50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə41/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   37   38   39   40   41   42   43   44   ...   85

əsmir ki, birini o birisindən 1 santimetr də yüksək eləsin.
Çünki mən Azərbaycanın yarımçıq vətəndaşıyam. Sözün elə
əsli və məcazi mənalarında. Həyatımın yarısı orda keçib, ya‑
rısı da burda. O həyat mənə savad, təhsil, bilik, ədəb‑ərkan,
qabiliyyət, qanacaq verib. Bu həyat isə belələrini sevmir.
Çünki kapitalizmə gedirik. O həyat mənə deyirdi ki, “sən is‑
təsən də, istəməsən də səni yaşadacağam.” Bu həyat isə mənə
deyir ki, “bacarırsan yaşa, bacarmırsan öl!”
Mövzudan kənara çıxdım deyəsən. Qayıdaq Rəşad Mə‑
cidlə Aqil Abbasa. Mənim kimi yarımçıq Azərbaycan vətən‑
daşlarına. Bu adqoymamla razı olsalar da, olmasalar da...
HAŞİYƏ: Bir qəbiristanlığın bir qarovulçusu olur. Qış‑yay
həmişə kürk, uzunboğaz çəkmə geyinir. Başına qulaqlı papaq
qoyur. Bundan soruşurlar ki, ay kişi, qışı başa düşdük – so‑
yuqdur. Bəs yayda niyə qalın geyinirsən? Cavab verir ki, “bax
bu qəbiristanlıqda 30 ildir gözətçi işləyirəm. Bir dəfə də gör‑
məmişəm ki, kimsə istidən ölsün, hamı soyuqdan ölür”. (SON)
İndi mən də, Aqil Abbas da, Rəşad Məcid də, külli bizim
nəslimiz, lap elə indiki nəsil də bir dəfə də eşitməmişik ki,
rusla dost olmağa, rus dilində danışmağa, rus sözləri işlət‑
məyə, ruslarla isti münasibətlərə görə adamı Mikayıl Müşfiq
kimi güllələsinlər, Hüseyn Cavid kimi Sibirə sürgün eləsinlər,
Xəlil Rza kimi Lefortovo zindanına salsınlar. Əksinə, türkçü‑
lük, pantürkist damğaları mövcud olub ki, bunun da sonu
edam və katorqaymış. Özünə rus desəydin, yaxud da rus, er‑
məni, ukrain millətindən arvad alsaydın, hamıdan bir addım
irəlidə gedərdin. Bu gün də ov‑yev rus familiyasını daşımı‑
rıqmı? Ayağa duranda “bu gün noyabrın 28‑i 2015‑ci il
M A H İ R   Q A B İ L O Ğ L U
164


deyib”, İsa peyğəmbərin mövludunu yad etmirikmi? 37‑ci ilə‑
cən pasportda türk yazıb, müstəqillik dövründə yenidən “tür‑
kəm” deməyib, niyə azərbaycanlıya çevrildik?
Rus
məktəblərini, ali məktəblərdə rus dili kafedralarını niyə bağ‑
lamadıq? Çünki biz sovet vətəndaşıyıq. Son sovet vətəndaşı
bu dünyadan köçməyənə qədər başımız üstündə sovetin qır‑
mızı bayrağı dalğalanacaq. İkibaşlı qartalın təsvir olunduğu
gerbi demirəm hələ.
Sovetin, rusun xofu isə bu gün də yaşayır. Müstəqillik
dövründə doğulan uşaqların qəlbində belə. Özümüz aşılayı‑
rıq bu xofu onlara: 20 Yanvar, Xocalı soyqırımı, 31 Mart – soy‑
qırımı günü, Şuşanın, Ağdamın, Laçının, Kəlbəcərin,
Cəbrayılın, Zəngilanın, Qubadlının, küllən Qarabağın işğal
günlərində. Sözümüzün əvvəli də, sonu da “Azərbaycan xal‑
qının başına olmazın müsibətlər açdılar” xitabı olmaq şər‑
tiylə. Qan yaddaşı adıyla qorxunu‑ürkünü gələcək nəsillərin
qanına yedirtmişik, erməninin, onun havadarı rusun qaba‑
ğında artıq gözünü qorxuzmuşuq.
HAŞİYƏ: Rus dünyaya azərbaycanlı dühalar yetişdirib
bəxş etdi. Dünyaya açılandan sonra isə hərənin əlində bir te‑
lefon, bir planşet ... yalnız süni təfəkkürlü insanlar yetişdir‑
məklə məşğuluq. Bir Qori seminariyası (sonradan Qazax
seminariyası) açmaqla hələ çar Rusiyası Azərbaycana Üzeyir
Hacıbəyovu, Müslüm Maqomayevi bəxş etdi. Opera sənəti‑
nin əsası qoyuldu. İki musiqi akademiyası, saysız hesabsız
musiqi məktəbləri isə bu gün nəinki Bülbül, heç “qaşqaldaq”
da yetişdirə bilmir. Bu seminariyanın son nümayəndəsi İsma‑
yıl Şıxlı isə 20 ildir ki, rəhmətə gedib. Qazaxdan isə hələ də
Səməd Vurğunlar çıxmır.(SON)
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
165


Çox başınızı ağrıtdım. Nəriman Nərimanov hələ 20‑ci
əsrin əvvəllərində deyirdi ki, “Azərbaycanın əbədi səadəti Ru‑
siyayla bağlıdır”. Düz deyirdi, yalan deyirdi. bilmirəm. Atalar
da deyib ki, “Uzaq qohumdan, yaxın qonşu yaxşıdır”. Onla‑
rın da yalan və ya düz dediyini siz deyin.
Aqil Abbasla Rəşad Məcidə də dillənə bilmirəm. Axı, to‑
talitar Sovet dövlətində yaşamırıq. Müstəqillikdir, demokra‑
tiyadır və plüralizm. Hamı öz fikrini açıq deyə bilər. Hamı da
bir‑birinin fikrinə hörmətlə yanaşmalıdır.
Mənim isə danışmağa heç ixtiyarım yoxdur. Ortadayam,
tən ortada. Bir ayağım orda, bir ayağım burda. Bizdən keçdi.
Bazar iqtisadiyyatına keçid dövrü də belə bitdi. Kapitalizm
başlayır. Allah, nəvələrimizi, nəticələrimizi, kötücələrimizi
qorusun.
2015
M A H İ R   Q A B İ L O Ğ L U
166


BU GÜN MƏNİM AD GÜNÜMDÜR
4 dekabr mənim ad günümdür. Təkcə mənim yox. 4 de‑
kabrda o qədər adam doğulub ki... Amma onlardan mənə
nə?! 4 dekabr təkcə mənimçün ad günüdür. Düzünü desəm,
xoşlamıram ad gününü. İndinin özündə də qızlarım, nəvələ‑
rim təbrikə gələndə acıqlanıram onlara. İndi deyəcəksiniz ki,
lap düz eləyirsən. Burda qeyri‑adi nə var ki? 49 yaşlı kişi də
ad günü keçirməyi xoşlayar? Yaşlı adamlara yubiley yaraşar.
O da beş ildən, on ildən bir. Ad günü balaca uşaq üçündür.
Tortun üstünə düzülmüş şamları yandırsınlar. Ətrafdakıların
oxuduğu “happi bös dey…” Azərbaycan xalq mahnısının sə‑
daları altında, səbəbkar rəngbərəng şamları üfürüb söndür‑
sünlər. Sonra şamların söndüyünü görüb ağlayan səbəbkar
üçün həmin şamları bir də yandırsınlar. O, bir də üfürüb sön‑
dürsün... Çox uzun prosesdir. Sonra da ətrafdakılar ona “Ad
günün mübarək!” əvəzinə, qədim Azərbaycan ifadəsi olan
“İyi ki doğdun!” söyləsinlər. Bu qədər sadə və əttökən. Hər
halda mənim ətim tökülür.
İndi mən də sabahı gözləyirəm. Cubbulular gələcək. Gə‑
ləndə analarına tort və şam aldıracaqlar. Sonra da balaca boy‑
larıyla
məni məcbur edəcəklər ki, mən bu şamı üfürüb
söndürüm. (Plov da olacaq. Şamsız). Bu proses fotolentin yad‑
daşına köçürüləcək. “Feysbuk”da paylaşılacaq. Hamı da deyə‑
cək ki, “Mahir, ad günün mübarək!”. Hətta virtual olaraq mənə
gül çələngləri, odekolon, maşın da bağışlayacaqlar. Amma heyf
ki, virtual. Onsuz da ruhum yüksək səviyyədir. Bu qədər ruhi
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
167


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə