50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə31/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   27   28   29   30   31   32   33   34   ...   85

rıma – atam kimi “sabah bir nəfər kimi seçkiyə gedirik, bir
nəfər kimi İlham Əliyevə səs verəcəyik” deyirdim. Ailə üzv‑
lərim ayrı‑ayrılıqda məntəqəyə gedər, səs verərdilər. Özü də
atamın o vaxt arzu etdiyi namizədə. Əqidə və sədaqət xətti
davam edirdi.
Bu gün isə 2015‑ci il noyabrın 1‑dir. Seçki məntəqəsində‑
yəm. Ziyad Səmədzadəyə səs verirəm. O Səməd Ziyadzadəyə
ki, artıq 10 ildir mənim, bizim ailənin deputatıdır. Yəqin ömür
vəfa versə, bir beş il də deputatımız olacaq. Bəlkə də 10, 15, 20
il. Bu 10 ildə bircə dəfə sifətini görmüşəm. O da atam rəhmətə
gedəndə başsağlığına gəlmişdi. Yəqin ki, deputat kimi yox, bir
ziyalı kimi. İndi deyəcəksiniz ki, Mahir, başqa seçicilər kimi
sən də demaqoqluğa başladın? Səs vermisən vermisən də, nə
minnət qoyursan, hörmətdən salırsan verdiyin səsi...
Ay oxucu, bu 10 il ərzində suyumuz, qazımız, işığımız kə‑
silməyib axı ki, Ziyad Səmədzadəyə müraciət edək.Yollarımız
bərbad deyil axı ki, deputatı haylayaq. Üç liftimiz var, üçü də
saat kimi işləyir maşallah. Xarab olmur axı ki, Ziyad müəllimi
axtaraq. Qızlarımı köçürəndə toya çağırmalıydımmı onu?
Mənim və ailəmin deputata ehtiyacı yoxdur. Sadəcə Ziyad Sə‑
mədzadəyə 5 ildən bir mənəvi ehtiyacımız var. Atamdan
qalan bir əmr, göstəriş: “Ziyad Səmədzadəyə səs verməlisiniz.
Ona görə ki...”. Mən bu əmri yerinə yetirirəm.
İndi deyəcəksiniz ki, axı Ziyad Səmədzadə akademikdir, iq‑
tisadçı alimdir. 30 yaşında professor olub. Yəqin ona görə səs
vermisən. Düzdür. Amma o sovet vaxtı idi. Görəsən Ziyad
müəllim müstəqil Azərbaycan iqtisadiyyatının hansı qanun‑
larla işlədiyini bilirmi? Mən bilirəm. O da yəqin bilir. Amma o
bunu heç vaxt elmi cəhətdən əsaslandıra bilməz. Lap akademik
olsa belə. Çünki iqtisadiyyatımız elmi əsaslara söykənmir.
M A H İ R   Q A B İ L O Ğ L U
124


İndi deyəcəksiniz ki, axı Ziyad Səmədzadə ziyalıdır.
Yəqin ona görə səs vermisən. Düz deyirsiniz. Amma başa
düşmədim Zahid Qaralov ziyalı deyildi? O da ziyalıydı. Azər‑
baycanda o qədər nurlu ziyalı var ki...Hamısına səs versək,
Milli Məslisdə oturmağa yer çatmaz.
İndi deyəcəksiniz ki, Ziyad Səmədzadə Ali Sovetin sədr
müavini olarkən Azərbaycan rəhbərsiz qalmışdı. Faktiki ola‑
raq prezidenti o əvəz edirdi. Və belə təklif olundu ki,  zalda
oturan İsa Qəmbərlə yanaşı, Naxçıvanda olan Naxçıvan Mux‑
tar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin də Milli
Məclis sədrliyinə namizədliyi verilsin. Ziyad Səmədzadə də
Heydər Əliyevlə telefon rabitəsi yaradıb, onun bu barədə ra‑
zılığını almaq üçün öz kabinetini deputatlar Eldar İbrahimovla
Arif Rəhimzadəyə verdi. Özü də, onlar da ha elədilər Heydər
Əliyevlə telefon əlaqəsi yarada bilmədilər. Bunun videosu da
var. Mahir, görməmisən? Görmüşəm. Bu video deyildi, əs‑
lində Ziyad Səmədzadənin yenidən siyasətə qayıtması, “siyasi
reablitasiya”sı idi. Bunu başa düşürəm. Amma bir söz deyim
də... “Real Madrid”lə “Barselona” arasında keçirilən futbol
oyunlarının birində “Barselona” 4‑0 hesabıyla qalib gəlir. Əl‑
bəttə ki, hücumçu Messinin sayəsində. “Real”ın baş məşqçi‑
sindən soruşurlar ki, “qapıçınız pis oynadı. Dörd top buraxdı.
Dəyişmək fikriniz yoxdur ki?”. Nə cavab versə yaxşıdır? Deyir
ki, problem qapıçıda deyil, Messidədir.
İndi Ziyad Səmədzadə otağından ha qışqıraydı ki, “Nax‑
çıvan, Naxçıvan, bizi Heydər Əliyevlə calaşdır!”. Amma çox
gözəl bilirdi ki, problem Milli Məclisdən Naxçıvana uzanan
telefon kabelinin içində “oturan” “cəbhəçi”lərdə idi. Lap
çayın qarşısını kəsən, camaatı susuz qoyan nağıllardakı əjda‑
haya bənzəyirdilər. Amma yenə sağ olsun ki,  Ziyad Səməd‑
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
125


zadə o vaxt belə canfəşanlıq göstərirdi.
Yox. Bu da Ziyad Səmədzadəyə səs verməyimin səbəbi
deyil. Bəs səbəb nə idi? Atam onda dedi ki, “Ziyad Səmədza‑
dəyə səs verəcəyik. Ona görə ki, buzovnalıdır. Öz bakılımız‑
dır”. Bu qədər sadə və orijinal seçim. Qabil başda olmaqla
bizim İmamverdiyevlər ailəsinin seçimi – buzovnalı, bakılı,
deputat Ziyad Səmədzadə.
2015
M A H İ R   Q A B İ L O Ğ L U
126


MÜBARİZ QURBANLI 
“İNKVİZİSİYASI”
Gecə saat 1‑in yarısıdır. Yatmaq istəyirəm. Amma yuxuya
gedə bilmirəm. Cin‑şəyatin beynimi qazır ki, dur... dur kom‑
püteri yandır və yaz. Yaz ki, bizi başsız qoymaq istəyirlər. Bi‑
zimlə əlaqə quranları, bizim xidmətdən yararlananları
qanunla “neprav” çıxartmaq istəyirlər. Soruşuram: “Axı,
kim?”. Cavab verirlər ki, Dini Qurumlarla İş üzrə Dövlət Ko‑
mitəsi. Başa düşmədim, – deyirəm, ‑ siz hara, din hara. Bu ko‑
mitə dini qurumlarla iş aparmaq üçün yaranıb, falçılarla,
onların işbirliyi qurduğu cin‑şəyatinlərlə yox. Özü də ki, bu
komitənin işi başından aşır. Vahabi, nurçu, İŞİD və daha neçə‑
neçə dini problemi həll edib qurtarıblarmı ki, indi də falçılar
yadlarına düşüb. Yox, ey cin qardaşlar, yanılırsınız. Məni al‑
dadıb, yuxumdan eləməyin. Qoyun, yatım...
İmkan vermirlər. Beynimi qazırlar. Söyləyirəm ki, belə fəra‑
sətlisinizsə, məni narahat edincə, gedin komitənin rəhbərliyinin
beyninə girin də... Onu bu yoldan çəkindirin də... Yox, – deyir‑
lər. – Bu fikir onun fikri deyil. Onu yoldan çıxarıblar. Yoxsa ki,
sakit adamdır sədr Mübariz Qurbanlı. Ziyalıdır. Tarixçidir,  si‑
yasətçidir. Bizdə olan məlumata görə, heç bir dəfə də falçı qapısı
döyməyib ki, “bəs mənə niyə vəzifə vermirlər? Yuxarıda mənim
işimi buran kimdir? Yolumu kim kəsir? Bəlkə duadan‑zaddan
yazıb, yolumu açasınız”. Əsla. Mübariz müəllim başqaları kimi
bu yollara baş vurmayıb. Sadəcə 60 yaşı tamam olanda bircə
kəlmə söz çıxıb ağzından ki, “60 ambisiyaların bitdiyi yaşdır”.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
127


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə