50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə44/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   40   41   42   43   44   45   46   47   ...   85

Birdən DYP məni sərxoş vəziyyətdə sükan arxasında
tutdu. Mən də onlar üçün “Mahir piyandır, şapkası yandır”
mahnısı oxuyarkən telekameralar lentə aldı. Deputat olsam,
saytların mənfi qəhrəmanına çevriləcəyəm. Amma indi belə
olsa “halal olsun, atası kimi əhlikefdir. Ot kökü üstə bitər” de‑
yərək, böyük hörmətlə yola salacaqlar.
Odur ki, əsas, azadlıqdır. Bir də ki, həyatda kiminsə yerinə
keçməmək. Çünki “GÖZ” pis şeydir. İndi oxucularım mənim
belə danışdığımı görüb sual edə bilərlər ki, “Ay Mahir, bəs
onda “Deputat olmaq istəyirəm – bir çağırış” yazısı yazmış‑
dın a... Nədi, indi yazdığını danırsan?”. Əsla. Deputat olaca‑
ğam. Hökmən olacağam. Özü də bir çağırış. Yüksək pensiya
təminatımı ömürlük həll etmək üçün. Amma indi yox. Niyə
indi “yox?”. Çünki deputatlıq da Həccə getmək kimi müqəd‑
dəs bir missiyadır. Gərək boynuna düşə. Birinci növbədə qo‑
calıb, əldən düşməlisən. Konservator olmalısan. Elə
xəstəliklər tapmalısan ki, araq içə bilməyəsən, siqaret çəkmə‑
yəsən. Bazlıq eləmək istəyəsən, amma ki...
HAŞİYƏ: Günlərin bir günü kənddə iki qonşu arvad dava
edir. Davanın qızğın yerində ərlər də işdən qayıdır. Başlayır‑
lar arvadlarına qahmar çıxmağa. Adı Alış olan kişi qonşunun
arvadına:
– Aaz, kəs səsini. Gəlib səni ...... (o söz).
Bunu eşidən öz arvadı onun üzünə məəttəl‑məəttəl baxaraq:
– Alış, nəynən? (SON)_İndi_deputat_Naqif_Həmzəyev_də_çay_stolu_arxasında,_jur‑_nalistlərin_yanında_Məmmədəmin_Rəsulzadəni_“söymək”_əvə‑_Ə_L_L_İ_Y_A_Ş_I_N_D_A_M_Ə_N_…_177'>(SON)
... “Alış, nəynən?” sualıyla qarşı‑qarşıya qalasan. Bax onda
namizədliyimi irəli sürəcəm. Bax onda – Abdulla Şaiqin “Tülkü
Həccə gedir” hekayəsini əzbər bilən seçicinin də mənə yazığı
M A H İ R   Q A B İ L O Ğ L U
176


gələcək. Hamısı da olmasa, heç olmasa 51 faizi səsini mənə fəda
edəcək. İndi isə lap çaşbaş qalmışam. Adam da 25‑30 yaşında
deputat olar? Olmaq istəyirsənsə, onda gərək araq içməyəsən,
siqaret çəkməyəsən, bazlıq eləməyəsən. Hətta evinin içindəki
tualetə də “qluşitel” qoymalısan ki, birdən pis səs çıxardarsan.
Jurnalistlər də eşidib “bu necə deputatdır ki, ekologiyanı
pozur” deyərək, səni hoydu‑hoyduya götürməsinlər. Vallah‑
billah çətin şeydir indiki dövrdə deputat olmaq. Özü də ki, son
illərin təcrübəsi onu deməyə əsas verir ki, əsl deputat qızılı daha
çox sevməlidir. Əgər sevməsə, başı ağrıya bilər. Çünki danış‑
mamaq qızıldır, danışmağa isə indi heç gümüş də vermirlər.
Əsl deputat evlənməməlidir. Çünki özünü yaxşı aparsa
belə, ailə üzvləri qatıqlaya bilər. Amma ağzına su alıb otura
da bilməz. Hərdən “Can, can, can Azərbaycan” mahnısı
oxusa, bəs edər. Çünki vətənpərvər deputata heç kim güldən
artıq söz deyə bilməz.  Birdən danışmaq istəsə bəs necə olsun?
Onun da çarəsi  var.
HAŞİYƏ: Makedoniyalı İsgəndərin buynuzu çıxır. Dər‑
dini isə heç kimə deyə bilmir. Amma bu sirr ürəyini də part‑
ladır.  Axırda bir quyu qazır. Və başlayır quyuya yavaş‑yavaş
deməyə ki, “İsgəndərin buynuzu var, buynuzu...”  Sonra da
quyunun üstünü torpaqla örtür. Bir az rahatlıq tapır. Amma
bir müddətdən sonra şəhər meydanından “İsgəndərin buy‑
nuzu var, buynuzu” sədaları gəlir. Sonradan aydın olur ki,
demə bu quyudan bir qarğı çıxıb. Kimsə də bu qarğını qopa‑
rıb ondan tütək düzəldib. Tütəyi də füləyəndə başlayıb “İs‑
gəndərin buynuzu var, buynuzu” sədaları çıxarmağa. (SON)
İndi deputat Naqif Həmzəyev də çay stolu arxasında, jur‑
nalistlərin yanında Məmmədəmin Rəsulzadəni “söymək” əvə‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
177


zinə, gedib bir quyu qazmalıydı  Neftlə çirklənmiş Bakı ərazi‑
sində. Ki, qamış nədir, heç ot da çıxmasın. Və başlamalıdır, nə
başlamalıdır. “Məhəmməd Əmin pisdir. Vallah pisdir. Məhəm‑
məd Əmindən zəhləm gedir. Məhəmməd Əmin xaindir. Onu
görən gözüm yoxdur. Ailəsinə yiyə durmayıb...” və sairə, ilaxır.
Onu da əlavə etməlidir ki, Məhəmməd Əmin o vaxt Stalini
ölümdən qurtarmasaydı repressiyalar, qanlı‑qadalı müharibələr
olmayacaqdı.  Sonra isə özünü sığortalamalıdır. Hər iclasda sö‑
zünün əvvəli də, axırı da “Məhəmməd Əmin babam demişkən
“Bir kərə yüksələn bayraq, bir daha enməz!”” deyə hayqırma‑
lıdır. YAP üzvü olmağını yaddan çıxarmamaq şərtiylə. Bir də
ki, Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin 50 cildliyinin
çapına sponsorluq eləməlidir. Hər ehtimala qarşı. Birdən mö‑
cüzə baş verər, nə vaxtsa quyudan çıxan qamışlardan zurna dü‑
zəltsələr və bu zurnalar da etdiklərinin əksini desə... Bax, onda
heç kim inanmayacaq. Hamılıqla müdafiəsinə qalxacaqlar ki,
bəs zurnadan çıxan səs montajdır, fonoqrammadır. Gəncənin
yenidən seçilə bilməyən köhnə deputatının təxribatıdır. Bax, bu
qədər sadə. Naqif Həmzəyev, amma nəbadə ifrata varasan a...
HAŞİYƏ: Sovet vaxtı bir səriştəsiz adamı, indiki dildə
desək “çoban”ı aparıb qoyurlar raykoma 1‑ci katib. Müasir
dildə desək, icra başçısı. Oktyabr inqilabının 40‑cı ildönümü
münasibətilə keçirilən iclasda ideologiya üzrə 3‑cü katib
böyük məruzəylə çıxış edir. O vaxt da hər iclasın sonu şüar‑
larla bitirdi. Şüarlardan biri də belə olur: “Lenin ölüb, amma
ideyaları yaşayır!”. Bu sözdən kövrələn 1‑ci katib, göz yaşla‑
rını silə‑silə nə desə yaxşıdır: “Təki ideyaları öləydi, amma
özü sağ qalaydı”. (SON)
M A H İ R   Q A B İ L O Ğ L U
178


İndi, Naqif, sən də iclaslardan birində belə şüar eşitsən, tə‑
sirlənmə. Çünki yanında oturanların əksəriyyəti Məhəmməd
Əmin Rəsulzadəni çox da yaxşı tanımır. (Akademik Yaqub
Mahmudovdan başqa. Vaxtın olsa, 14 oktyabr 2014‑cü ildə
çap etdirdiyi “Tarix İnstitutu İrəvanın ermənilərə verilməsiylə
bağlı maraqlı faktlar aşkarladı” yazısını oxu. Mənim “Bir mil‑
lət, üç dövlət” yazımı da...)  “Bir kərə yüksələn bayraq bir
daha enməz!”, yaxud da ki, vəfat edərkən üç dəfə təkrar edib
gözünü yumduğu “Azərbaycan, Azərbaycan, Azərbaycan!”
kəlməsindən başqa heç nə bilmirlər. Hə, bir də prezident Hey‑
dər Əliyevin onun haqqında söz dediyi videoyaya baxıblar.
Prezident İlham Əliyevin imzaladığı sərəncamı oxuyublar.
Vəssalam‑şüttəmam.
Bir də ki, ehtiyatlı ol. O qədər destruktiv və qızışdırıcı qüv‑
vələr var ki... Birdən sənə dil verərlər ki, “bəs niyə BDU‑nun
üstündən adının götürülməsi, həyətində heykəlinin ucadıl‑
maması, milli valyutadan şəklinin silinməsi, universitetin 3‑
cü mərtəbəsində büstünün yoxa çıxması heç kimin yadına
düşmür. Amma sənin çayxana söhbətin gözlərinə girdi?”.
Belə provokasiyalara uyma. Dilinə də gətirmə.  Mən deyəndə
təbii alınır. Sən desən siyasi səhv. Çünki mən azadam, sən isə
deputat. Ümumiyyətlə isə bütün bu dediklərimi boş ver.
Bizim babamız Heydər Əliyevdir.
Deyirəm ki, bu 10 il də tez keçəydi. Yəqin 10 ilə azadlıqdan
bezərəm. 59 yaşımda deputat olub, 64‑də rahat pensiyaya çıx‑
saydım, heç dərdim olmazdı. Deputat kimi ölsəm də olar. İkinci
Fəxri Xiyabanda basdırılardım. Niyə 1‑cidə yox? Çünki atam o
dünyadan “yazdığı” məktublardan birində etiraf etdi ki, 2‑cinin
havası 1‑ci Fəxri Xiyabanın havasından çox təmizdir.
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
179


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə