50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə49/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   45   46   47   48   49   50   51   52   ...   85

tirib. Mən isə atam evində olanda yaman qorxurdum qula‑
ğımı deşdirməkdən. Hər dəfə həkimə aparanda qaçırdım.
Amma indi qorxmayacağam. Gedərik həkimə, qoy qulaqla‑
rımı deşsin.
Bunu eşidən bəy yumruğunu stola vurub ayağa qalxır. Və
hirslə:
– Ay köpəyin qızı, ər evində deşdirməli olduğunu aton
evində etdirmisən,  aton evində deşdirməli olduğunu  ər
evinə saxlamısan?
Gülüb özümdən getdim. Mətbuat katibi isə gülmədi. Ba‑
şını çevirib yenidən gözünü yola dikdi. Mən isə:
– Nə olsun ki, bu lətifənin bu tədbirə nə dəxli var?
– Ay kişi, necə yəni nə dəxli var? Siz jurnalistlər tədbirdən
bir‑iki gün qabaq bütün günü zəng edib suallarınızla
“mozgi”lərimi xarab edirdiniz. Cavab verirəm ki, bu sualların
mənə aidiyyatı yoxdur. Bunları gələndə  erməni tərəfinə ün‑
vanlayarsınız. İndi isə erməni öz ayağıyla gəlib, oturub bun‑
ların qabağında. Bunlar da sualı‑sual dalıyca verirlər. Amma
heç biri telefonda mənə verilən, amma nəvaxtsa erməniyə ün‑
vanlanmalı suallar deyil. Hamısı mənim cavablandırmaq sə‑
lahiyyətimə aiddir. O gəlin kimi yerini səhv salıblar. O,
olmayanda onun suallarını mənə verirlər. Erməni olanda isə
mənə aid sualları ona.
2015 
M A H İ R   Q A B İ L O Ğ L U
196


DEPUTAT ELDAR QULİYEV və ya
“UŞAQLAR”
Deyilənə görə yaxşı yaddaşım var. Amma bu yaddaş müx‑
təlif qatlardan ibarət olduğundan zaman keçdikcə, özü də ki,
yavaş‑yavaş açılır. Yeni xatirələr vərəqə düzülür. Öz yazıla‑
rımı təkrar‑təkrar oxumağı da sevirəm. Hər hansı birini oxu‑
yanda isə yeni bir xatirə yadıma düşür.
Modern.az saytında xüsusi şərhlə yayımladığım “Prezi‑
dent Heydər Əliyevlə şair Qabilin zarafatları‑1” videosuna
çoxunuz baxmısınız. Xüsusilə də bu yeri:
QABİL: Uşaqlar bir balaca süfrə açıblar. Gedək istəyirsiz.
HEYDƏR ƏLİYEV: Hardadır süfrə?
QABİL: İnturistin “mramornı” salonunda.
HEYDƏR ƏLİYEV: Mramornı? (Gülür)
QABİL: Gedəyin qutab‑zad qoyublar. Qutab‑zad bişi‑
rib uşaqlar. Başqa şey... Gedəy bir az oturağın. Bir “yüz” vu‑
rağın. 70 ildə bir dəfə olan şeydir də... Vaxtınız varsa
feyziyab olarıq. Hamınızı dəvət eləyirəm e... hamı 

nızı. Mənim özümü də dəvət eləyiblər...”
Ən sevdiyim videoxatirədir bu. Deyirlər ki, sevginin, tü‑
tünün, şərabın qiyməti olmur. İllər keçdikcə daha da qiymətə
minir. Bu videoxatirə də çox qiymətlidir, daha doğrusu qiy‑
mətsiz. İndi soruşacaqsınız ki, iki dahi şəxsiyyətin arasında
olan bu söhbətin Eldar Quliyevə – özü də o vaxt deputat ol‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
197


mayan, sovet dövründəki şöhrətə malik olmayan “Azəritti‑
faq” kimi qurumun sədri, 45 yaşlı Eldar Quliyevə nə dəxli?
Fikrə gedirəm. Xəyalım məni 1997‑ci ilin yanvar ayına apa‑
rır. Atamın Opera və Balet Teatrında 70 illik yubileyi keçirilə‑
cəkdi. Yanvarın 6‑na təyin olunmuşdu. 70 yaşı 1996‑cı il
avqustun 12‑də tamam olsa da, payız ayında keçirilməsi nə‑
zərdə tutulsa da, mədəniyyət nazirinin səhlənkarlığı nəticə‑
sində ötür‑ötürə salınmışdı. Prezident Heydər Əliyev işə
qarışandan sonra hər şey yoluna düşdü.
Amma yenə də nazirlik maneələr yaradırdı. Daha doğrusu
bəhanələr: “Dəvətnamə çap etməyə, bədii hissədə iştirak edə‑
cək artistlərə verməyə, teatrı arendaya götürməyə pulumuz
yoxdu” və sairə, ilaxır.
Bu ərəfədə Naxçıvanda, Hüseyn Cavidin yubileyində ata‑
mın Heydər Əliyevə dediyi “Polad Bülbüloğlu yubileyimin
keçirilməsinə pəl vurur” cümləsi “öz bəhrəsini” bu formada
verirdi. Bu yubileydə daha bir böyük problem isə banketin
təşkili idi ki, bu nə Poladlıq, nə də Qabillik idi. Mədəniyyət
nazirinin dəvətnamə çap etdirməyə pulu “yox idi”, o ki qalsın
qonaqlığa. Heç Qabilin də o qədər pulu yox idi. Mənim də,
qohum əqrabamızın da, dostların da...
Heydər Əliyevlə səhnəarxası görüşdə xəbər tutdum ki, bəs
qonaqlıq da olacaq. Özü də Təzə “İnturist”in “Mərmər
salon”unda. “UŞAQLAR” təşkil edib, özü də ki, qutab da bi‑
şiriblər. Özü də ki, yüksək səviyyədə. Atam özü də dəvətlidir.
Çünki Heydər Əliyevə “Mənim özümü də dəvət ediblər”
dedi. Yubileydən sonra ora getdik. Yüksək səviyyəli, 150 nə‑
fərlik bir ziyafət idi. Süfrəyə də atamın diliylə desək, “bülbül
dilindən kotletəcən” düzülmüşdü.
Sonradan isə bildim ki, atamın ərkyanə, özü də Preziden‑
M A H İ R   Q A B İ L O Ğ L U
198


tin hüzurunda iki dəfə “UŞAQLAR” dediyi, onun özünü də,
bizim hamımızı da ora dəvət edən, nazirliyin bütün bəhanə‑
lərini kəsən şəxs “Azərittifaq”ın sədri Eldar Quliyev imiş.
Hər bir bədii əsərdəki qəhrəmanların prototipi var. Lakin
bu, çox vaxt açıqlanmır. Yazıçı ölüb dünyadan gedəndən
sonra da. Bu yük tədqiqatçı‑alimlərin boynuna düşür. Onlar
da bu sirləri çətin ki, aça bilsinlər. Çünki bilmirlər. Şahidlər
isə azala‑azala gedir. Sayta qoyulan videonun səbəbkarı isə
mənəm. Dolayısı yolla mən Mahir Qabiloğlu bu əsərin müəl‑
lifiyəm. Orda iki nəfər var. Bir Prezident Heydər Əliyev, bir
də Xalq şairi Qabil. Bu hamınıza gün kimi aydındır. Bir də ki,
atamın ərklə dediyi “UŞAQLAR”. Mənim bu yazımdan sonra
yəqin ki, onu da tanıdınız ‑ millət vəkili, maştağalı  Eldar Qu‑
liyev. Qabilin 70 illik yubiley banketinin səbəbkarı. Atam Qa‑
bilin bu cür səxavətli və təmənnasız insanlar barədə dediyi
bir cümləsini xatırlatmağın lap yeridir: “Pulunu verən, canını
da verər”.
2015
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
199


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə