50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə54/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   50   51   52   53   54   55   56   57   ...   85

HACIBALA ABUTALIBOV 
NÜMUNƏSİ
Son müşavirələrin birində Prezident İlham Əliyev məmur‑
ları xalqın xidmətçisi adlandırdı. Bu sözlər xəyalən məni uşaqlıq
illərinə apardı. Xidmətçi, rəsmən isə qulluqçu olan bu sözdən
xoşum gəlmirdi. İndi də gəlmir. “Dövlət qulluqçusu” terminini
də xoşlamıram. Bu mövzuya böyük məqalə də həsr etmişəm.
Günlərin bir günü mən məktəbli Mahir tərcümeyi‑hal yaz‑
malıydım. Əlbəttə ki, heç bir anlayışı olmayan mənə də atam
kömək etməliydi. Daha doğrusu o diktə etməli, mən də kağıza
köçürməliydim. Birinci cümlə belə oldu: “Mən, Mahir Qabil
oğlu İmamverdiyev 4 dekabr 1966‑cı ildə Bakı şəhərində qul‑
luqçu ailəsində anadan olmuşam”. Nə? Qulluqçu ailəsində?
Atamın səhvini düzəldirmiş kimi “Papa, bəlkə ziyalı ailəsində
yazım. Sən şair, mama müəllimə. Biz hardan qulluqçu olduq
ki?” dedim. Bədii əsərləri çox oxumuşdum. Qulluqçu deyəndə
nökər gəlib dayanırdı göz önündə. Atam isə “qulluqçu yaz”
dedi. “Biz qulluqçu sayılırıq. Bu dövlətdə iki sinif var: Fəhlə
və Kəndli sinifləri. Dövlətimizi onlar işləyib saxlayırlar. Onla‑
rın qazandıqlarından, büdcəyə verdiklərindən dövlət məktəb‑
bağça, xəstəxana açır, mədəniyyəti, incəsənəti inkişaf etdirir.
Bax, aton şeir yazır. Şeirin hər misrasına “qonorar” yazırlar.
Anon dərs deyir. Ona maaş verirlər. Bu, fəhlə‑kəndlinin qa‑
zandığıdır. Biz isə sadəcə yeyirik, pul qazandırmırıq. Mənəvi
xidmət göstəririk xalqımıza, fəhlə‑kəndli sinfinə. Ona görə də
ziyalılar sinif sayılmır. Sadəcə qulluqçudurlar”. 
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
219


Sonralar bildim ki, 5 il ali təhsil alan müəllim, həkim və qey‑
riləri texniki‑peşə məktəbi bitirən fəhlədən, orta təhsili olan
kəndlidən qat‑qat aşağı maaş alırlar. Yaradıcı insanlar isə qeyri‑
adi istedada malik olduqları üçün yüksək qiymətləndirilirlər.
Onları bizə nümunə göstərirdilər: Neftçi Qurban, pam‑
bıqçı Sürəyya, Qızqayıt, Şamama Həsənova, Tərlan Musa‑
yeva,  çoban Nuruş, Ömər Ağayev... Onları biz şagirdlərlə
görüşə çağırırdılar. Onlar deputat seçilirdilər. Onlar maneəsiz
partiya sıralarına qəbul edilirdilər. Şairlər, yazıçılar onları vəsf
edirdi. Bəstəkarlar mahnı qoşurdular. Büstləri qoyulurdu. 
Varlı, vəzifəli isə (əlbəttə ki bəziləri) yalnız gülüş, satira
mənbəyi olurdu. Onları  “Mozalan” telejurnalı, “Kirpi” satirik
jurnalı “təbliğ edirdi”. Bu cür tənqidlərin ilhamverici qüvvəsi
isə elə dövlətin özü – Sovet İttifaqı Kommunist Partiyası Mər‑
kəzi Komitəsi idi. O partiya ki, özü fəhlə‑kəndlinin çiynində
qurulmuşdu, hakimiyyətə gəlmişdi.
Bu təbliğatın ikinci qolu da vardı. Onlar hərbçilər – müha‑
ribə qəhrəmanları idi. Çapayev, Budyonnıdan tutmuş Həzi
Aslanova qədər. Çünki gənclər həm də torpağı qorumağı ba‑
carmalıydılar. Faşizmin törətdiyi dəhşətlər göstərilirdi.
Amma əsasən faşizmi məhv edən sovet əsgərinin qəhrəman‑
lıqları önə çəkilirdi, nümunə göstərilirdi. Nümunələr çox idi.
Məhz bu nümunə bolluğunda biri kosmonavt olmaq istə‑
yirdi, o biri pambıqçı‑mexanizator, frezerçi, qaynaqçı... kimisi
də şair, həkim, müəllim, alim... Raykom katibi, prokuror
olmaq istəyənlər də tapılırdı. Amma hüquq fakültəsinə sənəd
verənlərin sırasında az‑maz ziyalı uşağına rast gələrdin. Əsas
fəhlə‑kəndli övladlarıydı. Çünki xüsusi qadağa vardı varlı‑
lara, vəzifəlilərə və mənim kimi ziyalı uşaqlarına. İstisnalar
isə tək‑tük olurdu.
M A H İ R   Q A B İ L O Ğ L U
220


O dövlətdə bir dənə Lenin babamız vardı. O, nümunə yox,
simvol idi.
Artıq 50 yaşıma çatıram. Nə olsun ki, müstəqillikdir. Heç
nə dəyişməyib. Yenə də qulluqçuyam. Qulluqçu oğlu qul‑
luqçu. Qızlarım da qulluqçu qızıdır. Vəzifəlilər, müəllimlər,
həkimlər də bu xalqın qulluqçuları, xidmətçiləri. Sadəcə də‑
yişən odur ki, biz fəhlə‑kəndliyə qolçomaq təyin etmişik.
Onun adına “sahibkar” deyirlər. O da fəhlə‑kəndlini işlədir,
onun haqqının çox hissəsini isə cibinə qoyur.
O cəmiyyətdə fəhlə‑kəndli qazandığını dövlətə verirdi –
son qəpiyinəcən. Bu cəmiyyətdə isə sahibkara. Sahibkar isə
xeyirin çoxunu gizlədib, azını dövlətə vergi verir. Biz ziyalı‑
qulluqçuya çatan pulu da mənimsəyir. Fəhlə‑kəndliyə isə
qəpik‑quruş qalır.
Nümunə
Zəng gözləyirəm. Kimdən? Baş Dövlət Yol Polisi İdarəsinin
rəisi, general‑mayor Ramiz Zeynalovdan. Şəxsən zəng etməsə
də olar. Gözləyirəm ki, onun adından kimsə zəng edib mənə
“Mahir Qabil oğlu İmamverdiyev, Sizi 2007, 2008, 2009, 2010,
2011, 2012, 2013, 2014, 2015‑ci illərdə bir dənə də xətaya yol
vermədiyinizə, radarlara, məlumat bazasının mənfi bölümünə
düşmədiyinizə görə “NÜMUNƏVİ SÜRÜCÜ” adına layiq
görmüşük. Xahiş edirik sabah idarəyə gələsiniz. Mətbuat mən‑
sublarının iştirakıyla sizə mükafat təqdim olunacaq”.
Yəni ki, quruca diplom və ya fəxri fərman. Sevinirəm. Nə
olsun ki, quruca kağız parçasıdır. Qiymət, nümunə hər şey‑
dən irəlidir. Amma zəng gəlmir.
Bu cür zəngləri bütün dövlət idarələrindən gözləmək olar.
Nə çətin şeydir ki, çağırışçılarla görüşdə analara Hərbi Ko‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
221


missarlıq adından quruca bir minnətdarlıq kağızı vermək? Axı
bu uşaqları 18 il ata‑ana böyüdüb. Bütün əziyyətlərini çəkib.
Sonra da Hərbi Komissarlıq gəlib qapılarını döyərək, “oğlu‑
nun Vətənə borcu var” deyərək hazırına nazir durub. Axı
niyə biz şəhidi nümunə göstəririk, diri nümunəvi əsgəri yox.
Bu yaşa çatmışam, bir dəfə də qazımı, işığımı, suyumu kəs‑
məyiblər. Çünki komunal xidmətlərə görə pulları vaxtında,
lap vaxtından əvvəl ödəyirəm. Bircə dəfə bu idarələr qapıma
minnətdarlıq məktubu qoyublarmı? Amma borcum olsaydı...
Axı, bu cəmiyyətdə nümunə göstəriləcək insanlar çoxdur.
Nümunəvi nazir, icra başçısı, idarə müdiri, bağça müdirəsi,
“JEK” rəisi, gömrükçü, vergiçi, maliyyəçi, yolçəkən, dəmir‑
yolçu, rabitəçi yoxdurmu? Görəsən, hansısa müəllim onlar‑
dan birini öz şagirdlərinə nümunə gətiribmi?
Deyəcəksiniz ki, ay Mahir, gözün kor, qulağın kardır? Pre‑
zidentimizin onları təltifetmə sərəncamlarını heç oxumamı‑
san? Oxumuşam. Bu, əməyə verilən qiymətdir. Mənim
dediyimsə nümunə.
25 illik müstəqillik tarixində bircə dəfə eşitmisinizmi ki, a
bala filankəs kimi ol, ona oxşa. Yox, deyəsən eşitmisiniz. Ar‑
vadınızın dilindən: “Ay uşaq, atova oxşama! Onun kimi befər
olma! Oxu, vəzifəli ol, qaz vur, qazan doldur”. Amma heç bir
ana uşağına deməyib ki, torpağı becər, mal‑qara saxla, za‑
vodda işlə. Lap Aqil Abbasın təbirincə desək, “soğan ək” də
deməyiblər. Özü də ki, “Hövsan soğanı”. Nəticəsi də bu. Şə‑
həri təmin edən kəndli unu, yumurtanı, kartofu, soğanı ma‑
ğazadan alır. Əti‑toyuğu demirəm hələ...
İndi sual verirəm, kimdir SİNİF? Adını qulluqçu qoydu‑
ğumuz ziyalılar, yoxsa ziyalıları öz artığı ilə yedirtmək üçün
yaradılan fəhlə‑kəndli sinfi?
M A H İ R   Q A B İ L O Ğ L U
222


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə