50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə32/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   28   29   30   31   32   33   34   35   ...   85

Onu bu sözü deməsinə peşman eləmək üçün elə bir iş axtarıblar
ki, həm vəzifə sayılsın, həm də yox. Vəzifə deyəndə ki, – BMW‑
7 hökumət maşını, köməkçi, ştat, müavinlər – hər şey var. Sa‑
dəcə vergi, gömrük, maliyyə, ekologiya və digər nazirliklərin
yanında çox bəsit görünür. Heç adamın vəzifə deməyə dili də
gəlmir. O da imtina eləməyib. Nə olsun ki, din xadimi deyil.
“Za to” abırlı, sözünü‑yerini bilən adamdır. Sözün əsl məna‑
sında, sırf ictimai‑siyasi xadimdir. Bir adam da dilinə gətirə bil‑
məz ki, Mübariz Qurbanlı ona pislik edib. Belə baxanda  əsl
imanlı, dinli adam elə Mübariz müəllimdir. Ona görə də, Mahir
müəllim, bizim onunla işimiz yoxdur.
Amma, bu fikri onun başına salanı da tapa bilmirik ki, “ağ‑
zını bağlayaq”, “ruzusunu kəsək”, nəinki özünün, bütün nəs‑
linin qızlarını evdə qarıdaq. Oğlanlarını evləndirsinlər, amma
nəvə üzünə həsrət qalsınlar. Altı aylıq ölü körpənin beynindən
hazırlanmış qurd yağını üstlərinə çiləyək, evlərini dağıdaq.
Ayaqları həkimlərdə qalsın. Həkimdən əlac tapmayanda falçı
qapısında sürünsünlər ki, “qurban olum kömək elə”. Hər ay
uşağa qalmayıb aybaşı olan, qaynananın qəzəbinə, ərinin yum‑
ruqlarına məruz qalan qızları gözüyaşlı üstlərinə qaçıb imdad
diləyəndə,  görək onları falçı axtarsınlar, amma tapa bilməsinlər.
Çünki falçıları qanunla yox etmək istəyirlər. Bəs onda cə‑
miyyətin sanitarları, yaşadanları olan biz cin‑şəyatinlər nə
edəcəyik? İşsizmi qalacağıq? Neyləyirik ki? Çörəkmi istəyi‑
rik? Sumu diləyirik? İnsanların daxilinə girib onları sakitləş‑
diririk də? Necə?
Qızı evdə qarıyıb. Elçi gəlmir. Əvvəl üz tuturdular televizi‑
yalara – Zaurun, Elgizin üstünə ki, bizə bir bab olanını tapın. O
verilişlər bağlandı. İndi nə etsinlər? Hara getsinlər? Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinəmi? Onlara orda
M A H İ R   Q A B İ L O Ğ L U
128


ər tapacaqlar, yoxsa bəxtlərini açacaqlar? Ərləri onları döyəndə,
yaxud qızlarını ər evində incidəndə Ombudsman Aparatınamı
müraciət etsinlər? Onlar da statistik göstəricilərini artırıb, palaz
boyda hesabat hazırlasınlar ki, bu il keçənilkindən 10 faiz çox
qadın, ərinin və qayınanasının təcavüzünə məruz qalıb. Görə‑
sən bu dövlət orqanlarının xeyri varmı? Ona görə də ümidləri
kəsilib üz tuturlar falçılara. Onlar da bizi çağırır. Gedib baxırıq
ki, kasıbdırlar, cehiz verməyə heç nəyləri yox. Bir həsirdirlər,
bir  Məmmədnəsir. Ana evdar qadın, ata xəstə. Evdə də bir
çətən külfət. Kim döyəcək ki, o qapını? Biz cin‑şəyatinik, amma
insanlığımızı saxlamışıq. Giririk təzədən falçıyla əlaqəyə. Deyi‑
rik ki, təkrar elə: “Sənin qızının bəxtini qonşu Fatmanisə bağ‑
layıb. Bunu da açmaq olar. Əvvəl sivil yoldan istifadə edək ki,
qızına birdən xətər dəyər. Cadu tərsinə işləməyə başlayar.
Qohum‑qonşuda biryaşlı oğlan uşağı olar yəqin. Onun sidiyini
yığsınlar bir bankaya. Versinlər sizə. Pampers geyinir indi uşaq‑
lar? Nə olar ki? Hər dəfə pampersi dəyişəndə sıxsınlar, sidiyi
yığsınlar bir qaba. Hər gecə saat 1‑də o sidikdən 50 qram götü‑
rün atın Fatmanisənin qapısına. Düz bir ay. Görək nə olur”.
Falçı da biz dediyimizi təkrar edir. O ananın inamını bir
ay uzadırıq. Alınmayanda, bir aydan sonra yenidən qayıdır‑
lar falçının üstünə. Falçı 3 dənə kağıza nəsə yazır. Deyir ki,
hər gün bu kağızın birini atırsan çay stəkanına. Üstünə su tö‑
kürsən. Yaxşı əzirsən, sonra da içirirsən qızına. Ana bu dəm
soruşur. “Stəkana isti su tökəy, yoxsa soyuq?”. Falçı da deyir
ki, isti su. Bu dəm ana yenə soruşur: “Dualı suyu yeməkdən
əvvəl içsin, yoxsa acqarına?”. Falçı da cavab verir ki, bəs ac‑
qarına içsə, dua daha tez təsir edər. Amma suyu içəndən
sonra kağızı tullamayın, saxlayın. Üç gündən sonra gedin Rus
kilsəsinin qabağına. Ordan üçüncü çıxan adamdan saatı so‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
129


ruşun. Ordan da düşün yavaş‑yavaş bulvara. Yaxınlaşın lap
ləpədöyənə. Kağızları bir‑bir atın suya.
Bu dəm ana yenə soruşur. Birdən qağayılar kağızı çörək
bilib, udüb uçdular? Falçı sevincək cavab verir ki, “təki elə
olsun. Elə olsa dua daha tez təsirini göstərər”.
Mahir müəllim, ağlıma belə bir sual gəldi. Bəlkə Mübariz
müəllim Xəzər dənizinə tonlarla dua tökməklərinə görə bu
falçılara hirslənib. Vallah bu dualar insanlara təsir edir. Neftin
hasilatının azalmasına, ya qiymətdən düşməsinə, nəticədə də
dini komitənin büdcəsinin azaldılmasına bu duaların zərrəcə
də təsiri ola bilməz.
Xülasə, ana qızıyla üç ayı da belə yola verirlər. Elçi gəlmə‑
yəndə yenidən yalvarış, ümid dolu baxışlarla falçının yanına
qayıdırlar. Bu dəfə falçıya deyirik ki, dua yaz. Denən ki, daş‑
dan keçən duadır. Aparıb mıxla çalsınlar qonşunun sidik iyi
verən qapısına. Sonra da üç ay gözləsinlər. Alınmasa yenə gəl‑
sinlər. İnamlarını üç ay da belə uzadırıq. Ana da falçıya heç
nə demir. Çıxarıb pulunu da artıqlamasıyla verir. Falçı Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin işçiləri
deyil ha... desin ki, dövlətdən maaş alırsınız, borcunuzdur
mənim qızımı ərə vermək. Üç ay da, Allah Kərimdir, əgər
qızın bəxti açılsa, qız anası xələtiylə yenidən falçının qapısına
gəlib sağ ol deyir. Hələ qabağında diz də çökür. Nəsildə evdə
qarıyan qız varsa, onların analarına da car çəkir ki, bəs belə
gözəl falçı var – bəxt açır. Özü də sidiklə, bir parça kağızla.
Alınmayanda falçı qonşu Fatmanisənin saçından bir tel is‑
təyir. Əri qızını döyürsə ərinin maykasını. Əri xəyanət edirsə
arvadın aybaşısından məhlul düzəldib, hər səhər bir qaşıq ça‑
yına qatmağını məsləhət görür. Biz cin‑şəyatinlərin fantazi‑
yası çox zəngindir.
M A H İ R   Q A B İ L O Ğ L U
130


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə