50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə52/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   48   49   50   51   52   53   54   55   ...   85

diyevsayağı cavab verir ki, sən neft 150 dollar olan vaxtı yığ‑
dıqlarını xərclə, bu nağıla beş‑altı aydan sonra qayıdarıq. Val‑
lah, yazığım gəlir icra başçılarına. İmkanları olsa, baş götürüb
qaçarlar. Amma bacarmırlar. Sərəncamdan asılıdırlar. Yığdıq‑
larını isə xərcləsələr, nəvə, nəticə, kötükcələri ac qalacaq.
Ona görə də siz “qulağım səsdədir” sözümü başqa yerə
yozmayın. Elə bilməyin ki, Azərbaycanda Əbdürrəhman Və‑
zirov, Ayaz Mütəllibov variantı oynanılacaq. Nədir bu oyun?
Gəlin sizə də ərz edim.
Sovet dağılanda Azərbaycanın rayonlarında qeyri‑sabitlik
hökm sürürdü. Raykom katiblərinin, indiki dildə desək, icra
başçılarının hörməti sıfıra düşmüşdü. Elə raykomun (indi icra
hakimiyyəti) qabağında mitinq keçirib, Birinci katibin (icra baş‑
çısının) üzünə söyürdülər. Raykom katibi də cürət edib mitinqə
çıxa bilmirdi. Elə kabinetinin pəncərəsindən mitinqi seyr edirdi.
Bunu görən mərkəz başladı bu raykom katiblərini Mərkəzi Ko‑
mitə sistemində uzun illər işləyən, amma bir qəpik də rüşvət
almayan, təmiz insanlarla əvəz etməyə. Mən şəxsən tanıdığım
belə adamlar  atamın dostları Vəli Məmmədov, Xeyrulla Əliyev
idi. Vəli Məmmədovu keçmiş 26‑lar, indiki Səbail rayonuna,
Xeyrulla Əliyevi isə Cəlilabada raykom katibi göndərdilər. Xey‑
rulla müəllim də əslən Cəlilabaddan, təmiz adam... rayona
çatan kimi gedir girir mitinqçilərin arasına ki, bəs “Bakıdan
məni göndəriblər. Hər şey yaxşı olacaq. Əl‑ələ verib bu ağır və‑
ziyyətdən çıxacağıq. Mən də təmiz adamam. Ömründə bir
qəpik də rüşvət almamışam”. Elə axırıncı sözü deyib, nöqtə
qoyan kimi, mitinqçilərdən biri “rüşvət almamısan, indi alıb al‑
tını doldurarsan” deyib, hücum çəkir Xeyrulla müəllimin üs‑
tünə. Xeyrulla müəllimi də başının qanı axa‑axa  tez maşına
otuzdurub çatdırırlar Bakıdakı xəstəxanalardan birinə.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
211


İndi ən yeni tariximizi yaxşı bilən biri kimi, elə bilirsiniz
ki, hərifəm? “Hərif”i bir yana qoyaq, özü də ki, keçələm.
Keçəl isə suya getməz deyiblər. İstəyirsiniz ki, Qubaya icra
başçısı gedim, əhali də başımı yarıb qaytarsın Bakıya? Heç
vaxt. Bir də ki, əhali özü də köhnə başçılarını göz bəbəyi kimi
qoruyub, rayondan çıxmağa qoymaz. Köhnələrin mədəsində
qusmağa nəsə bir şey var. Mən mədəsi boşu neyləyəcəklər ki?
Özüm adam axtarıram ki...
Nə isə. Mövzudan çox kənara çıxdım. Qayıdım mövzuya.
Yəni ki, yazımın adında qeyd olunan insanlara – Abel Məhər‑
rəmovla Vüsalə Mahirqızına. İxtisasca, cəmiyyətdə tutduqları
mövqelərə görə tam başqa adamdırlar. Abel müəllimi şəxsən
tanıyıram. Vüsalə Mahirqızını da bir dəfə görmüşəm. Yəqin ki,
təqdimata ehtiyac yoxdur. Yox! Var! Röya, Aygün Kazımova,
Elgiz, Mikayıl olsaydı ehtiyac olmazdı. Onları bütün xalq tanı‑
yır. Bu insanlar isə elm, bilik, yazı‑pozu adamlarıdır. Abel Mə‑
hərrəmov akademik, rektor, əməkdar elm xadimi... Vüsalə
Mahirqızı isə “APA Holding”in rəhbəri, el dilində desək media
maqnatıdır. Elə bilməyin ki, mənim qızımdır. Sadəcə atasının
adaşıyam. Yəqin ki, qəhrəmanlarım bir‑birilərini tanıyırlar.
Bəlkə də şəxsən, bəlkə də qiyabi. Ola bilsin ki, bir‑birilərinə hör‑
mətləri var. Ola da bilsin ki, bir‑birilərindən zəhlələri gedir. Ya‑
zını oxuyandan sonra ilişməyə cümlə tapmasalar da “Mahir,
yaxşı yazıdır e... Amma gərək malı mala qatmayaydın” el mə‑
səlindən istifadə edib, mənə bir ƏMMA da qoyacaqlar. Amma
bir “Əmma” da var ki, mən yazanda belə şeyləri fikirləşmirəm.
Fikirləşsəm gərək heç nə yazmayım.
Bu mənim yazımın mıs‑mısının girişi. Keçirəm mıs‑mısa.
M A H İ R   Q A B İ L O Ğ L U
212


Mıs‑mıs
Müstəqilliyin ilk illəriydi. Müharibə, daxili çəkişmələr və
sairə, ilaxır. Tarixə geniş ekskurs etmək istəmirəm. Mən də
dördbaş ailənin başçısı idim. 25 yaşım vardı. İş tapa bilmir‑
dim. Yazıçılar İttifaqının “Dədə Qorqud Ensiklopediyası”n ‑
dan ixtisara düşmüşdüm. Atamın Əlican Əliyev adlı bir dostu
vardı. “Gənclik” nəşriyyatının baş redaktoru idi. Oğlu Qoş‑
qar və qızı Sevdayla  məktəbdə, həm də universitetdə bir
yerdə oxumuşdum. Atam mənim işsiz olduğumu ona deyir.
O da telefonu götürüb zəng edir bir dostuna. Sonra gedirlər
yanına. Bir də gördüm ki, atam sevincək gəldi evə. Ki, “sə‑
ninçün Əlican əmin iş tapıb. Xırdalanda yerləşən Bakı Süd
Kombinatında işləyəcəksən. Özü də “otdelkadr””. Mənim
üçün yeni söz idi kadrlar şöbəsinin inspektoru vəzifəsi. Bir
qram təsəvvürüm yox idi. Maaşı da az. Amma məcbur idim.
Xülasə məni götürdülər işə. Həmin şöbədə ziyalı bir rus qa‑
dını işləyirdi. Azərbaycanca sənədləşməyə keçdiyindən çox çə‑
tinlik çəkirdi. Azərbaycan dili ruscanı sıxışdırıb meydandan
çıxarmışdı. Mən isə dili bilsəm də, qanunlardan xəbərsiz idim.
Rus qadın isə 40 il bu sahədə çalışmışdı. Bir də gördüm ki, ağ‑
layır. Əvvəl başa düşmədim. Kadrlar və iqtisadiyyat şöbəsinin
rəisi İsmayıl Mahmudoviç mənə izah etdi ki, “bəs rusdur. Elə
bilir ki, sənə görə onu işdən çıxaracağıq. O da ac qalacaq. Amma
direktor Feyzulla Cəlilov onu daha çox maaş alsın deyə, qatıq
sexinə butulkayuyan təyin edib. Adı orda gedir, özü isə kadrlar
şöbəsində olacaq. Çox bilikli insandır. Öyrən ondan hər şeyi”.
Beləcə başladım öyrənməyə. Rus qadında da müəllimlik
qabiliyyəti yüksək idi. Hər şeyi öyrəndim. Amma bezdirici
günlərim başladı. Hər ayın əvvəli gedirdim sex rəislərinin ya‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
213


nına. Onlar mənə siyahı verirdilər. Mən də hər ayın əvvəli
həmin işçiləri yanıma çağırıb, ərizələrini alırdım. Öz hesab‑
larına məzuniyyətə buraxırdım. 300 işçidən 150‑si ayaşırı
pulu ödənilməyən məzuniyyətə çıxırdılar. Ərizəni də öz xa‑
hişlərinə əsasən yazırdılar. Amma əslində biz məcbur edirdik.
Çünki kombinat tam gücüylə işləmirdi. Bu əmrləri də çap ma‑
kinasında bir‑bir yazmaq, qol çəkdirmək əziyyəti mənim üzə‑
rimə düşürdü. Axırda bezdim. Direktora dedim ki, “camaatı
niyə bugünə qoyursuz? Ya işdən çıxarın, gedib özlərinə gün
ağlasınlar. Ya da maaşlarını bütöv verin qoy işləsinlər də...”.
Feyzulla müəllim bu sözümə görə məni otağından qova da
bilərdi. Amma çox təmkinlə “Mahir, bu insanlar 20‑30 ildir ki,
burda işləyirlər. Doğmalaşıblar. Başqa gedəsi yerləri də yox.
Mən də çıxartsam gedib acından öləcəklər. Az da olsa, heç ol‑
masa uşağı üçün süddən, kəsmikdən, qatıqdan oğurlayıb apara
bilirlər. Göz yumuram bu hallara. Maaş almasalar belə, dola‑
nırlar. Müvəqqəti çətinlikdir də... Heç olmasa adları işdə gedir”.
HAŞİYƏ: Kombinatın həyətində iş yoldaşımla söhbət
edirdim. Bir hörmətli aktyor, Xalq artisti həyətə girdi. Bizə
yaxınlaşıb salam verdi. Utana‑utana:
– Dostum xəstəxanada yatır. Ürəyi kəsmik istədi. Mağa‑
zalar da bomboş. Minib avtobusa gəldim bura. Mümkün‑
dürsə, puluyla 200 qram kəsmik təşkil edərdiniz mənimçün.
Yanımdakı iş yoldaşım sex rəisi idi. Tez gedib xüsusi sel‑
lofan kulyokda bir kiloqram kəsmik gətirib verdi aktyora. O,
pul uzatsa da götürmədi. Artist də dua edə‑edə getdi. (SON)
Müstəqilliyin ilk illəri olsa da, sovetin İNSAN qanunları iş‑
ləyirdi. Müəssisə rəhbəri öz işçilərinə doğması kimi yanaşırdı.
M A H İ R   Q A B İ L O Ğ L U
214


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə