50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə48/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   44   45   46   47   48   49   50   51   ...   85

MƏTBUAT KATİBİNİN
QİSAS LƏTİFƏSİ
15 ilin söhbəti olar. Televiziyada işləyirdim. Əvvəllər
AzTV‑nin “Xəbərlər” proqramında redaktorlar (müxbirlər)
tədbirdaxili müsahibələrə az həvəs göstərirdilər. Daha dəqiq
desək, müsahibələr yalnız göstəriş olduqda götürülürdü.
Tənqidi süjetlər, hadisələr  isə istisna idi. Mən də bu əmrə tabe
idim. Çəkilişə gedirdim. Baxırdım ki, digər televiziya, radio,
agentliklər bir nəfəri alıblar dairəyə, sual atəşinə tuturlar.
Yaxud da bir jurnalist “eksklüziv” deyərək bir müsahibi kə‑
nara çəkir. O birilər isə güdürlər. Elə ki, müsahib birinci suala
cavab verməyə başlamırdı... bir də görürdü ki, böyürlərdən
mikrofon‑diktafonlar göbələk kimi çıxır. O da naəlac qalıb,
digər suallara da cavab verməyə məcbur olurdu. 
Amma elə tədbirlər də olurdu ki, jurnalistlər mətbuat ka‑
tibinə möhtac idilər. Yəni ki, o icazə versəydi, müsahibə gö‑
türmək olardı. Özü də ki, ancaq o dediyi vəzifəlidən
müsahibə almalıydın. Amma bəzi beynəlxalq tədbirlərdə
mətbuat katibləri ümumiyyətlə müsahibələrə icazə vermirdi‑
lər. Deyirdilər ki, “gözləyin tədbir qurtarsın. Sonra mətbuat
konfransı olacaq”.
Biz AzTV olaraq isə bu cür qayğılardan uzaq idik. Foyedə
kresloya oturub bu mənzərəni müşahidə edirdik. Çay, qəhvə
içə‑içə...
Günlərin bir günü şəhərətrafı mehmanxanalardan birində
MDB səviyyəli tədbir keçirilirdi. Dəvətli jurnalistlərin sayı da
M A H İ R   Q A B İ L O Ğ L U
192


məhdud idi. Sonacan oturmalıydıq. Bu göstərişi alsaq da, mü‑
sahibə götürmək fikrim yox idi. Mətbuat katibi də bizi bir
yerə yığıb xəbərdarlıq etmişdi ki, “Müsahibə olmayacaq! Təd‑
birdən sonrakı mətbuat konfransında nə sualınız varsa, ve‑
rərsiniz!”.
Amma özəl televiziyalardan biri yaman narahat görü‑
nürdü. Çünki tədbirdə Ermənistandan gələn nümayəndə də
iştirak edirdi. O da Naxçıvanda doğulmuşdu. Azərbaycan di‑
lini də yaxşı bilirdi. Heç özünü erməni kimi aparmırdı. Yəni
ki, qorxmurdu. Foyeyə çıxır, qəhvə içir, yenidən zala girirdi.
Həmin özəl televiziyanın müxbiri də operatoruyla birgə ha
istəyirdilər ki, onu həlqəyə salıb müsahibə götürsünlər, bu
dəm mətbuat katibi hardansa pırtlayıb üzə çıxırdı. Beləcə iki
saat cəhdləri baş tutmadı. Amma müsahibə almaq tapşırığı
almışdılar. Nəyin bahasına olursa‑olsun.
Bir də gördüm ki, həmin televiziyanın operatoru foyedə
görsənmir. Müxbir də əliboş, yəni ki, mikrofonsuz gəzir. Bu
zaman həmin erməni rəsmisi yenə foyeyə çıxdı. Müxbir
həmən ona yanaşdı. Onlar dayandığı yerdə foyeyə bir qapı
açılırdı. Müxbir ermənini pişim‑pişim eləyə‑eləyə saldı ora.
Qapını da örtdü. Üstündən beş dəqiqə keçmişdi ki, mətbuat
katibi hövüllü foyeyə çıxdı. Kimisə axtarırdı. Bu dəm həmin
televiziyanın müxbiri, operatoru və erməni nümayəndə otaq‑
dan çıxdılar. Onda başa düşdüm ki, jurnalist məqsədinə çatıb.
Yəni ki, müsahibəsini alıb. Çünki çox xoşbəxt görünürdü.
Amma mətbuat katibi başlarının üstünü almışdı. Heç nə de‑
mədi. Sadəcə işarət barmağını açıb‑yummağa başladı. Yəni
ki, nəyisə bəri ver. Əvvəlcə anlamadım. Amma operator din‑
məzcə kameranın kaset sandığının düyməsini basdı və video‑
lenti mətbuat katibinə verdi. Öz‑özümə “Atalar yaxşı deyib
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
193


e... oğurluqla qəhbəliyin ömrü 40 gün olur” dedim. Bunların
oğurluq müsahibəsinin isə ömrü  heç beş dəqiqə də çəkmədi.
Mətbuat katibinin professionallığına “Əhsən!” dedim. Həm‑
karlarımın zəhmətinin boşa çıxmasına isə təəssüfləndim.
Mətbuat katibi kaseti cibinə qoyub içəri keçdi. Həmkarlarım
isə yanımda əyləşib çay içməyə başladılar. Müxbir isə “Mahir,
bu elə bilir ki, biz hərif‑zadıq. Müsahibə götürəndən sonra
kaseti tez dəyişdik. Bildik ki, çıxanda əlimizdən ala bilər. Ona
verdiyimiz isə köhnə‑sınıq kasetdir” deyib başladı gülməyə.
Bir dəqiqə əvvəl “əhsən” dediyim mətbuat katibinə yazığım
gəldi. Çaylarını içib getdilər. Mən isə qaldım. Mətbuat kon‑
fransını gözləməliydim. Axı, göstəriş beləydi.
Xülasə tədbir qurtardı. Mətbuat konfransı başladı. Ay ba‑
şına dönüm, adam nə qədər sual verər? Özü də MDB‑nin digər
üzvləri qalmışdı bir qıraqda, bütün sualları erməni nümayən‑
dəyə yağdırırdılar. Mətbuat katibi də vəziyyəti nəzarətə ala bil‑
mirdi. Heç əvvəldən instruktaj da keçməmişdi bizə. Jurnalistlər
suallarında və fikirlərində azad idilər.
Mən isə sakitcə oturub bu mənzərəni müşahidə edirdim.
Gözləyirdim ki, mətbuat konfransı qurtarsın, qayıdım televi‑
ziyaya, beş‑on cümlə “dejurnı” söz yazıb, materialı ötürüm
efirə. Vəssalam‑şüttamam.
Nəhayət ki, mətbuat konfransı bitdi. Qayıdanda mətbuat
katibi bizi öz maşınında gətirdi. Çox əsəbi idi. Həmişə deyib‑
gülən adam dinmirdi.
– Nə olub? Niyə əsəbisən? Hər şey yaxşı keçdi ki… – deyə
sükutu pozdum.
– Yox e, Mahir, sən başa düşməzsən məni. Əsəbimdən
partlayıram.
Elə başa düşdüm ki, mətbuat katibi özəl televiziyanın ica‑
M A H İ R   Q A B İ L O Ğ L U
194


zəsiz müsahibə götürməsindən əsəbləşib.
– İndi müsahibədir də götürdülər. Yaxşı ki, vaxtında xəbər
tutub kasseti aldın, – deyə başladım “malalamağa”. Əgər de‑
səydim ki, səni “lox” yerinə qoyublar, lap əsəbləşəcəkdi.
– Yox e, Mahir, məsələ tam başqadır. Sən bilmirsən,– deyib
yenidən nəzərini yola dikdi.
Danışmadım. Heç soruşmadım da məsələ axı nədədir?
Bir‑iki dəqiqə beləcə sükut davam elədi. Amma birdən üzünü
mənə və operatora döndərək:
– Mahir, bir lətifə var e... eşitmisən?
– Hansı?
– Partlayıram e... Acığınıza gəlsə də deyəcəm. Günlərin bir
günü birinin toyu olur. Toydan sonra evə gəlirlər. Bəy girir gə‑
linin yanına. Görür ki, bütün işləri ona qədər artıq həyata ke‑
çiriblər. Dilxor olur. Amma səsini çıxarmır. Səhər açılır. Oğlan
yenə heç nə demir. Qovulmaq, pilləkənlərdən aşağı dığırlan‑
maq, saçının qırxılması təhlükəsinin sovuşduğunu görən “tə‑
zəgəlin” ürəklənir. Mətbəxə keçir. Çay dəmləyir. Ortaya yağ,
pendir, çörək, qaynanmış yumurta düzür. Oğlanı çağırır ki,
bəs gəl birlikdə, ər‑arvad kimi nahar edək. Oğlan da acıqlı‑
acıqlı gəlib oturur süfrənin başında. Amma başını qaldırıb qıza
heç nə demir. Dinmir‑danışmır. Bir az keçir. Gəlin ayağa durur.
Stulda əyləşən ərinin arxadan boynunu qucaqlayır və:
– Mamed, ay Mamed.
– Nədi!‑ deyə oğlan acıqla cavab verir.
– Bu gün gedərik də həkimə...
– Nə olub ki? Xəstələnmisən? – deyə bəy ağızucu xəbər alır.
– Yox.
– Bəs onda həkimə niyə gedək ki?
– Bilirsənmi, anan mənimçün qəşəng brilyant sırğalar gə‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
195


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə