50 yashinda men Layout 1


Mənim idealım Heydər Əliyev



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə36/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   32   33   34   35   36   37   38   39   ...   85

Mənim idealım Heydər Əliyev
Heydər Əliyev də bu epoxanın ali şəxslərindən, SSRİ‑nin
rəhbərlərindən biriydi. Bu yazılmamış qanunları çox gözəl bi‑
lirdi yəqin. Məncə bu yazılmamış qanunlar yazılmamış qa‑
nunlardan ən alisiydi.
Həyat yoldaşı Zərifə xanım – göz həkimi, alim, laborato‑
riya, kafedra müdiri. Oğlu institutda müəllim, qızı şərqşünas,
bəstəkar, elmi işçi. Gəlini həkim. Bacıları elmi işçi, orta mək‑
təbdə kimya müəllimi, qardaşları rəssam, alim, müəllim, ka‑
fedra müdiri, akademik. Yaxın qohumları həkim, musiqiçi...
Əliyevlər ailəsi həm də görkəmli ictimai‑siyasi xadimlər kimi
respublikamızın həyatında fəllıqları ilə, xeyriyyəçilik aksiya‑
ları ilə həmişə seçiliblər, indi də ön sıralarda gedirlər.
Potensial cani
Böyük sovet rejissoru Eldar Ryazanovun “Vokzal dlya
dvoix” (“İki nəfərçün vağzal”) bədii filmini çox sevirəm. Sa‑
dəcə mənim bir ailə başçısı kimi formalaşmağımda xüsusi rol
oynayıb. Əsərin qəhrəmanı, musiqiçi olan bir nəfər sadə dildə
desək, arvadının “zibilinə” düşür. Arvadı maşını sürərkən pi‑
yadanı vurub öldürür. Qeyrətli sovet kişisi olaraq, o, milis
idarəsinə gedərək deyir ki, bəs sükan arxasında mən olmu‑
şam, təqsir də məndədir. Kinoda cərəyan edən hadisələri da‑
nışmaq fikrim yoxdur. Bu yazımçun əsas məqam budur.
Kişini tutub basırlar dama.
Deməli, sürücü potensial canidir. Hər an türmənin qapısı
onun üçün açıqdır. Bu kinodan və bu misaldan nəticə çıxara‑
raq, hər hansı bir kişi arvadının, qızının, gəlininin maşın sür‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
143


məsinə icazə verməməlidir. Bilməyərəkdən qəza törədib, tür‑
məyə düşməməsi naminə. Axı qız, arvad, gəlin namus‑qeyrət
sayılır. İndi kişinin təqsiri boynuna götürməsi isə qeyri‑müm‑
kündür. Hər addımbaşı quraşdırılan kameralar və cib telefon‑
ları adamı yerindəcə qeyrətsiz çıxarır. Allah heç kimə, lap
düşmənimə də belə bir şey qismət eləməsin.
HAŞİYƏ: Atam köhnənin maşın sürəni idi. Uzun yola çı‑
xanda, ürəyimiz çəkilirdi. 60‑dan yuxarı qalxmırdı. Başqası
belə, sükan arxasında olsa, ona da bu qaydanı diqtə edirdi.
Məsləhəti belə idi: “Maşını yavaş sür. Yavaşın ziyanı yoxdur.
Lap “avariya” eləsən belə, ziyanı az olacaq. Birtəhər qurtara‑
caqsan. Birdən maşının qabağına qəfil adam çıxsa belə, da‑
yandırmaq da asan olacaq”. (SON)
Sovetin xofu
Dayılarımdan biri sovet vaxtı yaxşıcana varlanmışdı. İnsan
varlananda nə edər? Birinci maşın alar. Varlı adamın ağzı nə
idi ki, sovetin ən yaxşı maşını sayılan “Volqa” alsın. Tutub
dama basardılar. Ona görə də dayım “Jiquli” aldı. Evini dəyişə
bilmədi. İndiki kimi deyildi ha, gedib istədiyini alasan. O də‑
qiqə tutub dama basardılar. Hər ailə üzvünə 5 kvadratmetr
sahə icazə verilirdi. Əgər 4 ailə üzvün və 28 kvadratmetrlik
evin vardısa, o vaxt ikinci mənzil almaq haqda düşünə bilər‑
din. Özü də havayı mənzil yox, kooperativ. Yəni ki, pullu.
Onun da 40 faizini əvvəldən, 60 faizini isə 25 ilə ödəmək şər‑
tiylə. Kooperativ binada ev almaq üçün köhnə mənzildə qey‑
diyyatda olanları 9 kvadratmetrə vururdular. Əgər ümumi
rəqəm evin sahəsini üstələyirdisə növbəyə dayanmağa icazə
M A H İ R   Q A B İ L O Ğ L U
144


verilirdi. Qanunlar çox ciddiydi. “Bərabərlik” əsas devizlərdən
biri idi. Cəmiyyətin tarazlığı qanunlarla qorunurdu.
Dayımın yaxşı pulu olmasına baxmayaraq, təzə, böyük ev
almaq arzusu ürəyində qaldı. Gücü ona çatdı ki, bağ tikdirsin.
Amma burda da biclik işlətməliydi. Bax onda “Əməkdar
müəllim”, “Əmək veteranı” 70 yaşlı kənd müəllimi olan atası
və Böyük Vətən müharibəsi əlili, qocaman həkim, 70 yaşlı
qayınatası yadına düşdü. Onların ərizəsini alıb təqdim etdi
Bağlar İdarəsinə ki, “bəs qocalmışıq. Bizə dənizin təmiz ha‑
vası lazımdır. Bağ tikdirib, ağac əkmək istəyirik”. Bu ərizə də
daşdan keçən ərizə idi. Axı kim iki qocaman müəllim və hə‑
kimə, özü də yüksək maaş alan sovet adamına etiraz edə bi‑
lərdi? Əlbəttə ki, heç kim. Dayım beləcə arzusuna çatdı.
Əlbəttə ki, yenə də qorxa‑qorxa, ürkə‑ürkə. Möhür‑imza
atası ilə qayınatasının adına ola‑ola. Maşın lap yadımdan çı‑
xacaqdı. O da qaynının adına idi.
Mən bu yazını yazmayacaqdım
Artıq bir aydır ki, saytlara girəndə qorxuram. Deyəcəksiniz
ki, nə sayta gir, nə də orda yazılanları oxu. Əlbəttə ki, əgər qor‑
xursansa. Və ya qanın qaralırsa. Amma özümlə bacarmıram.
Çox maraqlıdır bu son bir ayda yazılan yazılar. Baş verən olay‑
lar. Ömrümdə bu qədər, biri‑birinə bənzəməyən, zəngin infor‑
masiyalar oxumamışdım. Kim təqsirkardırsa cəzasını alacaq.
HAŞİYƏ: Bir nəfəq araqızışdıran birinə yaxınlaşıb deyir ki:
– Alə, dözməzdim e... Filankəs səni söydü;
– Sənə nə? – deyə həmin adam sakitcə reaksiya verir. Bunu
görən araqızışdıran vəziyyəti bir az da gərginləşdirmək üçün.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
145


– Yox e... nəinki səni, atovu da söydü.
– Onda mənə nə? – deyə yenə də həmin adam təmkinini
pozmadan cavab verir. (SON)
İndi lətifəsi bizdən uzaq. Deyəcəksiniz ki, kimisə vəzifə‑
dən çıxartdılar. Və ya türməyə basdılar. Ay Mahir, sənə nə,
bizə nə? Guya vəzifədə olanda sənə bir gün ağlamışdılar ki,
indi də onların ifşa olunmasına ürəyin ağrıyır? Vallah düz de‑
yirsiniz. Amma, bir amma var axı. Mən axı dövlətimi çox se‑
virəm. Bu ifşa olunanlar axı dövləti içindən yeyiblərmiş. Pul
boş şeydi. Geri qaytaracaqlar, qəpiyinəcən. Lap el dilində
deyək: “Qusacaqlar”. Bəs imic? Bəs ad?
Amma yenə də yazmayacaqdım. Dövlət orqanlarının çox
dəqiq müdaxiləsinin fonunda yazdıqlarımın çox cılız görü‑
nəcəyinə görə.
Amma bir şeyi başa düşmürəm. Cinayətə yuvarlanan bir
şəxs də öz ailəsini bu işə qoşar? Qardaş, oğul, quda, əmioğlu,
dayıoğlu, bir sözlə kişi olanları hardasa başa düşdüm. Kişinin
başına iş gələr. Türməyə də düşər, ordan çıxar da... Amma
son günlər bu cinayət hadisələrinin fonunda  bacı, arvad, qız‑
ların da adının hallanması çox pis haldır. Bir nazirlik çərçivə‑
sində və həndəvərində ailə podratı yaratmaq hansı ağlın
məhsuludur? Axı ailə podratı kənd təsərrüfatına aid bir qu‑
rumdur. Özü də sadə və halal qurum.
Yaxşı, tutaq ki, bu ailə podratları ifşa olundu. Hamısının
da əlində möhür. Törətdikləri qanunsuzluqlar da nə qədər.
Bir də ki, müasir Cinayət Məcəlləsində heç möhürün olmasın,
dələduzluq deyilən gözəl bir maddə var. Nə möhürə baxır,
nə də imzaya. Belə çıxır ki, Penitensiar Xidmət türmələrdə də
xüsusi kameralar yaratmalıdır? Adını da “Ailə podratı kame‑
M A H İ R   Q A B İ L O Ğ L U
146


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə