50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə53/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   49   50   51   52   53   54   55   56   ...   85

İxtisar aparıb, əldə olunan pulu müxtəlif vasitələrlə silərək ci‑
binə də qoya bilərdi. Amma etmirdi. Sonra işçilərimizin bir
çoxu alverə qurşandı. Ərizələrini yazıb işdən azad olundular.
Sonda isə kombinat tamam bağlandı. Sonra özəlləşdi. Yerində
meyvə şirəsi zavodu açıldı. Yox, elə bilməyin ki, meyvə təda‑
rük edib şirə istehsal edirdilər. Əsla. Şirənin cövhəri kanıs‑
trlarla xaricdən gəlirdi. Şüşə qablar da xaricdən gəlirdi.
Sahibkar da ümumi su borusundan zavodun sexlərinə xətt
çəkdirmişdi. Siropdan butulkalara tökür, üstünə krantdan su
əlavə edirdilər. Olurdu 100 faiz meyvə şirəsi. Sırıyırdılar ca‑
maata. Hətta qazlı su da buraxırdılar ‑ “Rıçal” adıyla.
Abel Məhərrəmov
Elə hey sübut etməyə çalışırlar ki, qayıtmışıq 90‑cı illərə.
Düz demirlər. Qayıtmamışıq. Qayıtsaq, şad olaram. Ən azı
itirdiyimiz insanlığı bərpa etməyimiz baxımdan. 90‑cı illərə
qayıda bilərik – yalnız neftin qiymətinə, inflyasiya səviyyə‑
sinə, bahalaşmaya görə. O da nə vaxtsa. Amma bugünə yenə
min şükür. O səviyyəyə düşməmişik. Düşmərik də inşallah.
Abel Məhərrəmov bir rektor, təhsil ocağının rəhbəri kimi
son bir ildə iki dəfə  maaşları artırdı. Çoxdur‑azdır deyə bil‑
mərəm. Məncə, lap qaydasındadır. Amma söhbət artımın
məbləğində deyil. Bir ifadə var: “Atalıq qayğısı”.
BDU çox qəliz bir təhsil ocağıdır. Orda Abel müəllim yek
akademik deyil. Akademik Abel Məhərrəmov akademiklərin,
professorların, dosentlərin, baş müəllimlərin, lobarantların,
aspirantların rəhbəri, rektorudur. Sayı minlərlə ölçülən bir ai‑
lənin başçısıdır.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
215


HAŞİYƏ: Müstəqillik dövründə yeni seçilmiş parlamentin
ilk iclasına hazırlıq gedir. Ən yaşlı deputat olan Xalq yazıçısı
İsmayıl Şıxlını dəvət edirlər ki, bəs ilk iclası siz aparmalısınız.
Ta yeni sədr seçilənə qədər. O isə razı olmur. (Onda indiki
kimi deyildi. Hərəsinin ağzından bir avaz gəlirdi) Nə qədər
deyirlər, razı sala bilmirlər onu. Onda yazıçıya bir sualla mü‑
raciət edirlər:
– İsmayıl müəllim, siz Yazıçılar İttifaqının rəhbəri olmu‑
sunuz. Neçə üzvü vardı oranın?
– Min nəfər.
– Neçə illər min nəfər “kapriznı” yazıçıya rəhbərlik etmi‑
siniz. İndi “neujeli” bir saat 124 deputata rəhbərlik edə bilmə‑
yəcəksiniz? Hə?
İsmayıl əmi bu sözün qarşısında naəlac qalıb ilk iclası
aparmağa razılıq verir. (SON)
İqtisadi sabitlik dövründə hər hansı addım atmaq asandır.
Amma böhran vəziyyətində, qanunun ixtisar tələbinə məhəl
qoymamağın özü də müsbət hal sayılmalıdır. Amma belə bir
vəziyyətdə üçminlik bir kollektivin keçən ilin və bu ilin əv‑
vələrlində  maaşlarını artırmaq (özü də iki devalvasiyadan
sonra)... Abel müəllim tərifə yox, ALQIŞA layiqdir.
Vüsalə Mahirqızı
Böhran mətbuatımızı da vurub. İxtisarlar öz yerində, maaş
artımından heç söz də gedə bilməz. “Yüz yeyənin olsun, bir
deyənin olmasın” məsəlini üstün tutanlar və ya jurnalistləri‑
mizi çox sevən insanlar ciblərinin ağızlarını bərk‑bərk tikib‑
lər. Amma istisna insanlar da var.
M A H İ R   Q A B İ L O Ğ L U
216


Fərid Azəri və Ayxan Ayvaz adlı gənc jurnalistlərimiz var.
Fərid Azərini mən yazılarına görə tanımıram. Ona fanatik
insan kimi hörmət edirəm. Televiziyanı çox sevir. Özündən
yaşlı jurnalistləri özünə müəllim bilir. Təmiz qəlbli insandır.
Onu tanıyanı belə bir fikir formalaşıb məndə: “Heç maaş al‑
masın. Amma televiziyada çalışsın. Ordakı insanlarla tə‑
masda olsun”. Bu yaxınlarda “Xətai”  metrostansiyasından
çıxanda gördüm ki, operatorla dayanıb camaatdan müsahibə
alır. Yaxınlaşdım. Görüşdük. APA TV‑nin mikrofonunu fəxrlə
tutmuşdu. Yeni işini təbrik elədim. Sevincindən uçurdu.
Həmən telefonunun kamerasını açıb operatora verib “Mahir
müəllimlə mənim şəklimi çək” dedi. Sonra mikrofonu mənə
tutub ona tapşırılan mövzuyla bağlı sual verdi. 12 il televizi‑
yada işləyən bir adam kimi bu, mənimçün adi bir şey idi. O
qədər müsahibə almışdım ki, lap bezmişdim. Amma Fərid
Azəriyə baxanda lap paxıllığım tutdu. Onun televiziyamıza
olan sevgisinin fonunda mənim 12 illik telejurnalistika fəaliy‑
yətim çox cılız və sönük görünürdü.
Ayxan Ayvazı isə cəmi bir dəfə görmüşəm. Çox da yaxşı
təsir bağışlamamışdı mənə. Əlbəttə ki, özü yox, “Beş barmaq”
verilişində irəli sürdüyü fikirlər. Bu yaxında çox kövrək not‑
larla əhatə olunmuş bir müraciət yaymışdı. Yazının məğzi bu
idi ki, iş axtarır, (lap fəhləlik olsa belə) amma tapa bilmir. O
gün eşidirəm ki, APA Holdinqdə işə götürüblər onu.
Vüsalə Mahirqızının rəhbərlik etdiyi “APA Holding”də iş‑
ləyənlərin çoxunu yaxşı tanıyıram. Jurnalistikamızın profes‑
sional nümayəndələridir. Özü də xaraktercə də çətin
adamlardır. İndividual yanaşma tələb edirlər. Burda qəribə
heç nə yoxdur. Yaradıcı insana xas xüsusiyyətdir bütün bun‑
lar. Onları qiymətləndirən və bir yerə toplayan adam isə Vü‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
217


salə Mahirqızıdır. Təqribən bir il bundan əvvəl tabeliyində
olan bir neçə sayt bağlansa belə, işçilərini çölə atmadı. Amma
onun haqqında bu yazını o vaxt yazmadım. Çünki iqtisadi
böhran yox idi. Bunu təbii qəbul etdim. Amma bu gün, hətta
varlı təşkilatlardan ixtisar xəbərlərinin gəldiyi bir dövrdə
Fərid Azəriylə Ayxan Ayvazı işə götürməsi məni təsirləndirdi.
SON
Bu yazının adını “Abel Məhərrəmov və Vüsalə Mahirqızı
nümunəsi” də qoya bilərdim. Amma qoymadım. Çünki bu
boyda respublikada iki nümunəni dilə gətirmək mənimçün
çox ağırdır. Elə hey qulağım səsdədir. Gözləyirəm ki, görən
kimsə də heç nümunə götürmədən, içindən gəlmək şərtiylə
işçilərinin maaşını qaldıracaqmı? Çətin vəziyyətə düşən bir‑
iki nəfərə kömək edəcəkmi? Pionerlər var. Abel Məhərrəmov
və Vüsalə Mahirqızı kimi. 
Əgər onlar kimi bacarmasalar... Heç olmasa ixtisara sal‑
masınlar. Mənim nə vaxtsa işlədiyim Bakı Süd Kombinatının
direktoru Feyzulla Cəlilov kimi.
2016
M A H İ R   Q A B İ L O Ğ L U
218


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə