə, yazacağım nə.
Hamı soruşur ki... necədir Mahir?
Hamı xeyir‑dua diləyir sənə.
Mən səni çilçıraq görmək istərəm
Qaranlıq qovuşan asimanımda;
Mən səni min budaq görmək istərəm
Xəzanı başlayan bu ormanımda.
Mən ol, heç olmasa, bəd ayaqda sən...
Yox, əgər bacarsan min dəfə yüksəl!
Başqa söz demirəm, yaşamaqda sən
Ən azı mənə çək, mənə oxşa, gəl!
Bəzən unuduram, uşaqsan hələ,
Səni böyük kimi dindirirəm mən.
Gəl, bunu zənn etmə sən elə‑belə,
Bu “səhvim” bilirsən nədəndir, nədən?
Tükənir, qalmayır səbrim‑qərarım,
Sənin gəncliyinə can atır ürək.
Əlvan arzularım, xoş arzularım,
Dolanır başına pərvanələrtək.
Dana bilməsəm də nəsihəti mən,
Xoşuma da gəlmir deyim düzünü;
Həyat vəsiqəni al taleyindən,
Unutma atanın gəl bu sözünü.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
205


“Xüsusi çəki” var, kimyada, bala,
Yox, daş‑tərəzilik deyil bu çəki,
Kim ki, onsuz yaşar dünyada, bala,
Vücudu qovuqdur hesab elə ki.
Dəniz qurban istər, qurban, Mahirim,
Gövhər ələ gəlməz asan, birtəhər.
Mənim də ürəyim ümman, Mahirim!–
Sən də bu ümmanın içində gövhər.
Mənim daşdan çıxıb hər işim, oğlum,
Gəl ki, dumdurudur, daşdan çıxan su.
Dünyaya belə gec gəlişin oğlum,
Görməmiş eləyib məni, doğrusu.
Yox, daşdan çıxmasın sənin qismətin,
Ancaq asana da heç vaxt dadanma.
İsti‑soyuq sudur asanla‑çətin...
Birində titrəyib... birində yanma!
Dənizdə küləyin işi ikiqat,
İkiqat çətindir, ikiqat, oğlum!
O həm özü üçün açır qol‑qanad,
Həm yelkənə verir qol‑qanad, oğlum!
Sən də dəryalarda küləklər kimi,
Qanad aç, qanadın qanadım olsun.
Zülmətləri yaran şimşəklər kimi
Qüdrətin, qüvvətin inadım olsun.
M A H İ R   Q A B İ L O Ğ L U
206


“Olsun”u, filanı... qoyaq kənara,
Mənim quzu balam, gül‑çiçək balam.
Gedək bağçalara, gedək bağlara,
Əlini mənə ver, gəl gedək, balam!
Əlli yaşında mən, on yaşında sən...
Sən – yaşıl tumurcuq, mən – sarı yarpaq.
Əlimdən sürüşən ömürdən‑gündən
Əlimdə‑ovcumda bir sənsən, ancaq!
1976
“Qarışdırma”
Bu şeir ciddi əsər olsa da, dayılarımın əsas zarafat alətinə
çevrilmişdi. Yemək‑içmək məclisində başlayırdılar öz vari‑
antlarını səsləndirməyə:
Araqla  konyakı qarışdırma
Dovğayla bozbaşı qarışdırma.
Aman...aman!!! Qarışdırma
Son pis olar...
Qurban olum, qarışdırma..
Yadımda qalanı budur... Nə bilim ki, nəvaxtsa bunları yaz‑
malı olacağam. Yoxsa kağıza köçürərdim.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
207


QARIŞDIRMA
Oğlum Mahirə
Kobudluqla cəsarəti qarışdırma.
Yaltaqlıqla nəzakəti qarışdırma.
Mütiliklə sədaqəti qarışdırma.
Lovğalıqla ləyaqəti qarışdırma.
Tərs damarla dəyanəti qarışdırma.
Dəlibaşla şücaəti qarışdırma.
Tülkülüklə fərasəti qarışdırma.
Düşmənliklə rəqabəti qarışdırma.
Qızğınlıqla hərarəti qarışdırma.
Kef‑damaqla səadəti qarışdırma.
Uydurmayla rəvayəti qarışdırma.
Xəsisliklə qənaəti qarışdırma.
Xata ilə cinayəti qarışdırma.
İsraf ilə səxavəti qarışdırma.
Küsü ilə küdurəti qarışdırma.
Zorbalıqla əzəməti qarışdırma.
Girov ilə əmanəti qarışdırma.
Güzəşt ilə bəraəti qarışdırma.
Hikkə ilə qətiyyəti qarışdırma.
Əsarətlə himayəti qarışdırma.
Məzlumluqla nəcabəti qarışdırma.
Yaxınlıqla məhəbbəti qarışdırma.
Yuyunmaqla qüdsiyyəti qarışdırma.
Mərtəbəylə ülviyyəti qarışdırma.
Daha nəyi... daha nəylə qarışdırma.
Tükü‑tükdən ayrı sə’ylə, qarışdırma.
M A H İ R   Q A B İ L O Ğ L U
208


Aman... aman!!! Qarışdırma!
Heç bir yerdə,
Heç bir zaman
Qarışdırma!
SON
Vaxt tez keçir. Ömrün  orta həddinə çatıram. Bir az kövrə‑
yəm. Bu qədər ata nəsihətinin‑vəsiyyətinin yağmurunda hələ
ki, özümü itirməmişəm. Yox. Deyəsən itirmişəm. İtirməsəy‑
dim bu vaxtacan hər yerdə deməzdim ki, atam mənə nə nəsi‑
hət edib, nə də vəsiyyət.
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
209


ABEL MƏHƏRRƏMOV VƏ 
VÜSALƏ MAHİRQIZI
Neçə gündür ki, çox narahatam. Qulağım da səsdə. Amma
gözlədiyim xəbəri ala bilmirəm. Yox. Elə bilməyin ki, ZƏNG
gözləyirəm. Səkkiz il yarımlıq evdar kişilik həyatıma son
qoyub, vəzifəyə keçəcəyəm. Qıraqdan özümə baxa bilsəydim,
mən də sizin kimi fikirləşərdim. Niyə də yox? Hazırın naziri
olan icra başçılarına indiki ağır iqtisadi vəziyyətdə işləmək
çətindir axı. Necə deyərlər, gərək işləyəsən. Neft isə çox ucuz‑
laşıb. Borudan dollar axıb gəlmir. Adam da kasıblayanda hör‑
məti olmur axı... Rayonun əhalisi üstünə “xod” gedir.
HAŞİYƏ: Nizami Xudiyev AzTV‑yə sədr təyin olunanda
kollektivi başına yığıb deyir ki, bəs efirə yeni verilişlər hazır‑
lamalısınız. Baş redaktorlar yerbəyerdən səslənirlər ki, ay Ni‑
zami müəllim, yeni verilişlər hazırlamaq üçün beş‑altı ay
fikirləşmək lazımdır. Onda Nizami müəllim nə cavab versə
yaxşıdır: “Mən razı. Düz deyirsiniz. Yaradıcı adama yeni nəsə
fikirləşmək üçün vaxt lazımdır. Onda siz beş‑altı ay bundan
qabaq fikirləşdiyiniz verilişləri bu gün üzə çıxarın. Mənim
tapşırdığımı isə beş‑altı aydan sonra təqdim edərsiniz” (SON)
İndi camaat da gəlib dayanıb icra başçısının qabağında.
Yox, daha doğrusu, icra başçısı çıxıb xalqın qabağına. Və nə
qədər bu xalqı başa salmağa çalışır ki, “vallah, bahalaşma
mənlik deyil. Bu, ümumdünya bəlasıdır”. Xalq da Nizami Xu‑
M A H İ R   Q A B İ L O Ğ L U
210


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə