50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə47/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   43   44   45   46   47   48   49   50   ...   85

Zeynəb xanım da sağ olsun ki, məsələni çox da böyütmə‑
yib. Jurnalistləri başına yığaraq “gözünü yumub, ağzını aç‑
mayıb”. Deməyib ki, “ay Rafael Hüseynov, sən mənə qanun
oxuyursan? Sən Kürdəmir 12 saylı orta məktəbi bitirəndə
mən Azərbaycanın Əməkdar artistiydim e... Sən universite‑
tin 4‑cü kursunda oxuyanda, “İrəli” adlı Kürdəmir rayon qə‑
zetində ilk şeirin çap olunanda, mən Azərbaycanın Xalq
artistiydim e... Sən 1980‑ci ildə, 25 yaşında namizədlik disser‑
tasiyası müdafiə edəndə, mən artıq SSRİ Xalq artistiydim e...
SSRİ kimi məhdudiyyətlər hökm sürən bir ölkədə Azərbay‑
can mədəniyyətini dünyaya tanıdanda, sən hələ filologiya el‑
minin əlifbasını oxuyurdun e... Mən yox, sən mənim
oxuduğum mahnılara qol qaldırıb oynayırdın e... Heyif, heyif,
bilsəydim ki, bu cür danışacaqsan, elə özüm Mədəniyyət ko‑
mitəsinin sədri olardım. Gələn dəfə mənə dərs olsun. Aç qu‑
laqlarını, yaxşı eşit: Yaradıcı adama əmr eləmək olmaz”.
HAŞİYƏ: Atam AzTV‑də işləyəndə sədr Ənvər Əlibəyli,
müavin Seyfəddin Dağlı, rəssam Ağarəhim və digərləri sözü
bir yerə qoyurlar ki, Qabillə zarafatlaşsınlar. Qabilə deyirlər
ki, “bəs, sabah növbətçisən. Bir sutka teleqüllənin başına
çıxıb, orda olmalısan”. Atam da qəribə‑qəribə bunları süzərək
“bu da təzə çıxdı?” deyir. “Bəs necə?” deyə Seyfəddin Dağlı
ciddiliyini saxlayaraq əlavə edir:  “Qəzetdə həftədə bir dəfə
mətbəəyə gedib “dejurnu” qalmırdın? Televiziya verilişləri
də “vışka”dan yayımlanır da... Hamımız da ayda bir dəfə ora
çıxıb verilişləri ötürürük camaata”.
Atam fikrə gedir. “Yox çıxa bilmərəm. Qışın vaxtı, soyuq,
külək. Ölərəm...” deyəndə, Seyfəddin Dağlı ona ürək‑dirək
verir. “Narahat olma, qalın kürk verəcəyik, araq, yemək‑
M A H İ R   Q A B İ L O Ğ L U
188


içmək də öz yerində. Soyuq təsir eləməyəcək”. Qabil “İstə‑
mirəm!” deyə cavab verir. “Necə yəni istəmirsən. Bu əmrdir.
İstəmirsənsə. Onda bax da...” Bu sözləri eşidən atam otağına
girir və işdən azad olunmaq barədə ərizə yazır. Ərizə də belə
olur: “İşdən çıxıram, “vışka”ya çıxmıram”. Gətirib verir Sey‑
fəddin Dağlıya. O dərkənar qoyandan sonra ərizəni ötürür
sədr Ənvər Əlibəyliyə. Ənvər müəllim də qol çəkib verir baş
mühasibə. (O vaxt studiya iki otaqdan ibarət imiş. Sədr, müa‑
vin, baş mühasib bir otaqda oturarmışlar). Baş mühasib də
deyir ki, “Qabil, ayın axırında gəlib “rasçot”unu alarsan”.
Atam sağollaşıb qapıdan çıxanda Seyfəddin Dağlı qucaqlayır
onu. Gülüş səsləri otağı bürüyür. Atam onda anlayır ki, bu,
bir zarafatmış. (SON)
Bunların heç birini eşitmədik, görmədik. Çünki Zeynəb
xanım müdrik adamdır. Çox belə şeylər görüb. Bir də ki, Ra‑
fael müəllimi çox gözəl başa düşür. O, Akif Əlizadənin
AMEA‑nın prezidenti olan kimi bu qurumun tarixində ən
böyük uğura imza atdığını yaxşı bilir. Rafael müəllim də bu
strukturun rəhbər şəxslərindən biridir axı? Nə uğurdur? Bil‑
mirsiz? Yaradıcı insanları nizam‑intizama cəlb edib. İslah edib.
Turniketlər quraşdırıb. İşə vaxtında gəlməlisən, vaxtında da
getməlisən. Gecikdinsə, vay halına. Bir sözlə onsuz da “suxoy
payok”da olan akademiyanı, turniketə “otuzdurub”.
Yəqin ki, Zeynəb xanım da akademik Rafael müəllimin
nizam‑intizam inqilabı etmək istəməsinin hardan qaynaqlan‑
dığını yaxşı anlayır. Ona görə də təbii qəbul edib. Bütün de‑
putatları bacarmasa da, Rafael Hüseynov bir sədr kimi
Mədəniyyət komitəsinin üzvlərini turniketə “otuzdurmaq”
istəyir.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
189


HAŞİYƏ: Atamın “Zəng” adlı bir şeiri var. Əkrəm Əylis‑
liyə həsr edib. “Azərbaycan” jurnalında işləyəndə təsərrüfat
işlərinə məsul olan şəxs baş redaktor İsmayıl Şıxlının stolu‑
nun üstünə zəng qoyur. Deyir ki, “bu zəngdir. Quraşdırmalı‑
yam bunu. Daha kimisə qışqırıb çağırmağa ehtiyac yoxdur.
Zəngi basacaqsan, həmən gələcəklər”. İsmayıl Şıxlı da gülə‑
rək “vur‑tut beş‑on adamıq üç otaqda. Qapılarımız da tayba‑
tay açıq. Day zəngə nə ehtiyac var ki? Özü də bura idarə deyil,
Yazıçılar İttifaqıdır, jurnaldır. Lazım deyil, quraşdırmayın”
əmrini verir. Təsərrüfat müdiri də zəngi qutusu qarışıq qoyur
baş redaktorun otağında bir küncə. Elə ordaca toz basır.
İllər keçir. İsmayıl Şıxlını Əkrəm Əylisli əvəz edir. Günlə‑
rin bir günü atam işə gələndə görür ki, nəsə zəng çalınır.
Demə Əkrəm Əylisli baş redaktor keçən kimi zəngi quraşdır‑
maq əmri verib. Atam da “Zəng” adlı şeir yazır, özü də  işdən
çıxmaq barədə ərizəylə birlikdə. (SON)
İndi deyəcəksiniz ki, Rafael Hüseynov düz edir də. Ül‑
viyyə Həmzəyevanın Naxçıvanda – seçicilərin yanında nə işi
var axı? Seçildi qurtardı da. Seçici əsasdır, yoxsa mədəniyyə‑
timizin gələcəyi haqqında qanunlar? Gəlib otursun Bakıda,
bir də beş ildən sonra – seçkiqabağı seçicilərini, onların prob‑
lemlərini yada salar.
Lap deputatlara yazığım gəldi. Yuxarı “baxırlar” seçicidir,
aşağı “baxırlar” komitə sədri.
Deyəcəksiniz ki, ay Mahir, nə olsun ki, Zeynəb Xanlarova
böyük mədəniyyət və incəsənət xadimidir, korifeydir... depu‑
tat seçilibsə, deputatlığını eləsin də... Ay başınıza dönüm, de‑
putat nə edir? Yeni qanunlar yaradır. Bunun özü yaradıcılıq
deyilmi? Yaradıcı adam da azad olmalıdır ki, nəsə yaratsın
M A H İ R   Q A B İ L O Ğ L U
190


da... Yaradıcı adamı turniketə “otuzdurarlarmı?”.
Deyəcəksiniz ki, Zeynəb xanım axı maaş alır. Maaşı Rafael
Hüseynov da alır. Nə olsun ki?
HAŞİYƏ: Günlərin bir günü Milli Məclisdə İqtisadi siya‑
sət komissiyasının iclası idi. Rəhmətlik Səttar Səfərov da ko‑
missiya sədri. Hansısa qanuna dəyişikliklər nəzərdə
tutulurdu. İqtisadi dövlət qurumlarından ekspertlər dəvətli
idi. Bu dəm Səttar Səfərov zala daxil oldu. Sevindik ki, iclas
başlanır. Amma stuluna oturmadı. Soruşdu ki, Maliyyə və
Vergi nazirliklərindən gələn varmı? İki nəfər qalxdı ayağa.
Onları arxa otağa dəvət etdi. İki dəqiqədən sonra qayıtdılar.
İclas başlandı. Dəyişikliklər müzakirəsiz‑filansız yekdilliklə
qəbul olundu. (SON)
Rafael Hüseynov elm adamıdır. İstedadlı insandır. Atam
Qabil ona “İstedad” adlı şeir də ithaf edib hələ sovet vaxtı.
“Vaxtdan uca” kimi sevə‑sevə oxuduğum kitabın müəllifidir.
Akademikdir, muzey direktorudur. Həm də Mədəniyyət ko‑
mitəsinin sədri. (Maşallah). Komitə sədri kimi mədəniyyəti‑
mizə bu cür töhfə vermək onun beş il qismətinə yazılıb. Əgər
onu da verə bilsə. İstəyir bundan sonra lap 10, 15 il belə töh‑
fələr versin. Zeynəb Xanlarovanın bu günədək və bundan
sonra da verdiyi töhfənin heç 10 faizi də eləməyəcək. Hələ
Zeynəb xanımın  siyasi, diplomatik töhfələrini bir qırağa qo‑
yuram.
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
191


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə