50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə50/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   46   47   48   49   50   51   52   53   ...   85

QABİLİN NƏSİHƏTLƏRİ, 
VƏSİYYƏTLƏRİ
Bu başdan deyim ki, Qabil nə vəsiyyəti, nə də ki, nəsihəti
sevirdi. Mənə də nə nəsihət edib, nə də vəsiyyət. Tövsiyə de‑
yilən anlayış da ona yad idi. Məsləhəti isə əmrdən seçilmirdi.
Üç məsləhət‑əmri bu gün də öz gücünü göstərməkdədir.
Qüvvəsini itirmir. Daha doğrusu, təməl daşımdır:
1. Universitetin filologiya fakültəsinə daxil olacaqsan.
2. Əsgəri xidmətini Sərhəd Qoşunlarında çəkəcəksən.
Orda qayda‑qanun var.
3. Dostum Fəzailin qızı bu evin gəlini olmağa layiqdir.
İnsanda əgər istedad varsa, aldığın təhsil onu ikiqat güc‑
ləndirir; Türkiyədə əsgərlikdə olmayan, bərkə‑boşa düşmə‑
yən oğlana qız vermirlər; Arvad bazarda satılan kartoşka
deyil ki, çürük çıxsa, atasan. Sonra da gedib təzəsini alasan;
Başqa məsləhət eşitmədim atamdan. Nəsihət də... Vəsiyyət
də eləmədi. Evin tək övladına nə vəsiyyət edəsən axı. Yox,
ömrünün sonuna yaxın vəsiyyət elədi: “Mən ölsəm, anana
yaxşı bax”.
Mən anadan olan gün mənə ilk verdiyi isə əmanət olub.
Yazdığı “İmamverdiyev” şeiri vasitəsiylə.  4 misradır cəmi.
Səbrim ümman tutumunda
Qərq eləyib neçə ili.
Mən əmanət saxlamışdım 
Sahibiyçün bu famili.
M A H İ R   Q A B İ L O Ğ L U
200


İmamverdiyev familiyası mənə əmanət olunmuşdu. Özü
isə İmamverdiyev familiyasını atıb Qabil qalmışdı. Anam da
qızlıq familiyasını dəyişməmişdi. Ailədə İmamverdiyev təkcə
mən idim. Mən də öz növbəmdə bu familiyanı qızlarıma əma‑
nət etdim. Onlardan biri ərə getməyinə baxmayaraq famili‑
yasından imtina etmədi. Suğra İmamverdiyeva. Qabilin
anasının – nənəmin adı, familiyası da beləydi. Adları da əma‑
nət kimi qoruyuram. Qabilimiz də var, Bəyimimiz də...
Oğlum Mahirlə söhbət
Universitetdə 2‑ci kursda oxuyurdum. Sevinc Hümbətova
adlı qrup yoldaşım əsəbi halda mənə yaxınlaşıb:
– Mahir, atovun sənə həsr etdiyi “Oğlum Mahirlə söhbət”
şeiri var?
– Var.
– Bu dəqiqə əzbər deməlisən şeiri mənə.
Tutuldum. Şeiri əzbər bilmədiyim üçün yox. Sadəcə bu
müraciət mənim üçün gözlənilməz idi.
– Nə olub axı? – deyə xəbər aldım.
– Heç nə. O şeiri de mənimçün.
– Əzbər bilmirəm axı.
– Nə? Bilmirsən? Bəs onda mənim qardaşımın təqsiri nədir
ki, atam iki gündür bu şeiri ona döyə‑döyə əzbərlətdirir. Hə?
Oğlu isə əzbər bilmir.
Güldüm. Yox, qızarmadım. Heç tənqiddən nəticə də çıxar‑
madım. İndi də əzbər bilmirəm. Yalnız birinci və sonuncu
bəndlərindən başqa. Sadəcə evə gəlib bu şeiri, daha doğrusu,
poemanı  tələbə yoldaşım Sevincin atasının gözüylə bir də
oxudum.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
201


Əlli yaşında mən, on yaşında sən...
Sən ‑ yaşıl tumurcuq, mən ‑ sarı yarpaq.
Əlimdən sürüşən ömürdən‑gündən
Əlimdə‑ovcumda bir sənsən ancaq.
Quzum, uşaq şe’ri deyil bu şe’r...
Sabaha aparır məni yelkənim.
Bu gün heç sən bilmə atan nə deyir,
Gün gələr bilərsən, Mahirim mənim!
Kim öz ayranına turş deyib ki, kim...
Qoy mən də tərifi qoyum bir yana.
Başqa duyğularla çırpınır qəlbim,
Yaxın gəl, qulaq as şair atana.
Qorxma, nəsihətlə yormaram səni,
Quru nəsihəti yox görən gözüm.
Ey mənim ömrümün tənha yelkəni,
Başqadı mətləbim, başqadı sözüm.
Görərsən: hər kəsin öz taleyi var,
Heç bir şey talesiz deyil dünyada.
Küləksiz – şəlpətək yelkən sallanar,
Küləkdə qabarar yelkən dəryada.
Yelkənin taleyi küləkdir, külək,
Bu vaxt o qartaldır dor ağacında.
Küləksiz elə bil dara çəkərək,
Yelkəni asıblar dar ağacından.
M A H İ R   Q A B İ L O Ğ L U
202


Küləksiz yelkənə dönərdim sənsiz,
Həsrətlə baxardım dəryaya, oğlum!
Gərəksiz yelkənə dönərdim sənsiz,
İlişib sahildə qayaya, oğlum!
Qara torpaqdadır dənin sabahı,
Nimçələr içində dən çörək olmaz.
Mənim sabahımdır, sənin sabahın,
Daha başqa cürə düşünmək olmaz.
Lalənin taleyi – yaraşığında,
Nərgizin taleyi – ətrində, oğlum!
Gecə – qiyamətdir Ay işığında,
Səhər ‑ qızıl fəcrin çətrində, oğlum!
Ətrim yaraşığım, Günəşim, Ayım,
Qırmızı üfüqüm, yaşıl çəmənim.
Sahilsiz dənizim, hüdudsuz çayım,
Canım‑gözüm mənim, taleyim mənim!
Bircə ağac bitsə, səhrada, oğul,
Yer‑göy qıyıb ona, soldurmaz heç vaxt...
İnsan olan bəndə dünyada, oğul,
Yeganə ümidi öldürməz heç vaxt...
Mənim arzularım nəhəng okean,
Kiçicik bir salın ümidindəyəm.
Sənsən o kiçik sal... coşsa da tufan,
Uğurlu iqbalın ümidindəyəm.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
203


Ömür sarayımdan hər saat, hər gün
Bir kərpic qopsa da, düşsə də, nə qəm.|
Ömrün bu işini bildiyim üçün –
İlləri irəli çəkmək istərəm.
Ey körpə şitilim, fidanım mənim,
Böyük, qol‑budaqlı bir aləm ol sən!
Ağıllım, şıltağım, şeytanım mənim,
Gözüm görə‑görə abidəm ol sən!
Şan‑şöhrət heykəli deyil gərəyim,
Gözütox, könlütox, babat şairəm.
Hər sənə baxanda uçur ürəyim,
Babat olsam belə, xoşbəxt şairəm.
Tək şe’r yazmaqla şair olmağı,
Kifayət bilmirəm, – bəlkə də səhvəm.
Yalnız yazan kimi yadda qalmağı
Özcə taleyimçin kəm sayıram, kəm.
Ata həyəcanım, ata sevincim
Bütün yazdığıma bərabər mənim.
Coşur ürək qanım, axır göz incim
Mehrinə hər axşam, hər səhər mənim.
On ildir aləmin yadındayam mən,
Şirinim, şəkərim, qəndimlə, oğlum!
On ildir aləmin yanındayam mən,
Adına içdiyim andımla, oğlum!
M A H İ R   Q A B İ L O Ğ L U
204


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə