50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə39/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   35   36   37   38   39   40   41   42   ...   85

bu bicliyini bilmirmiş. Yazığı gəlib və deyib ki, “sür benzindol‑
durma məntəqəsinə”. Biz də zəng edəndə ki, “Hicran bəs har‑
dasan?”. Cavab verdi ki, “Qələbənin kruqundayam, Allahverdi
müəllim. Benzinkolonkada”. Xülasə, Hicran müəllim vida mə‑
rasimini çəkməyə gecikir. Düzdür, başqa televiziyaların
“donor” köməyi ilə materialı efirə verdik. Amma, Nizami müəl‑
lim bundan xəbər tutmadı. Xəbər tutsaydı, yenidən Hicran
müəllimi cəzalandıracaqdı. Fürsət bilib işdən çıxara da bilərdi.
Hətta studiyadan çıxanda guya ki, Hicikin ayağı harasa ili‑
şib yıxılmışdı da... Sonra kresloda oturub ürəyini tutmuşdu.
Amma “skorı” çağırmağa icazə verməmişdi. Niyə “guya ki”
dedim? Çünki orda ayağa ilişməli heç çöp də yox idi. Bunu
məncə bilə‑bilə eləmişdi, ürəyini də yalandan tutmuşdu ki,
danlamasınlar, cəza almasın. Televiziyaya çox bağlı adam idi.
Hər şeyi yoluna qoyandan sonra baş redaktor məsləhət etdi
ki, Hicran müəllimi öz maşınına mindirim və özüm sükan ar‑
xasına keçib evəcən aparım. Təzə xarici maşın və “Volqa”dan
yüksək maşın sürməyən mən. Başladım hər addımbaşı siqnal
verib, mərkəzi küçələrlə şütüməyə. Heç nə demirdi. Axırda
dözməyib soruşdu ki, “bəs niyə addımbaşı siqnal verirsən?”.
Cavab verdim ki, “Hicik, qoy görsünlər ki, mənim də xarici
maşınım var”.
“Kül başıva. Mənim maşınımla tirpaşlıq edirsən?” deyib
qapazı qoydu başıma. (SON)_Bizim_Hicran_müəllim_belə_adamıydı._Hamı_onu_çox_istə‑_yirdi._Mən_isə_bəzən_bilə‑bilə,_bəzən_də_bilməyə_cırnadırdım_onu._M_A_H_İ_R_Q_A_B_İ_L_O_Ğ_L_U_156'>(SON)_HAŞİYƏ'>(SON)
O, otağa girən kimi başlayırdıq zarafata. Ağzından elə söz‑
lər çıxırdı ki, sanki ayaq verirdi bizə. Biz də zarafata başla‑
yanda başlayırdı cırnamağa. Bəzən isə heç başa
düşmə diyimiz halda sözü pis yönə yozurdu.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
155


HAŞİYƏ: Günlərin bir günü qadın əməkdaşlardan biri
otağa girdi. Bizim yanımızda:
– Hicran müəllim, vaxtın var?
– Var. Necə bəyəm?
– “Tolkuçka”ya gedirəm. Şalvar almağa. Hansı yaxşıdır,
hansı pis, bilmirəm. Sənin şalvardan başın çıxır?
Hicran müəllim heç nə demədi. Qızardı, bozardı. Qız sua‑
lını bir də təkrar elədi?
– Hicran müəllim, şalvardan başın çıxır?
– Ay uşaq, sən mənim övladım yerindəsən. Bu nədir de‑
yirsən, utanmırsan?
– Hicran müəllim, nə dedim ki hirslənirsən? Başın çıxmır
çıxmır da... Başqasıyla gedərəm. (SON)
HAŞİYƏ: Sovet vaxtı Hicran müəllim diktorskidə oturub
verilişə hazırlaşıbmış. Bu dəm qadın əməkdaşlardan biri tə‑
laşla otağa girib “qızlar, ay qızlar, qulağınızı çəkin”. Qadın
diktorlar da qulaqlarını çəkib, soruşurlar ki, “bəs axı nə
olub?”. O da cavabında “Bilirsiniz nə olub? Ujas. Filankəsin
matkasını çıxarıblar”. Birdən həmin qadın əməkdaşın gözü
sakitcə oturub verilişə hazırlaşan Hicrana sataşır.
– Hicran, sən də qulağını çək.
– Başın xarabdır? – deyə Hicran gözünü kağızdan çəkib
açıqla o qadına dillənir. – Mən niyə qulağımı çəkim? Mənim
matkam var?
– Sənin də oran var. – deyə qadın ciddi görkəm alaraq
cavab verir. (SON)
Bizim Hicran müəllim belə adamıydı. Hamı onu çox istə‑
yirdi. Mən isə bəzən bilə‑bilə, bəzən də bilməyə cırnadırdım onu.
M A H İ R   Q A B İ L O Ğ L U
156


HAŞİYƏ: Günlərin bir günü işimi tez qurtardım. Otaqda
Hicran müəllimdən başqa heç kim yox idi. O da çəkilişdən
qayıdıb mətn yazırdı. Könlümə xaş düşmüşdü. Səhər tezdən
vaxt olmadığı üçün, günorta getməyə qərar verdim. Şəhər te‑
lefonuyla zəng elədim bir qohuma:
– Gedirəm “Lalə” kafesinə. Bacanağım Rəfailin yanına.
Yaxşı hazırlıq görüb. Xaş, sirkə‑badımcan, sarımsağ, dənələn‑
miş nar, təzə sıxılmış nar soku, təzə təndir çörəyi, suxarı,
zoğal arağı. Təmizindən. Bir rumka içən kimi tər təpənin or‑
tasından süzülür‑süzülür alnının ortasıyla burnunun üstünə,
ordan da  süzülür düz burnunun ucuna. Ordan da damcı‑
damcı damcılayır köynəyinə. Bu dəm çəngəli batırırsan xaşın
içindən bir dənə qarın parçasını götürürsən qoyursan ağzına,
həmən əriyir. Əlin “kley” kimi olanda boşqabda ortaya gələn
qaynar, yaş əskiylə əlini silirsən. Oxxayy!
– Günorta da xaş olar? Başqa vaxt inşallah. – deyə qohum
rədd cavabı verdi. Bu cür təqdimatın qabağında tab gətirmə‑
yəcəklərini düşünürdüm. Beləcə üç‑dörd nəfərə də zəng elə‑
dim. Onlar da “otkaz” getdilər. Bu an Hicran müəllim
qələmini stolun üstünə çırpdı. Kağızı da bürmələyib yerə atdı:
– Bəsdir də, Mahir. Qanacağın olsun, qabiliyətin olsun.
Haram olsun Qabilin çörəyi sənə...
Telefonun dəstəyini yerinə qoyub məəttəl‑məəttəl ona
baxmağa başladım. Axı neyləmişdim? Ona nə demişdim ki,
mənə belə deyir.
– Ay kişi, – deyə Hicran müəllim sözünə davam elədi, –
səhərdən yüz adama zəng eləmisən ki, gəl gedək qonaqlığa.
Hamısı da “otval” verir sənə. Qarşında bu boyda, bu ranqda
yeyib‑içən adam oturub. Heç nəzakət xətrinə təklif də eləmir‑
sən. (SON)
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
157


İndi başa düşürəm ki, nəzakətsizlik eləməmişəm. Yeyib‑
içən adamın yanında yemək‑içməkdən danışıb, onu dəvət elə‑
məmək, ən azı eşşəklikdir. Nə edə bilərəm ki... artıq gecdir.
Səhvlərimi düzəldə bilməyəcəyəm. Çünki Hicran müəllim
aramızda yoxdur. Axırıncı dəfə onu atamın yasında gördüm.
Artıq AzTV‑də işləmirdi. Nizami Xudiyev işdən çıxanda, Arif
Alışanov sədr gələndə yaman sevinirdi. Hətta yeni sədrin təq‑
dimatı, Prezidentimiz İlham Əliyevin sərəncamıyla ona
“Azərbaycanın Əməkdar artisti” fəxri adı da vermişdilər.
Sonra isə təqaüdçü damğası qoyub, işdən uzaqlaşdırmışdılar.
Sanki balığı dənizdən  çıxarıb, akvariuma salmışdılar.
Çadıra girəndə qarşıladım onu. Qanıqara halda “ayağın
yer almasın. Sənə görə gəlməmişəm. Kişi mənim dostum idi.
Allah rəhmət eləsin ona” dedi. İncik idi, büzüşmüşdü, qocal‑
mışdı. Səhnəsi, meydanı əlindən alınan Əməkdar artist idi
Hicran Hüseynov. Deyəsən Nizami Xudiyevin atasına rəhmət
oxuyurdu. Ona acığı tutanda belə, dənizdən çıxarıb evindəki
akvariuma atmayan Nizami Xudiyevin atası Mənaf kişiyə.
HAŞİYƏ: “Xəbərlər”in 20.00 buraxılışını Esmira Çərkəz‑
qızı ilə birlikdə aparırdı. Bəzən bəxtinə Prezident Aparatın‑
dan faksla göndərilən, latın qrafikasında sərəncam və
məktublar da düşürdü. Çətinlik çəkirdi latın qrafikasında
mətnləri oxumağa. Gözü Kirilə öyrəşmişdi. Ona görə də efir
gedə‑gedə latın qrafikasında olan yazıları Esmira tərəfə sü‑
rüşdürürdü. O da Hicran müəllimin xətrinə dəymirdi. Oxu‑
yurdu. (SON)
Artıq üç ilə yaxındır ki, diktor, Əməkdar artist Hicran Hü‑
seynov, Hicran müəllim, Hicik aramızda yoxdur. Arabir
M A H İ R   Q A B İ L O Ğ L U
158


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə