50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə45/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   41   42   43   44   45   46   47   48   ...   85

HEYDƏR ƏLİYEVƏ 
SON MƏKTUB
Dövlət başçısına məktub ünvanlamaq... İlk növbədə cəsa‑
rət tələb edir. Bu aydın məsələdir. Nağıl dilində desək, bu,
kəfəni boğazına salıb padşahın hüzurunda dayanmaqdır.
Qalan məsələlər isə şahdan asılıdır. Boynunu vurdura da
bilər, ya da yazdığını səmimi qəbul edər. Yox elə bilməyin ki,
söhbət “Azərpoçt” vasitəsiylə göndərilən milyonlarla zərfdən,
onun içindəki şəxsi problemlərlə dolu məktublardan gedir.
Əsla. Mən dediyim məktubun adına “Açıq məktub” deyirlər.
Belə məktubları təkcə Prezident oxumaz
Atam Qabilin həyatında bu qəbildən üç məktub olub. Bi‑
rinci sovet dövründə, 19 oktyabr 1990‑cı ildə Prezident Ayaz
Mütəllibova ünvanladığı 24 sual. Çox böyük rezonans doğu‑
ran bu məktubla bağlı “Ayaz Mütəllibov, yaxşılığa yamanlıq
hansı...”  adlı məqaləmdə geniş bəhs etmişəm.
İkincisi şeirlə yazılmış avtoqraf məktub idi. 10 fevral 1991‑
ci ildə Ali Sovetin deputatı Heydər Əliyevə (məşhur çıxışın‑
dan sonra) ünvanlanmışdı. Modern.az saytında ya 
yım‑
 
ladığım “Heydər Əliyevlə şair Qabilin zarafatları–1”
videosunda bu şeiri Qabilin dilindən hamınız eşitmisiniz.
Məsləhətdir, aç, oxu,
Sən bu kitabı, Heydər!
Çox suala tapacaqsan da
Cavabı, Heydər!
Görəcəksən quruluş –
M A H İ R   Q A B İ L O Ğ L U
180


Zay quruluşdur, a kişi,
Yandırır həm şişi o
Həm də kababı, Heydər!
Üstünə kim bu saat
Qalxdı, xoruzlandısa da,
Xoruzun uçmağa
Hardaydı ki, tabı, Heydər!
Hansı namərdin olub
Vicdanı, abrı‑həyası,
Mərdə‑mərdanəyə xas
Vicdan əzabı, Heydər!
Üçüncü məktub
Bu yaxınlarda hansısa kitabı axtarırdım. Qarşıma bir qov‑
luq çıxdı. Açdım. Müxtəlif illərdə atamın yazdığı məktublar
və şeirlər vardı qovluqda. Onların arasında iki Xalq yazıçısı
və üç Xalq şairinin Prezident Heydər Əliyevə ünvanladığı
məktub da vardı.  Məktub kompüterdə, kiril əlifbasında ya‑
zılmış, altından da imzalar atılmışdı. Birinci – Anar, ikinci –
Hüseyn Abbaszadə, üçüncü – Qabil, dördüncü – Fikrət Qoca,
beşinci – Bəxtiyar Vahabzadə. Atamın arxivində olan nüsxədə
məktub və 4 imza kseokopiya şəklindədir. 5‑ci imza – Bəxtiyar
Vahabzadənin imzası isə kopiya deyil, bu siyahıya qələmlə atı‑
lıb. Çünki məktubun təşkilatçısı Bəxtiyar Vahabzadə idi. Ona
görə də axırıncı imza atmışdı. Məktubun altında tarix qeyd
olunmayıb. (Yaddaşım aldatmırsa, 1998‑99‑cu illər olmalıydı).
Gəlin sizi əvvəlcə məktubla tanış edim.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
181


“Azərbaycan Respublikasının Prezidenti Zati‑aliləri
Möhtərəm Heydər Əliyev cənablarına
Hörmətli Prezident!
Nə vaxtdır ki, Azərbaycan xalqı çox gərgin günlərini ya‑
şayır. Ölkədəki iqtisadi çətinliklərə, keçid dövrünün ağırlıq‑
larına səbrlə sinə gərir. Siz Azərbaycana qayıtdıqdan və
Prezident seçildikdən sonra bizdə gələcəyə inam və Qarabağ
münaqişəsinin ədalətli həllinə böyük ümid yarandı. Siz bütün
çıxışlarınızda bəyan etmisiniz ki, əgər torpaqlarımızı danı‑
şıqlar yolu ilə azad etmək mümkün olmasa, Azərbaycan xalqı
hərb yoluna müraciət etmək məcburiyyətində qalacaq.
Son vaxtlar məsələnin sülh yolu ilə həll olunması üçün
kompromisin vacibliyini bəyan edirsiniz. Ancaq Azərbaycan
ictimaiyyəti bu güzəştin nədən ibarət olmasından xəbərsizdir.
Azərbaycandan kənardakı bəzi mənbələrdən belə məlu‑
matlar yayılır ki, Minsk qrupunun yeni təkliflərində Azər‑
baycanın ilkin şərti hesab olunan ərazi bütövlüyü prinsipi
qoyulmayıb. Şübhəsiz ki, biz Sizin Azərbaycan üçün şərəfsiz
sülh müqaviləsinə qol çəkə biləcəyinizə inanmırıq.
Lakin ölkədə gedən bu söz‑söhbətlərə son qoyulması üçün
Sizin Qarabağ münaqişəsinin nizamlanması barədə mümkün
qədər geniş açıqlama vermənizi və Xalqın narahatlığına, hə‑
yəcanına son qoymağınızı xahiş edirik.
Anar, Hüseyn Abbaszadə, Qabil, Fikrət Qoca, Bəxtiyar
Vahabzadə” .
Deməli məktub yazılır. Beş nəfər altından qol çəkir. Zərfə
qoyulur. Və göndərilir Prezident Aparatına.  Səhər açılır. Və
bu məktub “Yeni Müsavat” qəzetinin manşetində əsas xəbər
kimi yer alır. 
M A H İ R   Q A B İ L O Ğ L U
182


O vaxt AzTV‑nin “Xəbərlər” proqramında işləyirdim.
Məktubun yazılması, atamın da altından imza atması öz ye‑
rində, müxalifət qəzetində çap olunması mənimçün gözlənil‑
məz oldu. Mənim bundan xəbərim yox idisə, bəs
qəzetlər  necə xəbər tutmuşdu? Axşam işdən çıxıb atamgilə
yollandım. Özüm də bilmədən sualı düzgün qoymadım. Ca‑
vabımı da aldım:
– Papa, Prezidentə niyə məktub yazmısan?
– Əcəb eləmişəm. Səndən icazə almalıydım?
– Axı mən “Xəbərlər”də işləyirəm...
– Gözüm aydın!
Vəssalam. Söhbət bununla bitdi. Çörək yedik. Həyəcanlı
idi. Amma biruzə verməməyə çalışırdı. Zarafat deyildi Hey‑
dər Əliyevə “Açıq məktub” yazmaq. O Heydər Əliyevə ki, on‑
ların hər nazıyla oynayırdı.
Xüsusilə də “Şübhəsiz ki, biz Sizin Azərbaycan üçün şərəf‑
siz sülh müqaviləsinə qol çəkə biləcəyinizə inan mı rıq” cümləsi.
Yaxşı, inanmırsınızsa, onda məktub niyə ya zırsınız? Suallar
beynimi qazırdı. Amma qorxumdan soruşa bilmirdim. Mək‑
tubun “Açıq məktub”a çevrilməsinin səbəbini, yəni ki, qəzetə,
özü də müxalifət qəzetinə verilməsinin səbəbini anlamırdım.
Sadəlövhlüyümə bax e... Guya ki, məktubu dövlət qəzetlərinə
versəydilər, onlar şıppıltıyla çap edəcəkdilər.
HAŞİYƏ: Məktub qəzetdə çıxan gün Xalq şairi Nəbi Xəzri
atama zəng edib “Mənə niyə deməmisiniz. Mən də imzamı
qoyardım” deyə gileylənmişdi. (SON)
Yeməyimi yedim, atamla bir yüz‑yüz də vurub, evə gəl‑
dim. Səhər tezdən işdəydim. Sakitçilik idi. Yəni ki, “Xəbərlər”
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
183


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə