50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə46/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   42   43   44   45   46   47   48   49   ...   85

öz ahəngiylə işləyirdi. Əsasən belə hallarda müsahibələr alı‑
nır, ictimaiyyətin, sadə camaatın rəyi öyrənilirdi. Amma hələ
ki, sakitçilik idi. Təsəvvürümə gətirə bilmirdim ki, atamın da
imzaladığı məktubun əleyhinə müsahibələri necə alacağam.
Yaxud da müsahibələri özgələri alsalar belə, onlara necə
qulaq asacağam. Çünki belə müsahibələrə 1990‑cı ildə, atam
Ayaz Mütəllibova 24 sual ünvanladıqdan sonra qulaq asmış‑
dım. Nə deyirdilər? Deyirdilər ki, “Qabil şair adamdır. Getsin
işiylə məşğul olsun. Şeirini yazsın”.
Amma indi bütün bunlar baş vermirdi. Yalnız Prezidentin
İcra Aparatının İctimai‑siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənovun qısa açıqlaması oldu. O da deyəsən bizim AzTV‑də
yox, ANS‑də.  Məğzi də ondan ibarət idi ki, Prezident Heydər
Əliyevin iş rejimi gərgindir, bu məktuba cavab verməyəcək.
Ertəsi gün ANS‑də Xəyal Tağıyevin apardığı veriliş efirə
gedirdi. İndi bazar günləri yayımlanan “Hesabat” forma‑
tında. Yəni ki, həftənin mənzərəsi. Məktub müzakirə obyek‑
tinə çevrilmişdi. Qonaq isə imza atanlardan biri – Qabil idi.
Sonda aparıcı ona, bu məktuba Əli Həsənovun reaksiyasını
xatırlatdı. Bu həm də bir sual idi. Atam da çox təmkinlə
“Möhtərəm Əli Həsənov məncə yanılır. Heydər müəllim bizi
qəbul da edəcək, qaldırdığımız məsələlərə diqqətlə yanaşa‑
caq”. Təqribən belə bir cavab.
Nəhayət, məktub ictimailəşəndən sonrakı üçüncü gün. Pre‑
zident Heydər Əliyev beş görkəmli yazıçını qəbul etdi.  Birinci
cümləsindən məni narahat edən bütün suallara son qoydu. Hey‑
dər Əliyev incimişdi. Məktubdan yox. Məktubun müxalifət mət‑
buatında çap olunmasından. Narazılığını da bu formada bildirdi:
“Siz nə vaxt demisiniz ki, mən də sizi qəbul etməmişəm”.
Düzgün irad idi. Bu beş yazıçının hamısının xətrini istə‑
M A H İ R   Q A B İ L O Ğ L U
184


yirdi. Xüsusilə də Bəxtiyarla Qabili. Bütün tədbirlərdə hal‑
əhval tutardı, zarafatlaşardı. Özü ilə xarici dövlət səfərlərinə
aparardı. Yəni ki, “sözünüz varsa, gəlin deyin, bu rəsmiyyət
nəyə lazım idi?”.
Bəxtiyar Vahabzadənin bu irada həmən cavabı isə belə
oldu. “Biz “Turan” agentliyinə vermişdik, qəzetlər ordan gö‑
türüb çap ediblər” dedi. Heydər Əliyev bu cavaba gülüb,ba‑
şını buladı.
Bu cür girişdən sonra Heydər Əliyev beş yazıçının hər bi‑
rinin çıxışına təmkinlə qulaq asdı. Sonra da hamısına cavab
verdi. Heyf ki, rəsmi versiyasını tapa bilmədim. Çox gözəl
görüş idi. Hardasa iki saat çəkdi.
Və bütün görüşün videoyazısı AzTV‑nin efirində getdi.
Atamın dediyinə görə, yalnız bir məqamı çıxartmışdılar. Ana‑
rın bir sualını və bu suala Heydər Əliyevin cavabını. Təqribən
yadımdadır. Amma Xalq yazıçısı Anar sağ‑salamat ikən bu
dialoqu yazmağa haqqım yoxdur. Bir də ki, efirdən çıxarı‑
lıbsa, deməli belə məsləhətmiş. Vəssalam.
Görüşdən uduşla ayrılan da oldu. Atam Heydər Əliyev‑
dən şair Fikrət Sadığa Fərdi təqaüd kəsməyini xahiş etdi. Bu
xahiş elə həmin gün də həyata keçdi.
SON
Bu qədər. Bu, bir tarix idi. Yaxud da, tarixin kiçik bir anına
mənim publisist kimi ekskursiyam. Ümummilli lider Heydər
Əliyevin vəfatının 12‑ci ildönümü ərəfəsində yadıma düşdü.
Yazdım. Yəqin ki, lap ətraflı və dəqiqini tarixçilərimiz yaza‑
caq. Çünki bu görüşdə səslənənlər bir kitaba bərabərdir.
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
185


ZEYNƏB XANLAROVAYA “ZƏNG”
Bir dostum var. Professor Buludxan Xəlilov. Həm də de‑
kandır. Getmişdim işinə. Gördüm ki, qrup nümayəndələrini
yığıb otağına. Qrupun nömrələrini sadaladıqca, “qrupkom‑
lar” ayağa qalxır, davamiyyət haqqında məlumat verirlər.
Lakin bir qız iki dəfə ayağa qalxdı. Bu dəm dostumun qaşları
çatıldı. Daha ciddi görkəm aldı. Sifətindəki zəhirmar bir az
da artdı.
– Sən niyə başqasının əvəzinə cavab verirsən? Hanı qrup
nümayəndəsi? – deyə acıqla soruşdu.
– Müəllim, xəstədir. Bu gün dərsə gəlməyib. Mən əvəz et‑
mişəm – deyə tələbə qorxa‑qorxa cavab verdi.
– Qayıb yazmısanmı ona? – deyə dekan bir az da ciddi
görkəm aldı.
– Bəli, müəllim. – deyə qız qorxa‑qorxa cavab verdi.
– Bəri ver jurnalı.
Buludxan Xəlilov  jurnalı əlinə alaraq, səhifələrini vərəq‑
lədi. Qrup nümayəndəsinə yazılan qayıbı öz gözləriylə görüb,
dərindən nəfəs aldı. Amiranə tərzdə “Həkimdən xəstəlik ka‑
ğızı gətirər!” dedi.  Bu dəm yadına düşdü ki, bəs otaqda
“çujoy” adam da var. Özü də ki, sadəcə qulaq asmır. Həm də
nəvaxtsa yaza bilər. Mənə tərəf baxdı. Gördü ki, gülürəm.
Üzündəki ciddiyyəti qoruya bilmədi. Çöhrəsinə gülüş
qondu. Sinif nümayəndələri də güldülər.
– Mahir Qabiloğlu, nə gülürsən?
– Dünya, dağıl, sinif nümayəndəsinə də qayıb yazarlarmış.
M A H İ R   Q A B İ L O Ğ L U
186


Bizim vaxtlar olsaydı, kimə desəydin ki, qrup nümayəndəsinə
qayıb yazılıb, şoka düşərdi. – deyə cavab verdim.
– Mahir, görürsən də günümüzü? – deyə dekan Buludxan
yenidən ciddi görkəm alaraq, sorğu‑sualına davam elədi.
Yox, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akade‑
mik Rafael Hüseynov dekan, professor Buludxan Xəlilova ba‑
xanda çox humanist adamdır. Deputat Zeynəb Xanlarovaya
o saat “qayıb” yazmayıb. Heç xəstəliyi haqqında arayış da is‑
təməyib. Bu səhlənkarlığına – komitənin iclasına qatılmadı‑
ğına görə valideynlərini məktəb direktorunun, bağışlayın,
Milli Məclis sədrinin yanına da çağırtdırmayıb... Deməyib ki,
“qayıb”ları çox olsa, onu deputatlıqdan çıxartdıracağam. Sa‑
dəcə, xəbərdarlıq edib. O da mesaj formasında. Yüngülvari.
Yəni ki, Zeynəb xanımın fikirləri bizimçün çox qiymətlidir və
sairə. Düzdür Rafael Hüseynov bir komitə sədri kimi komi‑
tənin başqa bir üzvünə də xəbərdarlıq edib. O da dolayısı
yolla. Atalar misalısayağı: “Zeynəb Xanlarova sənə deyirəm,
Ülviyyə Həmzəyeva, sən də eşit”.
HAŞİYƏ: Atam Bakı Televiziya Studiyasında (indi AzTV)
şöbə müdiri işləyirmiş. Birdən ilhama gəlib. Şeiri kağıza kö‑
çürəndə isə işçilər mane olmağa başlayıb. Otağa biri girib, o
biri çıxıb. Atam da hirslənib, hamısına deyib ki, icazə veri‑
rəm,  gedin evə. İşçilər də çıxıb gediblər. Bir azdan sədr müa‑
vini Seyfəddin Dağlı atama deyir ki, filan işçi hanı? Atam
cavab verir ki, “yoxdur, icazə vermişəm gedib evə”. O birini
soruşur. Atam yenə eyni cavabı verir. Niyəsini soruşanda
cavab verir ki, “bəs şeir yazırdım, mənə mane olurdular”. Sey‑
fəddin Dağlı da bircə söz deyir: “Qabil belə olmaz axı.., bura
işdir...”. Atam da sakitcənə ərizəsini yazır, işdən çıxır. (SON)
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
187


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə